Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 455,5 Kb.
səhifə5/5
tarix06.02.2018
ölçüsü455,5 Kb.
#26008
1   2   3   4   5

Respublikamızda vergi yükünün aşağı olmasının əsas səbəblərindən biri, iqtisadiyyatın bəzi sahələrinin vergi ödəməkdən azad edilməsidir. Bildiyimiz kimi, kənd təsərrüfatı məhsulları istehsalı torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmişdir.

Respublikamızda 2010-2015- ci illərdə dövlət büdcəsinin makroiqtisadi göstəricilərinin ÜDM-də çəkisi aşağıdakı kimi olmuşdur:21[33] Cədvəl 5

Göstəricilər

2010

2011

2012

2013

2014

2015

Dövlət büdcəsinin gəlirləri (mln.manat)

11403.0

15700.7

17281.5

19496.3

18400.6

17156.8

Dövlət büdcəsi gəlirlərinin ÜDM-də çəkisi (%-lə)

26.9

30.1

32.0

33.5

31.2

31.5

Dövlət büdcəsinin xərcləri (mln. manat)

11765.9

15397.5

17416.5

19143.5

18709.0

17784.0

Dövlət büdcəsinin xərcləri (%-lə)

27.7

29.6

31.7

32.9

31.7

32.7


3.3. Azərbaycan Respublikasında aparılan

vergi siyasətinin əsas istiqamətləri

Dünya praktikasından da məlumdur ki, ölkədə işgüzar fəallıq yüksəldikcə, vergidən yayınma halları və vergi hüquq pozuntuları da artmağa başlıyır. Bu da ölkənin vergi siyasətinin daim təkmilləşdirilməsini, vergi sisteminin modernləşdirilməsini tələb edir. Bu cür şəraitdə yüz minlərlə vergi ödəyicisinin fəaliyyətinə vergi nəzarətini tətbiq etmək, onlara keyfiyyətli xidmət göstərmək qlobal bir vəzifəyə çevrilməkdədir. Məhz buna görə də, respublikamızda aparılan vergi siyasəti vergi dərəcələrinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılmasına, hüquqi şəxslərlə fərdi sahibkarlar arasında, rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsinə, kiçik və orta sahibkarlıq, biznes fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına və son nəticədə mövcud iqtisadi potensialın artırılmasına və əhalinin maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.22[14] Başqa sözlə desək, dövlətin vergi siyasəti dedikdə, dövlət tərəfindən işlənib hazırlanmış vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya başqa vəzifələri həyata keçirməyə yönəldilmiş tədbirlər məcmusu başa düşülür.

Vergi siyasətinin səmərəliliyi onun dövlət tərəfindən hansı prinsiplərlə həyata keçirilməsi baxımından olduqca əhəmiyyətlidir. Buna görə də respublikamızda vergi siyasətinin hansı prinsiplər nəzərə alınmaqla tətbiqinə nəzər salaq:


  • vergi sisteminin normativ-hüquqi bazasının yaradılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması;

  • vergi ödəyicilərinin normal fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və onların hüquqlarının maksimum qorunması;

  • vergi yükünü optimal səviyyədə saxlamaq;

  • vergi sisteminin idarəetmə orqanlarının fəaliyyətinin digər dövlət orqanlarının fəaliyyəti ilə əlaqələndirilməsi;

  • dövlət vergi xidməti orqanları əməkdaşlarının normal fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, onların sosial müdafiəsinin təmin edilməsi;

  • mövcud vergi sistemində əldə edilmiş təcrübənin mütərəqqi əsaslarını qorumaqla, inkişaf etmiş ölkələrin vergi sisteminin özünü doğrultmuş təcrübəsindən istifadə edilməsi;

  • sahibkarlıq və investisiya fəallığını stimullaşdıran, sadə və vergi ödəyicisi tərəfindən asanlıqla anlaşılan vergi sisteminin yaradılması;

  • vergi qanunvericiliyinə əməl olunmasının praktiki baxımdan rahat olması və minimum inzibati xərclərə nail olması üçün uyğun şəraitin yaradılması.

Yuxarıda qeyd etdiyimiz prinsiplər bizə Respublikamızda həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərini müəyyən etməyə əsas verir. Beləliklə, vergi siyasətinin əsas istiqamətləri bunlardır:

  • respublikamızda iqtisadi təhlükəsizliyə nail olunmasına yönələn tədbirlərin həyata keçirilməsi;

  • daxili və xarici investisiyaların əlverişli sahələrə cəlb olunması məqsədilə əlverişli vergi mühitinin yaradılması;

  • vergi və qeyri-vergi ödənişlərinin yığılma səviyyəsinin artırılmasına nail olunması yolunda tədbirlərin həyata keçirilməsi;

  • vergi ödəyicilərinin gəlirlərinə səmərəli nəzarət mexanizmini həyata keçirmək;

  • ixrac potensialının inkişafına təkan verəcək tədbirlərin işlənib hazırlanması;

  • vergi sistemi üzrə vahid uçot-informasiya sistemini yaratmaq;

  • vergi intizamına əməl edilməsi məqsədilə nəzarət sisteminin təkmilləşdirilməsinə nail olmaq, eyni zamanda vergi hüquq pozuntusu hallarının qarşının alınması üçün qaydaların sərtləşdirilməsi və s.

Müasir dövrdə inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin, eyni zamanda Respublikamızın vergi siyasəti aşağıdakı mühüm məqsədlərə xidmət edir:

- dövlətin təsərrüfat fəaliyyətini stimullaşdırmaq və ya məhdudlaşdırmaqla iqtisadiyyatın tənzimlənməsində, eyni zamanda ictimai təkrar istehsal prosesində iştirakı;

- müvafiq hakimiyyət və idarəetmə orqanlarının üzərinə qoyulmuş funksiyaları həyata keçirmək, və iqtisadi və sosial siyasətin həyata keçirilməsi üçün lazımi qədər maliyyə ehtiyyatları ilə təmin etmək;

- gəlirlərin tənzimlənməsi ilə bağlı dövlət siyasətini həyata keçirmək.



Azərbaycan Respublikasında həyata keçirilən vergi siyasəti isə aşağıdakı məqsədlərin nail olunmasına istiqamətlənmişdir:

  • vergilərin sayının, vergi dərəcələrinin azaldılması, vergi güzəştlərinin minimum səviyyəyə endirilməsi;

  • rezident vergi ödəyiciləri ilə qeyri-rezident vergi ödəyiciləri arasında, eyni zamanda hüquqi şəxslərlə fərdi sahibkarlar arasında vergi yükünün bərabərləşdirilməsinə nail olmaq;

  • əlverişli investisiya şəraitinin yaradılması;

  • dağ və ucqar rayonlarda sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına nail olmaq;

  • vergi idarəetməsinin təkmilləşdirilməsi, vergidən yayınmaya qarşı səmərəli vergi nəzarətinin təşkili;

  • vergi ödəyicilərinin hüquqlarını genişləndirilmək, vergi ödəyicilərinin məlumatlandırılması, verginin təbliği və s.

Qeyd etmək lazımdır ki, vergi siyasətinin təkmilləşdirilməsi, vergi islahatlarının aparılması prosesində aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:

  • ümumi məqsədyönlülük - vergi sisteminin qurulması və səmərəliliyinin yüksəldilməsində vergilərin iqtisadi inkişafa məcmu təsirindən baxılması;

  • sadəlik – vergilərin müəyyə edilməsi və yığılması prosesində bütün maneələrin aradan qaldırılması, aparılan çoxsaylı hesabat formalarının sayının azaldılması, müəssisələrin mühasibat işlərindəki gərginliyin azaldılması və s.;

  • vergi ödəyicilərinin hüquqlarının müdafiəsinin maksimum təmin edilməsi – baş verən hansısa vergi qanunsuzluğu zamanı vergi ödəyicilərinin hüquqlarının müdafiəsinə daima cəhd etmək;

  • fiskal səmərəlilik – vergi ödəyicilərinin və dövlətin vergilərin yığılması ilə əlaqəli xərclərinin vergi daxilolmalarından dəfələrlə az olmasına nail olmaq;

  • vergiləri ödəməkdən yayınma meyllərinin qarşısının alınması – vergilərin tətbiqi və yığılması qaydalarının müəyyən edilməsi prosesində onun ödənilməsindən yayınma hallarının qarşısının alınması məqsədilə müvafiq hüquqi-normativ bazanın işlənib hazırlanması və tətbiqi;

  • universallıq – vergi dərəcələri və gəlirlərin bölüşdürülməsinin maksimum universallığının təmini, müxtəlif vergitutma elementlərinə görə vergitutma məqsədilə yanaşma müxtəlifliyinin təmin edilməsi;

  • ictimai faydalı fəaliyyət növlərinin inkişafının stimullaşdırılması və zərərli fəaliyyət növlərinin qarşısının alınması – səmərəli vergi sistemi quraraq investisiya fəallığının və iqtisadi inkişafın artırılmasıyla cəmiyyətin qarşısında duran problemlərin həll olunması, ekoloji layihələrin tətbiq edilməsinin, ətraf mühit və insan sağlamlığında təhlükə yaradan fəaliyyət növlərinin yüksək vergi tətbiq etməklə qarşısının alınması;

  • vergi ödəyicilərinin və büdcənin gəlirlərinin inflyasiyadan qorunması – vergi ödəyicilərinin müflisləşməsinin və vergitutma bazasının azalmasına mane olmaq, büdcə maraqları daxilində inflyasiya amilinin nəzərə alınması, beləliklə vergi ödəyicilərinin hüquqlarının müdafiəsinin maksimum təmin edilməsinə nail olmaq.

Azərbaycan Respublikasında aparılan vergi siyasətinin əsas istiqamətlərinin tətbiqilə həyata keçirilmişdir:

- “E-hökumət”in yaradılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2006-cı ildən başlayaraq vergi xidmətində Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) tətbiq olunmuşdur. "Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi"in əsas məqsədi büdcənin mədaxil hissəsinin tam və vaxtında formalaşdırılması, çevik və səmərəli vergi inzibatçılığının həyata keçirilməsi üçün effektli informasiya dəstəyinin təmin edilməsidir.

- 2007-ci ildə elektron bəyannamələrin tətbiqinə başlanılmışdır. Bununla əlaqədar e-taxes.gov.az - İnternet Vergi İdarəsi yaradılmışdır.

- 2008-ci ildən ƏDV depozit hesabı və 2010-cu ildən elektron vergi-hesab fakturaları tətbiq olunur.

- 2008-ci ildən Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı “bir pəncərə” prinsipi üzrə aparılır.

- Vergilər Nazirliyində “Elektron hökumət” layihəsi çərçivəsində vətəndaşlar, vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən “onlayn kargüzarlıq” sistemi işə salınmışdır.



- 2011-ci ildə fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt rejimində qeydiyyat sistemi tətbiq olunmuş və 2012-ci ildən yerli hüquqi şəxslərin dövlət qeydiyyatının elektron qaydada aparılmasına başlanılmışdır.

- Banklar və digər kredit təşkilatları ilə vergi orqanları arasında inteqrasiyanın təşkili məqsədilə vergi orqanları ilə bank idarələri arasında “on-line” rejimində məlumat mübadiləsinin həyata keçirilməsinə başlanılmışdır.

- 2012-ci ildən vergilərin elektron qaydada ödənişinin aparılması sisteminin tətbiqinə başlanılmışdır.

- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ilin may ayından Vergilər Nazirliyinin ASAN Sertifikat Xidmətləri Mərkəzi (ASXM) fəaliyyətə başlamışdır.

Vergi potensialının müəyyən edilməsi, vergi güzəşti və azadolmalarının səmərəliliyinin müəyyən edilməsi, vergi dərəcələrinin optimal səviyyəsinin hesablanması, həmçinin vergi daxilolmalarının iqtisadi-riyazi modelləşdirmənin tətbiq edilməsi yolu ilə proqnozlaşdırılması məqsədilə AVİS-də Strateji Araşdırmalar modulunun yaradılmasına zərurət yaranmışdır.23[10]

Respublikamızda həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən bəhs edərkən, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını da vurğulamaq lazımdır.

Son 10 ildə bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, müasir tələblərə cavab verən infrastukturun yaradılması, sahibkarlığa dəstək, biznes mühitinin inkişafı Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur.

Ölkə bölgələrinin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son 10 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanmışdır. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə bərabər, makroiqtisadi sabitliyin təmin edilməsində, regionlarda sahibkarlıq fəaliyyətinin miqyasının genişlənməsində, yeni müəssisə və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının, həyat səviyyəsinin daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaqdır.24[3]

Azərbaycan Respublikasının 2020-ci ilədək dövr üçün perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyənləşdirilməsi və onların gerçəkləşdirilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından və onun təsdiq edilməsi barədə Fərmandan irəli gələrək Vergilər Nazirliyində “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan” və “2013-2020-ci illərdə vergi sisteminin İnkişafı Strategiyası” hazırlanıb təsdiq edilmiş və onun icrası ciddi nəzarətə götürülmüşdür.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Strategiyasının əsas məqsədləri:



  • Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə və Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması;

  • passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçidin təmin edilməsi;

  • qeyri-neft sektorunun, innovasiya yönümlü iqtisadiyyatın inkişafına əlverişli mühitin formalaşması;

  • vergi inzibatçılığının və nəzarətinin daha da təkmilləşdirilməsi (e-auditin tətbiqi, nağdsız ödənişlərin stimullaşdırılması, e-kommersiyaya vergi nəzarətinin təşkili, vergi borclarının alınması mexanizminin təkmilləşdirilməsi, bəyannamələrin əvvəlcədən doldurulma sisteminin tətbiqi, transfer qiymətqoyma mexanizminin yaradılması, ümumi bəyannamə sisteminə keçidə hazırlıq və s.);

  • vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin parnyorluq prinsipi əsasında qurulması;

  • vergi ödəyicilərinə xidmət sisteminin təkmilləşdirilməsi və vergi mədəniyyətinin yüksəldilməsi;

  • beynəlxalq əməkdaşlığın genişləndirilməsi.25[4]

Bundan başqa, ölkəmizdə bu ildən etibarən “Tax Free” nin tətbiqinə başlanılıb. Bu sistem ölkəmizə gələn xarici vətəndaşlar, əsas etibarilə turistlər tərəfindən alınmış mallara görə ödənilmış əlavə dəyər vergisinin tam və ya qismən geri qaytarılmasını təmin edəcək.

Beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən “Tax Free” sisteminin tətbiqi ölkəyə xarici turistlərin marağının artırılması, turizmin inkişafında davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədi daşıyır.26[39]



N Ə T İ C Ə
Fiskal siyasət dövlətin büdcə və vergi siyasətini ifadə edir.

Fiskal siyasət sistemi dövlət xərcləri və vergilərin dərəcələrinə təsir etməklə ölkənin təsərrüfat fəaliyyətini tənzimləyən bir sistemdir.

Fiskal siyasət xətti dövlətin iqtisadi siyasətinin, eyni zamanda həyata keçirdiyi tədbirlər sisteminin məntiqi nəticəsi kimi formalaşıb, dövlətin iqtisadi-siyasi həyatının ayrılmaz tərkib hissəsidir.

Bu səbəbdən fiskal siyasət xətti milli iqtisadiyyatda iqtisadi artım, nisbi ümumi sabitlik, işgüzar fəallıq yaradaraq faydalı olduğu kimi, həm də tamamilə başqa nəticələrə gətirib çıxara bilər.

Buna görə də, dövlətin maliyyə sisteminin sabit iqtisadi artımının yaradılmasında əhəmiyyətli rola malik olması fiskal siyasətin düzgün işlənib hazırlanmasını və sistemli həyata keçirilməsini tələb edir. Bunu müxtəlif ölkələrin, həm yüksək inkişaf etmiş ölkələrin, həm də inkişaf etməkdə olan ölkələrin, həmçinin keçid dövrünü yaşamış yeni müstəqil ölkələrin təsərrüfat fəaliyyəti təcrübəsi təsdiq edir.

Dövlət özünün daxili və xarici vəzifələrini fiskal siyasət köməyilə yaradılan pul və maddi fondlar vasitəsilə həyata keçirir.

Dövlət həmin vəzifələri həyata keçirərkən fiskal siyasətin iqtisadi artım sürətinin yüksəldilməsinə, iqtisadiyyatda dövri tərəddüdlərin hamarlaşdırılmasına, əhalinin tam məşğulluq səviyyəsinə və inflyasiyanın mülayim sürətinə nail olunması kimi ictimai məqsədlərini əsas tutur.

Dövlət fiskal siyasətini həyata keçirərkən qarşıya qoyduğu həmin məqsədlərə müxtəlif növ vergi və vergi dərəcələri ilə, transfert ödənişləri və digər növ dövlət xərcləri alətləri vasitəsilə nail olur.

Fiskal siyasətə müxtəif növ vergilər və vergi dərəcələri ilə təsir edilməsi məcmu xərclərə mənfi təsir aləti rolunda çıxış edir. Belə ki, istənilən vergi növü əldə olan gəlirin məbləğini azaldır. Bu isə öz növbəsində nəinki istehlak xərclərinin azalmasına, eyni zamanda yığımların da səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Transfert ödənişləri əhalinin gəlirlərini artırmaqla istehlak tələbatına dolayı yolla təsir göstərməkdədir. Transfert ödənişləri şəxsi əllərdə yığılan gəlirlərlə nəzərə alındığı üçün ÜMM-un tərkibinə daxil edilmirlər.



Fiskal siyasətin vergi tənzimlənməsi müxtəlif forma və üsullar vasitəsilə həyata keçirilir, büdcənin gəlir və xərclərini balanslaşdırmaq məqsədi daşıyır.

Vergi tənzimlənməsinin həmin forma və üsulları arasındakı fərqi də öz növbəsində konkret vergi növünün özünəxas xüsusiyyətləri və dövlətin qarşısında duran əsas vəzifələri müəyyən edir.

Vergi tənzimlənməsi mexanizmi vergi münasibətlərinin təşkilinin təkcə forma və üsullarını deyil, eyni zamanda onların kəmiyyət və keyfiyyətinin müəyyən edilməsi üsullarını da özündə birləşdirir.

Vergi mexanizminin kəmiyyət parametrlərinə vergilərin dərəcəsi, vergi güzəştinin həcmi, ÜDM-un vergilər vasitəsi ilə büdcəyə cəlb edilən hissəsi, vergilərin yığım hissəsi və s. aid edilir.

Cəmiyyətin iqtisadi inkişaf səviyyəsinə və investisiya siyasətinin tətbiq olunmasına vergilərin təsiri, vergi tənzimlənməsinin səmərəliliyi və s. vergi mexanizminin keyfiyyət parametrlərinə aiddir.

Vergi mexanizminə yalnız vergilərin toplanmasına dövlətin operativ müdaxiləsi mövqeyindən baxmaq yalnışdır. Çünki, belə yanaşma zamanı vergi mexanizmi özünün obyektiv xarakterini itirərək pul vəsaitlərinin yenidən bölüşdürülməsində subyektiv vasitəyə çevrilir.

Belə ki, vergi mexanizmində obyektiv və subyektiv başlanğıc arasında vəhdət vardır və buna görə də onlar arasındakı tarazlıq pozulmamalıdır.

Qeyri-neft sektorunun inkişafının zəruriliyini nəzərə alaraq hökumət qeyri-neft sektorunun, xüsusilə istehsalat sektorunun inkişaf etdirilməsi və iqtisadi artımın təmin edilməsi məqsədi ilə fiskal siyasətin alətlərindən səmərəli istifadə edə bilər. Belə ki, inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, ölkə iqtisadiyyatının inkişafı üçün strateji əhəmiyyət kəsb edən sənaye parkları və sənaye zonaları üçün həm yerli və həm də xarici investisiyaları cəlb etmək məqsədilə dövlət müəyyən təşviqedici vergi güzəştləri və imtiyazları tətbiq edə bilər ki, bu da orta və uzun müddətdə iqtisadi artıma və işsizliyin minimuma endirilməsinə səbəb ola bilər.

Ölkədəki mövcud sosial və iqtisadi durumu nəzərə almaqla, dövlət yuxarıdakı iqtisadi siyasəti uğurla həyata keçirmək üçün fiskal siyasətin ‘diskret’ tipindən istifadə edə bilər. Fiskal siyasətin çevik və dəyişkən bir xarakter daşıyan diskret tipi ölkədə ÜDM həcminin dəyişməsi, məşğulluq səviyyəsinin optimallaşdırılması, qiymətlərin səviyyəsinin dəyişməsi və inflyasiyanın tənzimlənməsi məqsədilə vergilər və dövlət xərcləri arasında manevr etmək, mövcud situasiyadan səmərəli çıxış yolları tapmaq deməkdir.

Dövlətin həyata keçirdiyi diskret fiskal siyasət ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə planlı şəkildə vergitutma və büdcə xərclərini tənzimləyir. İqtisadi tsiklin müxtəlif dövrlərində bu tənzimləmə forması fərqlənir. Belə ki, iqtisadi böhranlar dövründə dövlət öz xərclərini yüksəldir, vergilərin səviyyəsini isə azaldır. Bu isə alıcılıq tələbatının artmasına gətirib çıxarır.

Təcrübə göstərir ki, yüksək vergi rüsumları vergi ödəyicilərinin vergi ödəməsindən yayınma hallarına gətirib çıxarır ki, bu da sonda ölkədə gizli iqtisadiyyatın yayılmasına səbəb olur. Bu da büdcədə gəlirlər hissəsinin azalması deməkdir. Həmçinin, gizli iqtisadiyyatın mövcud olduğu şərait vergi orqanlarının dövlət üçün gələcək iqtisadi analiz və proqnozlaşdırma aparmada böyük çətinliklər yaradır.

Ölkədə mövcud iqtisadi durumun gerçəkliyini nəzərə alaraq iqtisadi inkişaf və iqtisadi artımı stimullaşdırmaq məqsədilə hökumət fiskal siyasətin ekspansionist növündən istifadə edə bilər. Belə bir hal keçən əsrin 80-ci illərində inkişaf etmiş ölkələrdə vergi dərəcələrinin aşağı salınması nəticəsində iqtisadi artımın səviyyəsinin stimullaşdırılması ilə müşayiət olunmuşdur.

İnkişaf etmiş ölkələrdə olduğu kimi Respublikamızda da fiskal siyasətin vergi tənzimlənməsinin əsas istiqamətləri vergi mexanizminin sadə və təkmil olmasına və vergi yükünün azaldılmasına istiqamətləndirilmişdir. Bu istiqamət sahibkarlıq fəalliyətinin sərbəst inkişaf etməsi üçün münbit iqtisadi şəraitin yaradılmasına yönəldilmişdir.

Ümumilikdə, təkmil vergi mexanizminin əsasını vergilərin həm fiskal, həm də tənzimləyici funksiyalarının tətbiq olunmasını təmin edən tədbirlər təşkil edir. Eyni zamanda, vergi dərəcələrinin optimallaşdırılması, vergi güzəşti və vergi azadolmalarından təyinatına görə istifadənin təmin edilməsi və vergi yükünün aşağı salınması ilə vergitutma bazasının genişləndirilməsi də təkmil vergi mexanizminin yaradılmasının əsasında durur.

Belə bir durumda dövlət aşağı vergi yükü (yəni optimal vergi) siyasəti tətbiq etməklə dövlətin öz fiskal maraqlarını nəzərə aldığı kimi, vergi ödəyicilərinin də maraqlarını nəzərə almalıdır. Çünki, aşağı vergi yükü (yəni optimal vergi yükü) siyasəti daha əlverişli vergi mühitini və investisiya mühitini təmin edir və nəticədə tez bir zamanda ölkə iqtisadiyyatının xüsusən real sektorun inkişafına şərait yaradır.

Vergi yükünün optimal səviyyəsinin tapılması və tətbiq edilməsi problemi inkişaf səviyyəsindən asılı olmayaraq hər bir ölkənin vergi sisteminin qurulmasında və onun təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli rol oynayır.

Beynəlxalq vergitutma təcrübəsi vergi ödəyicilərindən tutulan verginin onun məcmu gəlirinin 30-40 faizindən çox olduğu halda iqtisadi fəallıq səviyyəsinin aşağı düşdüyünü, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin azaldığını, ölkədəki biznes mühitinin öz şəffaflığını itirdiyini göstərir.

Elə buna görə də, aşağı dərəcəli vergi yükü tətbiq etməklə dövlət büdcəsinə hesablamış vergi daxiolmalarının yığım faizinin artırılmasına nail olmaq olar.

Bu baxımdan fiskal siyasətin səmərəliliyinin artırılması məqsədilə aşağıdakıların həyata keçirilməsini məqbul hesab edirəm:

- Ölkə iqtisadiyyatına xarici investisiyaların axınını təmin etmək məqsədilə tətbiq edilən optimal vergi yükü siyasəti zamanı milli iqtisadiyyatın rəqabət qabiliyyətlilik səviyyəsini yüksəltmək məqsədilə qonşu ölkələrin və regionda olan digər ölkələrin vergitutma səviyyəsi siyasətini və həmçinin vergi yükü siyasətini dərindən öyrənmək və analiz etmək vacibdir.

- İqtisadi inkişafın hazırkı mərhələsində vergi yükünün iqtisadiyyatın sektorları, iqtisadi agentlərin ayrı-ayrı kateqoriyaları üzrə paylanılmasının rasional mexanizminin hazırlanaraq tətbiq olunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsi ilə istehsal, istehlak və istehsal amillərinin qiymətlərinin müvazinətliyinin təmin olunmasına nail olmaq mümkündür.

- İqtisadi inkişafın müasir mərhələsində passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçilməsi məqsədəuyğun ola bilər. Bu məqsədlə azad texnoloji iqtisadi zonaların yaradılması, innovasiya və bilik iqtisadiyyatının inkişafının stimullaşdırılmasının zəruriliyini nəzərə alaraq aktiv vergi siyasəti və modernləşdirmənin üstün prinsiplərinin həyata keçirilməsi olduqca vacibdir.



Ə d ə b İ y y a t s İ y a h ı s ı


  1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli, 1384-IVQD nömrəli Qanunu ilə edilmiş əlavə və dəyişikliklərlə)

  2. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu (2003-cü il 13 may tarixli 452-IIQD nömrəli, 2004-cü il 3 dekabr tarixli 791-IIQD nömrəli, 2005-ci il 5 aprel tarixli 876-IIQD nömrəli, 2005-ci il 23 dekabr tarixli 36-IIIQD nömrəli və 2007-ci il 30 noyabr tarixli 488-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunlarına əsasən edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla)

  3. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı 27 fevral 2014

  4. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası 29 dekabr 2012

  5. Vergi Ensiklopediyası Bakı 2013

  6. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzi. Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti: təkamül dövrü, müasir vəziyyəti və təkmilləşdirilməsi istiqamətləri. Şamaxı 2015

  7. Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat

  8. Azərbaycan Respublikasının 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı. Bakı 2015

  9. Azərbaycan Respublikasının 2016-cı ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat

  10. Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu Elmi-praktiki konsfrans materialı. Şamaxı 5 iyun 2015.

  11. Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi “Vergiyə Giriş” Şamaxı 2014

  12. A.F.Musayev Vergi siyasətinin iqtisadi problemləri Bakı «Elm» 2004

  13. Vergilər və vergitutma A.F.Musayev, Y.A.Кəlbiyev, Z.H.Rzayev Bakı 2005

  14. A.F.Musayev, Y.A.Kəlbiyev, A.A.Hüseynov Azərbaycan Respublikasının Vergi Xidməti: İslahatlar və Nəticələr. Bakı 2002

  15. Ə.Ə.Ələkbərov “Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafında vahid büdcə sisteminin rolu” elmi əsəri. Bakı 2005

  16. F.Ə.Məmmədov, A.F.Musayev, M.M.Sadıqov, Y.A.Kəlbiyev, Z.H.Rzayev “Vergilər və Vergitutma” Bakı 2010

  17. Y.A.Kəlbiyev Fiskal Siyasət və Milli İqtisadiyyatın Tənzimlənməsi Problemləri. Monoqrafiya. Bakı 2005

  18. Y.A.Kəlbiyev Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri. Bakı ”Elm” 2012

  19. Y.A.Kəlbiyev, R.B.Məhərrəmov, P.Q.Rzayev Xarici ölkələrin vergi sistemi. Bakı 2011

  20. Q.Bayramov, i.Əhmədov, A.Mehtiyev Büdcə işi Bakı 2006

  21. P.Q.Rzayev İqtisadiyyatın vergi tənzimlənməsi mexanizminin stimullaşdırıcı rolunun artırılması istiqamətləri. Monoqrafiya. Bakı 2013

  22. Ş.Ş.Bədəlov, R.B.Məhərrəmov, F.Ə.Qurbanov Büdcə Sistemi Dərslik 2003

  23. D.Ə.Vəliyev, Y.N.Balakişiyeva, İ.R. Rəfibəyli, E.E.İmanov, E.M.Qarabalov Vergi hüququ, Bakı 2003

  24. L.Q. Xodov Vergilər və iqtisadiyyatın vergi tənzimlənməsi (Dərslik)

  25. Садыгов М.М., Зейналов В.З., Садыгова Г.М. Рыночная экономика: финансы и налоги. Баку, 2001

  26. Цыгицко А.Н. Нормализация налоговой нагрузки. М., 2002

  27. Соколов А.А. Теория налогов, М., 2003

  28. Ходов Л.Г. Налоги и налоговое регулирование экономики: Учебное пособие. М.,2003

  29. Мусаев А.Ф., Садыгов М.М., Магеррамов Р.Б., Салаев Р.А. Налоги и налогообложение в Азербайджане (учебник). Баку, Елм, 2005

  30. Майбуров И.А. Налоги и налогообложение. М., 2007

  31. Магеррамов Р.Б. Проблемы формирования и развития налоговой системы Азербайджана (монография). Баку, Марс Принт, 2011

  32. OECD Tax Policy Reform and Economic Growth, OECD Tax Policy Studies http://www.oecd.org/

  33. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi http://www.stat.org.az

  34. Azərbaycan Respublikası Mərkəzi Bankı http://www.cbar.az/assets

  35. Azərbaycan Respublikası Vergilər Nazirliyi http://www.taxes.gov.az

  36. Azərbaycan Respublikasının Resenziyalı Vergi Jurnalı http://vergijurnali.az

  37. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi http://maliyye.gov.az

  38. Azərbaycan Respublikasının Prezidentinin rəsmi səhifəsi http://president.az/

  39. Azərbaycanda Tax Free http://www.taxfree.az/az/menu/53/


Р е з ю м е

Фискальная политика, являясь бюджетной и налоговой политикой государства выражает политику бюджетного формирования и в то же время считается составной частью финансовой политики. Фискальная политика система, регулирующая хозяйственную жизнь страны путём изменения категорий государственных расходов и налогов. Деньги и материальные фонды, образованные путём фискальной политики, являющейся характерной для всех стран есть важное условие для выполнения внешне-внутренних задач соответствующих органов власти.

Государство постоянно вмешивается в экономические процессы с целью регулирования деятельности. Данное вмешательство с целью формирования части прибыли государственного бюджета совокупность осуществляемых мероприятий в направлении увеличения эффективности национальной экономики сфере налогообложения, обеспечения экономического роста стабилизации денежного оборота занятости населения.

Как и в странах с развитой экономикой, основные направления налогового регулирования фискальной политики Азербайджана направлены на создание благоприятных экономических условий для свободного развития предпринимательской деятельности, предусматривая простое и совершенное создание налогового механизма и уменьшение налогового времени.


S U M M A R Y

A fiscal policy with state budget and tax system expresses budget formation policy of the state and moreover shall be deemed as an integral part of fiscal policy. The fiscal policy is a system that regulates economy of the country by means of changes in public expenditure and tax rates. Money and financial funds generated by fiscal policy which is the typical for every country is an essential condition to fulfill the internal and external duties of the relevant authorities of the country.

The government constantly interfere the economic processes through fiscal policy in order to regulate their activities. This interfere is a sum of taken measures in order to form the state budget revenues in the directions of taxation, increasing the efficiency of the national economy, ensuring the economic growth stabilization of money circulation and employment of the population.

As the developed countries, the main directions of tax regulation of fiscal policy in Azerbaijan focused on establishment of simple and advanced tax mechanism and creating the favorable economic condition for free development of entrepreneurial activities by taking into consideration of tax burden.



1 Vergi Ensiklopediyası Bakı 2013[5]

2 Vergilər və vergitutma A.F.Musayev, Y.A.Кəlbiyev, Z.H.Rzayev Bakı 2005[13]

3 Vergilər və vergitutma A.F.Musayev, Y.A.Кəlbiyev, Z.H.Rzayev Bakı 2005[13]

4Y.A.Kəlbiyev Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri. Bakı ”Elm” 2012[18]

5 P.Q..Rzayev İqtisadiyyatın vergi tənzimlənməsi mexanizminin stimullaşdırıcı rolunun artırılması istiqamətləri Monoqrafiya Bakı 2013[21]

6 Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı 27fevral2014[3]

7Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu Elmi-praktiki konsfrans materialı. Şamaxı 5 iyun 2015[10]

8 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi[33]

9 Q.Bayramov, i.Əhmədov, A.Mehtiyev Büdcə işi Bakı 2006[20]

10 Q.Bayramov, İ.Əhmədov, A.Mehtiyev Büdcə işi Bakı 2006[20]

11 Azərbaycan Respublikasının 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı, Bakı 2015 http://maliyye.gov.az/sites/default/files/2016_budce_teqdimati.pdf[8]

12 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi[33]

13 Azərbaycan Respublikası Maliyyə Nazirliyi 2015-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat http://maliyye.gov.az/node/1871 [7]

14 Azərbaycan Respublikası Maliyyə Nazirliyi 2016-cı ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat http://www.maliyye.gov.az/node/1979 [9]

15 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi[33]

16 Azərbaycan Respublikası Maliyyə Nazirliyi 2015-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat http://www.maliyye.gov.az/node/1871 [7]

17 Azərbaycan Respublikası Maliyyə Nazirliyi 2016-cı ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat http://www.maliyye.gov.az/node/1979 [9]

18 Y.A.Kəlbiyev Fiskal Siyasət və Milli İqtisadiyyatın Tənzimlənməsi Problemləri. Monoqrafiya. Bakı 2005[17]

19 A.F.Musayev Vergi siyasətinin iqtisadi problemləri Bakı «Elm» 2004[12]

20 OECD Tax Policy Reform and Economic Growth, OECD Tax Policy Studies, No. 20 http://www.oecd.org [32]

21Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi[33]

22 A.F.Musayev, Y.A.Kəlbiyev, A.A.Hüseynov Azərbaycan Respublikasının Vergi Xidməti: İslahatlar və Nəticələr. Bakı 2002[14]

23 Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu-elmi-praktik konfrans Şamaxı 2015[10]

24 Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı 27fevral2014[3]

25 “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası 29 dekabr 2012 http://www.president.az/files/future_az.pdf [4]

26 Azərbaycanda Tax Free http://www.taxfree.az/az/menu/53/ [39]

Yüklə 455,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə