Azərbaycan döVLƏt dəNİz akademiyasi “Dəniz daşımaları və naviqasiya”kafedrası “


Мövzu № 6. İstehsalat binalarında mikroiqlimin insan orqanizminə təsiri



Yüklə 384,36 Kb.
Pdf görüntüsü
səhifə14/63
tarix27.05.2023
ölçüsü384,36 Kb.
#113599
1   ...   10   11   12   13   14   15   16   17   ...   63
476249673-Həyat-fəaliyyətinin-təhlukəsizliyi-doc-docx

Мövzu № 6. İstehsalat binalarında mikroiqlimin insan orqanizminə təsiri
Mühazirənin planı:
1. İstehsalat binalarında mikroiqlimin əsas parametrləri.
2. İstehsalat sahələrində mikroiqlimin parametrlərinə nəzarət üçün istifadə edilən
cihazlar.
3. İstehsalat sahələrində mikroiqlimin tələb olunan parametrlərinin yaradılması.
İstehsalat binalarında əmək prosesində insan müəyyən meteoroloji şəraitin və ya
mikroiqlimin – bu binaların daxili mühitinin təsiri altında olur. İşçi zonanın (iş
yerlərinin yerləşdiyi döşəmədən və ya oturacaqdan 2 m hündürlükdə fəzanın hava
mühiti) havasının mikroiqlim göstəricisinin əsas normallaşdırıcı parametrləri temperatur
(
t
,
0
C), nisbi rütubət (
φ
, %), havanın hərəkət sürətidir (
V
, m/san). Mikroiqlimin
parametrlərinə və insan orqanizminin vəziyyətinə həmçinin, müxtəlif qızmış səthlərin
istilik şüalanmasının intensivliyi (
I
, Vt/m
2
) böyük təsir göstərir. Qızmış səthlərin
temperaturu istehsalat binalarının temperaturundan üstündür.
Əgər istehsalat binasında müxtəlif istilik mənbələri vardırsa və onların
temperaturu insan bədəninin temperaturundan yüksəkdirsə, onda onların temperaturu
özü-özünə daha az qızmış cismə, yəni insana keçir.
İnsan əmək prosesində daim olaraq ətraf mühit ilə istilik mübadiləsi vəziyyətində
olur. İnsan orqanizmində fizioloji proseslərin normal surətdə getməsi üçün onun daxili
orqanlarının temperaturunun sabit saxlanılması tələb olunur (36,6
0
C). İnsan
19


orqanizminin temperaturunun sabit saxlanılmasına
termotənzimləmə
deyilir.
Termotənzimləmə həyat fəaliyyəti prosesində orqanizmin ətraf mühitə ayırdığı istiliyin
ötürülməsi ilə əldə olunur.
İnsan orqanizmindən ayrılan istilik miqdarı onun fiziki gərginlik vəziyyətindən və
istehsalat binasındakı mikroiqlimin parametrlərindən asılıdır və sakitlik vəziyyətində 85
Vt-a, ağır fiziki işdə 500 Vt-a çata bilər.
Ətraf mühitin temperaturunun insan orqanizminə təsiri ilk növbədə dərinin
qandaşıyıcı damarlarının daralmasından və genişlənməsindən asılıdır. Havanın aşağı
temperaturunun təsirindən qandaşıyıcı damarlar daralır, nəticədə bədənin səthində qan
dövranı zəifləyir, konveksiya və şüalanma hesabına bədən səthinin istilik ötürməsi aşağı
düşür. Ətraf havanın yüksək temperaturlarında bunun əksi müşahidə olunur: dərinin
genişlənmiş qandaşıyıcı damarları və qan dövranının artması nəticəsində ətraf mühitə
istiliyin ötürülməsi artır.
Dəri səthinin nəmliyinin azalması ilə əlaqədar olaraq, yüksək rütubətlik (φ >
85%) insan orqanizmi və xarici mühit arasındakı istilik mübadiləsini çətinləşdirir, alçaq
rütubətlik isə (φ < 20%) nəfəs yollarının selikli qişasının qurumasına səbəb olur.
İstehsalat binasında havanın hərəkəti insan bədəni və xarici mühit arasındakı
istilik mübadiləsini yaxşılaşdırır, lakin havanın yüksək sürəti (yel) soyuqdəymə
xəstəliklərinin yaranma ehtimalına səbəb olur.
Mikroiqlimin normal parametrlərindən daimi kənara çıxmalar insan orqanizminin
həddən artıq qızmasına və ya həddən artıq soyumasına səbəb olur və nəticədə neqativ
hallar yaranır:
Həddən artıq qızmada – 
çoxlu tər axmasına, nəbzin və nəfəs almanın artmasına,
kəskin zəifləməyə, baş gicəlləməyə, qıc olmaların yaranmasına, ağır hallarda – istilik
zərbəsinin alınmasına səbəb olur. 
Həddən artıq soyuma
nəticəsində soyuqdəyməyə, oynaqların, əzələlərin xroniki
xəstəliklərinə və s. səbəb olur.
Yuxarıda sadalanan fəsadların aradan qaldırılması üçün istehsalat binalarında
mikroiqlimin parametrlərini düzgün seçmək lazımdır.
20


Mikroiqlimin parametrlərinin optimal və yol verilən qiymət anlayışları ayırd
edilir.

Yüklə 384,36 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə