Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə98/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   95   96   97   98   99   100   101   102   103

204 
 
Nizami dördüncü poemasını - " Yeddi gözəl" əsərini  1197-ci  il  iyulun 
31  -də  bit irir,  ədəbiyyat  və  incəsənətə  böyük  qiymət  verən  Marağa  ha kimi 
Ağ-Sunqur Əlaəddin Kö rpə Arslana (1174-iyun, 1208) ithaf edir
1

Nəhayət,  beşinci  poemasını  -  "İskəndərnamə"ni  Nizami  ölü mündən 
bir  qədər  qabaq  1196  və  1200-cü  illər  arasında  bitirir  və  Əhər  hakimi 
Nüsrətəddin Piş Təkin ibn Məhəmmədə (1155-1210) ithaf edir
2

Nizaminin  müasirləri  və  yaşıdları  (İ.A.Orbelinin  təbiri  ilə)  "böyük  və 
gözəl  şəhər"  Gəncənin  sakin ləri  M xitar  Qoş  (1130-1213),  onun  şagirdi 
Vanakan və onun şagirdləri Gəncəli Kirakos (1200-1271) və Vardan (1271-ci 
ildə ölmüşdür) olmuşlar. M xitar Qoş "Alban nəsli kəlisalarının nəcib başçısı" 
Albaniya  katolikosu  III  Stepannosun  (1155-1195)  təkid li  xahişi  ilə  yazılmış  
məşhur "Qanunnamə" ("Sudebnik") əsərin in müəllifid ir. "Qanunnamə"yə heç 
bir  sistem  gözlənilmədən  Şərqi  Ro ma  imperiyas ının  qanunları  ilə  yanaşı, 
Alban  kilsəsinin  qanunları,  "Musa  qanunları",  kilsə  (Aquen,  Bardis) 
qanunları  daxil  edilmişdir.  Sonralar  "Qanunnamə"yə  Mxitar  Qoşun  özünün 
yazmadığ ı bəzi fəsillər əlavə ed ilmişdir. 
XIII  əsrdə  "Qanunnamə"  Kilikiyə  hakimləri  tərəfındən  qanun 
qüvvəsinə  mindirilir.  XVI  əsrdə  "Qanunnamə"  Polşa  kralı  Siqizmund  
tərəfmdən Lvov, Kamenets və Reçi Pospolitanın başqa şəhərlərində yaşayan 
erməni  kolonistləri  üçün  rəsmi  olaraq  qəbul  edilir.  XVIII  əsrdə 
"Qanunnamə"  gürcü  çarı  Va xtanqın  Gü rcüstanın  Rusiyaya  birləşməsindən 
sonra da fəaliyyətdə olan "Qanunlar məcmuəsi"nə daxil edilir.  
Mxitar  Qoş  Albaniyada  (Arranda)  İraq  Səlcuqilərinin  1130-1162-ci 
illərdə hakimiyyəti dövründə cərəyan edən hadisələrin  təsvirini verən "Alban 
salnaməsi" əsərinin də müəllifıdir. 
Gəncəli Kirakos Cənubi  Qafqazda  monqol işğalı ərəfəsində və həmin 
dövrlərdə baş verən hadisələri izah edən "Tarix" adlı əsərin müəllifıdir.  
Gəncəli  Kirakosun  məktəb  dostu  Vardan  da  "Ümu mi  tarix"  əs ərində 
monqol işğalına qədər və işğaldan sonrakı dövrdə Cənubi Qafqazda baş verən 
hadisələrin  təsvirini  verir.  Vardan  öz  əsərində  sələfləri  -  Vanakan  və 
Kirakosun  əsərlərini  xüsusi  qeyd  edir:  "Hazırda,  1256 -dan  1265-ə  qədər, 
yaşadığımız  dövrdə,  atıcılar  (monqollar)  tayfasının  Böyük  (Kaspi)  dənizinin  
bu tərəfində yerləşən ölkə və hakimiyyətlərin:  İran və A lbaniya,  Ermənistan 
və  İberiyanın,  eləcə  də  ermənilər,  suriyalılar,  yunanlar,  taciklər  və 
türkmənlərin  yaşadıqları  ö lkələrdə  törətdikləri  [bütün]  hadisələr  atamız 
                                                                 
1
 Ravəndi, səh.42-43; E.Ə. Бертельс стр 146-151; Yan Rıpka, səh.581-582. 
2
  Poemanın  kimə  ithaf  olunması  barəsində  dəqiq  olmayan mülahizələr haqqında  bax:  E.Ə. 
Бертельс стр.151. 


205 
 
vardapert Vanakan və onun kimi əziz dostumuz vardapert Kirakos tərəfındən 
ətraflı təsvir o lunmuşdur"
1

Qeyd  etmək  lazımd ır  ki,  A zərbaycan  Atabəyləri  (xüsusilə  Cahan 
Pəhləvan  və  Qızıl  Arslan)  şairlərə,  memar,  mühəndis  və  inşaatçılara,  həkim 
və  elm  nü mayəndələrinə  hamilik  edirdilər.  Təsadüfı  deyildir  ki,  yuxarıda 
adların ı  çəkd iyimiz  məşhur  şairlərin  demək  o lar  ki,  hamısı  A zərbaycan 
Atabəylərinin  sarayında  fəaliyyət  göstərirdi.  On lann  bəziləri  Orta  Asiyadan 
gəlir,  bir  neçəsi  Şirvandan, şairlərin  yaradıcılığı  üçün  dözülməz  mühiti  olan  
saraydan  (xüsusilə  I  A xs itan  dövründə)  qaçaraq  Atabəylərə  pənah   gətirir. 
Atabəylər  qaçqın  şairləri  ö z  himayəsinə  götürür,  onlara  sığınacaq  verir  və 
yaşayıb yaratmaqları üçün bütün imkanları yarad ırdılar
2

İncə  söz  sərrafı  sayılan  Azərbaycan  Atabəylərinə  müasirləri  olan  
müəlliflərin  ço xusu  öz  əsərlərini  ithaf  etmişdir.  Bu  yaxın larda  Britaniya 
mu zeyində  rəvayətlər,  aforizmlər,  hekayə  və  lətifələr  toplusundan  ibarət 
"Munisnamə"  adlı  bir  almanax  aşkara  çıxanlmışdır
3
.  Atabəylərdən  Cahan 
Pəhləvan,  Qızıl  Arslan  və  Əbu  Bəkrin  müasiri  olan  müəllif  Əbu  Bəkr  ibn  
Xosrov  əl-Ustad,  əsərin  müqəddiməsini  hakimiyyətdə  olan  hökmdar  atabəy 
Nüsrətəddin  Əbu  Bəkr  ibn  Məhəmməd  ibn  Eldənizin  mədhi  ilə  başlayaraq 
qeyd  edir  ki,  atabəy  şerin  nəsrdən  üstün  olduğunu  çox  gözəl  bilirdi.  Bunu 
sübut etmək üçün  müəllif  Rəşidəddin  Vətvat və Sənaidən  misallar gətirir və 
özünün "Nüzhət əl-məcalis" əsərindən bir neçə şeir verir. 
"Munisnamənin  2b  vərəqində  Eldənizlərin  ad ı  ilə  bağlı  yazd ığı 
əsərlərindən altısının adın ı çəkir: 
l.Kitab-isənəmü Əcəm ("Əcə m sevgilisinin kitabı"). Əsər şeirlə yazılıb 
və atabəy Qızıl Arslana ithaf olun muşdur. 
2.
 
Nak iday-i  kitab-i  əlfiyə  və  şəlfiyə  ("Pornoqrafıya  kitabı"na  zidd). 
Əsər  atabəy  Qızıl  Arslana  ithaf  edilmişdir.  Kitab  Əzrakinin  həmin  adda 
yazdığı aşiqanə əsərinə sərt cavabdır. 
3.
 
Mehrü  Müştəri.  Şeirlə  yazılmış  tamamlan mamış  ro mandır.  Əssar 
Təbrizinin  həmin  adda  yaratdığı  məşhur  əsərinin  sələfıdir,  atabəy  Qızıl 
Arslana ithaf olunub. 
4.
 
Rahət  ər-ruh  ("Ruhun  dincəlməsi,  rahatlığı").  Əsər  şeirlə  yazılıb, 
atabəy Nüsrətəddin Əbu Bəkrə ithaf edilmişdir.  
5.
 
Nüzhət əl-məcalis ("Məclislərin ləzzəti"). Nəsrlə yazılıb.  Əsər gənc 
bir  oğlanla  qız  arasında  mübahisəyə  həsr  olunmuş  və  atabəy  Nüsrətəddin 
                                                                 
1
 Vardan, səh.180. 
2
 Zəkəriyyə əl-Qəzvini, səh.198. 
3
 G.M.Meredith-Ovens. An Early Persian Miscellany, p.435-441. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə