Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Çəndirli Nurlan Mehdi oğlu



Yüklə 2,25 Mb.
səhifə7/9
tarix06.05.2018
ölçüsü2,25 Mb.
#43242
1   2   3   4   5   6   7   8   9

Material axınlarının idarəedilməsi sistemlərinin layihələrini qiymətləndi-rərkən informasiyanın səviyyəsini mütləq nəzərə almaq lazımdır. Bundan ötrü isə hesablanmaya, daha doğrusu dəyərin diskontlaşdırılmış formulasına infilyasiyanın səviyyəsi bir element kimi daxil edilmişdir.

Əgər ölkə üzrə inflyasiyanın maksimum səviyyəsini 15 faiz həcmində proqnozlaşdırsaq onda 200 mln.manat dəyərə malik sərmayə qoyluşunun diskont dəyəri 4 ildən sonra 81,96 mln.manat təşkil edəcəkdir.

Beləliklə, material axınlarının idarəedilməsi strategiyasını işləyib hazırla-dıqdan və yerinə yetirmək üçün qəbul etdikdən sonra logistika sistemi kimi mürəkkəb mexanizmin bütün elementlərini düzgün əlaqələndirmək üçün təşkilati məsələlər icra edilməlidir. Təşkilat məsələlərə iki struktur və davranış mövqe-yindən yanaşmaq lazımdır.Təşkilati məsələlərin quruluşunu tərtib edərkən aşağı-dakı problemlərə diqqət yetirilməlidir:

-məqsədin müəyyənləşdirilməsi və onun əsasında logistika sisteminin yerinə-yetirəcəyi işlərin təfsilatlarının müəyyən edilməsinə;

-axınların idarəedilməsi sistemlərinin funksional sahələr üzrə fəaliyyət növlərinin qruplaşdırılmasına;

-səlahiyyət dairələrinin seqmentləşdirilməsinə;

-bu və ya digər fəaliyyət növünün yerinə yetirilməsi üçün məsuliyyət və hesabatın müəyyən edilməsinə;

-idarəetmə sisteminin iş prosesində hər bir nəfərin öz yerini bilməsindən ötrü işçi həyatı üçün müxtəlif təmayüllü təlimatların işlənib hazırlanmasına.

Bir qayda olaraq göstərilən nroblemləri nəzərə almaqla təşkilat qurluşu ənənəvi klassik üsulla yaradılır. Bu cür yanaşmada idarəetmənin inteqrativ əlaqə-ləndirilməsinə başlıca vəzifəsi material axınlarının istər istehsal, istərsədə tədavül sferasında hərəkətinə nəzarət etməkdən ibarətdir.
2.4.Təsərrüfat subyektlərinin logistik idarəetmə sisteminin təkmilləşdirilməsi

Material axınlarının proqnozlaşdırılması dedikdə gələcəkdəhər hansı zaman kəsiyində məhsula tələbatın gözlənilən səviyyəsinin qiymətləndirilməsini nəzərdə tutur. Gələcək tələb haqqındakı bizim proqnozumuz fərziyyədir. Buna baxmayaraq satış bazarları və bölgü kanallarının təhlilində müəyyən metodikadan istifadə etdikdə fərziyyəyə nisbətən proqnozların tətbiqi daha böyük əhəmiyyət kəsb edir. Başqa sözlə ifadə etsək, proqnoz elmi surətdə əsaslandırılan fərziyyədir. Odur ki, proqnozlaşdırma qarşısında qoyulan tələb müvafiq qiymətləndirmə olmalıdır. Material axınlarının idarəedilməsi prosesində proqnozlaşdırmanın əhəmiyyətini yüksəltmək üçün material axınlarının hərəkəti üzrə uzunmüddətli təqvim planları tərtib etməklə onların ən optimal istifadə istiqamətlərinə yönəldə bilən proqnoz qiymətləndirmə sistemi yaratmaq lazımdır.

Bu zaman material axınları vaxtının, yəni tədavül vaxtının uzunluğu ən azı bu axınları idarəedən sistemin idarəçiliyi məsələlərinin həllinə hazır olması və onların reallaşdırılmasına kifayət etməlidir.

Belə bir vəzifə-problemi istehsal müəssisələrində material axınlarının həcminin və istehsal xidmətilə əlaqədar nəqliyyat vasitələrinin sayının, həm də onların gələcək inkişafının proqnozlaşdırılması ola bilər. Proqnoz, real məqsəd və vəzifələr qoyula bilən, başqa sözlə istehlakçılara xidmət zonası və bu istehsala xidmət üçün lazım olan nəqliyyat vasitələrinin fəaliyyət sərhəddi müəy-yənləşdirilir.

Bu nöqteyi-nəzərdən proqnoza plan işinin ilkinl mərhələsi kimi baxmaq olar. Məhz, nəzərdə tutulan mərhələdə o qarşıya hər hansı konkret tapşırıq qoymur, lakin strategiyanın işlənib hazırlanması üçün lazım olan materiallara malik olur. Strateci proqnozlaşdırmanın aparılması üçün daşınmanın gələcək inkişafının ehti-malı haqqında möhtəbər və etibarlı informasiya mənbəyi tələb edir.Bu mənbədən isə informasiyalar verilmiş obyektiv şərtlər daxilində konkret müddətdə alın-malıdır. Proqnozun əhatə müddəti eyni zamanda proqnoz mülahizələrinin təfsil-ləşdirmə (dəqiqləşdirmə) dərəcəsi ilə də əlaqələndirilməlidir.

Beləliklə, hər bir konkret halda proqnozlaşdırmananın optimal variantının və neft maşınqayırma kompleksinə aid edilən müəssisələr üçün topdansatış müəssisə-lərindən istehsal-texniki təyinatlı məhsulların (ilkin xammal və mate-rial resurs-larının) daşınmasını həyata keçirmək üçün planlaşdırmanın elmi cəhətdən əsaslan-dırılmış metodunu seçmək lazımdır.

«İmpuls», «Atilla Kompani» «Stal» və digər topdansatış müəssisələrindən əsaslandırılmış daşımanın həcmi (Qp) aşağıdakı formula ilə müəyyən edilir.



buradaH pr- bir milyon manat anbar əmtəə dövriyyəsinə düşən tonlarla xüsusi daşıma həcmini xarakterizə edən göstərici;T- milyon manatlarla anbar əmtəə dövriyyəsinin həcmidir.

Bir milyon manatlıq əmtəə dövriyyəsinə düşən xüsusi daşınma həcmi göstərici (H pq) aşağıdakı kimi müəyyənləşdirilir:





Burada - Hrq -tonlarla bir milyon manat əmtəə dövriyyəsinə düşən daşıma həcminin hesabı göstəricisi;Up,Ur-yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsinin plan faktiki səviyyəsi;Mp,Mr- qeyri mərkəzləşdirilmiş daşımaların plan faktiki xüsusi çəkisidir.

Xüsusi çəki göstəricisini korrelyasiya təhlilinin köməyi ilə hesablamaq olar. Bu zaman yükləmə-boşaltma işlərinin mexanikləşdirmə səviyyəsinin və qeyri-mərkəzləşdirilmiş daşınma səviyyəsinin ona təsiri nəzərə alınmalıdır:

Yuxarıda qeyd edilən formaların dəqiq təhlilini aparma, daha doğrusu, xüsusi daşınma həcminin hesablanması üçün aşağıda verilmiş ilkin məlumatlara əsaslanmaq lazımdır (cədvəl 2.8).

Bir milyon manatlıq əmtəə dövriyyəsinə düşən daşınma həcminin dinamik sırası əsas verir ki, onun hesabat illəri üzrə dəyişməsi əyrisini hiporbola əyrisinə bənzədək. Odur ki, hesabat dövründə bu göstəricinin ümumi dəyişməsi perspektiv dövrdə onun dəyişmə xarakterinin proqnozlaşdırılması üçün əsas ola bilər.

Cədvəl 2.8

Xüsusi daşınma həcminin hesablanması



G ö s t ə r i c i l ə r

Ölçü vahidi

İşarə

İ l l ə r







2005

2010

2013

2014

2015

Anbar əmtəə dövriyyəsi

mln.m.

T

100

140

180

200

240

Daşınma həcmi

Min.m.

Q üm

380

616

846

1000

1240

Bir milyon manatlıq əmtəə dövriy-yəsi üzrə mərkəzləşdirilmiş qayda-da daşınan yükün miqdarı.

ton

Hx


3800

4400

4700

5000

5200

Qeyri mərkəzləşdirilmiş qaydada avtomobillə daşınmaların xüsusi çəkisi

%-lə

M


25

20

15

10

10

Yükləmə-boşaltma işlərinin mexa-nikləşdirmə səviyyəsi

%-lə

U


82

85

85

86

87

Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə