Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə96/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   92   93   94   95   96   97   98   99   ...   103

200 
 
adlandırırdılar.  Yazdığ ı  "fəxriyyə”lərinin  birində  isə  Əbül-Üla  özünü  Şirvan 
şairlərinin  başçısı  adlandıraraq  deyir:  "Bütün  həmyaşlarına  üstün  gələn  mənim 
kimi adamla Gəncə əhli fəxr edirsə, haqları var"
1

Əbül-Üla  Gəncəvinin  müasiri  İzzəddin  Şirvani  barəsində  mənbələrdə 
demək  olar  ki,  heç  bir  məlu mat  verilmir.  Lakin  onun  bizə  çatmış  yarımçıq  
qəsidəsində Şirvanşah Axsitanın (Əbül Müzəffər)  künyəsinə rast gəlirik
2
.  Görünür, 
şair məhz bu hökmdarın məddahı olmuşdur.  
Şirvan  şairləri  dəstəsinin  ən  böyük  nümayəndəsi,  tam  mənasında  fəlakətli 
həyat  yolu  keçmiş  Əfzələddin  Bədil  ibn  Əli  Xaqanidir  (təxminən  1121-1199-cu 
illər).  Babası  Os man  to xucu,  atası  Əli  xarrat,  əmisi  Ömər  ibn  Osman  həkim  və 
alim,  anası  Mesti  (Kiçik  Asiya)  şəhərindən  gəlmiş,  yunan  -  nəsturi  təriqətinə 
sitayiş  edən  evdar qadın  olmuşdur.  Şairin  anası  müsəlmanlara  əsir  düşmüş,  isla m 
dinini  qəbul  etmişsə  də,  oğluna  bir  növ  xaçpərəstliyə  rəğbət  bəsləməyi  təlqin 
etmişdir.  Çünki  sonralar  Bizans  şahzadəsi  Andronik  Ko mnenə  həsr  etdiyi 
qəsidəsində  ondan  havadarlıq  istəyən  Xaqani  nəsturi  təriqətinə  ö z  münasibətini 
ifadə edir
3

Xaqaninin  tərbiyəsi  ilə  əmisi  məşğul  olmuşdur
4
.  Əbül-Üla  Gəncəvi  şairə 
qəyyumluq və müəllimlik etmiş, himayəsi altına alaraq öz qızını ona ərə vermişdi, 
Xaqanini  şöhrətləndirmək  arzusu  ilə  Şirvanşaha  təqdim  etmişdi.  Xaqaninin 
mövqeyi  sarayda  möhkəmləndikdən  sonra  o,  öz  müəlliminə  həcv  yazır. 
Naşükürlüyü  barəsində  müəllimi  tərəfindən  məzəmmətlənən  Xaqani  müəllimini 
ismailiyyə  təriqətinə  və  onun  başçısı  Həsən  əs -Səbbaha  rəğbət  bəsləməkdə 
təqsirləndirir  ki,  bu  da  həmin  dövr  üçün  ən  təhlükəli  ittiham  sayılırd ı.  Xaqaninin 
həcvi  bu  mənada  "çuğulluq  vasitəsilə  müəllimindən  birdəfəlik  xilas  olmaq 
təşəbbüsü idi"
5

Xaqaninin bədrəftar, qıhqsız  xasiyyəti Mücirəddin Beyləqani və Rəşidəddin 
Vətvat kimi görkəmli şairlərlə arasının dəyməsinə və nəhayət, Şirvanşah Axsitanın 
narazılığına  və  onun  əmri  ilə  Xaqaninin  uzun  müddət  həbsxanada  saxlan ılmasına 
səbəb  olmuşdur
6
.  Şirvanşah  tərəfindən  ədavəti  hiss  edən  Xaqani  bir  neçə  dəfə 
Şirvandan  mühacirət  etmək  fikrinə  düşür.  Bu  ona  yalnız  1184 -cü  ildə  Təbrizə 
getdiyi, ya da Cahan Pəhləvanın himayəsi altına qaçdığı zaman nəsib olur. Xaqani 
1199-cu ildə Təbrizdə vəfat edir və Sürxab qəbiristan-lığında dəfn olunur. 
Xaqani  fəlsəfı  məzmunlu  qəsidənin  ən  böyük  ustadı,  eləcə  də  mah ir 
məddah  -  şair  idi.  Tarixçi  üçün,  hər  şeydən  əvvəl,  Xaqaninin  əsərləri  ona  görə 
qiymətlid ir  ki,  burada  tədqiq  olunan dövrün  on  hökmdarın ın  adı  və  titulu  çəkilir. 
                                                                 
1
 Əbül-Üla Gəncəvi barəsində bax: E.Э.Бертельс. стр. 35-44. Orada da müvafıq ədəbiyyat verilir. 
2
  E.Э.Бертельс , стр. 42-44. 
3
 В.Ф. Минорский. Хакани и Андроникус Комненус, стр. 550. Və s. E.Э.Бертельс , стр. 58 
4
 О.Л.Вильчевский.Хакани, стр.74-75. 
5
 E.Э.Бертельс , стр.55.Yan Rıpka, səh. 570. Y.Yasan, Researches, pp. 19-20. 
6
 Zəkəriyyə əl-Qəzvini, səh. 601; bax: E.Э.Бертельс , стр.59. 


201 
 
Onların arasında Şirvanşah II Mənuçöhr və I A xsitan,  Xarəzmşah Atsız və Təkiş, 
Səlcuq sultanlarından Məsud və III Toğrul, atabəy Qızıl Arslan və b.  
Şirvanşah  III  Mənuçöhrün  saray  şairlərindən  biri  Şamaxı  şəhərin in  sakini 
Əbün-Nazim Məhəmməd Fələki Şirvani  idi  (1107-1147 - ?).  Bir sıra bədii əsərləri 
ilə onu Xaqaninin şagirdi kimi qələmə verirlər
1
. Lakin ehtimal ki,  Fələki Əbül-Üla 
Gəncəvinin şagirdi o lmuş, Xaqani isə onu Şirvanşaha təqdim etmişdir. 
Fələki  nücum  elmin in  (astrologiya),  (buradan  da  onun  təxəllüsü  meydana 
çıxır),  riyaziyyat,  xəttatlıq  (kalliqrafiya)  və  ərəb  dilinin  gözəl  bilicisi  idi.  Bütün 
yaradıcılıq həyatını o, III Mənuçöhrün sarayında keçirmiş və bütün qəsidələrin i də 
hamisinə  həsr  etmişdir.  Xaqani  və  Mücirəddin  Bey ləqani  kimi,  ço x  güman  ki, 
Əbül-Üla  Gəncəvi  də,  Fələki  də  öz  vəzifəsinə  və  Şirvanşaha  xid mətdə  laqeydlik 
göstərməkdə ittiham edilmiş və uzun müddət Şirvan həbsxanasında saxlanılmışdır. 
Şirvanşah  sonralar  Fələkin i  həbsxanadan  azad  edirsə  də,  artıq  şairin  səhhəti 
pozulmuş və o, 40 yaşında vəfat etmişdir
2

Fələkin in  bizə  çatmış  poetik  divanında  tarixçi  üçün  qiymətli  məlu matlar 
vardır  ki,  onların  vasitəsi  ilə  rəvayətvari  abidələrdə  olan  boşluqları  doldurmaq 
mü mkün  olur.  O,  Şirvanşah  III  Mənuçöhrün  qıpçaqlar  və  alanlar  üzərindəki 
qələbəsini  qeyd  edir.  Gürcüstan  və  çar  Demetrenin  hakimiyyəti  haqqında  gürcü 
salnamələrində  belə  olmayan  dəqiq  məlu matlar  verir,  Şirvanşahların  vəzirləri  və 
başqa  tarixi  şə xsiyyətlərin  fəaliyyəti  barəsində  danışır,  Şirvanşahın  şəhərlərinin  
tikilməsi  və  məskunlaş ması,  Şirvanşahların  ləqəbi,  künyəsi  və  titulları  və  s. 
haqqında xəbər verir. Bütün bu qiymətli  material tədqiqatlarda poetik materialların  
istifadə olun masının vacibliy ini b ir daha sübut edir. 
Məlik  əş-şüəra  Əbül  Məkarini  Mücirəddin  əl-Beyləqani  (ölü mü  təxminən 
1197-1198-c i  il)  -  Xaqaninin  ən  istedadlı  şagirdlərindən  biridir.  O,  b ir  müddət 
Şirvanda  yaşayır,  sonra  oranı  tərk  edərək  bütün  ömrü  boyu  Azərbaycan 
Atabəylərinin saray şairi o lmuşdur. 
                                                                 
1
 H.Həsən. Fələki Şirvani, səh.52-56. 
2
 H.Həsən. Fələki Şirvani, səh.50-52; E.Э.Бертельс стр, 44-50;  Yan Rıpka, səh. 575-576. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə