17
2. İLKİN QAÇQINLIQ DÖVRÜ VƏ ERMƏNİ VİLAYƏTİNİN TƏŞKİLİ
Qərbi Azərbaycandan — indiki Ermənistan ərazisindən Azərbaycan
türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı
ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölglərinin
rusların əlinə keçməsi anından başlamışdır.
1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının
komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin
14 kəndindən təxminən 5-6 min türk əhalisi bölgəni tərk edərək İrəvan
xanlığı ərazisinə sığınmışlar.
1
Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə
girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri
Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına
sığınmışdılar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars
paşası Məmməd paşaya müraciət etmişdi.
2
1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni
qaçaraq rusların himayəsinə keçmiş və onlar Loru-Pəmbək bölgəsində
məskunlaşdırılmışdılar.
3
Həmin il rus qoşunları Şörəyelə daxil olur. 1805-ci
il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov Gəncədə
Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd
imzalayırlar. Məhz bundan sonra həmin ərazidə yaşayan türklərin qaçqınlıq
dövrü başlanmışdır. Şörəyel kəndlərinin qarapapaq boyundan olan əhalisinin
bir hissəsi 1807-ci il rus-türk müharibəsi nəticəsində İrəvan xanlığının və
Qars paşalığının ərazilərində sığınacaq tapmışdılar.
Qarapapaq tayfaları fürsət tapan kimi əvvələr yaşadıqları kəndlərə
hücum edib erməniləri qovmaq istəyirdilər. 1807-ci il avqustun 26-da general
Nesvetayev qraf Qudoviçə yazdığı məktubda göstərirdi ki. qarapapaqlar
Gümrü yaxınlığında yerləşən Tapanlı və Qoçqant kəndlərinə basqın etmiş, 7
erməninin başını kəsmişlər.
4
Oktyabrın 29-da göndərilən raporta isə
1
Акты, собранные Кавказскою археографическою комиссиею. Архив главного
управления наместника Кавказа, I cild, Tiflis, 1866, sənəd 801. (Bundan sonra,
AKAK)
2
AKAK, II cild, sənədlər 1867-1869.
3
Военная энциклопедия, СПб. 1912, səh. 587; Парсамян В.А., Истори
армянского народа, I kitab, İrəvan, 1972, səh.20.
4
AKAK, III cild, sənəd 435.
18
Şörəyelin yerli sakinlərindən 26 ailənin Qars paşalığına qaçdıqları qeyd
edilir.
1
Şərqi Anadoluda yaşayan ermənilər İrəvan xanlığının ruslar
tərəfindən işğalını səbirsizliklə gözləyirdilər. Bəyazid paşalığında yaşayan
ermənilər 1806-cı ilin sentyabr ayında Tiflisə məktub göndərmişdilər ki, rus
qoşunları İrəvanı ələ keçirən kimi, 10000 erməni hər şeylərini atıb gələcəklər.
Ərzurum ermənilərindən 200 ailə rusların İrəvanı ələ keçirdiklərini eşidib
hətta yola düşüblərmiş. Onlar Qarsa çatanda bu xəbərin yalan olduğunu
eşidib, orada gözləməyə məcbur olmuşdular. Eyni zamanda həmin məktubda
göstərilir ki, İrəvan sakinlərindən (xanlığın ərazisindən) 500 tatar
(azərbaycanlı) ailəsi Qarsa köçmüşdür.
2
Rus qoşunları Şörəyelə daxil olanadək sultanlığın ərazisində 170-ə
yaxın kənd olmuşdur. 1805-ci ilin statistik məlumatlarına görə isə Şörəyeldə
sultan Budağın itaətində cəmisi 524 ailə yaşamışdır.
3
Həmin ərazidə rusların
istər türklərlə, istər İrəvan xanının, istərsə də İran şahının vəliəhdi Abbas
Mirzənin qoşunları ilə müharibələri nəticəsində Şörəyelin kəndlərinin
əksəriyyəti xaraba qalmış, əhalisi isə qaçqın düşmüşdür. Sonradan həmin
ərazidə Türkiyədən gələn ermənilər məskunlaşmışdılar. Sultan Budaq və
kapitan Cəfər bəyin 1809-cu ilin dekabrında general-mayor Haqverdova
yazdıqları ərizədə göstərilirdi ki, İranla müharibə nəticəsində kəndlər
dağıdılıb xaraba qalmış və bütün Şörəyel əyalətində cəmisi 250 ev
qalmışdır.
4
1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında bağlanan
Gülüstan müqaviləsinə əsasən Şəmşədil, Loru-Pəmbək və Şörəyel əyalətləri
Gəncə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd, Talış xanlıqları və
Dağıstan həmişəlik Rusiyanın tərkibinə qatılır.
19-cu əsrin əvvəllərində İrəvan xanlığı 15 mahaldan – Qırxbulaq,
Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçanis,
Səədli, Talın, Seyidli-Axsaqqallı, Sərdarabad, Körpübasar, Abaran,
Dərəçiçək və Göyçə mahallarından ibarət idi.
5
Xanlığın mərkəzi İrəvan
şəhərini 1804-1813-cü illərdə ruslar ələ keçirmək üçün iki dəfə cəhd
göstərmişdilərsə də, buna nail olmamışdılar. Gülüstan müqaviləsinin
1
Yenə orada, sənəd 437.
2
AKAK, III cild, sənəd 917.
3
AKAK, IY cild, sənəd 1447.
4
AKAK, IY cild, sənəd 681.
5
Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его
присоединения к Российской империи, СПб 1852, səh. 442-446.
19
bağlanmasından 14 il sonra yenidən başlanan Rusiya-İran müharibəsi zamanı
1827-ci il iyunun 26-da ruslar Naxçıvan şəhərini, sentyabrın 20-də
Sərdarabad qalasını, oktyabrın 1-də isə İrəvan qalasını ələ keçirmişdilər.
İrəvanın ələ keçirilməsində xüsusi xidmətlərinə görə Xüsusi Qafqaz
korpusunun komandanı general İ.F.Paskeviçə "Qraf Erivanski" titulu
verilmişdi.
Rus qoşunlarının İrəvan xanlığını işğal etməsində ermənilər xüsusi
fəallıq göstərmişdilər. Eçmiədzin kilsəsi, xüsusən də arxiyepiskop Nerses
arxada təxribatla məşğul olur, rus qoşunlarına silahla yardım edirdilər.
Ermənilərin Abbas Mirzənin qoşununa içəridən zərbə vurmasına aid Erməni
vilayətinin rəisi A.Çavçavadze 1828-ci il mayın 21-də Paskeviçə yazmışdı:
"İrəvan əyalətinin Nurnus kənd sakini erməni Hakan Harutyunov Abbas
Mirzənin ordusunda topçu kimi xidmət edərkən, avqustun 17-də döyüş
zamanı top atəşini rus qoşunlarına deyil, əks istiqamətə – İrəvan xanının
qoşunlarına tərəf yönəltdiyi diqqəti cəlb etmişdir. Harutyunov onun
hərəkətinin diqqəti cəlb etdiyini duyan kimi döyüş meydanından qaçmışdır.
Ancaq bədbəxtlikdən Eçmiədzin monastırının yaxınlığında tutulmuşdur.
İrəvan sərdarı Hüseyn xan onun gözlərini çıxarmış, burnunu, dodaqlarını və
dabanlarını kəsmişdir."
1
Paskeviç Erməni vilayətinin idarəsinə 1828-ci il iyulun 4-də
göndərdiyi məktubda bildirmişdir ki, müharibə zamanı xanlığın ərazisində
rus komandirlərinin məktubunu gəzdirdiyinə görə Astvatsaturovanın ərini
öldürmüş, rus generalı Benkendorfun dəstəsinə bələdçilik etdiyinə görə isə
Hovhannes Əsliyanın gözlərini çıxarmış, burnunu və dilini kəsmişdilər.
Arxiyepiskop Nersesin təqdimatı ilə hər üç ailəyə 10 çervon qızıl verilmiş,
onların ailəsinə 30 manat təqaüd kəsilməsi qərara alınmışdı.
2
1828-ci il yanvarın 25-də imperator buyruğu ilə arxiyepiskop Nerses
İranla müharibə zamanı göstərdiyi sədaqətə, səyinə və şücaətinə görə
müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.
3
Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işğal etdiyi zaman
həmin ərazilərdən müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç
1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi
ki, qarapapaqlardan 100 ailə və ayrımlardan 300 ailə Qarsa qaçmışlar,
qüvvətli Uluxanlı tayfasından 600 ailə Bəyazidə, müsəlman cəlalı kürdləri isə
Muşa qaçmışlar. Qarapapaqlardan digər 800 ailə isə Arazı keçib Həsən xanın
1
AKAK, YII cild, sənəd 443
2
Yenə orada, sənəd 440.
3
Собрание актов...., I cild, səh. 54.
Dostları ilə paylaş: |