Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə95/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   91   92   93   94   95   96   97   98   ...   103

198 
 
vergi  növü  gizlən ird i.  Ola  bilsin  ki,  şəhərlərdən  alınan  xüsusi  vergilər  (dəraibi-
şəhr) və qəsəbə vergiləri (dəraibi-qəsəbə) dəraibin mü xtəlif növləri id i.  Bu son iki 
vergi  haqqında  məlu matı  biz  yaln ız  sultan  Səncərin  əmrlərindən  götürsək  də, hər 
halda  tam  qətiyyətlə  demək  olar  ki,  belə  vergilər  Səlcuqilər  dövründə  hər  yanda 
yığılırdı
1

Ço xlu  vergi,  rüsum,  bac  və  mükəlləfiyyətlər  bir  hakim  tərəfındən  tətbiq 
edilir, başqa bir hakim tərəfındən isə ləğv olunurdu, ancaq qeyd etmək  lazımd ır  ki, 
məmu rlara  aylıq  vermək  üçün  əhalidən  yığılan  vergilər  böyük  məb ləğə  çatırdı. 
Ravəndi  qanunsuz  və  ağır  vergilər  sırasına  dəstərçə  (hədiyyə  şəklində  götürülən 
rüsum),  şərab-baha  (şərab  içkiləri  əldə  etmək  üçün  yığılan  pul),  nal-baha  (nal 
pulu), mal əs-silah (silah a lmaq üçün vəsait) və s. daxil edir
2

Ağır töycülərdən biri də şir-baha (süd və cehiz pulu)  idi. Feodal toyların ın 
bürün haqq-hesabı təbəələrin hesabına ödənilirdi. Ravəndi göstərir ki, feodallar şir-
baha adı altında əhalidən ço x böyük məb ləğ toplayırd ıla r
3

Yu xarıda göstərilən vergi və töycülərdən başqa, əhalinin  müəyyən təbəqəsi 
dini  xarakterli  mü xtəlif töycülər ödəyirdi. Ancaq araş dırılan dövrə aid  mənbələrdə 
məlu matların  olmaması  Azərbaycan  Atabəylərinin  hakimiyyəti  dövründə  əhali 
üzərinə qoyulan vergilərin xüsusiyyətlərini tam açıb göstərməyə imkan vermir
4

 
 
 
VIII FƏSĠL 
ATABƏYLƏR DÖVLƏTĠNDƏ MƏDƏNĠ HƏYAT 
HAQQINDA OÇERKLƏR 
 
Azərbaycan  Atabəyləri  dövlətin in  hakimiyyət  dövrü  mədəni  həyatın 
yüksəlməsi ilə səciyyələnir. Bu zaman dünya mədəniyyətinə görkəmli dahilər bəxş 
etmiş Azərbaycan poetik  məktəbi yaranır və ən yüksək çiçəklən mə dövrünə çatır. 
Parlaq   poetik  məktəbin  inkişafı,  şübhəsiz,  əlamətləri  hələ  də  lazımi  səviyyədə 
öyrənilməmiş  ü mu mi  mədəni  yüksəlişlə  əlaqədar  idi.  Bu  baxımdan  haqqında 
danışdığımız dövrü Azə rbaycan intibahı (renessansı) adlandırmaq ola r.  
XII  və  XIII  əsrin  əvvəllərinin  Azərbaycan  poetik  məktəbi  orta  əsrlər üçün 
yalnız  bir  ço x  şairlər  yetişdirdiyi  üçün  deyil,  eyni  za manda  həmin  şairlərin  hər 
                                                                 
1
  İbn  əl-Əsir  hicri  501-ci  ilin  hadisələrindən  danışarkən,  Sultan  Məhəmməd  ibn  Məlik  şahın 
bağışlamasına görə rüsumlardan (dəraib və-l-məkus) azad olunmanı da xatırladır. 
2
 Ravəndi, səh.33; Müq. et: Ə.Ə.Əlizadə, səh.246, 248, 249. 
3
 Ravəndi, səh.266-267; bax: Ə.Ə.Əlizadə, səh.249-250. 
4
 Səlcuqilər dövründəki vergi və töycülərin başqa növləri haqqında bax: H.Horst. Göstərici üzrə. 


199 
 
birinin  ayrılıqda  yaratdıqları  orijinal  və  parlaq  ədəbi  nümunələr  baxımından  ən 
yüksək mədəni in kişaf mərhələsin i təşkil edir
1

Bu  zaman  fəaliyyət  göstərən  İsfahan  poetik  məktəbi  A zərbaycan  poetik 
məktəbi  ilə sıx əlaqədə id i və birincin in nümayəndələrinin ço xu ö zlərini  ikincinin 
kiçik  qardaşları  hesab  edirdi.  Tədqiq  olunan  dövrdə  görkəmli  şairlər  dəstəsi  bu 
məktəbi  təmsil  edirdi:  yaxın  və  uzaq  qonşularda  yalnız  bir  neçə  onillikdən  sonra 
Nizami  Gəncəvi,  Xaqani  Şirvani,  Mücirəddin  Beyləqani,  Fələki  Şirvani  və  başqa 
bu kimi böyük sənətkarlara təqlidçilər meydana çıxır.  
Bu dövrdə fars dili ö zünün inkişafı və təkmilləşməsində  məhz A zərbaycan 
poetik  məktəbin in  nümayəndələrinə  borcludur.  Sö z  ehtiyatı,  sintaktik  ifadələrin 
zənginliyi,  məcaz və tərkiblərin  ifadəliyi və orijinallığ ı - poetik formanın bütün bu 
əlamətlərinə  görə  XII  əsr  Azərbaycan  şairləri  müasirləri  və  sonrakı  şairlər  nəsli 
arasında  seçilirdi.  Məzmun  zənginliyinə  görə  isə  Nizami  və  Xaqani  yaradıcılığı 
insan dühasının son dərəcə gözəl nailiyyətləri sırasında durur. 
Fars  dilinin  Azərbaycan  hökmdarların ın,  Şirvandan  başqa,  ana  dili 
olmamasına  baxmayaraq,  A zərbaycan  poetik  məktəbinin  Nizamidən  başqa  bütün 
nümayəndələri  Səlcuq  sultanlarının,  sonralar  isə  Azərbaycan  Atabəylərinin  saray 
şairləri  o lmuşlar:  Səlcuq  sultanları,  eləcə  də  sonralar  onları  əvəz  edən  Atabəylər 
qəbilə  quruluşunu  mühafızə  edən  və  yazısız  türk  dillərində  danışan  köçərilərin 
nümayəndələri id ilər. 
Səlcuq  hökmranlığ ı  fars  dilin in  Xorasandan  tutmuş  Kiçik  Asiyaya  qədər 
yayılmasına  görə  zəmin  yaradırdı  ki,  bütün  sultanlar  savadsız  idilər
2
  və  öz 
sələflərinin  yalnız  farslardan  ibarət  məmurlarına  arxalan ırdılar.  Türk  əmirləri 
yalnız  yürüşlər  və  vergi  toplamaq  qayğısına  qalırdılar.  Dövlət  yazışmasına,  vergi 
siyahısının tərtibinə və başqa dəftərxana işlərinə gəldikdə isə bunların hamısı İran 
mənşəli  vəzir  və  katiblərin  ixtiyarında  idi.  Ənənəyə  görə,  bərməkilərdən  tutmuş 
məşhur  Nizam  əl-Mülk  və  onun  xələflərinə  qədər  vəzir  rütbəsini  tutmaq  İran 
mənşəli məmu rlara nəsib olurdu. 
Tədqiq  olunan  dövrdə  yalnız  Şirvan  hakimləri  farsdilli  olduqlarından  fars 
dili  sarayda  hakim  d il  idi.  Bu  dövrdə  Azərbaycan  poetik  məktəbin in  Şirvan 
dəstəsini  təmsil  edən  bir  ço x  böyük  şairlər  yetişir.  Mənşəcə  Sasanilərdən 
olduqların ı  iddia  edən  Şirvanşahlar  böyük  həvəslə  farsca  yazan  şairləri 
himayələrinə götürürdülər. 
Bu dövrdə Şirvan şairlərin in başçısı III Mənuçöhrün saray şairi Nizaməddin  
Əbül-Üla  Gəncəvi  (1159-cu  ildə  ölmüşdür)  id i.  Xaqani  və  Fələki  onun  şagirdləri 
olmuşlar. Məhz  Əbül-Üla Xaqaninin böyük istedad sahibi olduğunu aşkara çıxarıb  
Şirvanşahların  sarayına  cəlb  edir.  Müasirləri  Əbül-Ülam  "şairlər  ustadı" 
                                                                 
1
  Bu  haqda ətraflı məlumat  üçün  bax: E.Э.Бертельс. Низами  и  Физули; Yan  Rıpka.  Fars  və tacik 
ədəbiyyatı tarixi. 
2
  Məlum  olduğu  kimi.  əl-Hüseyninin  dediyinə  görə,  Mahmud  ibn  Məhəmməd  (1118-1131)  ərəb 
dilini mükəmməl bildiyi üçün müstəsnalıq təşkil edir. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə