tələbatdan yaranır, əmək fəaliyyəti insanın özünün, dilin, təfəkkürün və s. inkişafıdır.
Əmək genetik irsiyyətdən sosial varisliyə keçidi təmin edir. Heyvan sürüsü və ibtidai
qəbilə icması. İlk əxlaqi-ictimai qadağalar antropososiogenezin amilidir.
İctimai münasibətlərin yaranması və onların bioloji münasibətlərdən fərqi.
İnsanın mövcudluğu anlayışı. İnsan psixososial fenomendir. İnsan mövcudluğuna
dair ekzistensialist baxış.
İnsanda təbii (bioloji) və ictimai (sosial) tərəflər. İnsanın sırf bioloji və sırf
ictimai izahına münasibət. S.Uilsonun sosiologiya təlimi. İnsanın vulqar sosioloji
izahının tənqidi. Antiutopik baxışlar. İnsanda bioloji və sosialın vəhdəti. Elmi-
texniki tərəqqi dövründə insanın biologiyası. Psixioanaliz və insan problemi.
Antropososiologiyada rasionalizm. İnsanın varlığı və davranışı onun şüurlu
həyatının ifadəsidir. Antropososiologiyada şüurluluq və şüursuzluq (freydizm).
İnsanın mənəvi təcrübəsində həyat və ölüm problemi. Həyatın mənası. Ölüm
və ölməzlik. İnsan həyatının qiymətləndirilməsində pessimizm. Həyatın mənasının
dini izahı. İnsan necə, nə qədər və nəyin naminə yaşamalıdır. İnsanın «ölmək
hüququ». Ölüm probleminə müxtəlif münasibətlər. Paternalizm və antipaternalizm.
Eftanaziyanın sosial-mənəvi mahiyyəti.
Fərd, fərdiyyət və şəxsiyyət anlayışları. Şəxsiyyətin sosial mahiyyəti.
Şəxsiyyətin tipologiyası. Şəxsiyyət və onun cəmiyyətdəki rolu. Tarixi şəxsiyyətin
əsas göstəricisi onun dövrün tələblərinə uyğun xalqı səfərbər etməsidir. Şəxsiyyətin
hərəkət və fəaliyyətinin sosial-tarixi şərtlənməsi. Siyasi rəhbərin fəaliyyətinin əsas
göstəriciləri. Görkəmli elm və mədəniyyət xadimlərinin tarixi prosesdə rolu.
Xarizmatik tarixi şəxsiyyət problemi. Cəmiyyət, şəxsiyyət münasibətlərinin tarixi
formaları. Fərd ilə cəmiyyətin bir-birinə qarşı müstəqilliyi. Fərd şəxsiyyətdir,
cəmiyyət şəxsiyyət deyil.
İnsan və cəmiyyətin qarşılıqlı münasibətinin tarixi tipləri. Şəxsi asılılıq
münasibətləri. Şəxsiyyətin hüquq və vəzifələri. Nəzəriyyə və reallıq. Hüquqi dövlətdə
şəxsiyyət.
Tarixi zərurət və şəxsiyyət azadlığı. Şəxsiyyətin azadlığı, hüquq və vəzifələri
ilə məsuliyyətin vəhdəti. Demokratik cəmiyyət və şəxsiyyət azadlığı. Müasir dövrdə
şəxsiyyət azadlığı və cavabdehlik.
Fəlsəfə, insan və bəşəriyyət. İnsan və kainat. Sosial dəyərlər, onların mahiyyəti
və cəmiyyətdə rolu. Sosial dəyərlərin təbiəti haqqında baxışlar. Dəyərlərin sosial
şərtlənməsi. Sosial dəyərlərin təsnifatı: qnoseoloji, etik və estetik dəyərlər. Azadlıq və
milli müstəqillik ən ali dəyərdir. Aksiologiya və müasirlik. Şəxsiyyətin
sosiallaşmasında dəyərlərin rolu. Şəxsiyyətin dəyərlər oriyentasiyasına müasir dövrün
təsiri. Dəyərləri qorumaq və inkişaf etdirməyin zəruriliyi. Tarixi keçmişə və mili
ənənələrə hörmət dövrün mühüm vəzifəsidir. İslamın ümumbəşəri əxlaqi dəyərləri.
Mövzu 20. Fəlsəfə və gender problemi
Gender anlayışının aktuallığı, onun semantik və məntiqi təhlili. Gender
probleminin tənifatı. Gender problemlərinin fəlsəfi və tarixi-fəlsəfi, ümumi və xüsusi
blokları.
Fəlsəfənin və gender problemləriinin ümumi prinsipləri. Dialektik gender
yanaşmanın əsası kimi «kişi-qadın» anlayış cütlüyü - varlığın ən yaxşı rəmzi, varlığın
əks olunduğu güzgüdür. Gender probleminin antropoloji aspekti. Cəmiyyətdə bioloji
qütblər. Kişi və qadın dixotomiyasının bioloji aşkarlığı. Cəmiyyətdə sosial
qütbləşmə. Kişi və qadın dixotomiyasının sosial aşkarlığı. Cəmiyyətdə mənəvi
qütbləşmə. Kişi və qadın dixotomiyasının mənəvi aşkarlığı.
Gender problemlərinin estetik və etik aspektləri. Estetikanın mahiyyəti –
gender estetikası. Gözəllik estetikanın əsas kateqoriyasıdır. İnsan münasibətləri
estetikasında məhəbbət kateqoriyası. Məhəbbətin psixoloji və fiziki aspektləri.
Etikanın mahiyyəti. Gender etikası. Etik borc anlayışı. Mənəviyyat və əxlaq. Mənəvi
seçim azadlığı.
Mənəvi dəyərlərin universallığı və nisbiliyi. Etika insani münasibətlərin gender
ölçüsündə. Cinsi və ailə münasibətlərinin etikası.
Fəlsəfə tarixində gender problemləri. Tarixi dünya modeli insan təfəkküründə.
Qədim dünya fəlsəfəsində gender problemləri. Ziddiyyətlərin birliyi və mübarizəsi
prinsipi. Qədim dünya fəlsəfəsində qadın və kişi rəmzi kimi (in-yan, platonizm). Orta
əsrlər fəlsəfəsində gender problemi. Xristian fəlsəfəsində gender ideyaları.
Gender problemləri və Azərbaycan reallığı.
M ö v z u 21. Mədəniyyət və sivilizasiya. Müasir dövrün
qlobal problemləri
Mədəniyyətin fəlsəfi anlaşılması. Mədəniyyətin yaranması. Mədəniyyətin izahı
ilə bağlı müxtəlif baxışlar. Mədəniyyətin texnoloji şərhi. Mədəniyyətin klassik
modeli.
Cəmiyyət və mədəniyyət. İnsan mədəniyyət aləmində. Mədəniyyətin daxili və
xarici determinasiyası. Əmək və mədəniyyətin bölünməsi. Mədəniyyət maddi və
mənəvi dəyərlərin məcmusudur. Mədəniyyətin funksiyaları: adaptasiyaedici, idraki,
informasiyaverici, kommunikativ, normativ və humanist. Mədəniyyətin inkişaf
qanunauyğunluqları. Mədəniyyətdə ənənəvilik və yenilikçilik. Mədəniyyətlər vəhdəti
və çoxcəhətliliyi. Mədəni inqilab. Əxlaqi mədəniyyətin mahiyyəti. Kütləvi
mədəniyyət anlayışı və mədəniyyətin kütləviliyi. Elitar mədəniyyət.
Mədəniyyət şəxsiyyətin özünü müəyyən etməsi və inkişafı üsuludur. Mənlik
şüuru və özünüqiymətləndirmə, savadlılıq və mədənilik, ziyalılıq. Ünsiyyət
mədəniyyəti: dialoq, fikir plyuralizmi. Mədəniyyət və demokratiya.
Mədəniyyətdə mili və ümumbəşəri tərəflər. Dünya mədəniyyətlərinin vəhdəti,
rəngarəngliyi və qarşılıqlı təsiri. Mədəniyyətin tərəqqisi. Ənənəvi və müasir
mədəniyyət.
Mədəniyyət və sivilizasiya. Sivilizasiya mədəniyyətin mərhələsidir.
Sivilizasiya sosial mədəni törəmədir. Sivilizasiyanın əsas əlamətləri. Sivilizasiyanın
izahına dair baxışlar:
a) sivilizasiya mədəniyyətin sinonimidir;
b) sivilizasiya lokal mədəniyyətlərin inkişafında tənəzzül mərhələsidir;
v) sivilizasiya bəşəriyyətin barbarlıqdan sonra gələn inkişaf mərhələsidir;
q) sivilizasiya müxtəlif regionun və yaxud etnosun inkişafı mərhələsidir;
Bəşəriyyətin mövcudluğunun sivilizasiya əsasları.