Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu



Yüklə 3,55 Mb.
səhifə14/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Avtoreferat-az (3)

burada NS – qorunma ilində (və ya dövründə) məhsul itkisi (%-lə);   – qorunmaya qədərki dövrdə orta çoxillik məhsul itkisi (%-lə); GS - mövsümün dolu təhlükəliliyi əmsalı; - qorunma ilində qorunan ərazidə gözlənilən zərər;   – qorunma ilində qorunan ərazidə faktiki zərər; Sk – qorunan ərazidə becərilən ərazinin sahəsi;  - məhsulun orta qiyməti (руб/ha). Dolu təhlükəliliyi əmsalı GS düşən dolunun təkrarlanmasından və intensivliyindən asılı olaraq onun vurduğu ziyanı xarakterizə edir.


Doluya qarşı mübarizə işlərinin, məhsul itkisinin qorunma dövründə və ondan əvvəlki dövrdəki qiymətlərinə əsasən hesablanmış, fiziki-statistik səmərəliliyi, 75 < Ef < 99% intervalında dəyişməklə, orta hesabla 93% təş­kil etmişdir. Çəkilən xərclər çıxılmaqla aparılan işlərin illik iqtisadi səmərəliliyi 6,6 < Ee < 10,6 mln. rub intervalında dəyişməklə, orta hesabla 8,7 mln. rub (kənd təsərrüfatı məhsullarının 31.12.1990-ci il alış qiymətlərilə) təşkil etmişdir. Beləliklə, qorunmanın təşkili və aparılmasına çəkilən xərclər özünü 6-7 dəfə doğrultmuşdur.

İşdə qoyulmuş psevdorandomizasiya və randomizasiya eksperimentlə­rinin köməyilə müəyyən edilmişdir ki, doluya qarşı mübarizə tədbirləri nəticəsində dolu buludlarının yaşama müddəti azalır, onun inkişaf zonası­nın həcmi kiçilir və inteqral sululuğu aşağı düşür.

Yuxarıda qeyd olunanlar sübut edir ki, Azərbaycan ərazisində yeni fəal təsir texnologiyalarının tətbiqi ilə doluya qarşı mübarizə işlərinin bərpası nəzərəçarpacaq iqtisadi səmərə əldə etməyə, kənd təsərrüfatı məhsulları həm­cinin artırılmasına və dolu təhlükəli regionların iqtisadi inkişafına kö­mək edərdi.


Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə