Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

 
269
manat  təşkil  etmişdir.  Bu  dövrdə  əhalinin  pul  gəlirləri  40,3%,  o 
cümlədən  adambaşına  38,6%,  bir  işçiyə  hesablanmış  orta  aylıq  əmək 
haqqı 44,8% artmışdır (qrafik 9.1).  
Qrafik 9.1 
Orta aylıq nominal əmək haqqı, manat
215,8
149
123,6
99,4
77,4
63,1
52
44,3
0
50
100
150
200
250
2000
2001
2002
2003
2004
2005
2006
2007
 
Qrafik  9.1-dən  göründüyü  kimi,  Azərbaycanda  orta  aylıq 
nominal  əmək  haqqı  səviyyəsində  ildən-ilə  sabit  artım  tendensiya 
müşahidə olunur. 2000-2007-i illər ərzində bu göstərici 4,9 dəfə artmış, 
iqtisadiyyatda  məşğul  olan  insanların  həyat  səviyyəsinin  əhəmiyyətli 
dərəcədə yaxşılaşdırılmısını səbəb olmuşdur.  
Əhalinin  həyat  səviyyəsinin  qiymətləndirilməsində  yaşayış 
minimumu göstəricisi mühüm rol oynayır.  
Azərbaycanda  əhalinin  sosial  müdafiəsinin  gücləndirilməsi 
məqsədilə «Yaşayış minimumu haqqında Qanun» qəbul olunmuşdur. 
 Yaşayış  minimumu  iqtisadiyyatda  indikator  rolunu  oynayır. 
Yaşayış  minimumu  insanların  sağlamlığının  və  həyat  fəaliyətinin 
minimum  səviyəsi  üçün  zəruri  olan  və  minimum  istehlak  səbətinə 
daxil  edilən  ərzaq  və  qeyri-ərzaq  məhsullarının  orta  bazar  qiymətləri 


 
270
(ev  təsərrüfatlarının  müayinəsi)  xidmət  və  icbari  ödənişlərin 
normalaşdırılmış  faktiki  məsrəfləri  əsasında,  əhalinin  sosial-
demoqrafik  qrupları  (ümumi  əhali,  işləyən  əhali,  uşaqlar  və 
pensiyaçılar) üzrə hesablanır. 
Yaşayış  minimumu  öz  mahiyyətinə  görə  insanların  fəal  fiziki 
vəziyyətini,  uşaq  və  yeniyetmələrin  sosial  və  fiziki  inkişafının 
mühafizəsini təmin edən maddi nemət və xidmətlər istehlakın, habelə 
vergilərə  və  digər  vacib  ödənişlərə  sərf  olunan  xərcələrin 
məcmusudur.  Yaşayış  minimumu  əhalinin  maddi  vəziyyətinin 
qiymətləndirilməsi  və  sosial  proqramların  işlənməsi,  aztəminatlı 
ailələrin  müəyyənləşdirilməsi  və  onlara  ünvanlı  sosial  yardım 
göstərilməsi  üçün  də  istifadə  olunur.  Yaşayış  minimumunun 
artırılması ölkənin sosial-iqtisadi inkişafından bilavasitə asılıdır.  
Müasir  bazar  iqtisadiyyatı  münasibətlərinin  formalaşdığı  bir 
şəraitdə,  əhalinin  həyat  səviyyəsinin  minimal  həddini  müəyyən  edən 
meyar  kimi  çıxış  edən  minimum  istehlak  səbəti  «Yaşayış  minimumu 
haqqında»  5  oktyabr  2004  -cü  il  tarixli  Azərbaycan  Respublikası 
Qanununun  1–ci  maddəsinə  görə,  insanın  sağlamlığının  və  həyat 
fəaliyyətinin  minimum  səviyyəsi  üçün  zəruri  olan  ərzaq,  qeyri-ərzaq 
malları  və  xidmətlərin  elmi  normalar  əsasında  müəyyən  edilmiş 
toplusudur. 
«Azərbaycan 
Respublikasında 
minimum 
istehlak 
səbətinin 
tərkibinin 
təsdiq 
edilməsi 
haqqında» 
Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005 –ci il tarixli qərarında 
minimum  istehlak  səbətinin  tərkibinə  ərzaq  məhsullarının,  fərdi  və 
ailəvi  istifadə  olunan  qeyri-ərzaq  mallarının  (geyim,  ayaqqabı  və 
dəftərxana  ləvazimatları,  təsərrüfat,   mədəni-məişət,  sanitariya 


 
271
əşyaları,  dərmanlar  və  s.),  xidmətlərin  (mənzil-kommunal,  nəqliyyat, 
rabitə,  məişət,  təhsil,  mədəni-maarif,  müalicə-istirahət  xidmətləri 
və   s.)  minimum  toplusu  daxil  edilmişdir.  «Yaşayış  minimumu 
haqqında»  Qanunla  yaşayış  minimumu  minimum  istehlak  səbətinin 
dəyəri  və  icbari  ödənişlərin  cəmindən  ibarət  sosial  norma  kimi 
müəyyən  olunmuşdur.  Minimum  istehlak  səbəti  və  yaşayış 
minimumunun  həcmi  əhalinin  əsas  üç  sosial-demoqrafik  qrupunun  - 
əmək  qabiliyyətli  şəxslərin,  təqaüdçülərin  və  uşaqların  ehtiyaclarına 
uyğun olaraq müəyyən edilmişdir. «Azərbaycan Respublikasının 2007-
ci  il  üçün  yaşayış  minimumu  və  ehtiyac  meyarının  həddi  haqqında» 
Azərbaycan Respublikasının 28 noyabr 2006-cı il tarixli Qanununun 1-
ci  maddəsinə  əsasən,  2007-ci  il  üçün  yaşayış  minimumu  ölkə  üzrə 
adambaşına  orta  hesabla  64  manat  (75  dollar),  o  cümlədən  əmək 
qabiliyyətli  əhali  üçün  70  manat  (82  dollar),  təqaüdçülər  üçün  49,7 
manat (58,5 dollar), uşaqlar üçün 52,4 manat (61,6 dollar) məbləğində 
müəyyən  edilmişdir.  Həmin  qanunun  2–ci  maddəsində  isə 
ünvanlı   sosial  yardımın  təyin  edilməsi  məqsədilə  ehtiyac  meyarının 
həddi 2007-ci il yanvarın 1-dən 35 manat (41,1 dollar), həmin ilin iyul 
ayının 1-dən isə 40 manat (47 dollar) məbləğində müəyyən edilmişdir. 
Qanunvericiliyin  sosial  yardım  almaq  hüququnu  müəyyənləşdirmək 
üçün  yaşayış  minimumundan  deyil,  ehtiyac  meyarından  istifadə 
etməsi  respublikamızın  sosial-iqtisadi  vəziyyəti  ilə  bağlıdır.  Lakin 
respublikamız  Avropa  Sosial  Xartiyasını  ratifikasiya  etməklə  öz 
üzərinə  sosial  ödəmələrin  və  əmək  haqqının  tədricən  yaşayış 
minimumu  səviyyəsində  müəyyən  edilməsi  ilə  bağlı  öhdəlik 
götürmüşdür.  Hesab  edirik  ki,  hər  bir  halda  sosial  yardım  almaq 


 
272
hüququnun  əsası  kimi  ehtiyac  meyarı  əsasında  müəyyən  edilən 
aztəminatlı ailə deyil, yaşayış minimumuna malik olmayan yoxsul ailə 
çıxış etməlidir. Yəni yoxsulluq sosial risk hadisəsi kimi qanunvericiliyə 
daxil  edilməli  və  bu,  sosial  yardım  verilməsinin  əsasını  təşkil 
etməlidir.  İnsanın  layiqli  həyat  səviyyəsi  hüququnun  təmin  edilməsi 
həm  də  ölkənin  ərazisində  tətbiq  edilən  minimum  əmək  haqqı  ilə 
bilavasitə bağlıdır.  
 Yaşayış minimumu (YM) vacib nemətlərin və xidmətlərin (qida 
məhsulları, qeyri-ərzaq məhsulları, sanitariya və gigiyena predmetləri, 
dərmanlar, mənzil-kommunal və digər xidmətlər) minimum həddə yol 
verilən sərhədlərini müəyyən edən istehlak büdcəsidir.  
Minimum  istehlak  büdcəsi  (MİB)  isə  insanın  əsas  maddi  və 
mənəvi  tələbatını  qarşılayan  təminatdır.  Yaşayış  minimumundan 
fərqli olaraq, o, təkrar istehsal olunan istehlak büdcəsidir. 
MİB-in  artımı  təbii  haldır.  Xərclənmiş  fiziki  və  əqli  enerjinin 
yerinin  doldurulmasını  yox,  həm  də  təkrar  istehsalı,  eləcə  də  şəxsin 
inkişafını  təmin  edən  xərclərin  ölçüsü  və  səviyyəsinin  elmi 
əsaslandırılması  sosial  siyasət  sahəsində  lazimi  tədbirlərin  müəyyən 
edilməsi  zamanı  olduqca  vacibdir.  MİB  probleminin  elmi  cəhətdən 
işlənib  hazırlanması  və  hakimiyyətin  bütün  qollarının  və  sosial 
partnyorlarının  praktiki  fəaliyyətində  alınmış  nəticələrin  istifadəsi 
təxirəsalınmaz  məsələdir.  Minimum  istehlak  büdcəsinin  tərtibi  və 
hesablanmasının  normativ  metodik  bazasının  işlənib  hazırlanması  və 
təsdiq olunması həddindən artıq aktualdır. 
MİB-in  istehlak  səbəti  YM-da  olduğu  kimi  qida  məhsullarının, 
qeyri-ərzaq  məmulatlarının  və  xidmətlərin  cəmindən  ibarətdir.  Lakin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə