tədqiqat metod və prinsipləri işlənilmiş, ilk dəfə olaraq Azər
baycan respublikasının ümumi və m üxtəlif sahələrinə aid uzun
ömürlü atlasları hazırlanmış, m üxtəlif miqyaslı xəritələri tərtib
edilmiş, təbii komplekslərin regional və tipoloji təsnifatının
yeni variantları hazırlanmış, stasionar və tətbiqi müşahidələrin
əsası qoyulmaqla onların miqyası genişləndirilmişdir. Bu illər
ərzində tətbiqi, ekoloji və konstruktiv coğrafiyanın təməli qo
yulmuş, paleocoğrafiya və sosial coğrafiya sahəsində yeni-yeni
uğurlar qazanılmışdır.
Coğrafiyaçı alimlərimizin xidmətləri elmi ictimaiyyət və
dövlət tərəfindən layiqincə qiymətləndirilmiş, onlar yüksək
elmi adlara və müxtəlif Dövlət Mükafatlarına layiq görülmüş
lər. İndi onların fundamental tədqiqat əsərləri gənc coğrafiyaçı
alimlərimizi düzgün istiqamətləndirdiyi üçün onlar böyük elmi
uğurlara doğru irəliləyirlər.
Təqdim olunan bu biblioqrafik sorğu kitabı Azərbaycanda
Coğrafiya elmini yaratmış kollektivin fəaliyyətinin altmış illik
zaman kəsiyini əhatə edir, onların hər bir üzvünün Coğrafiya
elminin m üxtəlif sahələrində qazandığı uğurları qısa şəkildə
səciyyələndirir. Burada uzun illər Coğrafiya institutunda işlə
miş, coğrafi tədqiqatlar tarixində izlər qoymuş alimlər haqqında
qısa elmi-bioqrafik məlumatlar verilir. Belə bir kitabın çap
edilməsi elmdə böyük xidmətləri olan alimlərin daim yaddaş
larda yaşamasına, varisliyi qoruyub saxlamağa və sələflərinin
elmi ənənələrini davam və inkişaf etdirməyə xidmət etməklə
bacarıqlı coğrafiyaçıların yetişməsi üçün də elmi-tərbiyəvi əhə
miyyətə malikdir.
Bu kitabın yazılmasında son məqsəd hər bir coğrafiyaçı
alimin elmi yaradıcılıq və həyat yolunu qısa şəkildə işıqlandır
maq, onların hər birinin elmə verdiyi uğurları təbliq etmək və
son bir əsr ərzində yaşamış istedadlı alimlərimizin elmi uğurla
rını qabartmaqdır. Bizim coğrafiyaçı sələflərimizin elmi yaradı
cılığı gələcək nəsillərə örnəkdir. Bu əsərlə biz öz coğrafiyaçı
alimlərimizin qədrini bilməklə onların adını və elmi irsini az da
olsa gələcək nəsillərə çatdırırıq.
Akademik Budaq Budaqov
6
AZƏRBAYCAN
MİLLİ ELMLƏR AKADEMİYASININ
HƏQİQİ ÜZVLƏRİ
(A kadem ikbr)
Ə liy e v H ə sə n Ə lir z a oğlu
( 1907- 1993)
Əliyev Həsən Əlirza oğlu Ermə
nistan respublikasının Sisiyan rayo
nundakı Cömərdli kəndində anadan
olmuşdur. 1932—
ci ildə Azərbaycan
kənd təsərrüfatı institutunu bitirmiş,
1932-1934-cü illərdə Azərbaycan el
mi-tədqiqat pambıqçılıq institutunun
aspirantı olmuşdur. 1944-cü ildə «Bö
yük Qafqazın cənub-şərq yamacında
çayların aşağı axınlarının torpaqları»
mövzusunda namizədlik dissertasiyası
müdafiə etmişdir. 1944-1949-cü illər
də Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya institutunun
elmi işlər üzrə direktor müavini, 1949-1952—
ci illərdə A zər
baycan EA Botanika institutunun direktoru vəzifəsində işləmiş
dir. O 1950-ci ildə Azərbaycan KP MK Katibi və Respublika
Kənd təsərrüfatı nazirinin birinci müavini təyin edilmişdir.
1952-ci ildə Həsən Əliyev Azərbaycan SSR EA-nın həqiqi üz
vü seçilmişdir. Azərbaycan SSR EA-nın yaradıcılarından biri
dir. 1952-1954-cü illərdə Azərbaycan KP MK-nın üzvü olmuş
dur. 1952-1957-ci illərdə Azərbaycan EA-nın akademik katibi
vəzifəsində çalışmışdır. 1957-1968-ci illərdə Azərbaycan EA
Torpaqşünaslıq və Aqrokimya institutunda Meşə torpaqlarının
coğrafiyası şöbəsinin rəhbəri olmuşdur.
1965-ci ildə «Böyük Qafqazın torpaqları və ondan səm ə
rəli istifadə yolları» (Azərbaycan SSR daxilində) mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-1987-cü illərdə
Azərbaycan EA Coğrafiya institutunun direktoru, 1987-93-cü
illərdə isə direktorun məsləhətçisi vəzifəsində işləmişdir.
Əsas tədqiqat sahəsi meşə torpaqlarının coğrafiyası, respub
lika torpaq xəritələrinin hazırlanması, ekoloji problemlərin həl
li, quru meliorasiyanın inkişafı və Azərbaycan Respublikasının
bioloji, ekoloji problemlərinin beynəlxalq aləmdə təbliğ edil-
9
məsi olmuşdur. H.Əliyev demək olar ki, bütün ömrünü Azər
baycanda təbiəti mühafizə problemlərinin həllinə həsr etmişdir.
Azərbaycanda milli kadrlann yetişdirilməsində, onların hərtə
rəfli inkişafında mühüm rol oynamışdır. Onun yetişdirdiyi on
larla elmlər namizədi və elmlər doktorları indi Azərbaycanda
mühüm elmi tədqiqat, istehsal, kənd təsərrüfat sahələrinə rəh
bərlik edir. O «Azərbaycan təbiəti» jurnalının yaradıcısı və baş
redaktoru, coğrafiya üzrə bir sıra problem elmi şuraların üzvü,
Azərbaycan Coğrafiya Cəmiyyətinin, Təbiəti mühafizə cəmiy
yətinin prezidenti olmuşdur. Akademik dünyanın bir çox ölkələ
rində -Yunanıstan (1953, 1958), Kanada (1978), Polşa (1980)
ABŞ (1977, 1984), Rumıniya (1966), İsveç (1966) Macarıstan
(1979), Yaponiya (1980), AFR (1981) və s. olmuş və elmi yara
dıcılıq mübadilələri aparmışdır. H.Əliyev 1976-cı ildə Azərbay
can Sovet Ensiklopediyası Baş redaksiya heyətinin üzvü olmuş
dur. Akademik H.Ə.Əliyev elmdə xidmətlərinə və ictimai-si
yasi fəaliyyətinə görə «Lenin ordeni» (1977), «Qırmızı əmək
bayrağı» (1952) ordeni, «Şərəf nişanı» (1950) Oktyabr inqilabı
ordeni (1982), Vavilov adma qızıl medal (1972) və s. yüksək
dövlət mükafatlarına layiq görülmüş, bir neçə çağırış Azər
baycan Respublikası Ali Sovetinə deputat seçilmişdir. 1974-cü
ildə elmdə xidmətlərinə görə ona «Respublikanın əməkdar elm
xadimi» adı verilmiş, 1978-ci ildə Təbiətin mühafizəsi və
Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadəsi üzrə
kompleks işlərinə görə Respublika Dövlət mükafatına layiq gö
rülmüşdür. Onun 1000-dən çox mühüm elmi və elmi-kütləvi
əsəri nəşr olunmuşdur. O cümlədən «Pirsaat düzənliyi torpaq
ları və perspektivləri» (1940) «Böyük Qafqazın şimal-şərq his
səsinin meşə və meşə-bozqır torpaqları» (1964), «Böyük Qaf
qazın şərq hissəsinin litogen torpaqları» (1970), «Tuqay meşə
lərini qoruyaq» (1984), «Həyəcan təbili» (1976, 1982), «Böyük
Qafqazın cənub-şərq yamacı düzən çaylarının torpaqları»
(1948), «Qəhvəyi meşə torpaqları» (1965), «Kür boyu Tuqay
meşələrinin torpaqları», «Böyük Qafqazın torpaqları» və başqa
əsərləri vardır. Həsən Əlirza oğlu Əliyev nəinki Azərbaycan,
10
həmçinin Dünyada Torpaqşünaslıq, Təbiəti mühafizə və eko
logiya elmləri sahəsində Böyük mütəxəssis kimi tanınmışdı.
Akademik Həsən Əliyevin 1982 ildə dərc edilmiş «Həyə
can təbili» əsəri respublikamızda təbiətin mühafizəsi işinin can
lanmasına çox böyük təkan vermişdi. O 1978 ildə Azərbaycan
Təbiəti Mühafizə cəmiyyəti üzvülərinin sayını bir milyona
çatdırmış və bu işə içtimaiyyəti, o cümlədən də şagirdləri cəlb
etmişdir.
Budaqov Budaq Əbdüləli oğlu
( 1928- 2012)
Budaqov Budaq Əbdüləli oğlu
Ermənistan Respublikasının, Zəngiba-
sar (indiki Masis) rayonunun Çoban-
kərə
kəndində
anadan
olmuşdur.
1940-cı ildə Ermənistan Respublikası,
Masis rayonunun Mehmandar kəndin
dəki natamam orta məktəbi bitirdik
dən sonra, İrəvan şəhərində Azərbay
can Pedaqoji məktəbinə daxil olmuş,
1947-ci ildə oranı bitirmişdir. 1951-ci
ildə Azərbaycan Pedaqoji institutunu,
1955-ci ildə keçmiş SSRİ EA Coğra
fiya İnstitutunun aspiranturasını bitirmiş, 1955-ci ildə isə «Cə
nub-Şərqi Qafqazın geomorfologiyası» mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir (Moskva ş).
B.Ə.Budaqov
1955-ci ildən ömrünün sonuna qədər
Azərbaycan EA Coğrafiya İnstitutunda çalışmışdır. 1955-1967-
ci illərdə kiçik elmi işçi, baş elmi işçi, «Fiziki Coğrafiya» şöbə
sinin müdiri vəzifələrində işləmişdir. Həmin illərdə Azərbay
can Coğrafiya Cəmiyyətinin elmi katibi olmuşdur. B.Ə.Buda-
qov 1967-ci ildə «Böyük Qafqazın Azərbaycan hissəsinin
geomorfologiyası və yeni tektonikası» mövzusunda doktorluq
11
Dostları ilə paylaş: |