Azərbaycan döVLƏt dəNİz akademiyasi “Dəniz daşımaları və naviqasiya”kafedrası “



Yüklə 384,36 Kb.
Pdf görüntüsü
səhifə6/63
tarix27.05.2023
ölçüsü384,36 Kb.
#113599
1   2   3   4   5   6   7   8   9   ...   63
476249673-Həyat-fəaliyyətinin-təhlukəsizliyi-doc-docx

Texnogen böhran.
Bəşəriyyətin elmi – texniki tərəqqi əsrinə daxil olması,
texnosferin sürətli inkişafı ilə əlaqədar olaraq, texnoloji qəzalardan dəyən zərərin
miqyası təbii fəlakətlərin analoji göstəriciləri ilə müqayisə ediləcək səviyyəyə çatmışdır.
Potensial cəhətdən ən təhlükəliləri atom obyektləri, kimya və neft emalı sənayesi, boru
kəmərləri, nəqliyyatdır. Belə ki, hər gün atmosfer və sututarlara atılan tullantılardan,
zərərli tullantıların torpağa basdırılmasından yaranan «sakit» texnoloji qəzalar baş verir.
Onların təhlükəsi ondan ibarətdir ki, tədricən və gözə görünmədən zərərli maddələr
toplanaraq, təbiətə və insana gələcəkdə böyük təhlükələr yaradır. Texnoloji qəzaların
təhlükəsinin qarşısının alınması üçün texnoloji təhlükəsizlik sisteminin yаrаdılması
8


tələb olunur. Lakin, hər şeydən əvvəl istehsalatın özündə insan və təbiət üçün ekoloji
təhlükəsizliyi təmin edəcək keyfiyyətli dəyişikliklər aparılması zəruridir. Texnoloji
böhran ekoloji böhranı yaradır.
Ekoloji böhran
. Ekoloji böhran – cəmiyyət ilə təbiət arasındakı qarşılıqlı
münasibətlərin gərgin vəziyyətidir ki, bu da cəmiyyətdə istehsalçı qüvvələr və istehsalat
münasibətlərinin, biosferin ekoloji imkanlara uyğun olmayan inkişafı ilə səciyyələnir.
Ekoloji böhranın müəyyən təzahürləri vardır. Çox zaman üç təzahür formasından
bəhs edirlər:
1. Çirklənmə ekoloji müvazinətin pozulmasının aşağı pilləsidir.
2. Müvazinətin pozulması ekosistemin və biosferin özünü tənzimləmə
qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasıdır. Bu halda təbii şəraitlə ona göstərilən
təsir arasında müvazinət yaratmaq üçün insanın müdaxiləsinə ehtiyac vardır. 
3. Destruksiya ekosistemin pozulmasının elə mərhələsini ifadə edir ki, onun
funksiyalarının bərpası demək olar ki, mümkün deyildir və yaxud uzun müddət ərzində
əhəmiyyətli səylər tələb edir.
Ekoloji böhranın mühüm əlamətləri sırasına ərzaq problemlərini, demoqrafik
partlayışı, təbii ehtiyatların azalmasını, suyun və havanın çirklənməsini və s. aid etmək
olar.
Ekolokji risk
– təsərrüfatin və digər fəaliyyətin neqativ təsiri ilə yaranmış və
insan, təbii mühit üçün qeyri əlverişli nəticələrə malik hadisələrin baş vermə
ehtimalıdır

Yüklə 384,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə