Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə13/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 40 -
(Qəzzali ilə başlayan dövr, fəlsəfi kəlam dövrü) islam kəlamçıları tərəfindən 
də  qəbul olunmuşdur. Lakin mütəqəddimun dövrü (Qəzzalidən  əvvəlki 
dövr) kəlamçıları əsasən mücərrəd cövhər anlayışını qəbul etmədikləri üçün 
bu nəzəriyyəyə soyuq yanaşmış, bunun əvəzində özlərinə  məxsus ruh 
nəzəriyyəsini inkişaf etdirmişlər. Nəfs və ruha verdikləri fərqli mənalar bu 
iki nəzəriyyənin əsas fərqli cəhətləridir. Belə ki, nəfs anlayışını qəbul edən 
məşşai filosoflara görə o, mahiyyəti baxımından maddədən ayrı mücərrəd 
bir cövhərdir. Ruh anlayışına görə isə o, “lətif (şəffaf)” bir cisimdir. Lakin 
yuxarıda da qeyd etdiyimiz kimi Qəzzalidən sonrakı dövrdə  kəlamçıların 
əksəriyyəti nəfs nəzəriyyəsini mənimsədilər.  Əslində  nəfs nəzəriyyəsinin 
mənimsənilməsi islam mütəfəkkirlərinə fizikadan metafizikaya keçmə im-
kanı verirdi (24, s. 531). Belə ki, mahiyyəti baxımından tamamilə mücərrəd 
olsa da hərəkətləri baxımından konkret olan nəfs mücərrəddən konkretə ke-
çidi reallaşdırır. Bunu islam filosoflarının qəbul etdiyi beş cövhər anlayışı 
kontekstində götürsək onda qarşımıza belə bir mənzərə çıxır: cövhərlərin ilk 
üçü, yəni maddə, forma və onlardan ibarət olan cism tamamilə konkret, ağıl 
isə tamamilə mücərrəddir. Nəfs isə yuxarıda qeyd etdiyimiz kimi bir cəhət-
dən mücərrəd digər cəhətdən isə konkretdir. Bu da nəfsə mücərrəd ilə 
müşəxxəs arasında keçid imkanı yaradır. 
Məşşailərə görə nəfsin varlığını isbat etmək üçün heç bir dəlilə ehtiyac 
yoxdur. Çünki onun varlığının inkar edilməsi insanın öz varlığını inkar et-
məsi deməkdir (18, s. 16). Zira nəfs hamının “mən” deyə ifadə etdiyi şeydir 
(17, s. 176). 
İslam peripatetikləri nəfsi Aristotellə birlikdə ifadə olunan şəkildə 
“potensial həyata sahib olan orqanik cismin ilk mükəmməlliyi” deyə  tərif 
etmişlər (22, s. 156). Onlara görə nəfs bədənlə eyni deyildir. Belə ki, insanın 
öz bədəninin və üzvlərinin fərqində olmaması mümkündür. Halbuki o, 
həmişə öz nəfsinin, yəni özünün fərqindədir. Bundan başqa cism olması, 
yəni bədən olması baxımından digər cismlərlə  şərik olan insan nəfsə (dü-
şünən nəfs-ən-nəfs ən-natiqa) malik olması baxımından isə onlardan ayrılır. 
Bu hal nəfsin bədənlə eyni olmadığını göstərir. Üstəlik bədənin ölməsi ilə 
birlikdə nəfs ölmür. Belə ki, mahiyyətləri diri olmalarını lüzumlu edən var-
lıqların ölmələri imkansızdır.  


Fəlsəfə tarixi
 
 
 
- 41 -
Peripatetik ənənə bitki (nəbati), heyvan və insan nəfsi şəklindəki üçlü 
bölgünü də mənimsəyir. Bu anlayışa görə qidalanma (təğəzzi-
 
يﺬﻐﺘﻟا ), böyü-
mə (numuvv-ﻮﻤﻨﻟا) və artma (təvlid- ﺪﻴﻟﻮﺘﻟا) gücünə sahib olan bitki nəfsi ən 
aşağı  dərəcədəki nəfs növüdür. Ondan sonra isə bitki nəfsinin bütün güc-
lərinə və əlavə olaraq da idrak və iradi hərəkət güclərinə malik olan heyvani 
nəfs gəlir. Ən üst mərtəbədəki nəfs növü isə cismlik və maddiliyin fövqündə 
olmaqla mücərrəd bir mahiyyətə malik olan insan nəfsidir. Bu nəfs nəbati və 
heyvani nəfslərin sahib olduğu bütün güclərə sahib olmaqla həm də onlarda 
olmayan düşünmə qabiliyyətinə malikdir (16, s. 524). 
Yuxarıda qeyd olunanlardan belə aydın olur ki, islam məşşai filosof-
ları da nəfs-bədən əlaqəsində dualist bir mövqedən çıxış ediblər. 
İşraqi fəlsəfənin qurucusu Şihabəddin Sührəvərdi də ruh-bədən əlaqəsi 
mövzusunda dualist bir anlayışı mənimsəmişdir. Onun bu mövzudakı görü-
şü “Nur” konsepsiyasına əsaslanır (Bax: 7, s. 110-137). Sührəvərdiyə görə 
varlıqda Nurlar nuru (nur əl-ənvar-  راﻮﻧﻻا  رﻮﻧ) olan Tanrıdan başlayan bir 
nurlar ierarxiyası mövcuddur. İlk nurdan uzaqlaşdıqca nurun şiddəti da 
azalar. Yaradılışın ikinci mərhələsini təşkil edən  qahir nurlar vasitəsilə 
əmələ  gələn insan ruhu da nurlar aləminə nisbətlə  aşağı  və natamam bir 
mərtəbəyə sahib olduğu üçün mütəmadi olaraq yenidən oraya qayıtmaq 
üçün can atar (15, s. 2). Sührəvərdi maddi olanı qaranlıq-zülmət, ruhani ola-
nı isə nurla ifadə edir. O, nurdan ayrı olması baxımından qaranlıq kimi 
qəbul etdiyi maddəni nurlar aləmi ilə  əlaqəli olan ruh qarşısında ikinci 
dərəcəli bir mövqeyə yerləşdirir.  
Göründüyü kimi xüsusilə  qədim dövrdə  və orta əsrlərdə ruh-bədən 
əlaqəsi ilə bağlı əsas müzakirələr daha çox ruhun və nəfsin maddədən ayrı 
mücərrəd bir cövhər olması ətrafında təmərküzləşmişdir. Bu dövrlərdə daha 
çox tərəfdarı olan dualist məktəbin ruhu da bədən kimi müstəqil bir sub-
stansiya kimi qəbul etməsinin əksinə monist nöqteyi-nəzər bu anlayışı rədd 
etmişdir. Son dövrlərdə isə xüsusilə pozitiv elmlərin inkişafı ilə birlikdə be-
yinlə əlaqəli tədqiqatların da təsirilə ruhun və yaxud nəfsin beynin bir funk-
siyası olduğuna dair görüşün daha çox populyarlaşdığı müşahidə olunur. 
Hətta problemi Kvant mexanikasına  əsasən həll etməyə çalışan mütəfək-
kirlər də vardır. Qısacası istisnalar olsa da (xüsusilə din fəlsəfəçiləri ara-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 42 -
sında) elmi inkişafın ardından ruh və ya nəfsin  əsasən maddiləşdirildiyini 
deyə bilərik. Xüsusilə fiziki və zehni olan arasındakı əlaqəni araşdıran zehn 
fəlsəfəsi daxilində mövzunun öz aktuallığını qoruduğunu da demək müm-
kündür. 
 
3. Səlahəddin Xəlilova görə ruh-nəfs-bədən  əlaqəsi və bunun 
düşüncə tarixi kontekstində dəyərləndirilməsi 
 
Yuxarıda qeyd etdiyimiz kimi düşüncə tarixində nəfs-ruh-bədən əlaqə-
si probleminə daha çox dualist mövqedən yanaşılmışdır. Yəni problem ruh-
bədən və ya nəfs-bədən  əlaqəsi kontekstində müzakirə edilmişdir. Bundan 
başqa xüsusilə modern dövrdə elmi sahədəki inkişafın təsirilə ruhi olanın bir 
növ maddi səviyyəyə endirildiyi də bir faktdır. Prof. Səlahəddin Xəlilov da 
ilkin olaraq problemin məhz bu iki cəhətini müzakirə obyektinə çevirir. O 
problemə üçlü perspektivdən yanaşır. Xəlilova görə bu günə  qədər fəlsəfə 
tarixində problem ruhla bədən və nəfslə bədən əlaqəsi baxımından müzakirə 
edilsə də ruh, nəfs və bədənin üçlü əlaqəsi kontekstində müzakirə mövzusu 
halına gətirilməmişdir.  
Xəlilova görə nəfs və bədən insanın sahib olduğu iki cövhərdir: “İnsan 
bədənə malik olmaqla fiziki varlıqdır və təbiətlə sıx surətdə bağlıdır. İnsan 
habelə ruhani varlıqdır, nəfsə malikdir və ruh dünyası ilə, kosmik zəka ilə 
qarşılıqlı  əlaqədədir........ Ruh nəfsdən fərqli olaraq kosmik hadisə hesab 
oluna bilər. Onun bir damlası insana daxil olmaqla insanla ruhlar aləmi 
arasında yol açır” (6, s. 36). 
Təbiət elmlərinin inkişafı ilə birlikdə ruh-bədən  əlaqəsi ilə bağlı 
klassik müzakirələrin əvəzinə mövzunun elmi bir şəkildə tədqiqinə üstünlük 
verildi. S. Xəlilova görə əslində bu hal, xüsusilə də aşkarlanmayan şüur-la 
əlaqəli təlim nəhayət bu günə qədər var olan paradiqmaların dəyişdirilməsi 
lüzumunu ortaya çıxarmış, maddi aləmin qaydalarını ruha tətbiq edən və 
beləcə şərq düşüncəsindən uzaqlaşan qərb düşüncəsinin keçmişə, yəni şərq 
təfəkkürünə qayıdış  tələbini ortaya çıxarmışdır. Lakin qərb düşüncəsi hələ 
də bu mövzuda materializmin boyunduruğundan xilas ola bilməyib. 
Materializmin “yüksəkdə duranı  aşağıda olandan asılı  vəziyyətə saldığını” 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə