Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə6/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   2   3   4   5   6   7   8   9   ...   141

oradan da  Şuşaya daxil oldu.  Zeynalovun Milli Ordu hissələri ilə birləşən hər iki 
ordu  hissələri  Dağlıq  Qarabağı X I  Ordu hissələrindən  və daşnak ermənilərindərv 
təmizlədilər47.  Ərazinin  daşnaklarından  təmizlənməsində  yerli  bəylərdə  fəal 
iştirak  etdilər.  Bəhs  etdiyimiz  dövrdə  Cavanşir  qəzasında  İnqilab  Komitəsinin 
sədri  Adil  Sultanovda  azərbaycanlılardan  ibarət  hərbi  hissələrüə  üsyançıların 
tərəfinə keçmışdi.  XI O rdunun 2-ci süvari korpusunun  32-ci atıcı  diviziyası güclü 
bombardmançı  təyyarələrdən  istifadə  edərək  iyunun  15-də  Dağlıq  Qarabağda 
baş  vermiş  üsyanı  yatırdı.  Bombardman  zamanı  yüzlərlə  ev  dağıldıqı  və  dinc 
əhali  qırıldı.  Bu  vaxt  N uru  Paşa  müqavimət  göstərməyin  mənasız  olduğunu 
görüb  Şuşam  tərk  etdi.  Lakin  Dağlıq  Qarabağda  Sultanbəy  Sultanov  hələ  də 
müqavimət  göstərirdi.  General  C.Şıxlinski,  Sultanbəy  Sultanova  kömək  üçün  8 
min  adam, 24 ədəd  plamyot,  10 ədəd  top və külli  m iqdarda  ləvazimat göndərdi. 
S.Sultanovun  dəstəsi  Andranikin,  D ronun  ən  güclü  qoşun  hissələrinə  böyük 
itgilər  vermiş  və  ermənilərin  «Böyük  Ermənistan»  yaratm aq  planlarmı  yarımçıq 
qoymuşdur.  Güclü  müqavimətə  baxmayaraq,  S.Sultanov  da  güclü,  nizami  XI 
Ordunun  hücumu qarşısmda aciz qaldı.  Çünki,  xalqmın  qədirbilən,  qeyrətli  oğlu 
başa  düşürdü  ki,  bombardmançı  təyyarələrə  müqavimət  göstərmək  ağılsızlıqdır. 
Bu döyüş minlərlə evin  dağılmasma, günahsız insanların məhvinə səbəb ola  bilər. 
Odur  ki,  S.Sultanov  1920-ci  il  iyunun  14-də  müqaviməti  dayandırdı48.  Lakin 
Mikoyanm  məxvi  tapşınğı  ilə  S.Sultanova  qəsd  təşkil  edildi.  Xoşbəxtlikdən 
atılan  güllə onun  başına  yox,  çənəsinə dəydi.  S.Sultanov  onu  salam at  buraxma- 
yacaqlarını başa düşüb Türkiyəyə mühacirət etməli olur.
Xalqımızm  erməni  daşnaklanna  və  yeni  yaradılmış  quraluşa  qarşı 
mübarizə  tarixində  Q arabağ  Fədailəri  xüsusi  yer  tutmuşlar.  Güclü,  hərbi  təlim 
görmüş,  təpədən-dırnaqadək  silahlanmış  erməni-rus  birləşmiş  nizami  ordusu 
1920-ci il iyunun  15-də hücum edib Dağlıq Qarabağdakı xalq üsyanlarım yatırdı. 
Həmin  vaxt  Q.G.Orcankidze  V.İ.Leninə  teleqramm  vurdu  ki,  «Qarabağda 
qiyam ləğv edilib. N uru Paşa başda olmaqla qiyam rəhbərləri qaçıblar»49.
Beləliklə,  Dağlıq  Qarabağda  xalqımızm  ərazi  bütövlüyü,  azadlıq  uğrunda 
apardığı  milli-azadlıq  mübarizəsi  qan  içində  boğuldu.  Azərbaycanlılar  yaşayan
22
kəndlər  cəhənnəmi  xatırladırdı.  Bütün  evlər  yandırılmış  və  dağıdılmışdır.  Milli 
müqavimət  hərəkatınm  məğlub  olması  səbəblərini  araşdırarkən  Azərbaycanm 
başqa 
bölgələrindən 
fərqli 
olaraq 
Dağlıq 
Qarabağda 
özünəməxsus 
xüsusiyyətlərinin  olmasım  aşkar  edirik.  Başqa  ərazilərdən  fərqli  olaraq  Dağlıq 
Q arabağ  üsyançılan  həm  ermənilərə  qarşı  ərazi  bütövlüyü  uğum da,  həm  də 
Qırmızı  Ordu  hissələrinə  qarşı  azadlıq  uğrunda döyüşməli  idilər.  Bu  isə qüvvələr 
nisbətini zəiflədirdi.
-  Üsyanm  gedişində milliyyətcə erməni  olan  kommunistlərin  öz silahlan  ilə 
birlikdə  daşnaklann  tərəfınə  keçməsi  faktları  aşkar  edilmişdir.  Məsələn,  1920-ci 
ilin  maymda  1200  erməni  kommunisti  onlara  verilmiş  tüfəng  və  patronlari  ilə 
birlikdə  Nijdenin  dəstəsinə  qoşulmuşlar30.  Bu  da  qüw ələr  nisbətinin  erməni  və 
ruslar tərəfdə olmasına şərait yaratmışdır.
-  Həm  XI  Qırmızı  O rdu  hissələri,  həm  də  Dro,  Nijde  və  Andranikin 
dəstələri  uzun  müddətli  müharibələr  apardıqları  üçün  böyük  döyüş  təcrübəsinə 
malik idilər.  Bu isə müharibənin gedişində özünü büruzə verirdi.
- Ordunun texniki cəhətdən təchiz edilməsində də fərq b r müşahidə edilirdi. 
Adicə  Qızıl  Ordu  hissələrinin  bombardmançı  təyyarələrdən  istifadə  etməsi, 
döyüşən  Milli  Ordunu psixaloji  cəhətdən  ruhdan  saldı  və məğlub olmasına şərait 
yaratdı.
-  Bəhs edilən dövrdə erməni daşnakları  Dağlıq Q arabağ bölgəsinə özlərinin 
xüsusi  hazırladıqları  «təbliğatçı  dəstələr»  göndərdilər.  O nlar  ərazidə  yaşayan 
erməniləri  öz  tərəflərinə çəkə  bildilər  ki,  bu  da  daşnakların  qüvvəbrini  artırırdı. 
Eyni  zamanda  1828-ci  ildən  Dağlıq  Qarabağa  köçürülərək  burada  yaşayan 
ermənilər yerli şəraiti yaxşı bilir və daşnaklara bələdçilik edirdilər.
-  Özlərinin gizli məqsədləri  olan  Qərb dövlətləri erməni daşnaklarından  bir 
alət kimi istifadə etməyə başladılar və onları ərzaq, döyüş sursatı və silahla təmin 
etdilər.  Həm də erməni daşnakları həmin  dövbtlər tərəfmdən  beynəlxalq aləmdə 
dəstəklənirdilər.
23


- Azərbaycanlılar içərisində də, «yeni quruluşun ədalətli gələcəyi»nə inanan 
qüvvələr  var  idi  ki,  onlarm  üsyançılarm  tərəfrado  olmaması  qüvvələr  nisbətini 
azaldırdı.
-  Dağlıq  Qarabağda  baş  vermiş  üsyanm  Gəncə,  Zaqatala,  Lənkəran, 
Naxçıvan  üsyanları  ilə  əlaqənin  olmaması  bu  üsyanların  müxtəlif vaxtlarda  baş 
verməsinə,  ayrı-ayrılıqda  onların  hər  birisinin  Qırmızı  O rdu  hissələri  tərəfindən 
asanlıqla məğlub edilməsinə səbəb oldu.
-  Üsyanı  idarə  etmək  üçün  vahıd  mərkəz  yaradılmamışdı.  Bu  isə  öz 
növbəsində üsyamn  müxtəlif vaxtlarda,  plansız  keçirilməsinə və kortəbiiliyin  baş 
verməsinə,  son  nəticədə  isə  ümumxalq  üsyanma  çevrilməməsinə  və  məğlub 
olmasma gətirib çıxarmışdır.
Dağlıq  Q arabağda  baş  vermiş  olan  1920-ci  il  milli  müqavimət  hərəkatı  və 
xalq  üsyanlanmn  qan  içində  boğulmasma  baxmayaraq,  çox  böyük  əhəmiyyəti 
olmuşdur.  Belə  ki,  bu  üsyan  Dağlıq  Q arabağda  yeni  hakimiyyətə  qarşı  milli- 
azadlıq  hərəkatmm  başlanğıcmı  qoyaraq  onun  ilk  parlaq  səhifəsini  təşkil  etdi. 
Eyni zamanda Dağlıq Qarabağı  işğal edən  qüvvələr -  erməni daşnaklarm a və XI 
O rdu hissələrinə əyani  sübut olundu  ki,  xalqımız öz  azadlıq  və ləyaqəti uğrunda 
mübarizə  iqtibarına  malikdir.  Üsyan  yeni  yaranmış  hakimiyyəti  sarsıdaraq,  xalq 
hərəkatmm  gələcəkdə  inkişafma  təkan  verdi.  Üsyan  nəticəsində  bolşevik 
hakimiyyətinin  siyasi  böhranı  daha  da  dərinləşdi.  Xalqın  qəzəbi  aşıb  daşırdı. 
Ermənilərin bolşevik hakimiyyəti ciddi  təhlükə altmda olduğundan, onlar ardıcıl 
olaraq 
müsəlmanlara  qarşı 
repressiyalara  əl  atdılar. 
Minlərlə  dövlət 
məmurlarımız, 
ictimai-siyasi 
xadimlərimiz, 
nüfuzlu 
elm 
adamlarımtz, 
ümumiyyətlə,  bütün  namuslu  və  qeyrətli  görkəmli  şəxsiyyətlərimizin  bir  hissəsi 
həbs  edildi,  sürgün  edildi,  istintaqsız  və  məhkəməsiz  güllələndi,  digər  qismi  isə 
vətənini tərk edib mühacir həyatı keçirməyə məcbur edildilər.
Azərbaycanı  bütövlükdə  öz  müstəmləkəsinə  çevirən  Rusiya,  artıq 
daşnaklann  Dağlıq  Qarabağdakı  qarətləri,  dağmtıları  ilə  barışm aq  istəmirdi. 
O dur  ki,  Qızıl  O rdunun  1-ci,  2-ci,  3-cü,  4-cü,  177-ci,  178-oi  polklan  və  1-ci 
Qafqaz  korpusu  1921-ci  il  iyulun  3-də  general  Nijdenin  qoşunlannı  məğlub
24
etdilər.  Nijde Qafan dağlarma çəkilib M iqridən  İrana  qaçdı51.  D aşnak qoşunları 
məğlub  olsa da,  ermənilərin  məkirli  ərazi  iddiaları hələ  də davam edirdi.  Dağlıq 
Q arabağda vəziyyət əvvəlki kimi böhranlı olaraq qalırdı.
2. 
Azərbaycan SSR-in ərazi bütövlüyünə yeni qəsd və qondarma 
Dağhq Qarabağ Muxtar Vilayətinin yaradılması (1920-1923-cü illər)
Ermənilərin  dünyanm  müxtəlif  bölgələrindən  Qafqaza  köçürülməsi  ilə 
burada  yaşayan  xalqlarm  çətin  və  məşəqqətli  günləri  başlamışdır.  Azərbaycanm 
qədım  tarixə  malik  torpaqlarını  zaman-zaman,  hissə-hissə  qoparıb  «Erməni 
Vilayəti»  yaradan  ermənilər  təəssüflər  olsun  ki,  bununla  kifyətlənmədilər.  O nlar 
dənizdən-dənizə  «Böyük  Ermənistan  dövləti»  yaratm aq  niyyətinə  düşdülər. 
Erməni daşnaklarımn  bu  mənfur,  bəd  və ədalətsiz niyyəti  1905-ci ildən  başlamış
1914-1915-ci, 
1918-1920-ci 
illərdə 
davam   edərək 
Azərbaycanda 
sovet
hakimiyyəti  qurulduqdan  sonra  çox  ciddi  və  kəskin  şəkildə  yenıdən  ortaya 
atılmışdır. Ermənilər açıq elan  edirdilər ki,  «Qafqazda  Gürcüstan və Azərbaycan 
ola bilməz, burada ancaq təkcə Ermənistan qalmalıdır. Qafqazm hamısı ya gərək 
Ermənistan  ola,  ya d a  Ermənistana tabe  kimi  bir şey  (yəni  müstəmləkə -  M .N.) 
olmalıdır52.
Azərbaycanm  tarixi  torpaqlarım   «mübahisəli  ərazi»yə  çevirən  erməni 
daşnakları  Respublikamızda  ağır  milli  problem  yarada  bilmişdilər.  Bir  məsələni 
xüsusi  qeyd  etməliyik  ki,  bu  problemin  inkişafı  və  «həlli»ndə  Azərbaycanda  ilk 
növbədə  özünün  hakim  millətçilik  niyyətlərini  ardıcıl  güdən  Rusiyanm  böyük 
rolu var  idi.  1920-1923-cü illərdə Azərbaycan və Ermənistan  arasm da mübahisəli 
ərazilər  kimi  əsasən  Naxçıvan,  Zəngəzur  və  Dağlıq  Qarabağm   adlan  çəkilirdi. 
Azərbaycandakı «ərazi  mübahisələri» təkcə Rusiya və Ermənistanın deyil həm də 
böyük Qərb dövlətlərinin  «parçala  və hökm  et»  əsiyasətini əldə tutaraq  müəyyən 
məqsədləri var idi və öz mənafelərini güdürdülər.
Azərbaycanda çox  mürəkkəb və gərgin  siyasi ziddiyyətlər şəraitində «Dağlıq 
Qarabağ  məsələsi»  gündəmə  gətirilmişdi.  Azərbaycan  ərazisinə  müxtəlif  vaxt-
25


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə