ən
qiymətli və ən zəif, lakin eyni zamanda həm özü,
həm də bütün ətraf üçün ən
təhlükəli varlıqdır.
Təhlükəsizlik, insanın fizioloji, sosial və mənəvi tələbatları ilə yanaşı vacib
təlabatdır. Təhlükəsizliyin əsas kriteriyası təhlükə hissiyatı və ya
indi və gələcəkdə zərər
yetirə bilən sosial təbii hadisələri müəyyən etmək qabiliyyətidir.
Ekoloji təhlükəsizlik sistemi
-
biosfer ilə antropogen, həmçinin təbii xarici
qüvvələr arasında tarazlığın qorunub saxlanılmasına yönəlmiş qanunvericilik, texniki,
tibbi və bioloji tədbirlərin toplusudur.
Ekoloji təhlükəsizliyin
subyektləri
– insan,
cəmiyyət, dövlət, biosfer.
Ekoloji təhlükəsizliyin
obyektləri
– təhlükəsizlik subyektlərinin həyatı vacib
maraqları: insan hüquqları, maddi və mənəvi təlabat, dövlət və cəmiyyətin inkişafının
əsası kimi təbii ehtiyatlar və təbii mühit.
Sağlamlıq – sadəcə xəstəliklərin olmaması deyil, fiziki, psixi və sosial rifahın tam
olması vəziyyətidir.
İlk növbədə sağlamlığın əsas göstəricisi orta ömür davamiyyətidir.
Müxtəlif
ölkələrdə ömrün uzunluğu təkcə səhiyyənin inkişaf səviyyəsindən deyil,
həm də
cəmiyyətin sosial – iqtisadi inkişaf səviyyəsindən və təbii mühitin vəziyyətindən
asılıdır.
Dostları ilə paylaş: