Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

qırılma  tektonikası  və  onun  faydalı  yataqların  axtarışında  rolu 
məsələsini  tədqiq etmişdir.
H.A.Xəlilov  bir  sıra  mühüm  elmi  hesabatların  müəllifi  və 
müştərək  icraçısıdır.  O,  «Azərbaycanın  neotektonik  xəritəsi», 
(1991)  «Azərbaycanın  konstruktiv  coğrafiyası»,  (1996,  1999, 
2000)  «Azərbaycanın  paleogeomorfologiyası»,  «Azərbaycanın 
relyefi»  (1993) və  b.  monoqrafiyaların  əsas müəlliflərindəndir. 
Onun 80-dan çox elmi məqalələri nəşr olunmuşdur.
Xəlilov Mahmud Yusif oğlu
M.Y.Xəlilov  1931-ci  ildə  A zər­
baycanın  Şəki  şəhərində  anadan  o l­
muşdur.  1949-cu  ildə  Gəncədə  Kənd 
Təsərrüfatı  İnstitutunun  meşə  təsər­
rüfatı  fakültəsini  bitirib.  1954-1958—
ci 
illərdə  Moskva  Aerofoto-meşəqurulu- 
şu trestinin  ikinci  ekspedisiyasında tak- 
sator  kimi  Uzaq  şərq,  Ural,  Sibir  və 
Moskva  ətrafı  meşələrində  meşəquru- 
luşu  işləri  aparmışdır.
1959-cu  ildə  Azərbaycan  EA  Tor­
paqşünaslıq  və  Aqrokimya  institutu 
torpaq  eroziyası  stansiyasında  kiçik  elmi  işçi  vəzifəsində  işlə­
mişdir.  1964-cü  ildə  Novoçerkask  mühəndis-meliorasiya  insti­
tutunda  «Qəbələ  rayonunda  torpaq  eroziyası  və  onunla  mü­
barizənin  elmi  əsasları»  mövzusunda  namizədlik  dissertasiyası, 
1990-cı  ildə  Azərbaycan  EA  Coğrafiya  institutunda  «Azərbay­
canın  meşə  ekosistemləri  və  onların  antropogen  dinamikası» 
mövzusunda doktorluq dissertasiyası  müdafiə etmişdir.
1964-1969-cü  illərdə  Azərbaycan  meşə  təsərrüfatı  və  aq- 
ro-meşəmeliorasiya institununda şöbə müdiri,  1970-1975-ci  il­
lərdə  Azərbaycan  EA  Coğrafiya  institutunda  baş  elmi  işçi,
1977- 1982-ci  illərdə  Azərbaycan  EA  Botanika  institutunda  baş 
elmi  işçi  vəzifəsində  çalışmışdır.  1982-ci  ildən Azərbaycan  EA
58
Coğrafiya  institutunda  Biocoğrafiya  bölməsinin  müdiri  vəzifə­
sində.işləyir.
Respublikanın  dağlıq  ərazilərində  meşə  torpaqları,  onların 
meliorasiyası,  həmçinin  dağ  regionları  üçün  meşə-bərpa  işləri­
nin  üsullarını və  sxemlərini  işləyib hazırlamışdır.
İlk dəfə olaraq Kür qırağı Tuqay meşələrinin strukturunu və 
müasir  vəziyyətini  tədqiq  etmişdir.  Mingəçevir  su  anbarından 
aşağı  hissələrdə  isə  onların  quruması  səbəblərini  öyrənmişdir. 
Tuqay  meşələrinin  vəziyyətini  əks  etdirən  iri  miqyaslı  xəritə 
tərtib etmiş, onların bərpası üçün  təkliflər  hazırlamışdır.
Respublikamızın  düzən  meşələrinin  fitosenoloji  təsnifatını 
vermişdir.  Arid  meşələrin  edifikatorlarının  şaquli  və  üfüqi  sər­
hədləri və ekoloji  arealları, onların yaratdığı fitosenoz və popul- 
yasiyaların  yayılma  qanunauyğunluqlarını  müəyyənləşdirmiş, 
meşələrin yuxarı  sərhəddinin  antropogen dinamikası,  insan  fəa­
liyyəti  nəticəsində meşə  ekosistemlərinin dəyişilməsi  üzrə yeni 
elmi nəticələr əldə etmişdir.
Elmi  tədqiqat  işləri  aeroloji  və  fitosenoloji  istiqamətlərdə 
aparılan  çöl  tədqiqatlarının  nəticələrinin  biocoğrafiyaya  tətbiqi 
istiqamətinə  yönəlmişdir.  Muğan  düzündə  və  onun  dağ-ətəyi 
hissəsində  bitki  ekosistemlərinin  antropogen  səhralaşması  üzrə 
apardığı  tədqiqatları  nəticəsində  həmin  regionun bitki  və torpaq 
örtüyündən  səmərəli  istifadə  olunması  üzrə  tədbirlər  hazır­
lamışdır.  Aldığı  nəticələr bir sıra layihələrin hazırlanmasında və 
meşə  təsərrüfatları  tərəfindən  meşələrin  bərpası  və  yaşıllaşdır­
ma işlərində tətbiq olunur.  O,  120-dən artıq elmi əsərin,  o cüm­
lədən  10  monoqrafiya  və  kitabçanın  müəllifidir.  Bunlara  misal 
olaraq  «Kürqırağı  Tuqay  meşələri»,  (həmmüəlliflə,  1976), 
«Azərbaycanın  meşələri»  (həmmüəlliflə,  2002),  «Meşələrin 
taleyi  insanın əlindədir» (1984) və s. göstərmək olar.
59


F.Ə.Imanov  1957—
ci  ildə  Bakı  ş ə ­
hərində anadan  olmuşdur. 1974-cü  ildə 
Lelinqrad  Hidrometerologiya  İnstitu- 
nunun  (LHMİ)  hidrologiya  fakültəsinə 
daxil  olmuş  və  1979-cu  ildə  oram  b i­
tirmişdir.
1979-cu ildə o, təyinatla Azərbay­
can  ME A  Coğrafiya  İninstituna  gö n ­
dərilmiş və  Təbiəti  mühafizə  şöbəsin­
də işləməyə başlamışdır.
1982-ci  ildə  F.Ə.İmanov  LHM İ- 
nun  əyani  aspiranturasına  qəbul  olunmuş,  1984-cü  ildə  orada 
namizədlik dissertasiyası müdafıyə etmişdir.
O,  LHMİ-nin  Qurunun  hidrologiyası  kafedrasında  saxlan­
mış və  1984-1990-ci illərdə elmi  sektorda elmi  işçi, və baş elmi 
işçi  vəzifəsində  çalışmışdır.  Həmin  illərdə  F.Ə.İmanov  Rusi­
yanın  müxtəlif bölgələrində  (Tümen,  Voloqda,  Leninqrad vila­
yətlərində)  çöl  ekspedisiyalarında  olmuş,  lıidrometriki  şəbə­
kənin  z əif inkişaf etdiyi  çaylarda müşahidə  məntəqələrinin  təş­
kilində  və  çayların  su  rejiminin  öyrənilməsində  bilavasitə  işti­
rak etmişdir.
1989- 
cu  ildə  onun  təklif etdiyi  «Çayların  ekoloji  axımının 
qiymətləndirmə  metodikası»  layihəsi  keçmiş  SSRİ-nin  Elm  və 
Texnika  Komitəsi  tərəfindən  prioritet  istiqamət  kimi  bəyənil­
miş və maliyyələşdirilmişdir.
F.Ə.İmanov  1990-cı  ildə keçmiş  SSRİ-də hidrologiya  elmi­
nin  koordinasiya mərkəzi  hesab  edilən  Dövlət  Hidrologiya  İns­
titutunun  əməkdaşları  ilə  birlikdə  çayların  minimal  axımının 
tədqiqinə həsr olunmuş icmal hazırlamışdır.
1990- 
cı  ildən  isə  o,  LHMİ-da  Qurunun  hidrologiyası  ka­
fedrasında  müəllim  olmuş,  1992-ci  ildə  YUNESKO-nun  Bey­
nəlxalq  Hidroloji  Proqramının  Praqa  şəhərində  təşkil  etdiyi  altı 
aylıq  Beynəlxalq  Hidroloji  kurslarda  iştirak  etmiş,  1992-ci  ilin
İmanov Fərda Əli oğlu
60
noyabr  ayında  Bakı  D övlət  Universitetinə  dəvət  olunmuşdur. 
İndi  o,  BDU  Hidrometeorologiya  kafedrasının  müdiri  və  eyni 
zamanda Coğrafiya fakültəsinin dekanı  vəzifəsində çalışır.
1997-ci  ildə  Tiflis  Dövlət Universitetində  «Qafqaz  çayları­
nın minimal  axımının  hesablanma üsullarının təkmilləşdirilməsi 
və  işlənməsi»  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə 
etmişdir.
F.Ə.İmanov  90-dan  artıq  elmi  əsərin  müəllifidir.  Bunların 
45-i xarici ölkələrdə,  ilk növbədə Rusiyada,  Çexiyada,  İsveçdə, 
Bolqarıstanda,  Almaniyada,  Estoniyada,  Qazaxıstanda  çap  olun­
muşdur.  Onun  2  monoqrafiyası  və  4  dərsliyi  vardır  və  20-dən 
artıq  beynəlxalq  elmi  konfranslarda  məruzə  ilə  çıxış  etmişdir. 
(Almaniya,  Avstriya,  Niderland,  Rusiya,  Çexiya,  Bolqarıstan, 
İran və s.).
F.Ə.İmanov  aspirant  və  dissertantların  elmi  işlərinə  rəh­
bərlik edir.
F.Ə.İmanov  1999-cu  ildən  Azərbaycan  Respublikası  Prezi­
denti yanında AA K -ın  Yer elmləri  ixtisasları  üzrə  Ekspert Şura­
sının eksperti və  elmi katibi  təyin olunmuşdur.
1997-ci  ildə  təşkil  olunmuş  YUNESKO-nun  Beynəlxalq 
Hidroloji  Proqramı  üzrə  Azərbaycan  Milli  Komitəsinin  katibi, 
2005-ci  ildə  isə  sədri  seçilmişdir.  2002-2003-cü  illərdə  o,  Av­
ropa  Komissiyasının  TACİS  proqramının  Cənubi  Qafqazda  hə­
yata  keçirdiyi  «Kürün  su  ehtiyatlarının  birgə  idarə  olunması» 
layihəsinin  Azərbaycan  Respublikası  üzrə  milli  koordinatoru 
olmuş,  hazırda  isə  BMT-nin  İnkişaf  Proqramının  «Kür-Araz 
çayları  hövzəsində  transsərhəd  deqradasiyasının  azaldılması» 
layihəsinin regional  koordinatorudur.
61


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə