Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə100/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   95   96   97   98   99   100   101   102   103

208 
 
çatmamışdır.  İbn  əl-Müsənna  hicri  580  (1185)-ci  ildə  Təbrizdə  vəfat 
etmişdir.  Gö rkəmli  şəxsiyyətlərin  kartotekasını  tərtib  edən  İbn  əl-Fuvati 
yazır:  "Mən  Təbrizdə  tam  mənasında  gör-kəmli  şəxsiyyətlər  barəsində 
soruşanda  mənə  İbn  əl-Müsənnanın  adını  çəkdilər.  Mən  soruşdum:  "Ona 
bənzər  ikincisi  varmı?"  və  mənə  cavab  verdilər:  "O,  təkdir  və  ikincisi 
yoxdur"
1

2.
 
Əbülfəzl  Mahmud  ibn  Əhməd  ibn  Məhəmməd  əl-Ərdəbili. 
Bağdadda  "ən-Nizamiyyə"  və  "əl-Kamaliyyə"  mədrəsələrində  dərs  deyib. 
Hic ri 625 (1228)-c i ildə vəfat ed ib
2

3.
 
Əbdülxahq  ibn  Əbül-Məali  ibn  Məhəmməd  əl-Arran i.  Mosulda  və 
Xilatda  qanunşünaslıq  (hüquq  fənnindən)  dərs  deyib.  Hökmdarlar  yanında 
hörməti  var  idi.  Dəməşqdə  15  şəvval  633  (20.06.1236)-cü  hicri  ilində  vəfat 
edib
3

4.
 
Əz-Zəki  ibn  əl-Hüseyn  ibn  Ömər  əl-Beyləqani.  Hüquqşünas  və 
tacirdir. 582-c i hicri ilində Də məşqə köçür, 636-c ı hicri  ilində  Yə mənə gedir. 
676 (1277)-c ı h icri ilində Ədəndə vəfat edir
4

5.
 
Əminəddin  Müzəffər  ibn  Əbu  Məhəmməd  ibn  İsmay ıl  ibn  Əli  ət-
Təbrizi.  Hüquqşünas  alimidir.  588  (1163)-ci  hicri  ilində  doğulmuşdur. 
Bağdadda  "ən-Nizamiyyə"  mədrəsəsində  dərs  deyib,  oradan  Qahirəyə 
köçərək "ən-Nasiriyyə əs-Salixiyyə" mədrəsəsində müəllimlik edir.  Üçcild lik 
"Sakt əl-fəvaid" və "əl-Mü xtəsər" əsərinin  müəllifıdir (ər-Razinin "əl-Vaciz" 
əsərinin "Xülasəsi"). Şiraza köçür,  621-ci hicri  ilin in zilhiccə ayında (yanvar, 
1225) o rada vəfat edir
5

6.
 
Tacəddin  Əbülfəzail  Məhəmməd  ibn  əl-Hüseyn  ibn  Abdulla  əl-
Urməv i.  Fəxrəddin  ər-Razin in  böyük  tələbəsi  olmuşdur.  Bağdada  köçərək 
"ən-Nizamiyyə"  mədrəsəsində  dərs  deyib.  Hicri  653  (1225)-cü  ildə  vəfat 
edib.  "Əl-Hasil"  əsərinin  əlyazması  Paris  Milli  kitab xanasında  saxlanılır  (№
 
61, kat. 385/1)
6

7.
 
Ümdətəddin Əbu Mənsur Məhəmməd ibn Əsəd ibn Məhəmməd ibn 
İmadəddin Əbdül Həmid ibn Məhəmməd ət-Təbrizi.  Hicri 486  (1093)-cı  ildə 
doğulmuşdur. Əbu Həmid əl-Qəzzali, Məhəmməd  ibn Mənsur əs-Samani və 
əl-Hüseyn ibn Məsud əl-Baqavinin  müəllimi olmuşdur. Bağdadda müəllimlik 
etmişdir.  Hicri  573-cü  ilin  rəcəb  ayında  (yanvar,  1178)  Təbrizdə  vəfat 
                                                                 
1
 İbn əl-Fuvati, IV/3, səh.l 17-118. 
2
 Əl-Əsnəvi, I, səh.136. 
3
 Yenə orada, I, səh.139. 
4
 Yenə orada, I, səh.279. 
5
 Əl-Əsnəvi, I, səh.314-315; İbn əs-Sabuni, səh.53-55. 
6
 Əl-Əsnəvi, I, səh.451-452. 


209 
 
etmişdir
1

8.
 
Əbu Həfs Ömər  ibn Osman  ibn Şüəyb əl-Cənzi  - ədəbiyyatçı alim. 
Bağdadda  "ən-Nizamiyyə"  mədrəsəsində  Əbül  Müzəffər  əl-Əbivərdiyə 
mühazirələr  o xu muşdur.  Həmədanda  və  dövlətin  başlıca  şəhərlərində 
müəllimlik etmişdir. Hicri 555 (1160)-ci ildə Mərvdə vəfat etmişdir
2

9.  Əbülfə zl  İsmayıl  ibn  Əli  ibn  İbrah im  ə l-Cənzəv i.  Də məşqdə 
məh kəmə  hakimi  olmuşdur.  Bağdadda  Əbül-Bərəkat  Hitəbullah  əl- 
Bu xari,  Əbu  Nəsr  Əh məd  ət-Tusi  və  başqalarından  dərs  almışdır. 
Hic ri 588 (1192)-c i ildə vəfat et mişdir
3

10.  Həddad  ibn  Asim  ibn  Bə kran  Əbülfə zl  ən -Na xçıvani  -  Gən- 
cədə kitab xana (dar əl-kütüb) qoruyucusu olmuşdur
4

ll.Şəmsəddin  Məhəmməd  ibn  Əli  ibn  Malikdad  ət-Təbrizi  (1247-ci 
ildə  ö lmüşdür)  -  məşhur  qələndər  və  dərviş  Şəms  Təbrizi  təxəllüsü  ilə, 
səyahətlərinə  görə  isə  Şəms  Parəndə  adı  ilə  daha  məşhurdur.  Mövlana 
Cəlaləddin  ər-Ru min in  həyatına,  nəzəriyyəsinə,  təliminə,  dünyagörüşünə və 
şair kimi yetiş məsinə böyük təsir göstərmiş bir şəxsiyyətdir
5

12.
 
Şey x  Əbu  Həmid  Tacəddin  əl-Urməvi.  Görkəmli  ədib  və 
müsəlman qanunlarının bilicisid ir
6

13.
 
Qazı  Şəmsəddin  əl-Hüvəyyi  -  hüquqşünas.  Monqol  işğalı 
ərəfəsində Dəməşqə qaçır. Hicri 640 (1242)-cı ilə yaxın vəfat etmişdir
7

14.
 
Qəvaməddin Əbu Nəsr  Yunis ibn Mənsur ibn İbrahim əş-Şirvani. 
Bağdada  köçərək  "ən-Nizamiyyə"  mədrəsəsində  dərs  deyir.  Tarixçi 
Əbdürrəhman  ibn əl-Cövzinin dostu olub. Monqollar  Bağdadı  işğal etdikləri 
za man, 1258-ci ildə öldürülüb
8

15.
 
Kəmaləddin  Əbu  Abdulla  Əbu  Məhəmməd  ibn  İmaməddin 
Əbdülhəmid  ibn Məhəmməd  ibn Əli ibn Məhəmməd  Əbu Musa ət-Təbrizi - 
qazı.  Alim,  qazı  və  rəis  nəslindəndir.  Kəmaləddinin  ö zü  qardaşların m  ən 
böyüyü  və  ən  savadhsıdır.  Marağa  şəhərinin  qazısı  olub,  "əl-Atabəkiyyə" 
mədrəsəsində  müdərrislik  etdiyi  üçün  "əl-müdərris"  ləqəbini  almışdır. 
Azərbaycan Atabəyləri və sultanlarının yanında böyük hörmət və  mərhəmət 
sahibi olmuşdur. O, Su ltan Cəla -ləddin  Xarəzmşahın yanına gəldikdə, sultan 
                                                                 
1
 İbn əl-Fuvati, IV/2, səh.890-891. 
2
 Yaqut, III, səh.151. 
3
 Yenə orada. 
4
 Yenə orada, IX, səh.289. 
5
 Daha müfəssəl bax: Əhməd Əflaki. Mənaqib əl-arifın, səh.85; Təhsin. "Yazıçı", səh.99-103; 
X.Ritter, p.53-59. 
6
 Zəkəriyyə əl-Qəzvini, səh.495. 
7
 Yenə orada, səh.527-528. 
8
 İbn əl-Fuvati, IV/4, səh.879-880.
 


210 
 
onu  ən  hörmətli  adam  kimi  qəbul  edir  və  taxtda  öz  yanında  oturdurdu. 
Omrünün axırında İrbilə köçür və 628 (09.11.1230-28.10.1231)
1
-ci ildə vəfat 
edib. 
16.
 
Müəyyinəddin  Əbu  Məhəmməd  İsmay ıl  ibn  Məhəmməd  ibn 
İsmayıl ət-Təntərani əl-Maraqi - ədib.  Görkəmli ədib və nadir alimlərdəndir. 
Ço x  alicənab  alim,  ərəb  və  fars  şeri  və  nəsrinin  nadir  bilicilərindəndir. 
Sədrəddin  əl-Maraq i  və  onun oğlu  qazı  Mühiyyəddinin  yaxın  adamlarından 
olub, 613-cü ildə (20.05.-17.06.1216) Saararda vəfat edib
2

17.
 
Mühiyyəddin  Əbu  Məhəmməd  əl-Həsən  ibn  Sədrəddin 
Məhəmməd  ibn  Abdulla  əl-Maraqi  Marağa  qazısı  olmuşdur.  Gö zəl  həyat 
keçirib,  ibrətamiz tərcü meyi-halı vardır. Mədrəsə açıb, şafı-fəqihlərə  mənsub 
şairlərə  fiqh  fənnindən  dərs  deyib.  Müəyyinəddin  ət-Təntərani  yarı  fars-yarı 
ərəb dillərində yazd ığı qəsidəsində Mühiyyəddini mədh edir
3

                                                                 
1
 İbn əl-Fuvati, V cild. 
2
 Yenə orada. 
3
 Yenə orada. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə