Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 332,19 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix26.09.2017
ölçüsü332,19 Kb.
#1494
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

Sivilizasiya  cəmiyyətin  sosial  təşkil  olunmasıdır.  İctimai  əmək  bölgüsünün 



inkişafı  və  informasiya  –  nəqliyyat  infratsrukturunun  genişlənməsi  sivilizasiyanın 

mühüm  göstəricisidir.  Sivilizasiya  cəmiyyətin  sosial-mədəni  əsası,  mədəniyyətin 

sosial  varlığıdır.    Texnogen  sivilizasiyanın  ənənəvi  xüsusiyyətləri.    Ənənəvi 

sivilizasiya. Sivilizasiyanın inkişafında modernləşmə problemi.  

Şərq-Qərb-Azərbaycan:  sivilizasiya  tipləri,  onların  özünəməxsusluğu.  Müasir 

dövrdə  onların  dialoqunun  zəruriliyi.  Müasir  sivilizasiya,  onun  xüsusiyyətləri  və 

ziddiyyətləri. Mədəniyyət və sivilizasiya anlayışlarının cəmiyyətin dərk olunmasında 

rolu.  Mədəniyyət  və  sivilizasiyanın  qarşılıqlı  münasibəti,  onların  özünəməxsus  və 

fərqli    cəhətləri.  Lokal  mədəniyyətlər  və  sivilizasiyalar  haqqında  baxışların 

əsassızlığı.  Bilavasitə  təhlil  edilə  bilən  və  uzaqlaşdırılmış  olan  gələcək:  idrakın 

metodları və vasitələri.  

Gələcəyi xəbər vermə fəlsəfi idrakın mühüm tərəfidir. 

Bəsirət  (qabağı  görmə)  və  izahetmə.  Bəsirət  və  nəzəriyyəni  seçmə  meyarları. 

Adi uzaqgörənlik, intuitiv uzaqgörənlik və elmi uzaqgörənlik.  Gələcəyi xəbər vermə 

və  proqnozlaşdırma.  Gələcəyin  dövrləşdirilməsi.  Gələcəyi    öyrənməyin  elmi 

meyarları.  Proqnozlaşdırma  qabaqgörmənin  növlərindən  biridir.  Onun  ehtimalı  – 

xarakteri. Proqnozlaşdırmanın metodları: ekstrapolyasiya, tarixi analogiya, kompüter 

modelləşdirilməsi,  gələcəyin  ssenarisi,  ekspert  qiymətləndirilməsi.  Bu  metodların 

məhdudluğu  və  bir-birilə  əlaqələndirilməsinin  zəruriliyi.  Proqnozlaşdırmanın 

humanist  missayası.  Sosial  proqnozların  tipləri:  axtarış,  normativ,  ehtimali  sosial 

proqnozlar. Onların elmi idrakın məzmunu və ideoloji təyinatı.  

Bəşəriyyətin  gələcəyi  və  real  tarixi  proses.  Müasir  elmi-texniki  inkişaf  və 

gələcəyin  alternativləri.  Gələcəklə  bağlı  pessimist  baxışlar.  Sosial  tərəqqinin 

qarşısıalınmazlığı.  Tərəqqinin  ritminin  artması.  İnkişafın  hüdudları  və  stimulları 

problemi.  Proqnozlaşdırma  və  müasir  dövrün  qlobal  problemlərinin  təsnifatı:  siyasi, 

iqtisadi, sosial, ekoloji, gənc dövlətlərin geriliyini dəf etmək problemi – onların bir-

birilə  əlaqəsi.  Qlobal  problemlərin  həlli  üçün  geniş  beynəlxalq  əməkdaşlığın 

zəruriliyi. Sülh, tərksilah və yeni dünya müharibəsinin qarşısının alınması problemi.  

Təbii resurslar və ətraf mühitin mühafizəsi problemi. Demoqrafik problemlər. 

Ərzaq  problemi.  Energetika  və  xammal  problemi.  İnkişaf  etməkdə  olan  ölkələrin 

çətinliklərinin  aradan  qaldırılması  problemi.  Dünya  okeanı  məkanından  və 

resurslarından  istifadə  problemləri.  Narkomaniyanın  və  təhlükəli  xəstəliklərin 

yayılması,  mənəvi  əxlaqın  böhranı,  demokratiyanın  məhdudluğu  və  beynəlxalq 

terrorçuluq  problemi.  Ailə  münasibətlərində  yaranan  problemlər.  Kişi-qadın 

münasibətlərindəki problemlər. 

 Qlobal  problemlərin  yaranma  səbəbləri.  Qlobal  problemlərin  həlli  yolları. 

Bəşəriyyətin  sosial  və  texniki  tərəqqi  yolunda  irəliləməsindəki  ziddiyyətlər.  Yer 

kürəsində sülhün qorunması – gələcək elmin əsas funksiyası və vəzifəsidir.  Dünya 

sivilizasiyasının inkişaf perspektivləri. «İnformasiya müharibəsi» konsepsiyası. Nüvə 

əsrində yeni təfəkkür. Müasir futuroloji konsepsiyalar. 

 

 

 




 

 

Ə D Ə B İ Y Y A T 

1.

 

Əhədov A.F. Qədim dünya fəlsəfəsi. Bakı, 1995. 



2.

 

Bayramov Q. İnsan və zaman. Bakı, 1996. 



3.

 

İsmayılov F. Freyd və freydizm. Bakı, 1993. 



4.

 

İsmayılov F. Müasir Qərb fəlsəfəsi Bakı, 1991. 



5.

 

İmanov H. Orta əsr islam Şərqində fəlsəfi fikir. B., 1998. 



6.

 

Nəsirov V., Məmmədov Ə. Müasir elm və məkan-zaman problemi. Bakı, 1980. 



7.

 

Qasımzadə F., Hacıyev Q. Avestadan bu günədək. Bakı, 1982. 



8.

 

Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994. 



9.

 

Məmmədov Z. Şihabəddin Yəhya Sührəvərdi. Bakı, 1991. 



10.

 

Eyvazov R. Dahi alim və filosof. Bakı, 1961. 



11.

 

Tusi N.    Əxlaqi – Nasir. Bakı, 1989. 



12.

 

NəsirovV., Məmmədov Ə. Elmi idrakın metod və formaları. Bakı, 1980. 



13.

 

Azərbaycan fəlsəfəsi. Bakı, 1993. 



14.

 

 Nəzərov M. İdrak prosesinin dialektikası. Bakı, 1979. 



15.

 

 Səttarov M. Ali şüur və onun inkişaf dialektikası. Bakı, 1978. 



16.

 

 Səttarov M. Adi şüur və onun inkişaf dialektikası. Bakı, 1978. 



17.

 

 Göyüşov Z. Həzz və iztirab. Bakı, 1970. 



18.

 

 Əliyev Ə. Mənəvi mədəniyyət və din. Bakı, 1981. 



19.

 

 Qasımov M.Q. Bəşəriyyətin sağ qalması naminə. Bakı, 1990. 



20.

 

 Salmanov M.Ə. Ekologiya və biz. Bakı, 1989. 



21.

 

 Şükürov A.M. Təbiət və cəmiyyət. Bakı, 1989. 



22.

 

  Şükürov A.M. Fəlsəfə, cəmiyyətdə onun yeri və rolu. Bakı, 1996. 



23.

 

Асмус  В.Ф. Античная философия. М., 1976. 



24.

 

 Горфункель А.Х. Философия эпохи возрождения. М., 1980. 



25.

 

 Гулыга А.В. Немецкая классическая философия. М., 1986. 



26.

 

 Кузнецов В.Н., Мировский Б.В., Грезнов А.Ф. Западноевропейская 



философия ХВЫЫЫ в. М., 1986. 

27.


 

 Любитин К.Н. Фейербах: философская антропология. М., 1988. 

28.

 

 Нарский И.С. Западноевропейская философия ХВЫЫЫ в. М., 1973. 




Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə