Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

 
273
onun  təbii-maddi  doldurulması  YM-u  müəyyən  edən  cəhətlərdən 
əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, bioloji cəhətdən daha qiymətli 
sayılan  maddələr  hesabına  qida  məhsullarının  qəbulu  orqanizmin 
zülala,  yağa,  karbohidratlara,  vitaminlərə  tələbatını  tam  ödəməyə 
imkan  verir  və  fiziki,  əqli  enerjinin  sərf  olunduqdan  sonra  yerinin 
doldurulmasını  təmin  edir:  deyək  ki,  zülala  tələbat  daha  çox  çörək 
məhsullarının yox, ətin qəbulu hesabına təmin olunur. 
 İstehlak səbətinin kəmiyyət və keyfiyyət cəhətdən doldurulması 
insanların  həyat  fəaliyyətinin  aşağıda  qeyd  olunan  əsas  cəhətlərinin 
nəzərə alınması ilə müəyyən olunur: 
- fizioloji  ehtiyaclar  (bioloji  amil),  ailənin  yaş-cins  tərkibi 
(demoqrafik amil), təbii-iqlim şəraiti (coğrafi amil); 
- enerqetik  sərfiyyat,  ağır  və  gərgin  əmək  növündən    asılı  olan 
(istehsal və əmək amillər); 
- milli xüsusiyyətlər (etnik amillər və adət və ənənələr). 
Qidalanmanın  həcmi  və  keyfiyyəti,  tibbi  xidmət,  məişət  və 
nəqliyyatla bağlı ehtiyaclara digər amillər də təsir edir (sağlamlıq, ailə 
vəziyyəti və s.).  
İstehlak  səbətinin  vacibliliyi  ondan  ibarətdir  ki,  onun  əsasında 
mühüm  sosial  indikator  kimi  nəzərə  alınan  yaşayış  minimumunun 
həcmi hesablanır, hansınınki vasitəsilə aşağıdakılar müəyyən olunur: 
- sosial  siyasətinin  işlənməsi  və  həyata  keçirilməsi  zamanı 
əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi; 
- minimum  əmək  haqqının  səviyyəsini,  təqaüdlərin  və  başqa 
sosial  ödənişlərin  məbləğininin  əsaslandırılması  və  dövlət  büdcəsinin 
formalaşması prosesində nəzərə alınması. 


 
274
Ölkəmizdə  istehlak  səbətinin  tərkibi  təqribən  30  adda  mal  və 
xidmətlərdən  ibarətdir.  Bu  da  insanın  minimum  tələbatlarının  tam 
ödənilməsinə imkan vermir. Qeyd etmək lazımdır ki, xarici ölkələrdə 
yaşayış  minimumu  hesablanması  üçün  ıştifadə  olunan  istehlak 
səbətinə  daxil  olan  mal  və  xidmətlərin  müxtəlifliyi  dəfələrlə  çoxdur. 
Məsələn, ABŞ - da 300, İngiltərədə - 350, Almaniyada - 475.  
İstehlak  səbətinin  sosial  funksiyalarının  əhəmiyyəti  böyükdür: 
dövlət  statistikası  məhz  onun  strukturuna  dahil  olan  mal  və 
xidmətlərinin  qiymətlərinə  əsasən  hesablamalar  aparır.  Bu  da  öz 
növbəsində  ölkədə  inflyasiya  səviyyəsindən  asılı  olaraq  sosial 
ödənişlərin indeksləşməsinə, yoxsulluğun azalmasına təsir göstərir.  
İstehlak 
səbətinin 
həcmi 
(onun 
dəyər 
forması–yaşayış 
minimumu)  cəmiyyətin  sosial-iqtisadi  inkişaf  sahəsində  əldə  etdiyi 
nailiyyətlərindən  asılıdır  və  bunun  əsasında  istehlak  səbətinin 
strukturu və keyfiyyət tərkibində müəyyən dəyişikliklər aparılır. 
Beləliklə, Azərbaycanda mövcud istehlak səbəti ölkənin dinamik 
inkişafının  səviyyəsinə  cavab  vermir,  çünki  “sağ  qalmaq  modelinin” 
bütün əlamətlərini özündə əks etdirir. Burada xərclərin böyük hissəsi 
qida məhsullarının payına düşür.  
  Azərbaycan qanunvericiliyinə görə yaşayış minimumu  Dövlət 
büdcəsi  ilə  birgə  təsdiq  edilməlidir.  Lakin  2005  və  2006-cı  illərdə 
Dövlət  büdcəsinin  təsdiqi  zamanı  qanunun  bu  bəndi  pozulmuş  və 
yaşayış minimumum  büdcə ilə birgə təsdiq edilməlidir. Yalnız 2007-ci 
ilin büdcə layihisində yaşayış minimumu hesablanaraq 70 AZN təsdiq 
olunmuşdur. 


 
275
 Yaşayış  minimumunun  natural  dəstinin  (yaşayış  minimumu) 
dəyəri minimum istehlak səbətinə daxil olan məhsulların, qeyri-ərzaq 
malların  və  xidmətlərin  istehlak  qiymətləri  indeksindən  asılı  olaraq 
dəyişilir.  İnkişaf  etmiş  ölkələrdə  yaşayış  minimumuna  əsaslanaraq 
yoxsulluq  səviyyəsi  hesablanır.  Deməli,  yaşayış  minimumundan  az 
miqdarda  adambaşına  düşən  gəlir  hesabına  dolanan  əhali  ölkədə 
yoxsulluq  səviyyəsini  təşkil  edir.  Yoxsulluq  səviyyəsinin  yüksək 
olması  öz  növbəsində  ölkədə  əhalinin  zəruri  istehlak  məhsulları  və 
xidmət  növlərindən  istifadə  etməsini  məhdudlaşdırır.  Azərbaycanda 
dövlət tərəfindən aparılan sosial siyasətinin nəticəsində əhali arasında 
yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır (qrafik 9.2). 
Qrafik 9.2 
Azərbaycanda yoxsulluq səviyyəsinin və yoxsulluq həddinin 
dinamikası 
42,6
29,3
58
20,8
64
15,8
78
13,2
0
10
20
30
40
50
60
70
80
2005
2006
2007
2008
Yoxsulluq hətti, manat
Yoxsulluq səviyyəsi, %
 
        
   Qrafik 9.2-dən göründüyü kimi, Azərbaycanda 2005-2008-ci illər 
ərzində yoxsulluq səviyyəsi 29,3%-ən 13,2%-ə, yəni 2,2 dəfə enmişdir.  
Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  2008-ci  ildə  2005-ci  illə 


 
276
müqayisədə  yoxsulluq  həddi  əhəmiyyətli  dərəcədə,  yəni  1,8  dəfə, 
artmış, minimum əmək haqqı səviyyəsini üstələmişdir. 
Yoxsulluq  həddi  -  yaşayış  minimumu  səviyyəsində  istehlaka 
təminat  verən  gəlir  kimi  qiymətləndirilir  və  yaşayış  minimumundan 
aşağı gəliri olan əhali yoxsul hesab olunur.  
 Yoxsulluq  həddi,  başqa  üsullarla  yanaşı,    ev  təsərrüfatlarının 
müayinəsi  əsasında  da  müəyyən  edilir,  lakin  bu  yoxsulluğun  tam 
düzgün  qiymətləndirilməsinə  imkan  vermir.    Ona  görə  də  əksər 
hallarda  gəlirlərin  hesablanmasında  desil  və  kvintel  bölgüsündən 
istifadə edilir.  
  Dövlət əhalinin sosial müdafiəsini öz üzərinə götürməklə fərdləri 
və  ev  təsərrüfatlarını  müdafiə  edə  bilir.  Əgər  ölkədə  yoxsulluq 
dərinləşir,  onda  dövlət  tərəfindən  fərdləri  və  ev  təsərrüfatlarını 
riskdən  və  təhlükədən  müdafiə  edilməsi  daha  də  çətinləşir  və  onları 
aradan  qaldırılması  üçün  daha  çox  vəsait  tələb  olunur.  Ona  görə  də 
dövlət  yoxsulluğun  dərinləşməsinin qarşısının  alınması  istiqamətində 
geniş  şəkildə  tədbirlərin  həyata  keçirilməsini  təmin  etməlidir.  Çünki 
yoxsulluğun  dərinləşməsi  doğulanda  gözlənilən  ömür  müddətini 
azaldır,  əhalinin  təhsil  almasını,  səhiyyə  xidmətlərindən  istifadə 
etməsini çətinləşdirir ki,  bu da son nəticədə insan inkişafına və həyat 
səviyyəsinin artmasına mənfi təsir göstərir. 
Ölkədə əhalinin həyat səviyyəsinin yaxşılışdırılmasına dair xüsusi 
məqsədli proqramlar hazırlanmış və həyata keçirilmişdir: «2003-2005-
ci  illərdə  Yoxsulluğun  Azaldılması  və  İqtisadi  İnkişaf  üzrə  Dövlət 
Proqramı», 
«2004-2008-ci 
illərdə 
Azərbaycan 
Respublikası 
Regionlarının  Sosial-İqtisadi  İnkişafı  üzrə  Dövlət  Proqramı»,  «2005-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə