Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə4/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   2   3   4   5   6   7   8   9   ...   141

Quşçular  kəndində  toplaşan  kiçik  silahlı  dəstələrin  müqavimətini  qırdılar. 
İnqilab  Komitəsi  bölgədə  yerləşən  Müsavat  silahlı  qüvvələrinin  ləğv  olunması 
işinə başladı26.
Yerli  dinc  əhali  tərəfindən  xiiaskar  kimi  qarşılanan  Qırmızı  Ordu 
döyüşçülərinin  soyğunçu,  quldur,  işğalçı  hərəkətləri,  hakimiyyətdə  olanlann 
qarətçilik  siyasəti,  varlı  adam lann,  o  cümlədən  ziyalıların  evlərində  kütləvi 
şəkildə  axtarışlar  apartlması,  əmlakların  müsadirə  edilməsi,  insan  ləyaqətinin 
tapdalanması  və  təhqirlər  xalqımızm  yeni  yaranmış  hakimiyyətə  qarşı 
narazılığını  artırırdı.  Dağlıq  Qarabağ  ərazisində  bu  hal  daha  kütləvi  xarakter 
almışdı.  Çünki  bütün  bunlarla  yanaşı  Qırmızı  Ordunun  timsalında  mənfur 
niyyətlərinin  böyük  qüvvəsini  duyan  ermənilər  1920-ci  ilin  maymda  torpaq 
iddiası  ilə  daha  da  azğınlaşmış  və  kəndlərin  yandırılması,  dinc  əhalinin 
güllələnməsi  adi  hala  çevrilmişdir.  Qəzəb  dalğası  xalqm  müqavimət  hərəkatını 
yetişdirmişdi. 
1920-ci  ilin  maymdan  Azərbaycan  milli  ordusu,  erməni 
təcavüzkarlığınm,  erməni  basqınlarınm  qarşısını  almaq  məqsədilə  Qarabağ 
bölgəsində  yerləşdırilmişdi.  Milli  O rdu  hissələrindəki  əsgəriərimiz,  Qırmızı 
Ordunun xalqımızm adət-ənənəsinə, milli xüsusiyyətlərinə toxunan  hərəkətləri ilə 
barışmır,  hətta  yeni  hakimiyyətin  özbaşınalığına  qarşı  biganə  qalmır  və  onların 
qarşısım almağa cəhd göstərirdilər.
1920-ci  il  mayın  I2-də  Azərbaycan  İnqilab  Komitəsinin  əmri  ilə 
əksinqilabçılara,  təxribatçılar  və  alverçiliyə  qarşı  Fövqəladə  Komissiya  (FK) 
yaradıldı.  FK   tərəfindən  görülən  tədbirlərə  hökm  verilməsi  Ali  İnqilabi 
Tribunala  həvalə  olundu.  FK   toşkil  olunduğu  ilk  gündən  Sovet  Rusiyasmda 
olduğu  kimi  terrorçu  bir  orqan  kimi  fəaliyyətə  başladı.  Respublikamn  bir  çox 
qəzalarmda  və  o  cümlədən  Dağlıq  Q arabağ  bölgəsində  də  FK   təşkil  olundu. 
Dağlıq Q arabağda FK -nm  sədri vəzifəsinə Armenak Mkrtiçeviç Qaragözov təyin 
edildi.  O  «şübhəli  ünsür»  adı  altında  azərbaycanlı  imkanlı  şəxslərin,  mədəniyyət 
xadimlərinin həbslərinə başlandı.  1920-ci ilin  sonu və  1921-ci  ilin birinci  rübündə 
təkcə Şuşadan 75  nəfər,  Xocavənd  və Ağdərə bölgəsindən  112  nəfər,  1921-ci  ilin 
fevral-mart  aylarında  Çeraber  kəndində  13  nəfər,  İmarət-Qərvənd  kəndində  9
14
nəfər, Qarakənddən  5 nəfər, Sığnaq,  Daşaltı kəndlərindən  20 nəfərdən çox  adam 
məsulüyyətə  cəlb  olunmuşdular27.  Məsuliyyətə  cəlb  olunanlarm   böyük 
əksəriyyəti  azərbaycanhlar  idi. 
1920-1921 -ci  illərdə  yayında  Xankəndi, 
Xocacavənd, Qaryagin  və  H adrutda  həbs  olunmuş  200  nəfərdən  çox  adam  Şuşa 
və  Qıraxtin  (Cəbrayıl)  həbsxanasmda  saxlanılmış,  qaçaq  düşən  və  ya  İrana  baş 
götürüb  gedən  qohumları  və  ya  yerliləri  ilə  gizli  əlaqə  saxladıqlarmı  bəhanə 
edərək  şahidsiz,  sübutsuz ən  ağır cəzaya məhkum olmuşlar28.  Dağlıq  Qarabağda 
təqib olunanların,  həbs  edilənlərin çoxsu milli  ayrı-seçkiliklə,  milli  ədavətlə bağlı 
məsələlər  üstündə  mühakimə  edilmişlər.  FK   yerlərdə  əhali  arasında  vahimə 
yaratm aq məqsədi güdürdü.
Respublikanm  kəndlərində  və  xüsusi  ilə  sərhəd  rayonlarm da  Dağlıq 
Qarabağda FK  ilə XI O rdunun xüsusi şöbələri geniş fəaliyyət göstərirdi.  FK  kimi 
XI  Ordunun  xüsusi  şöbəsi  də  qəzalara,  kəndlərə  gedərkən  ilk  növbədə  varlı 
adam lann  siyahısını  tələb  edir,  qaçaqçılıqla  məşğul  olanları  arayıb-axtarır,  hər 
bir  ailənin  keçmişi  ilə  m araqlanır,  təqib  olunmaları  üçün  tədbirlər  görürdülər. 
İstər  FK-mn  və  istərsə  də  XI  Ordunun  siyasi  şöbəsinin  qeyri-məhdud 
səlahiyyətləri  var  idi29.  Məhz  buna  görə  xalq  təsərrüfatının  bərpasma  keçid 
dövründə respublikanm hər yerində və xüsusilə Dağlıq Q arabağda siyasi vəziyyət 
son  dərəcədə  gərgin  bir  halda  idi.  Əhalinin  qarət  olunması,  təqiblər,  insan 
ləyaqətinin  tapdalanması  adi  bir  hala  çevrilmişdir.  Buna  görə  Şuşadan, 
Qaryagindən  və  digər  ərazilərdən  xeyli  imkanlı  ailələr  İrana,  bir  qismi  ısə 
Türkiyəyə  çıxıb  getməli  oldular.  XI  O rdunun  8-ci  diviziyasının  siyasi  şöbəsinin 
əməkdaşları  Şuşaya,  Xankəndinə,  H adrut  və  Qaryaginə  daxil  olarkən  keçmiş 
qəza  rəislərini,  pristavları,  kəndxudaları,  bir  çox  din  xidmətlərini,  varlı 
ham paları, onların  ailə üzvlərini, hətta qadınlarmı  həbs edib,  Şuşa və Qıraxtında 
saxlanmış,  bir  çox  bəylər  əhalinin  gözü  qarşısında  güllələnmişlər30.  Cavanşir 
qəzası  İnqilab Komitəsinin  fəaliyyəti ilə bağlı  1920-ci  il  17  oktyabr  məlumatmda 
bildirilirdi  ki,  Tərtərə  gələn  komissiya  inqilab  düşmənlərinin  güllələnməsini 
həyata  keçirdi.  Cəbrayıl  qəzasından,  habelə  H adrutdan  İnqilab  Komitəsinə 
göndərilən  gizli  m əktubda  göstərilirdi  ki,  bu  bölgədə daxili  «sakitlik!ə»  bağlı  bir
15


çox  tədbirlər görülmüş,  inqilab  düşmənlərindən  intiqam  alınmışdır.  Əhali  böyük 
qorxu,  ciddi  təlaş  içərisində  idi.  Dağlıq  Qarabağdan  verilən  xəbərlərdən  aydm 
olur  ki,  son  zam anlarda  bölgədə  yerləşən  ordu  hissələri  əhali  arasında  iş 
apararkən  əhalinin  adət-ənənələrinə,  dininə,  dilinə  hörmət  etmir,  onlarla 
vəhşicəsinə  rəftar  edirlər.  Şuşada,  Ağdərədə,  Qaryagində  kütləvi  həbslər 
apanlmışdır31.
1920-ci  ilin  sonlarında  Dağlıq  Qarabağdan  AK(b)P  M K -nə  daxil  olan 
məlumatda  göstərilirdi  ki,  Şuşada  vəziyyət  son  vaxtlar  daha  da  ağırlaşıb. 
Müsəlmanlar  keçmişə daha  çox  meyllidirlər.  Bunun  əsas  səbəbi  heç  bir  qaydaya 
sığmayan  mal-qaranın,  taxılın  ot-ələfin  müsadirəsi,  kəndlilərə  qarşı  FK-nın 
tepresvyalaT 
tətbiq etməsidiı. O na gövədə xalq yenə hakimiyyətə inanmır32.
1920-ci  ilin  əvvəllərində  özlərinin  ən  «müqəddləs  arzu»larını  «Böyük 
Erhıənistan»  yaratm aq  kimi  bəd,  ədalətsiz  niyyəti ' -   praktiki  olaraq  həyata 
keçirməyə  çalışan  erməni  daşnakları  Dağlıq  Qarabağın  müsəlmanlar  yaşayan 
kəndlərində  dinc  əhaliyə  qarşı  təcavüzkarlıq  edir,  vahimə  salır,  qarətçilik  və 
zorakılıqla  məşğul  olur, onlara  ən  ağır cəza verməkdən  çəkinmir,  bütün  kəndləri 
yandıraraq  əhalinin  yaşadıqları  əraziləri  tərk  etməyə  məcbur  edirdilər33.  Aprel 
faciəsindən  sonra özlərinə güclü arxa tapan  təcavüzkarlann bəd əməlləri daha da 
artmış,  Dağlıq Q arabağda milliyyətcə ermənəilərdən ibarət ali  hakimiyyət orqanı 
yaradılmış,  onların  «sosializm  quruculuğu»  adı  altmda  apardıqları  siyasət,  həm 
mahiyyət  cəhətdən,  həm  də üsul  etibarilə  yuxarıdan,  zorakılıq  yolu  ilə,  şovinist 
mövqedən  yanaşm a  və  bu  və  ya  buna  bənzər  hallar  istər-istəməz  xalqımızın 
kütləvi  narazılığma  səbəb  olurdu.  Bu  narazılıqlar  isə  özünü  milli  müqavimət 
hərəkatı  və xalq üsyanları  şəklində göstərirdi.  O dövrdə M .Ə.Rəsulzadə  yazırdı: 
«İstiqlaldan  bir  ay  sonra  artıq  bütün  Azərbaycan  məmləkətinin  müdhiş  bir 
istilaya  məruz  qaldığını  acı  bir  surətdə  dərk  etmişdi...  Xalq  təhəmmül'etmədi, 
üsyan  etdi»34.  Həmin  vaxt  Azərbaycanda  olan  general  Veysəl  bəy  yazırdı  ki, 
«Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  ruslar  ikiüzlü  siyasət 
yeridirdilər.  Ermənilərə  hərtərəfü  kömək  göstərilirdi.  Şüurlu  xalq  bolşeviklərin 
şüarları ilə əməlləri arasındakı fərqi tezliklə dərk etməyə başladılar.  Xalq hər şeyi
16
dərk  etdiyindən  müqavimətə  başladı»35.  Dağlıq  Q arabağda  milli  müqavimət 
hərəkatmm  və  xalq  üsyanlarmm  baş  vermə  səbəblərini  müəyyənləşdirərkən 
aşağıdakıları  xüsusilə qeyd etmək lazımdır:
-  XX  əsrin  əvvəllərində  ərazi  iddiaları  məqsədilə  xalqımıza  qarşı  erməni 
cəlladlannm  -   Dro,  Nijde  və  Andranikin  törətdiyi  cinayətlər36.  Günahsız 
azərbaycanlıların güllələnməsi,  kəndlərin yandınlıb xarabalığa çevrilməsi, kütləvi 
qarətlər  xalqımmn  səbir  kasasmı  daşdırmış  və  Dağlıq  Q arabağda  milli 
müqavimət hərəkatmı doğuran əsas səbəblərdən birincisi idi.
-  Torpaqlann  müsadirəsi  haqqnıda  dekretdən  sonra  mülkədarlar  xalq 
içəricində  Qarabağda  ciddi-cəhdlə şayələr yaymağa  başladılar  ki,  «Qırmızı O rdu 
müsəlmanları bütövlükdə qırmaq üçün dəlirlər».  Onlar xalq  içərisində «müsəlman 
kommunistlərin  xəyanətkarlığı»,  «ümummilli  fəlakət»  və  sair  fikirlər  yayırdılar. 
Deməli  mülkiyyəti müsadirə edilənlər xalq içərisində yeni  hakimiyyətə qarşı güclü 
təbliğat aparır və bu hal istər-istəməz üsyanlara səbəb olurdu.
-  XI Qırmızı  O rdunun Azərbaycana daxil olmasından  qabaq  əhalinin böyiik 
bir  hissəsində  belə  bir  fikir  yaranmışdı  ki,  məhz  ruslar  Azərbaycanı  erməni 
təcavüzündən  və  daşnaq  dəstələrinin  təhlükəsindən  xilas  edəcəkdir.  Lakin  XI 
O rdunun 
dəstələri  Azərbaycan  sərhədlərini  möhkəmlətməyə  tələsmirdilər.  Eyni 
zam anda 
Azərbaycandakı  erməni  silahlı  dəstələrini  tərkisilah  etmək  üçün  ciddi 
addımlar  atmırdılar.  Əksinə  azərbaycanlılarm  ilk  üsyanlanndan  sonra  Qırmızı 
Ordu  hissələri  müsəlman  əhalisinin  tərki-silah  edilməsini  özlərinə  vəzifə  bildilər. 
Azərbaycan  Ordusunun  dağıldığı,  əhalinin  böyük  əksəriyyətinin  silahdan 
məhrum  edildiyi  bir  şəraitdə  azərbaycanlılar  ermənilərin  hücumları  qarşısmda 
aciz qalırdılar.  1920-ci ilin  ortalarm da erməni quldurları Q arabağda Xankəndini, 
Quşçuları,  Malıbəylini  və  başqa  azərbaycanlılar  yaşayan  kəndləri  darmadağm 
etdilər.  Tərkisilah edilmiş shali çox ağır məhrumiyyətlərlə üzləşdi.  B.Şahtaxtinski 
həmin  dövrü təhlil edərək  yazırdı  ki,  erməni vəhşilikləri  o dərəcəyə  çatmışdır  ki, 
bəzi  qəzalarda,  xüsusilə  Dağlıq  Q arabağ  ərazisində  məsələ  artıq  «müsəJman
əhalisinin  fıziki  mcv<}ndluğundan»  -gedirdi.  ■
Sözsüz  k 
Azərbaycan  Respublikası  Prezidentinin 
İşlər İdarəsi
PRE2İDENT KİTÄBXANASI
Dağiıq  Q arabağda


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə