Azərbaycan Memarlıq və İnşaat Universiteti "ay-miN" Məhdud Məsuliyyətli Cəmiyyət



Yüklə 6,94 Mb.
səhifə1/2
tarix29.11.2023
ölçüsü6,94 Mb.
#143380
  1   2
AY-MİN


Azərbaycan Memarlıq və İnşaat Universiteti
“AY-MİN” Məhdud Məsuliyyətli Cəmiyyət
Tikinti iqtisad fakültəsinin 749 a4 qrup tələbəsi Fidan Vüqar qızı Hüseynova istehsalat təcrübəsi haqqında
Elmi Rəhbər: kafedra müdiri, i.ü.f.d.,dos., R.T.Əliyeva
dos A. X. Nəbiyev; G.S.İmamquliyeva
İstehsal Rəhbəri : “AY-MİN” MMC-nin direktoru V. F. Əmrullayev “AY-MİN” MMC-nin texnoloqu M. T. Ağayev
Bakı-2023
Bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin
ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir. Onlardan biri də “AY-MİN” MMC’dir.
Artıq 25 ildir ki, Azərbaycan bazarında öz nüfuzu ilə öyünən “AY-MİN” MMC “Halal Zəhmət” brendi adı altında “Halallığa zəmanət” şüarı ilə yeni kolbasa və sosislərin istehsalına başlayır.
“AY-MİN” Məhdud Məsuliyyətli Cəmiyyət
Hal-hazırda 17 çeşid mövcuddur. Yaxın gələcəkdə çeşidlərin sayı 45-ə qədər yüksələcək. Onu da qeyd edim ki, “Halal Zəhmət” brendi altında bişmiş, hisə verilmiş kolbaslar, sosislər buraxılır. Gələcəkdə ət delikatesləri və digər məhsullar da müştərilərin ixtiyarına veriləcək. Tərkibindəki ədviyyatlar Avropadan gətirilsə də, onların hər biri halal sertifikatları ilə təmin olunub. Bir sözlə, “Halal zəhmət” yeni bir brend olaraq bazarda özünə yer tutmağa çalışacaq. Üstəlik, istehsal prosesində əsasən alman texnologiyasından istifadə edilir. İstehsal prosesində ancaq halal toyuq və mal ətindən istifadə olunur. Ən əsası, kəsim prosesində bütün dini qaydalara və rituallara əməl edilir. “Flaqman” ət məhsulları şirkəti də “AYMİN” MMC’ə aiddir. Flaqman ət məhsulları şirkəti 2001 – ci ildə təsis olunub ve həmin ildən də , əvəz olunmaz dada malik məhsullarını Azərbaycan alıcısına təqdim etmişdir. Şirkət 2011 – ci ildə tam rekonstruksiya edilmişdir. Şirkətə dünyanın tanınmış avadanlıq istehsalçılarından ən son tələblərə cavab verən texnologiyalar gətirilmişdir. Artıq şirkətin məhsulları insan əli dəymədən, tam qapalı şəkildə və yüksək səviyyəli mühəndis – texnoloqların nəzarəti altında istehsal olunur.
Şirkətin məhsulları bu gün mövcud olan bütün sertifikatlarla və baytarlıq şəhadətnamələri ilə təsdiq olunmuşdur. Biz fəxrlə deyə bilərik ki, Dinamik inkişaf edən Azərbaycanımızın Qida sənayesində “FLAQMAN” adının özünəməxsus yeri vardır.
“Flaqman” ət məhsulları şirkətinin məhsullarının çeşidinin sayı artıq 145 – i keçmişdir. Bu bişmiş kolbasa və sosislər, yarım hisə verilmiş kolbasalar, vetçina, ət, toyuq delikatestləridir. İlk gündən məhsullar qədim və müasir rus reseptləri ilə hazırlandığından, öz spesifik dadı ilə istehlakçıların zövqünü oxşayır. Şirkətin Marketinq şöbəsinin peşəkar ve yorulmaz əməyi nəticəsində məhsulları Azərbaycanın ən ucqar bölgələrindəki marketlərdən belə təzə və təravətli şəkildə əldə etmək mümkündür.
Müəssisə halal qida sertifikatlarına malikdir, ekoloji cəhətdən təhlükəsiz məhsullar istehsal edir, istər paytaxtda, istərsə də bölgələrdə, rayonlarda adı kimi dadı var “Flaqman” şirkəti öz əla növ çeşidləri ilə üstünlük təşkil edir və ən əsası çoxsaylı alıcılar tərəfindən həmişə bəyənilir, sevə-sevə yeyilir. Marketlərdə vitrinlərdə adı və dadı ilə göz oxşayan, alıcıları öz çeşidləri ilə diqqət çəkdirən “Flaqman” şirkəti məhsullarına alıcıların alıcılıq qabiliyyəti yüksəkdir.
Qeyd edim ki, müəssisənin istehsal etdiyi ət
məhsulları keyfiyyəti baxımından məşhurdur. Bu,
heç də nəzəri mülahizələr deyil. Belə ki, burada
istehsal olan məhsulların keyfiyyətinə əmin olmaq
üçün istehsal prosesində yaxından iştirak etmişəm.
Məlumat üçün bildirim ki, bir neçə ildir ki, fəaliyyət
göstərən müəssisə respublikamızda əsl "halallıq"
nümunəsi sərgiləyib.
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, müəssisədə müasir avadanlıqlardan istifadə edilir ki, bu da istehsal prosesində xammala insan əlinin toxunuşunu, demək olar ki, tamamilə məhdudlaşdırır. Kolbasa məmulatlarının istehsalı üçün tədarük olunan məhsullar Azərbaycanın aidiyyəti qurumları tərəfindən sertifikatlaşdırılır.
İstehsalat təcrübəsi təhsil prosesinin tərkib hissələrindən biridir və nəzəri biliklərin möhkəmləndirilməsini, iş fəaliyyətində zəruri olan praktiki bacarıqların mənimsənilməsini təmin edir. İstehsalat təcrübəsi əməyin idarə edilməsi, sosial və əmək münasibətlərinin tənzimlənməsi, məşğulluq xidmətləri, təşkilat və institutların ümumi fəaliyyət prinsiplərinin öyrənilməsi məqsədilə həyata keçirilir; kadrların seçilməsi, yerləşdirilməsi və uçotu ilə məşğul olan xidmət və bölmələrin işinin təşkili prinsipləri, kadrlar şöbəsi, əmək və əmək haqqı, kardların idarə edilməsi şöbələri; o cümlədən bu xidmətlərin fəaliyyətini təmin edən sənədləşmənin təhlili. O, nəzəri təlimi konkret iş yerlərində praktiki fəaliyyətlərlə birləşdirməyə imkan verir.
TƏCRÜBƏYƏ BAŞLAMAQ ÜÇÜN SƏNƏDLƏRİN HAZIRLANMASI VƏ FƏRDİ TAPŞIRIQLARIN VERİLMƏSİ
Təcrübə tapşırıqlarına aşağıdakılar daxildir:
Həyata keçirilməsi üçün zəruri olan peşakar bacarıqların və müəyyən təcrübənin formalaşdırılması;
Gələcək peşə fəaliyyəti;
İqtisadçının fəaliyyətinin öyrənilməsinə tədqiqat yanaşmasının formalaşdırılması;
Sənədləşmə ilə işləmək vərdiş və bacarıqlarına yiyələnmək, iqtisadi hesablamaların həyata keçərilməsi.
Təcrübə nəticəsində bu biliklərə yiyələnə bildim:
Fövqəladə halların qarşısını almaq üçün texnikanın vəziyyətləri ilə tanışlıq keçirdik;
Müəssisənin iş yerində təhlükəsizlik;
Müəssisənin strukturu ilə tanışlıq;
Şöbələrin tabeliyi, onların istehsalatda funksiya və vəzifələri; Sənədlərin, ifadələrin, aktların icrası və orfoqrafiyası.
Təşkilatlarda qarşılaşılan ən əhəmiyyətli insan qaynaqları problemlərindən biri, işçilərin təhlükəsiz və sağlam bir iş mühitinə sahib olmamalarıdır. Təşkilatların daha yaxşı rəqabət şərtlərinə çata bilməsi üçün işçilərin iş sağlamlığı və təhlükəsizliyi mövzusunda planlı və sistemli işlər icra etmələri lazımdır. İnsan faktoru, insan həyatının qorunması müəssisələr üçün əsas vəzifələrdən biridir. İnsanların iş şəraitini asanlaşdırmaq, onların təhlükəsizliyini təmin etmək üçün hər il bütün proseslərin avtomatlaşdırılması və yenilənməsi ilə məşğul olunmalıdır. Bu işin edilməsində şirkət rəhbərlərinin əvəz edilməz rolu var.

Yüklə 6,94 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə