Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


M ö v z u 18.  İdrak. Elmi idrakın metod və formaları



Yüklə 332,19 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix26.09.2017
ölçüsü332,19 Kb.
#1494
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

M ö v z u 18.  İdrak. Elmi idrakın metod və formaları 



 

İdrak fəlsəfi təhlilin predmetidir. İdraka fəlsəfi yanaşmanın spesifikliyi. İdrak 

insanın  aləmə  sosial  vasitəli,  tarixən  inkişaf  edən  münasibətidir,    dünyanın  dərk 

edilməsi,  biliyin  zənginləşməsi  prosesidir.  İdrakın  obyekti  və  subyekti.  İdrakda 

subyektlə  obyektin  qarşılıqlı  təsiri.    İdrak  nəzəriyyəsi  (və  ya  qnoseologiya,  idrakın 

fəlsəfəsi) idrakın təbiətini və onun imkanlarını, biliyin reallığa münasibətini, idrakın 

həqiqiliyini və dəqiqliyini aydınlaşdırır. Qnoseologiyanın predmeti. Qnoseologiya və 

ontologiya. Qnoseologiya elmi  idrak haqqında təlimdir. Dünyanın dərk olunmasının 

prinsipi. Skeptizm aqnostisizmin qnoseologiyası.  

Fəlsəfənin inkişafında idrak probleminə münasibət. İnsanın nəzəri və praktiki 

fəaliyyətində idrakın rolu. İdrak və bilik. Biliyin strukturu. Bilik, inikas, informasiya. 

Biliyin  məzmunu  və  strukturu.  Biliyin  müxtəlif  formaları  və  idrakın  fəaliyyəti. 

İdrakın əsas formaları.  

Hissi  idrak  subyektin  sosial-tarixi  fəaliyyətidir,  dünyanın  dərk  edilməsi 

prosesində  onun  rolu.  Hissi  idrak  və  onun  formaları:  duyğu,  qavrayış,  təsəvvür  – 

idrak  prosesində  onların  rolu.  Hissi  inikasda  obraz  və  işarənin  vəhdəti.  İnsan 

idrakında gerçəkliyin hissi inikasının rolu.  

Rasional  idrak  gerçəkliyin  inikasının  keyfiyyətcə  yeni  pilləsidir.  Rasional 

idrakın əlamətləri. Abstrakt təfəkkürün inkişafında dilin rolu. Abstrakt – fikri inikasın 

əsas formasıdır.  

Məntiqi  idrakın  əsas  formaları.  Anlayış, hökm  və  əqli  nəticə,  onların idrakda 

rolu.  


Hissi və rasional idrakın vəhdəti. Sensualizmin (empirizmin)  və rasionalizmin 

bitərəfliliyi. 

Yaradıcılıq  anlayışı.  Yaradıcılıq  və  intuisiya.  Kəşf  və  ixtira  zəkanın 

yaradıcılığının  mühüm  formasıdır.    Fəlsəfi  fikir  tarixində  yaradıcılığa  münasibət. 

Yaradıcılığın müasir elmi şərhi.  Yaradıcılıq insanın öz işinə mənliyini, ruhunu daxil 

etməsidir.  Yaradıcılığın  qeyri-adi  və  sehrli  xarakteri.    Özünüdərk  və  özyaradıcıılıq 

şəxsiyyətin yaradıcılığının mühüm istiqamətidir.  

İntiusiya  və  ititəfəkkürlülük.  İntuisiyanın  növləri.  İntuisiyanın  baş  vermə 

mexanizminin əsas mərhələləri. İtiağıllılıq və yaradıcılıq. Yaradıcılıq və intuisiyanın 

idrakda  rolu.  Mübahisə  və  arqumentləşdirmə.  İdrakda  izahetmə  və  anlama,  onların 

fərqli cəhətləri.  

Həqiqət  anlayışı.  Həqiqətin  aspektləri  və  formaları.  Həqiqət  –  yalan  və 

yanılmalar.  Həqiqətin  yalandan  fərqləndirilməsi  problemi.  Həqiqət  qonseoloji 

problemdir.  Təbii-elmi  idrakda  reallıq  problemi  və  obyektiv  həqiqət.  Obyektiv 

həqiqət və reallığın səviyyələri. Həqiqət məzmunca obyektiv, formaca subyektivdir. 

Mütləq  və  nisbi  həqiqətlər,  onların  dialektikası.  Həqiqət,  qiymət,  dəyər:  həqiqəti 

stimullaşdıranq  və  təhrif  edən  amillər.  Həqiqətin  evristik  xarakteri.  Həqiqətin 

konkretliyi və həqiqətin meyarları. Praktika biliyin həqiqiliyinin əsas meyarıdır.  

Praktika  insanın  maddi  sistemlərə  fəal  qarşılıqlı  təsiri  və  məqsədyönlü 

fəaliyyətidir. Praktikanın idraka və fəaliyyətin formalaşmasına təsiri. Praktika insanın 

dünyaya münasibətinin spesifik üsuludur. Praktikanın genezisi. Qnoseoloji fenomen 

kimi  praktikanın  mühüm  xüsusiyyətləri  –  müəyyən  məqsədə  yönəldilmə,  predmet  – 




 

 

hissi  xarakteri,  maddi  sistemin  yaradılması.Praktikanın  formaları:  ictimai  istehsal, 



ictimai-siyasi,  elmi-təcrübi,  tibbi,  ailə-məişət,  gündəlik,  təsərrüfat  və  s.    Praktika 

idrakın  əsası,  hərəkətverici  qüvvəsi,  həqiqətin  meyarı  və  məqsədidir.  Praktikanın 

qnoseoloji funksiyaları – bazis, determinasiya, meyar və məqsədyönlü fəaliyyət.  

Heyvanların  davranışı  və  insanların  praktiki  fəaliyyəti.  Praktika  –  insanın 

ictimai  həyat  fəaliyyətinin  bütün  formalarının  əsasıdır.  Davranış  və  fəaliyyət.  Həyat 

fəaliyyətinin  digər  formalarına  münasibətdə  praktikanın  inteqrativ    funksiyaları. 

Praktikanın  fəaliyyətinin  strukturu  və  onun  əsas  formaları.  Praktika  obyektiv  və 

subyektiv  tərəflərin  vəhdətidir.  Praktiki  fəaliyyətin  formaları.  Texnika  və  texniki 

fəaliyyət. Biliyin idraki praktiki tərəfləri. Bilik və dəyər.  

Elm  idrakın  spesifik  formasıdır.  Elm  obyektiv  və  ictimai  faydalı  biliklər 

sistemidir.  Elmin  funksiyaları.  Elm    konqnitiv  və  sosioloji  fəaliyyətdir.  Elmi  biliyin 

əsasları. Elmin fəlsəfi əsasları. Elmin etikası. Elmi biliklər və etik tələblər. Elmin etik 

normaları. Elmin humanistləşməsi problemi. Dünyanın elmi mənzərəsi. Elmi idrak və 

onun  spesifik  cəhətləri:  elmi  idrakın  obyektivliyi  və  predmetliyi  dünyanın  əməli 

olaraq  mənimsənilməsinin  gələcək  üsul  və  formalarının  proqnozlaşdırılması.  Elmi 

təfəkkürün  üsulları,  metodları  və  formaları.  Analiz  və  sintez.  Abstraktlaşdırma  və 

ideallaşdırma. Elmi idrakın empirik və nəzəri səviyyələri və onların strukturu. İdeal 

nəzəri modellər. Fundamental prinsiplər və qanunlar. 

Empirik  tədqiqatın  metodları:  müşahidə,  eksperment,  induksiya,  analogiya, 

təsnifat.  

Nəzəri  tədqiqatın  metodları:  deduksiya,  modelləşdirmə,  aksiomatika, 

formalaşdırma.  Elmi  nəzəriyyənin    qurulmasının  metodları:  abstaktdan  konkretə 

yüksəlmə, tarixi və məntiqilik, sistemlilik. Elmi idrakın forma və vasitələri: problem, 

prinsip, ideya, hipoteza və nəzəriyyə.  

Kompüter və fəlsəfə.  

 

Mövzu 19. İnsanın fəlsəfəsi 

 

İnsan materiyanın inkişafının, Yer kürəsində canlı təkamül prosesinin ən böyük 

nəticəsidir.  İnsan  sirli  aləmdir.  İnsan  maddi-praktiki  fəaliyyətin  subyektidir.  Fəlsəfi 

fikir  tarixində  insan  problemi.          İnsan    probleminin      fəlsəfi  araşdırılmasının 

spesifikliyi  və  aktuallğı.  Fəlsəfədə    insan  konsepsiyası  insan  haqqında  elmlərin 

əsasıdır.  İnsanın  təbiəti,  mahiyyəti  və  vəzifələri.  İnsan  mahiyyətinin  çoxölçülü 

xarakteri.  İnsanın  islam  konsepsiyası.  Azərbaycan  fəlsəfi  fikir  tarixində  insan 

problemi.  

Antropososiogenez  problemi.  Əməyin  genezisi;  əmək  aləti  düzəltmək 

fəaliyyəti. Antropososiogenezin əmək izahının müsbət rolu və ziddiyyətliliyi. İnsana 

bənzər meymun ilə zəkalı insan arasında keçid tipinin yoxluğu. Dilin ictimai-yaradıcı 

funksiyası.  Ailə-nigah  münasibətlərinin  tənzimlənməsi.  Endoqamiya,  aqamiya  və 

ekzoqamiya. 

İnsanın  əcdadı  kimdir?  İnsanın  mənşəyi  haqqında  Teyyar  de  Şardenin  təlimi. 

İnsana  keçid  morfoloji  dəyişikliklər  deyil,  daxili  aləmdə  baş  verən  keçiddir. 

İnsanabənzər  mövcudatın  inkişafı  gedişində  xarici  həyat  fəaliyyətinin  daxili 

subyektiv  istiqamət  alması.  İnsanın  mənşəyinə  dair  Darvinin  təkamül  təlimi.  Əmək 



Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə