Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
tar d qra 22 06 18

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. 
Tədqiqatın nəticələrinə 
əsaslanmaqla səmərəli fəaliyyəti təmin edə biləcək zəruri tövsiyə və tək-
liflər hazırlanmışdır

Dissertasiyada gömrük işinin özünəməxsus xüsusiy-
yətləri ilə bağlı nəzəri fikirlər inkişaf etdirilmiş, müasir geosiyasi şəraitdə 
gömrük nəzarəti sisteminin qorunub saxlanılmasının və inkişaf etdiril-
məsinin mühüm siyasi-iqtisadi əhəmiyyət daşıması göstərilmişdir. Gömrük 
işinin inkişafının aşağıdakı əsas xüsusiyyətləri: a) gömrük işinin əsas 
məzmununu dövlətin yürütdüyü gömrük siyasətinin əsas mahiyyətini təşkil 


23 
etməsi; b) gömrük rejiminin və gömrük nəzarətinin reallaşdırılması prin-
siplərinin geosiyasi vəziyyətdən və ölkənin daxili iqtisadi-maliyyə duru-
mundan asılı olaraq dəyişkən olması nəzəri cəhətdən əsaslandırılmışdır. 
Dissertasiyanın materiallarından:
– müasir şəraitdə Azərbaycan dövlətinin çevik və düşünülmüş gömrük 
siyasətinin işlənilib hazırlanmasında;

xarici iqtisadi əlaqələrlə məşğul olan və ya bu sahəyə rəhbərlik edən 
təşkilatların gündəlik fəaliyyətlərində; 

Azərbaycanın iqtisadi tarixi, xarici ticarət və gömrük münasibətlərinə 
dair elmi əsərlərin yazılmasında;
– dərslik və mühazirə mətnlərinin hazırlanmasında, ali məktəblərdə 
“Tarix”, “Gömrük işi”, “İqtisadiyyat”, “Beynəlxalq iqtisadi münasibətlər” 
ixtisasları üzrə xüsusi kursların keçirilməsində;
– Azərbaycanın gömrük işi tarixinə dair ensiklopedik nəşrin tərtib 
olunmasında istifadə oluna bilər.
Tədqiqatın aprobasiyası. 
Dissertasiya işi Azərbaycan Milli Elmlər 
Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Res-
publikasının müasir tarixi” şöbəsində müzakirə olunmuş və müdafiəyə 
məsləhət görülmüşdür. Dissertasiya işinin əsas müddəaları Naxçıvan 
(2007), Bakı (2014, 2015), Moskva (2013, 2014) və Çikaqoda keçirilən 
(2013) beynəlxalq konfranslarda aprobasiya edilmişdir. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə