23
bilən lazımi qədər ştab və ober zabitlər tə"yin etmək onun ixtiyarına verilsin;
3) İqlim şəraitinə görə köçürmə işləri ləngiyə biləcək yerlərdə rus ordusu
orada gözləsin və ordu köçənləri müşayiət etsin; 4) Kasıb köçkünlər üçün
xəzinədən vəsait ayrılsın.
1
Paskeviç bu təkliflərin yerinə yetirilməsi üçün fevralın 26-da
Lazarevə və fevralın 29-da İrəvan müvəqqəti idarəsinə xüsusi təlimat
göndərir. Lazarevə verilən 19 maddəlik təlimatda göstərilir: köçürülən
xristianlardan ticarətlə məşğul olanlar şəhərlərdə yerləşdiriləcəklər ki, yenə
ticarətlə məşğul olsunlar; kəndlilərə kifayət qədər münbit torpaq ayrılacaq və
onlar 6 il müddətinə vergilərdən, üç il isə torpaq mükəlləfiyyətindən azad
ediləcəklər; köçməyə hazır olan ailələrə onlara veriləcək güzəştlər haqqında
xüsusi formada vərəqlər verilməlidir; köçürülənlər kəndlər üzrə partiyalara
ayrılmalı, hər partiyada 150-dən 300-ə qədər ailə olmalıdır; köçürülənləri
İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin
ərazilərdə xristian əhalisi mümkün qədər artırılsın; hər partiyanı müşayiət
etmək üçün ermənicə bilən bir zabit və 2-5 kazak ayrılsın; köçkün partiyaları
yola çıxan kimi, dərhal İrəvan müvəqqəti idarəsinə ailələrin sayı, onların
yaşadıqları ərazinin iqlim şəraiti, məşğuliyyətləri, malik olduqları sürülər və
sərhədə yetişəcəkləri təxmini vaxt haqqında xəbər göndərmək lazımdır.
Rus qoşunlarının müqaviləyə əsasən geri çəkilmə prosesi martın 8-
dən e"tibarən Marağadan başlandığı üçün, ilk növbədə orada yaşayan
erməniləri köçürmək nəzərdə tutulmuşdu. Qarabağa yaxın ərazidə yerləşən
Üzümçü kəndinin və ətraf kəndlərin ermənilərini Qarabağda yerləşdirmək
qərara alınmışdı.
Kasıb ailələrə kömək üçün xəzinədən 25 min manat gümüş pul
ayrılmışdı. Lazarevin və ona təhkim edilən erməni zabitlərinin vəzifəsi
köçürülənlərin sərhədə çatdırılması ilə bitmiş hesab edilirdi. Bundan sonra
işlərə rəhbərlik İrəvan müvəqqəti idarəsi yanında yaradılan Komitəyə həvalə
edilirdi. Komitə köçkün partiyalarını sərhəddə qarşılamaq üçün heyət
göndərməli idi. Həmin heyət onları yeni yaşayış məntəqəsinədək müşayiət
edirdi. Qarabağ üzrə bu vəzifə gömrük hərbi dairəsinin rəisi, knyaz
Abxazova həvalə edilmişdi.
2
Paskeviç İrəvan müvəqqəti idarəsinə verdiyi 16 maddəlik təlimatında
göstərirdi ki, Komitə köçürülən ailələrin sayına uyğun torpaq sahəsi ayırmalı
və onların nəzərdə tutulan yerlərdə məskunlaşmasına rəhbərlik etməlidir.
1
AKAK, YII cild, sənəd 563.
2
Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы
России, M.1831, səh.98-107.
24
Komitə çalışmalıdır ki, köçürülən kəndlər əvvəlki ərazilərdəki kimi ayrıca və
qonşuluqda yerləşdirilsinlər. Dağlıq şəraitində yaşamışlar dağlıq yerdə,
düzənlikdə yaşayanlar isə düzənlikdə yerləşdirilməlidir ki, onlar mümkün
qədər xəstəlik və ölümdən xilas olsunlar, onların adət-ənənələrinin və
təsərrüfat vərdişlərinin saxlanmasına şərait yaransın. Müsəlmanların
yaşadıqları kəndlərdə xristianların yerləşdirilməsindən uzaq qaçmaq,
xristianlardan ibarət ayrıca dairə və mahallar təşkil etmək lazımdır.
Müsəlman (xristian) kəndlərinin
əhatəsində yaşayan xristianları
(müsəlmanları) öz dindaşlarının yanına köçürmək lazımdır. Köçürülənlər
mülkədar torpaqlarında deyil, dövlət torpaqlarında yerləşdirilməlidirlər. Yeni
məhsul götürənədək ilkin taxıl səpini üçün köçürülənlərə bərabər miqdarda
borc verməli, təsərrüfatın dirçəldilməsi üçün götürülən borc faizsiz olaraq,
dörd ildən sonra altı il müddətinə ödənilməlidir. Məskunlaşdırmaq üçün yer
seçərkən sağlamlıq üçün şərait və yaxşı suyun olması nəzərə alınmalıdır. Hər
bir ailənin yerləşdirilməsi haqqında xüsusi formada hesabat və çəkilən
ümumi xərclərin hesabatı müəyyən edilməlidir.
1
Lakin sonralar hər iki təlimatın tələbləri bir çox hallarda
pozulmuşdu. Lazarev və onun yerlərə göndərdiyi nümayəndələri
Türkmənçay müqaviləsini və onlara verilən təlimatı pozaraq erməniləri
könüllü deyil, zorakılıqla köçürməyə cəhd göstərirdilər. Bununla əlaqədar
Abbas Mirzə iki dəfə polkovnik Lazarevə müraciət edir ki, onun itaətində
olan zabitlərin erməniləri zorla köçürməsi hallarına son qoysun və
Türkmənçay müqaviləsinin şərtlərinə əməl etsin. Salmas monastırının
yepiskopu İzraeli ermənilərin zorla köçürülməsinə maneçilik törətdiyi üçün
arxiyepiskop Nerses qraf Paskeviçə müraciət edərək xahiş edir ki, Xoydakı
yerli komendanta göstəriş versin ki, İzraelini bu işdən çəkindirin və
cəzalandırmaq üçün onu Eçmiədzinə göndərin.
2
Eyni zamanda Abbas Mirzə də Rusiya ilə İranın yeni sərhədləri
boyunca ermənilərin kütləvi surətdə yerləşdirilməsindən ehtiyat edirdi. Ona
görə də ermənilərin kütləvi surətdə köçürülməsinə maneçilik göstərməyə
çalışırdı. Bunun üçün onun nümayəndələri yerlərdə olur, erməniləri dilə tutur
və əgər köçməzlərsə, onları 6 il müddətində vergilərdən azad etməyi vəd
edirdilər.
3
1
Развитие Eревана после присоединения Восточной Aрмении к России.
Сборник документов, İряван 1978, səh.189-191
2
AKAK, YII cild, sənəd 568.
3
AKAK, YII cild, sənəd 586.
25
Köçürmə işlərinin ləngidiyini və maneçilik göstərildiyini görən
Lazarev 1828-ci il martın 30-da xristianlara müraciət edir. O, müraciətin
əvvəlində bəzi bədxahların yalan məlumatlar yayaraq köçmək istəyənləri
qorxuya saldıqlarını qeyd etməklə bərabər, Rusiyanın onlara vəd etdiyi
güzəştləri sadalayır. O, yazırdı : "Rusiyada siz Əlahəzrətin digər təbəələri
kimi, bərabər hüquqlu olduğunuzu görəcək, bütün əziyyətləri unudacaqsınız,
orada siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz və
müqəddəs dininizin alçaldılmasını bir daha görməyəcəksiniz. İranın müxtəlif
əyalətlərinə səpələnmiş xristianların bir yerə cəmləşdiyini görəcəksiniz.
Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, o zaman
sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh
olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail
olacaqsınız, özü də həmişəlik olaraq."
1
Lazarevin müraciətinin ermənicə mətni İranda yaşayan ermənilər
arasında yayılmışdı.
1828-ci il martın 9-da Lazarev Xoydan Paskeviçə yazdığı raportunda
göstərmişdi ki, artıq 4500 ailə köçürülərək Araz çayının o tərəfinə
gətirilmişdir.
2
Mayın 27-də göndərdiyi raportunda isə təxminən 500 ailə
müsəlman kürdlərinin Kürdüstandan İrəvan əyalətinə köçmək niyyətində
olduqlarını bildirmişdi.
Lakin fevralın 29-da Lazarevə göndərilən məktubla müsəlmanların
köçürülməsinə imkan verməmək tapşırılmışdı.
3
Köçürülənlərin mülkədar torpaqlarında yerləşdirilməməsi haqqında
Paskeviçin verdiyi təlimatın əksinə olaraq ermənilərin böyük hissəsi həmin
torpaqlarda yerləşdirilmişdi. Müəllifi Qriboyedov olduğu ehtimal edilən
"Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında qeydlər"də
göstərilir ki, ermənilərin mülkədar torpaqlarında yerləşdirilməsi bir yana,
müsəlmanların yerini dar eləmələrinə baxmayaraq, üstəlik, onlara güzəştlər
verilir. Halbuki, ziyan çəkən tərəf müsəlmanlardır. Əslində buranın
müsəlmanlarını köçkün hesab etmək lazımdır. Çünki müharibə zamanı sərdar
onları döyüş meydanından köçürmüşdür və ən kasıb vəziyyətdə yaşayırdılar.
Ermənilər köçürülən zaman müsəlman ailələrinin əksəriyyəti yaylaqda
1
Qlinka N.S., göstərilən əsəri, səh. 111.
2
AKAK, YII cild, sənəd 592.
3
Yenə orada, sənəd 598.
Dostları ilə paylaş: |