Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Çəndirli Nurlan Mehdi oğlu



Yüklə 2,25 Mb.
səhifə2/9
tarix06.05.2018
ölçüsü2,25 Mb.
#43242
1   2   3   4   5   6   7   8   9

Кюмякчи фяалиййят


Mənfəət

Firmanın əsas fəaliyyəti

Bütün bunları nəzərə almaqla firmanın rəqabət üstünlüyü əhəmiyyətli dərəcədə qeyd olunan bu sistemləri öz məqsədi baxımından təşkil və sadələşdirə bilən logistik strukturların nə dərəcədə effektiv təşkil etməsilə müəyyən edilir. Təkmil və çevik formaya malik olan belə logistik strukturlar təkcə firma daxili fəaliyyət növlərini əlaqələndirmək, bu fəaliyyət növləri arasında ahəngdarlığa nail olmaqla yanaşı firmanın makromühitində fəaliyyət göstərən digər firmalar arasında da mənafe birliyini-təsərrüfat əlaqələrini təmin edir.Qarşılıqlı asılılıqda fəaliyyət göstərən firma böyük üstünlüklər əldə etməklə mütəmadi olaraq bu əlaqələrin optimallaşdırılmasına səy göstərir. Belə ki, «dəqiq vaxtında» prinsipi və ya «kanban» sistemilə məhsulgöndərmələri həyata keçirən firmalar material ehtiyat-larının səviyyəsini azaltmaqla özlərinin transsaksiyon və operativ xərclərinin həc-mini də əhəmiyyətli şəkildə azaltmış olurlar.

Lakin qeyd etmək lazımdır ki, xarici ədəbiyyatlarda firmanın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün logistikadan istifadə olunmasının xarakterik cəhətlərinə xüsusi diqqət yetirilir. Logistikanın tətbiqilə rəqabət qabiliyyətinin yüksəldilməsi təbii ki, dərhal baş vermir və eyni zamanda da birdəfəlik proses hesab olunmur.Bu vaxt baxımından uzun bir müddəti əhatə edir və minimum iki mərhələdə keçir.

Birinci mərhələdə logistikanı tətbiq edən firmalar yeni xidmətlər təklif etmək və bazara çıxaracaqları (və ya çıxardıqları) məhsulun keyfiyyətini yüksəltməklə yeni bazar seqmentləri əldə edirlər. Rəqib firmalarda bu faktordan istifadə etdiklərindən qeyd olunun amil müəyyən müddətdən sonra öz çəkisini itirir. Belə bir hal hər tip bazar üçün xarakterikdir və geniş yayılandır. Buna görə də logistikanın tətbiqilə rəqabət mübarizəsində məhz istehsal xərclərinin və məhsulun maya dəyərinin azaldılması ilə müşahidə edən ikinci mərhələ başlayır.

İstehsal xərclərin azaldılması və məhsulun keyfiyyətinin, habelə xidmətlərin səviyyəsinin yüksəldilməsi eyni zamanda baş verə bilər. Lakin logistik idarəetmənin prinsip və konsepsiyalarının fasiləsiz tətbiqi zamanı rəqabət mübarizəsində logistikanın təklif etdiyi üstünlüklərdən əvvəlcə birincisi, sonra isə ikincisi ön plana keçir. Beləliklə, bu tsikl mövcud tələbdən asılı olaraq təkrarlana bilər.

Logistik konsepsiyalara istehsal (tədavül) xərclərinin azaldılması istiqa-məti kimi baxan və logistik idarəetməyə effektiv əsaslandırma kimi yanaşan firmaların idarəetmə aparatı bu konsepsiyaların geniş tətbiq edilməsinə daha çox üstünlük verir. Çünki, rəqəbət mübarizəsində əsas vasitə kimi istifadə olunan logistik kon-sepsiya, belə demək mümkündürsə firmanın əsas iqtisadi strategiyasını (maliyyə, material və əmək resurslarının planlaşdırılması, yerləşdirilməsi və onlara nəzarətin həyata keçirilməsi) təşkil etməklə iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması-məhsulların reallaşdırılması və ya xidmətlərin göstərilməsindən əldə edilən mənfəət həcminin artırılmasına gətirib çıxarır. Belə yanaşma eyni zamanda logistika ilə istehsal strategiyası arasında üzvü əlaqənin təmin edilməsinə də şərait yaradır. Praktiki olaraq bu əlaqələndirmənin həyata keçirilməsi nəticə baxımından:

- lazım olan yerdə tələb olunan vaxtda zəruri ehtiyatlar yaradılır;

- iqtisadi tələblərə uyğun olaraq firma daxilində və ya onun hüdudlarından kənarda material resurslarının vaxtı-vaxtında daşınmasına zəmanət verən nəqliyya-tın hərəkəti razılaşdırılır;

- istehsal ehtiyatlarının həcminin azaldılması, habelə xammal və material sərfini minimumlaşdırmağa imkan verən anbar təsərrüfatı, qablaşdırma və nəqliyyat arasında işlərin ahəngdarlığı təmin edilir;

- ehtiyatlar və nəqletmə arasında sinxronluğa nail olunur.

Deməli, logistika həm firmanın bazar payının artırılması, həm də xərclərin azaldılması nöqteyi-nəzərindən ikili funksiyanı yerinə yetirir.

Təsərrüfat suybektləri səviyyəsində idarəetmənin logistik prinsiplər əsasında aparılmasının nəticəsi olaraq rəqabətqabiliyyəti və onun yüksəldilməsinin qiymətləndirilməsi xərcələrin kalkulyasiyasını tələb edir. Lakin nəzərə almaq lazımdır ki, əksər göstəricilərin kəmiyyətcə hesablanması mürəkkəb olduğundan belə kalkulyasiyanın birbaşa yerinə yetirilməsi çətinlik yaradır.

Logistikanın xərclərə təsiri məhsulların satışı ilə bağlıdır. Logistik kondeksdən buraya əsasən sifarişlərin yerinə yetirilməsi (sifarişlərin emalı, yüklərin daşınması və anbarlaşdırılması, ehtiyatların idarə edilməsi, qablaşdırma, ehtiyat hissələri ilə təminat, satışdan sonrakı servis xidməti və s.) ilə əlaqədar olan xərc maddələri aid edilir. Firmanın bazar payının artırılmasına logistikanın təsiri isə şərtsiz olaraq yeni istehlakçıların cəlb edilməsi və firmanın bazar vəziyyətinin yaxşılaşdırılmasına imkan verən amillərdən-istehlakçı sifarişlərini tez və keyfiyyətli ödəmək, istehlakçı sifarişləri və təkliflərini xidmətin rəqabət qabiliyyəti səviyyəsinin tələblərinə cavab verən səviyyədə vaxtı-vaxtında nəzərə almaq, habelə məhsulların effektiv təklif metodlarından asılı olaraq qiymətləndirilir.

Logistikanın xərclərə təsirini firma səviyyəsində əldə edilən iqtisadi səmə-rənin kəmiyyəti kondeksindən müəyyənləşdirmək daha məqsədəuyğundur. Logistikanın tətbiq edilməsi nəticəsində əldə edilən iqtisadi səmərənin kəmiyyəti iqtisadi kompromisslər kateqoriyası çərçivəsində təyin edilir. Kompromiss firma daxilində ayrı-ayrı funksional bölmələrin maraqlarının nəzərə alınmasına və uzlaşdırılmasına əsaslanır. Daha doğrusu, belə kompromisslərə firmanın ümumi mənfəətinin yüksəldilməsi vasitəsi kimi baxılır. Aydındır ki, mənfəət gəlirlərin xərclər üzərində artımını ifadə edir. Ayrı-ayrı funksional bölmələrin tələbləri arasında kompromisslər xərclərin səviyyəsinin hər bir bölmə üçün nəzərdə tutulan minimum səviyyə ilə müqayisədə artımına gətirib çıxarır. Buna görə də istehlakçı tələbinin yüksək səviyyədə ödənilməsi nəticəsində firmanın ümumi gəlirləri arta bilər.

Son zamanlar bütün logistik sistem (və ya onun ayrı-ayrı iştirakçıları) tərəfindən material, maliyyə və informasiya axınlarının idarə edilməsi ilə bağlı işlərin yerinə yetirilməsində qruplaşdırma və mərkəzləşdirmə ənənələri getdikcə intensiv xarakter alır. Bu mahiyyətcə o deməkdir ki, firmanın təşkilati strukturunda funksiya daxili kooperasiya mexanizmi yaradılır və bu da öz növbəsində əmələ gələ biləcək çoxlu sayda iqtisadi mübahisələri aradan qaldırır. Qruplaşdırmanın forması və mərkəzləşdirmənin dərəcəsi məhsul çeşidindən və bazar mühitindən birbaşa asılıdır. Belə ki, bazar yönümünə malik olan və geniş nomenklaturalı məhsulları eyni bir kanal vasitəsilə reallaşdıran firmalar bazara xidmət göstərilməsi üçün bütün fəaliyyət növlərini qruplaşdırmağa və onları mərəkəzləşdirməyə səy göstərir.

Ayrı-ayrı bazarlarda öz məhsullarının satışını həyata keçirən digər firmalar isə bölüşdürmə sisteminin idarə edilməsində mərkəzləşdirməyə o qədər də maraq göstərmirlər. Onlar da əksinə, bölüşdürmənin operativliyini və bölgü kanallarına nəzarət işini təmin etmək üçün logistik sistemin elementlərinin ümumi idarəetmə strukturuna birləşdirilməsi ənənəsi meydana gəlir.

Müasir kommersiya firmalarında rəqabətqabiliyyətinin yüksəldilməsinə məhsulgöndərənlər və istehlakçılarla hərtərəfli işgüzar münasibətlərin qurulması faktoru böyük təsir göstərir. Bu, hər şeydən əvvəl ondan irəli gəlir ki, çox zaman məhsulgöndərənlərlə məhsul istehlakçılarının iqtisadi mənafeləri kommersiya firmalarının iqtisadi mənafeləri ilə üst-üstə düşmür. Belə ki, məhsulgöndərənləri təmin edən əsas iqtisadi faktor ondan ibarətdir ki, yeni alıcı bazarının və potensial alıcıların axtarılmasına vaxt və maliyyə vəsaiti sərf etmədən mövcud təsərrüfat əlaqələri çərçivəsində məhsulgöndərmələri davam etdirsinlər, göndərdikləri məhsullara görə tədiyyələri vaxtında ala bilsinlər. İstehlakçıları maraqlandıran məqam isə istehsal istehlakı zamanı fasilələrə yol verməmək üçün bağlanan kontraktlar üzrə keyfiyyətli məhsullarla vaxtı-vaxtında təmin olunmaqdan ibarətdir. Təbii ki, logistik sistemin iştirakçıları arasında iqtisadi mənafe birliyinin təmin edilməsi, istehsal və tədavül xərclərinin azaldılması logistik idarəetmənin başlıca konsepsiyasıdır.

Deməli, firmanın rəqabətqabiliyyətinin yüksəldilməsinə tələb olunan məhsulun lazımi yerə razılaşdırılmış vaxtda və kəmiyyətdə çatdırılması etibarlılığı kimi mühüm amil də təsir göstərir. İnvestisiya məhsulları bazarında xüsusi əhəmiyyət kəsb edən sifarişlərin vaxtı-vaxtında və keyfiyyətli yerinə yetirilməsi firmanın imicini yüksəltməklə bərabər təkrar sifarişlərin alınmasına şərait yaradır.Təkrar sifarişlər ya köhnə məhsul istehsalçılarından, ya da əvvəlki alıcıların tövsiyəsinə görə yeni istehlakçılardan alınan sifarişlərdən ibarətdir. Belə sifariş-lərin alınması və icra edilməsi istehsalçı firmalar üçün xüsusilə əhəmiyyətlidir. Çünki, yeni sifarişlərdən fərqli olaraq burada sifarişin icrası üçün layihə və texnoloci sənədlər, texnoloci avadanlıqlar, bu avadanlıqların istismarında praktiki təcrübəyə malik kadrlar, habelə təşkilati qərarlar mövcuddur. Bütün bunlar isə nəticə etibarı ilə həm satışdan qabaq, həm də satışdan sonra çəkilməsi nəzərdə tutulan xərclərin azalmasına səbəb olur.

Uzunmüddətli istifadə olunan istehlak məhsulları bazarında məhsulların çatdırılması etibarlılığı göstəricisi firmanın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün o qədər də əhəmiyyətli hesab edilmir. Belə ki, bu tip məhsullar həmişə bölgü və satış kanallarında olduqlarından razılaşdırılmış vaxtda məhsulların çatdırılması faktoru təyinedici rol oynamır və bu səbəbə görə də etibarlılıq amili ehtiyatların səviyyəsindən demək olar ki, az asılılıqda olur. Uzunmüddətli istifadə olunan məhsullar bazarında aparılan marketinq tədqiqatları və onların nəticələri bu tip məhsulların rəqabət qabiliyyətinə həlledici təsir göstərə bilmir. Praktikada istehlakçılar və satıcılar «etibarsızlıq» (və ya onun müəyyən dərəcəsi), eləcə də məhsulgöndərmələrdəki qeyri-müəyyənliklə (məhsulgöndərənləri və məhsulu dəyişmədən) tez və asan razılaşırlar. Ona görə də belə bir şəraitdə logistika marketinqin aləti kimi deyil, məhz məsrəflərin azaldılması vasitəsi kimi çıxış edir. Lakin xidmətin keyfiyyətinin yüksəldilməsi, xüsusilə yeni məhsul istehsalı zamanı logistik əməliyyatların yerinə yetirilməsi müddətinin azaldılması, habelə geniş nomenklaturalı məhsulların istehsalının təşkili baxımından o, böyük əhəmiyyətə malik ola bilər. Burada həlledici əhəmiyyəti məhz istehsal prosesinin çıxışında deyil, yalnız girişində və istehsal prosesinin gedişində material axınlarının logistik idarə edilməsi kəsb edir. Beləliklə, istehsal xərcləri və məhsulun maya dəyərinin azalması halları müşahidə olunur.

Beləliklə, material və onunla bağlı olan informasiya axınlarının rasional idarə edilməsinə imkan verən metod və vasitələr məcmusundan ibarət olan logistika aşağıdakı dörd cəhəti nəzərə almaqla firmanın rəqabət qabiliyyətini öz-özünə yüksəltməyə qadirdir:

- potensial əmtəə bazarları çoxsaylıdır;

- bu bazarlarda mövcud olan ənənələr tələb olunan məhsulların nomen-klaturasının azalmasından ibarətdir;

- firmanın strategiyası radikal formada tez dəyişə bilər;

- firmanın nüfuz və hörməti onun bazar münasibətlərində aktiv və uzun-müddətli iştirakının nəticəsidir.

Əgər çoxsaylı əmtəə bazarlarında keyfiyyət və xassələrinə görə məhsul-ların differensiasiyası ehtimalı azalırsa, onda firmanın korporativ imici və ya strategiyası yaxın perspektiv üçün dəyişməz qalır və logistika firmanın mühüm rəqabət alətinə çevrilir. Belə bir şəraitdə rəqabət üstünlüyü bilavasitə firmanın logistik əməliyyatları yerinə yetirə bilməsi qabiliyyətindən, o cümlədən:

- bazar tələbinin, bazar seqmentinin və iqtisadi mühitdə vəziyyətin dəyiş-məsindən;

- istehsal olunan məhsulun maya dəyərinin azaldılması və keyfiyyətinin yüksəldilməsindən;

- alıcı dairəsinin genişlənməsi, texniki və qiymət sferasında, eləcə də tədarükat və bölüşdürmə siyasətində manevr imkanlarının artmasından yarana bilər.

Firmaların logistik fəaliyyətin yerinə yetirilməsi nəticəsində yüksək gəlirin əldə edilməsinə - alınmasına istiqamətlənən siyasəti mənfəətin artırılmasına gətirib çıxarır. Xarici mütəxəssislərin hesablamalarına görə logistikanın firmanın mənfəətinin artırılmasına təsiri firmanın xidmət səviyyəsindən asılıdır. Lakin göstərilən xidmətin səviyyəsi 90% və ondan yüksək olduqda logistik xərclər bu fəaliyyət növü üzrə əldə edilən gəlirləri üstələyir. Ona görə xidmətlərin səviyyəsi məhz bu səviyyədən aşağı olduqda iqtisadi baxımdan rentabelli hesab edilir.

Qeyd olunanlar bir daha təsdiq edir ki, ötən əsrin sonlarından etibarən logistikanın məqsədi xərclərin azaldılması və mənfəətin artırılması çərçivəsindən çox kənara çıxır. Buna görə də bu mərhələdə firmaların rəqabət qabiliyyəti konsepsiyası əlavə xidmətlərin göstərilməsi və onların keyfiyyətinin yüksəldilməsi hesabına rəqabət üstünlüyünü təmin etməkdən ibarətdir. Bəli, ola bilsin ki, sonralar əksər firmalar tərəfindən bu konsepsiyanın tətbiqi zamanı xərc amili başqa əsaslar üzrə yenidən prioritetə malik olsun. Bütün hallarda logistika hesabına firmanın rəqabətqabiliyyətinin yüksəldilməsi fasiləsiz və dinamik prosesdir.



1.3. Bazar münasibətləri şəraitində ümumi iqtisadi problemlərin logistik qoyuluşu və onların xarakterik cəhətləri

Bütün maddi varlıq daima hərəkətdə və inkişafda olan nəhəng bir sistemdir. Hər bir sistem özündən daha böyük sistemin ya alt sistemidir, ya da elementidir. Bir sistemin elementi olmaq etibarı ilə kiçik sistemlər heç də bəsit deyillər. Onların da alt sistemləri-elementləri vardır. Bütünlükdə kainatın hələlik ən xırda tərkib hissəsi, maddi əsası sayılan mikrohissəciklərin də mürəkkəb daxili quruluşu, alt sistemləri və elementləri mövcuddur. Beləliklə, dünya sonsuz və dərk edilən olmaqla,həm də ciddi daxili intizama malik sistemdir. Daha doğrusu, dünya sistemdirsə, onu təşkil edən maddi proseslər isə əlahiddə götürülmüş sistem olmaqla onun tərkib elementləri - alt sistemləridir.

Sistem-təbiət və ya insan cəmiyyəti tərəfindən müəyyən məqsədlərin yerinə yetirilməsi üçün qarşılıqlı əlaqə və təsirlərə malik elementlərdən təşkil edilmiş, müstəqil və sabit, mütəmadi inkişaf edən ətraf mühitlə qarşılıqlı əlaqələrdən asılı olaraq təkmilləşən strukturu özündə birləşdirir.Başqa sözlə-sistem dedikdə bir-birilə qarşılıqlı əlaqədə olan element və hissələrin nizamlı düzülüşü (yerləş-dirilməsi) nəzərdə tutulur.

Ensiklopedik lüğətdə «sistem» anlayışı (yunan sözü olub bütöv, bir-birilə əlaqəli olan hissələrdən təşkil edilmiş, inteqrativ keyfiyyət deməkdir) -hissələrdən təşkil olunmuş, müəyyən bütövlük yaradan və bir-birilə qarşılıqlı əlaqə və münasibətdə olan elementlər çoxluğu kimi göstərilmişdir (7).

Sistemin tədqiqi məsələsi hər bir elm sahəsində vacib və əhəmiyyətli məsələ hesab olunur. İxtiyari sistemin öyrənilməsi zamanı onların qurulması və fəaliyyət prinsiplərinin, eləcə də bu sistemin ətraf mühitlə qarşılıqlı əlaqələrinin aşkar edilməsi problemi meydana çıxır.Cəmiyyətdə və təbiətdə baş verən bütün hadisə və proseslər səbəbsiz baş vermir, nizamsız, qeyri-qanuni fəaliyyət göstərmir, onlar bu və ya digər formada bir-birilə sıx əlaqədədir.Bu əlaqələr bütün dövrlərdə məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun olaraq öyrənilir və tədqiq olunur.

Əgər təbii sistem «təbiət tərəfindən qoyulan» məqsədləri dolğun ödəmirsə və ya ödəmək qabiliyyətinə malik deyilsə o, öz-özünə məhv edilir və güclü, yüksək həyat qabiliyyətli sistemlə əvəz olunur. Belə bir yanaşmadan cəmiyyətin inkişafı baxımından insanlar tərəfindən yaradılan süni sistemlərdə də istifadə olunur.

Sistemi bir mənalı anlamaq və onun haqqında mülahizələr irəli sürmək üçün təkcə onu təşkil edən elementlərin sayı və onların xarakterik xüsusiyyətləri kifayət etmir. Buna görə də sistemin elementlərinin sistem daxilində yerləşməsi ardıcıllığını, müxtəlif vəziyyətlərdə və anlarda bu elementlər arasında qarşılıqlı fəaliyyəti müəyyənləşdirən səbəb-nəticə asılılığını, elementlərin sabit inkişaf meyllərini və sistemin sərhədlərini də bilmək lazımdır. Odur ki, «sistem» anlayışının daha müfəssəl tərifini vermək üçün sistemin hansı xassələrə malik olmasını müəyyənləşdirmək lazımdır. Sistemin fəaliyyət göstərməsi, inkişafı, təkmilləşdirilməsi və ekstremal hallara tab gətirməsi üçün o, avtonom, bütövlük, daxili və xarici aləmlə qarşılıqlı əlaqə, inteqrativ keyfiyyət, mükəmməllik, struktivlik və s. kimi xassələr məcmusuna malik olmalıdır. Əgər ixtiyari tədqiqat obyekti əvvəlcədən müəyyənləşdirilən bu xassələr toplusuna malikdirsə, onda həmin obyekti sistem kimi qəbul edilir.

Qeyd edildiyi kimi ixtiyari hər bir sistem onu xarici mühitdən ayıran konkret sərhədlərə malikdir. Əksər hallarda sistem və ətraf mühit arasındakı sərhəd o qədər də dəqiq olmadığından ətraf mühit anlayışına diqqətli yanaşma tələb olunur. Hər bir sistem üçün ətraf mühit bütövlükdə sistemə təsir edən obyektlərdən və eləcə də sistemin davranış tərzi nəticəsində xassələrini dəyişən obyektlərdən ibarətdir. Əlbəttə ki, ətraf mühit və ya sistem arasında dəqiq bölgünün aparılması,hər şeydən əvvəl öz marağı naminə mövcud obyektlər məcmusuna istifadə predmeti kimi baxan individumun məqsədindən asılıdır. Sistemlər çoxluğu dəqiq sərhəddə malik olur. Lakin elə sistemlər də mövcuddur ki, onlar heç də dəqiq müəyyən edilmiş sərhəddə malik deyil.Bu mənada istehsal-iqtsadi sistemlər xüsusi ilə maraq doğurur. İqtisadiyyata xas olan əsas əlamətlərdən biri onun müxtəlif funksiyaları yerinə yetirən, külli miqdarda hissə və elementlərin birləşməsindən ibarət olan mürəkkəb dinamik sistem olmasıdır. İstehsal, maliyyə, informasiya, sosial cəhətdən bu tip sistemlərin sərhədləri həm zaman, həm də məkanca bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Ümumilikdə götürdükdə iqtisadi sistem insan tərəfindən yaradılan, fiziki, olduqca mürəkkəb, ehtimallı, dinamik, dövri, qeyri-xətti, mükəmməl, açıq, öz-özünü tənzimləyən, öyrədən və təkmilləşən bir sistemdir. İctimai tələb və onun ödənilməsi imkanları arasındakı fərq iqtisadi sistemləri inkişaf etdirməyi tələb edən əsas hərəkətverici göstərici hesab olunur. Çünki, cəmiyyətin inkişafınının əsas məqsədi istehlak komponentlərini fasiləsiz olaraq genişləndirmək, onların bolluğunu təmin etmək və hər bir komponentin istehsalı üçün canlı və maddiləşmiş əməkdən,eləcə də təbii ehtiyatlardan maksimum istifadə etməkdir.

Yeni elmi sahə hesab edilən logistika da cəmiyyətin maddi tələbatını ödəmək məqsədilə materialların ilkin mənbədən son istehlak yerlərinə qədər hərəkəti ilə bağlı yerinə yetirilən bütün iqtisadi proseslərə sistem kimi baxır. Bu logistik sistemi (müəyyən bir məqsədə yönəldilən böyük iqtisadi sistemlərin alt sistemi kimi fəaliyyət göstərir) təşkil edən elementlərin hər biri özünəməxsus daxili qanunların təsiri altında nizama salınır və idarə olunur. Məhz buna görə də logistik sistem dedikdə ayrı-ayrılıqda müstəqil olan, vahid bir məqsədə xidmət edən,üzərində logistik əməliyyatlar aparılan, material, maliyyə və informasiya axınları kimi elementlərdən təşkil olunan və bu elementlər arasında ümumi məqsəd və effektivlik meyarı baxımından qarşılıqlı əlaqələrə malik sistem başa düşülür. Eyni zamanda nəzərə alınmalıdır ki, logistik sistemlər müxtəlif sistemlər çoxluğundan özünün tərkib elementləri (tədarükat, anbar, nəqliyyat, ehtiyatlar, informasiya, istehsal, bölüşdürmə və satış, kadrlar və s.), onlar arasında mövcud olan əlaqələrin xarakteri (aktiv, passiv, mövsümi, daimi), təşkili (ardıcıl, intensiv operativ, dispozitiv) və inteqrativ xassələrinə görə seçilir.Logistik sistemlərin ən mühüm fərqləndirici əlamətlərinə:

-axın proseslərinin varlığı;

-sistemin müəyyən bütövlüyü;

-müxtəlif mülkiyyət formalarının və təşkilati-hüquqi formaların mövcud-luğu;

-istehsal güclərinin müxtəlifliyi və istehsalın təmərküzləşməsi səviyyəsi;

-istifadə edilən texnoloci avadanlıqların və istehlak edilən material resurs-larının müxtəlifliyi;

-texniki vasitələrin və əmək resurslarının böyük ərazilərə toplanması;

-nəqliyyat vasitələrinin yüksək mobilliyi və s. aid edilir.

Deməli, material axınlarının hərəkətini təmin edən obyektlərə sistem kimi yanaşma praktik fəaliyyət sahəsi hesab olunan logistikanın əsas xüsusiyyətini təşkil edir və vaxtaşırı sistemli təhlilin aparılmasını obyektiv zəruriyyətə çevirir. Sistemli yanaşma logistik obyektə müxəlif baxışların sintezini, inteqrasiyasını nəzərdə tutur. Bu baxımdan sistemli təhlilin aparılması müasir elmin malik olduğu ən mütərəqqi və səmərəli metodların istifadə edilməsinə imkan verən elmi-texniki tərəqqinin obyektiv qanunauyğunluğudur və aşağıdakı əsas prinsiplərə:

-sistemlərin yaradılmasını ardıcıl-mərhələlər üzrə həyata keçirmək;

-layihələşdirilən sistemlərin informasiya, etibarlılıq, resurs və digər xarak-teristikaları arasında ahəngdarlığı təmin etmək;

-sistemin elementləri arasında və ya bütövlükdə sistemlə bu elementlər arasında münasibətlərin qurulması zamanı münaqişələrə yol verməmək və s.-yə əsaslanır.

Nəqliyyat sektorunda logistik sistemlərin formalaşması prinsiplərini müəyyənləşdirmək üçün ilk növbədə bu sektorda logistik sistemin malik olduğu xassələr və onların səciyyəvi xüsusiyyətləri aşkar edilməlidir.

Təbii ki, makroiqtisadi mühitin nəqliyyat sektoru üçün formalaşdırdığı şəraitdən və ona müsbət və ya mənfi mənada göstərdiyi təsirlərdən asılı olmayaraq bu sektorda logistik sistemin fəaliyyət göstərə bilmək və kifayət qədər hərtərəfli inkişaf etmək qabiliyyətinə malik olması üçün o avtonomluq xassəsinə malik olmalıdır. Bu isə o deməkdir ki, avtonomluq bu sektorun imkanlarını mütəmadi genişləndirməklə onun davamlı və sabit inkişafına şərait yaradır, operativ idarəetmə qərarlarının qəbul edilməsinə zəmanət verir, xarici mühitə münasibətdə aktivlik nümayiş etdirməklə qoyulan məqsədlərə nail olunması üçün sistem daxili prosesləri (yükləmə-boşaltma,nəqletmə, sortlaş-dırma, anbarlaşdırma və s.) intensivləşdirir. Buradan əldə olunan qənaət ondan ibarətdir ki, logistik sistemin avtonomluğu ona bir növ bütövlük (sistem qarşısında duran məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün onu təşkil edən elementlərin qarşılıqlı əlaqəsi və vəhdəti) xarakteri verir və onunla şərtləşir. Daha doğrusu, logistik sistem elə bir bütövlük keyfiyyətinə malikdir ki, onu təşkil edən elementlərin heç biri sistemdən kənarda belə bir keyfiyyətə malik deyil.

Bu baxımdan nəqliyya sektorunda logistik sistemləri o halda bütöv hesab etmək olar ki, sistemi təşkil edən hər bir element (məsələn, yükləmə-boşaltma), digər-qonşu elementə (məsələn, nəqletmə, sortlaşdırma, anbarlaşdırma və s.) qarşı həssas olsun və bu və ya digər səbəbdən hissədə və bütünlüklə sistemdə baş verən hər hansı ixtiyari dəyişilik bu elementə də müvafiq təsir göstərsin və ya əksinə. Məsələn, bir-birilə qarşılıqlı təsirdə olan nəqletmə işlərinin intensivləşdirilməsi, müxtəlif yükdaşıma formalarının tətbiqi, yükləmə-boşaltma işlərin avtomatlaş-dırılması və s.

Deməli, sadalanan bu elemetlərin hər biri sistem yaratmaq qabiliyyətinə malik obyektlər kimi fəaliyyət göstərirlər. Başqa sözlə, müxtəlif keyfiyyətlərə malik sistemin bu elementləri birgəlik təşkil etməklə bərabər istənilən an sistemin tələbi və ya obyektin tədqiqi baxımından hissələrə bölünərək sistem daxilində «alt sistem», ondan kənarda isə «müstəqil sistem» yarada bilmək qabiliyyətinə malikdir. Əksər hallarda, o cümlədən iqtisadi fəaliyyətin təkmilləşdirilməsi və ya idarə etmənin operativliyini təmin etmək məqsədilə «alt sistem» və ya «müstəqil sistemlərə» aid edilən elementlər də ümumi sistemlə müqayisədə yenidən hissələrə bölünən ola bilər. Ümumi sistemdən ayrılan hər bir alt sistem özünün giriş (müxtəlif məhsulgöndərənlərdən zəruri xammal, material və avadanlıqların tədarük edilməsi, logistik servis xidmətindən istifadə etməklə onları istehsal yerlərinə çatdırılması) və çıxış (əmtəəlik məhsulları müxtəlif səviyyəli bölüşdürmə kanallarından istifadə etməklə satış bazarlarına yönəldilməsi) elementləri vasitəsilə başqa sistemlərlə əlaqədə olub, fəaliyyət göstərir. Bu baxımdan istehsal, tədarükat, nəqliyyat, anbar, ehtiyatlar, informa-siya, bölüşdürmə və satış kimi elementlər bütöv şəkildə logistik sistemləri yaratdıqları üçün onlar arasında dialektik əlaqələr mövcuddur. Başqa sözlə, bazar tələbinə uyğun məhsul istehsalının həyata keçirilməsi üçün ilk növbədə bu məhsulların istehsalına lazım olan xammal və materialların, eləcə də dəstləşdirici məmulatların nomenklaturası, tədarükat bazarı, onların ayrı-ayrı məhsulgöndərənlərdən alınması üçün nəqliyyat vasitələri və nəqletmə marşrutları, əldə edilən yüklərin harada və necə saxlanılması, istehsalın fasiləsizliyinin təmin edilməsinə xidmət göstərən ayrı-ayrı ehtiyat növləri və onların səviyyəsi, istehsal edilmiş hazır məhsulun hansı məqsəd bazarı və ya hansı bazar seqmenti üçün nəzərdə tutulduğu, məhsulların fiziki bölüşdürülməsi üsulları və satış formaları müəyyənləşdirilməlidir. Aydındır ki, sadalanan elementlərin hər biri logistik sistemdən kənarda sistem yarada bilmək qabiliyyətinə malik olmaqla bərabər yalnız logistik sistem daxilində (makro səviyyədə) fəaliyyət göstərir və bu sistem qarşısında duran strateci məqsədlərin yerinə yetirilməsinə xidmət edirlər.

Buradan göründüyü kimi digər fəaliyyət sahələrində olduğu kimi nəqliy-yat sektorunda da həm sistemin elementləri, həm də sistemlə xarici mühit arasında qarşılıqlı əlaqələr mövcuddur. Qanunauyğun formada sistemin elementləri arasında onun inteqrativ keyfiyyətini müəyyənləşdirən zəruri əlaqələr xarakterinə görə maddi,informasiya,birbaşa, əks və s. ola bilər. Lakin nəzər alınmalıdır ki, sistemin daxili elementləri arasında əlaqələr sistemdən kənar mühitdə mövcud olan əlaqələrə nisbətən o qədər möhkəm və intensiv olmalıdır ki, sistemin xarici mühitində hər an baş verə biləcək ixtiyari dəyişikliklər onun bir sistem kimi fəaliyyəti üçün heç bir məhdudiyyət yaratmasın. Əks təqdirdə sistem fəaliyyət göstərə bilməz.

Digər tərəfdən isə əgər sistemin qarşısında duran vəzifələr vahid məqsəd funksiyası ilə ifadə olunursa, onda onun elementlərinin məqsəd funsiyası da eyni məqsədin yerinə yetirilməsindən ibarət olduğu üçün bu elementlər mütləq mənada bir-birilə vəhdət təşkil etməlidirlər. Yəni, sistemin bir hisəsinin dəyişilmə zəruriliyi və ya şəraiti digər hissələrin də dəyişilməsi zəruriliyini meydana çıxarır və bunun üçün obyektiv şərait formalaşdırır. Məsələn, daşınan yüklərin həcminin artması, iki məhsulgöndərmə partiyası arasında vaxt intervalının azaldılması anbar ehtiyatlarının səviyyəsinin artmasına təsir göstərir.

Bu baxımdan logistik sistemin elementləri arasında da müəyyən həm təşkilati, həm də texnoloci və istehsal əlaqələri mövcuddur. Logistik sistemi yaradan elementlər arasında qeyd olunan bu əlaqələr bir tərəfdən «bazar-məhsul satışı, satış-bölüşdürmə, bölüşdürmə–istehsal»,ikinci tərəfdən «istehsal-ehtiyat, ehtiyat-anbar, anbar-nəqliyyat», üçüncü tərəfdən isə «nəqliyyat-tədarükat, tədarükat-istehsal, istehsal-tələbat, tələbat-bazar» sxemi üzrə bir-birini tamamla-yan birləşmiş keyfiyyətə malikdir.

«Məbləğin effektivliyi ayrı-ayrı elementlərin effektivlik məbləğindən çox-dur» prinsipi əsasında qurulan logistik sistemin xassələri zəruri məhsulları tələb olunan yerə minimum xərclərlə lazımi vaxtda çatdırmaq və dəyişən xarici mühitə tez uyğunlaşmaq vərdişlərini, qabiliyyətini xarakterizə edən ən mükəmməl (tələb olunan dövr ərzində sistemin və ya onu təşkil edən elementlərin verilmiş şərtlər daxilində qarşısında duran vəzifələri dürüst və dolğun icra etmək xassəsidir) keyfiyyətdir. Mükəmməllik nəzəriyyəsinə əsasən bütövlükdə logistik sistemin mükəmməlliyini öyrənmək üçün əvvəlcə onu təşkil edən müxtəlif təbiətli elementlərin (anbar, istehsal, nəqliyyat, informasiya, ehtiyatlar, məhsulların fiziki bölüşdürülməsi və s.) mükəmməlliyini nəzərdən keçirmək daha məqsədəuyğundur. Lakin burada mükəmməllik sistem daxilində hər bir elementin fəaliyyətinin təkcə imtinasız gedişi ehtimalını deyil, həm də elementin müəyyən funksiyanı icra etmək üçün hazırlıq dərəcəsi və ya sistemdəki mövqeyinin əsas meyarıdır. Başqa sözlə, element icra etdiyi funksiya ilə bütövlükdə sistemin ahəngdar fəaliyyətinin təmin olunması üçün nə qədər məsul olursa, bir o qədər mükəmməl olur.

Onu da nəzərə almaq lazımdır ki, logistik sistemlərdə birləşən material və informasiya axınlarının ayrı-ayrılıqda hər bir elementi qeyd edilən vəzifələrin yerinə yetirilməsini təmin edə bilmirlər. Başqa sözlə, logistik sistemlərin inteq-rativ keyfiyyəti sistemə hazır məhsul istehsalı üçün zəruri xammal, materiallar və dəstləşdirici məmulatların alınması, alınmış komponentlərin xüsusi istehsal güclərindən keçməsi və onları hazır məhsul formasında ətraf mühitə - satış bazarına çıxarılması və bu zaman nəzərdə tutulan bazar mənfəətinin əldə edilməsi imkanlarını verir.

Logistik sistemin məqsədi transsaksiyon xərclərin yol verilən həddi daxilində istehsal (şəxsi) istehlakına maksimum mümkün dərəcədə hazır olan xammal, material və məmulatları tələb olunan yerə lazımi vaxtda və zəruri kəmiyyətdə çatdırmaqdan ibarətdir. Bu ali məqsədin yerinə yetirilməsi təbii ki, xammal və materialların tədarükü kimi mühüm elementdən başlamış hazır məhsulların satış bazarlarında reallaşmasına qədər müxtəlif elementlər çoxluğundan (tədarükat-nəqliyyat-anbar, istehsal-anbar-məhsuların fiziki bölüşdürülməsi-nəqliyyat-infor-masiya-xidmət) ibarət olan logistik sistemin vahid bir struktur quruluşa malik olmasını tələb edir. Əgər bu logistik sistemdə elementlərdən hər hansı ixtiyari biri-nin yerinə yetirdiyi funksiyaya görə tutduğu yeri digər elementlə əvəzləmiş olsaq, mövcud qaydanı pozsaq, onda bütövlük və inteqrativ keyfiyyətlərə malik olan bu sistem qarşıya qoyduğu məqsədi reallaşdıra bilməz. İstehsalın məqsədindən asılı olaraq tədarük edilən xammal və materiallar nəql edilməli, nəql edilən məhsullar istər tədavül, istərsə də istehsal sferasında anbarlaşdırılmalı, anbarlaşdırılan isteh-sal ehtiyatları istehsal prosesinə cəlb edilməli, onun üzərində müvafiq texnoloci əməliyyatlar aparılmalı, istehsal olunan hazır məhsullar əmtəəlik ehtiyatı formasında anbarlara, oradan isə nəqliyyat vasitlərilə fiziki bölüşdürmə mərkəzlərinə yönəldilməlidir. Məhz qeyd olunan ardıcıllıqla material axınlarının hərəkətinin təşkili logistik sistemin struktivliyini xarakterizə edir (şəkil 1.3).

Мящсул эюндярянляр

Тядарцкат

Сатыш

Малиййя


Истещлакчылар

Няглиййат

Истещсал

Анбар


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə