Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Elə isimlər var ki, onlar cəm şəkilçisi qəbul etmədən say etibarı ilə çoxluq, topluluq



Yüklə 220,83 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix22.11.2017
ölçüsü220,83 Kb.
#11397
1   2   3   4   5   6   7   8

18 

 

Elə isimlər var ki, onlar cəm şəkilçisi qəbul etmədən say etibarı ilə çoxluq, topluluq 



bildirir. Məs.: cəmiyyət, qoşun, ordu, ilxı, naxır, partiya, dəstə, xalq, camaat, el, üləma, 

şüəra,  əhali,  alay  və  s.  Bunlara  toplu  isimlər  deyilir.  Topluluq  bildirən  isimlər 

qrammatik  cəhətdən  tək  isimlərdir.Toplu  isimlər  cəm  şəkilçisi  qəbul  edə  bilir.  İstisna 

olaraq camat, şüəra, əhali, üləma sözləri cəm şəkilçisi qəbul etmir. 



 

Sual 20- cavab 

İsim mənsubiyyətə görə necə dəyişir? 

İsmi  başqa  nitq  hissələrindən  fərqləndirən  əlamətlərdən  biri  də  mənsubiyyət 

kateqoriyasıdır. Mənsubiyyətə görə dəyişmə şəxslərlə şəxslər, şəxslərlə əşyalar, əşyalarla 

əşyalar  arasında  ola  bilər.  I  və  II  şəxslərə  aid  mənsubiyyət  şəkilçisi  yalnız  şəxs  və  ya 

əşyanın  insana  mənsubluğunu  bildirir.  Məs.:mənim  evim,  sənin  dərdin  və  s.  III  şəxsə  aid 

mənsubiyyət şəkilçisi qəbul etmiş isim isə həm insana, həm də cansız əşyaya aid ola bilər. 

Məs.:evin pəncərəsi, atın ayağı və s. 

Əksər  hallarda  mənsubiyyət  şəkilçisi  qəbul  etmiş  ismin  əvvəlində  yiyəlik  hal 

şəkilçisini  qəbul  etmiş  şəxs  əvəzliyi,  isim  və  ya  isimləşmiş  digər  nitq  hissələri  gəlir



Onun  maşını  qəşəngdir.  Bəzi  hallarda  yiyəlik  hallı  şəxs  əvəzliyi  cümlədə  ixtisar 

olunur:  Maşın  qəsəngdir.Mənsubiyyət  şəkilçili  söz  yiyəlik  hal    şəkilçili  sözlərdən  sonra 

gəldiyi zaman hər ikisi cümlənin bir üzvü olur.  



MƏNSUBIYYƏT ŞƏKILÇİLƏRİNİ GOSTƏRƏN CƏDVƏL 

ŞƏXSLƏR 


I şəxs tək 

I  şəxs cəm 

II  şəxs 

tək 


II şəxs 

cəm 


ŞƏKİLÇİLƏR 

NÜMUNƏLƏR 

-ım, -im, -um, -üm, -m 

qardaşım, dərsim, anam 

-ımız,-imiz,-umuz,-

ümüz -mız, -miz,-

muz,-müz 

qardaşımız,dərsimiz,ana-

mız 

-m,-in,-un,-ün,-n 



qardaşın, dərsin, anan 

-ınız,-iniz,-unuz,-ünüz,-

nız, -niz,-nuz,-nüz 

qardaşınız, dərsiniz, 

ananız 

 

 



 

III şəxs tək  

III şəxs cəm 

-ı,-i,-u,-ü; 

 -sı,-si, -su, -sü (-yı,-

yi,-yu,-yü) 

qardaşı, dərsi,  

anası, mövqeyi 



Mövzu 5  

Sual 21- cavab 

Sifət barədə məlumat yazın

 . 


19 

 

Sifət  əşyanm  əlamət  və  keyfıyyətini  bildirən əsas  nitq  hissəsidir.  Sifət  cümlədə  isimə  



aid  olub  onu  müxtəlif  cəhətdən  təyin  edir:  qara  kəmər,  şirin  söhbət,  dəhşətli  insan, 

ağacdakı  quş.  Necə?  nə  cür?  hansı?  suallarından  birinə  cavab  verir.  Sifətlərin  leksik 

mənaca aşağıdakı növləri var: 

1. Rəng bildirən sifətlər: göy, qırmızı, yaşıl və s. 



2.  Dad bildirən sifətlər: şirin, turş, acı, dadlı və s. 

1.

 



Keyfiyyət bildirən sifətlər: yaxşı, pis, çalışqan və s.  

2.

 



Əlamət (görkəm) bildirən sifətlər: gözəl, kök, nurani və s.  

3.

 



Forma bildirən sifətlər: uzun, əyri, incə, badamı və s. ö. 

4.

 



Həcm bildirən sifətlər: böyük, kiçik, enli və s. 

Sual 22- cavab  

Sifətin quruluşca növləri və müqayisə dərəcələri haqqında danışın. 

Sifətlər quruluşca sadə, düzəltmə, mürəkkəb olur: 



Sadə sifətlər 

Sadə sifətlər quruluşca bir kökdən ibarətdir: qara, sarı, uzaq, yaxın,gözəl. 



Düzəltmə sifətlər 

Düzəltmə sifətlər, əsasən, isim və fellərdən düzəlir. Elə buna görə də sifətlər 

düzəlmə yoluna görə iki yerə bölünür: isimdən düzələn sifətlər, feldən düzələn 

sifətlər. 



İsimdən sifət düzəldən şəkilçilər: 

-lı


4

        dadlı, duzlu, həvəsli, güllü və s. 

-sız

4

      dadsız, duzsuz, həvəssiz, gülsüz və s. 



4

 



badamı, qəhvəyi, gümüşü, armudu və s. 

-i(vi)    tarixi, tibbi, hərbi, inqilabi, tərbiyəvi və s. 

-cıl 

4

      zarafatcıl, ölümcül, yuxucul, işcil və s. 



-dakı

2

     ağacdakı, həyətdəki, irəlidəki və s. 



Feldən sifət düzəldən şəkilçilər: 

-ağan


2

 ;    qaçağan, güləyən və s. 

-ar

2

 (r)    axar (su), oxşar (hadisə) və s. 



-qan

2

      çalışqan, döyüşkən və s. 



-ğın

4

       azğın, əzgin, vurğun, düzgün (sonu cingiltili samitlərlə bitən fellərə 



qoşulur) və s. 

-qın


4

       satqın, kəskin, tutqun, küskün (sonu kar samitlə bitən 




20 

 

fellərə qoşulur) və s. 



-ıq

4



açıq, sökük, uçuq və s. 

Mürəkkəb sifətlər 

Mürəkkəb  sifətlər  iki  və  ya  daha  artıq  sözün  birləşməsindən  yaranan  sifətlərdir. 

Mürəkkəb sifətlər bitişik və ya defıslə yazılır: enlikürək, gözəl-göyçək, bığıburma, şirin-

şirin və s. Bu cür sifətlərin yaranma yolları müxtəlifdir: 

1.

 

Sadə sifətlə sadə ismin birləşməsi ilə: şirindil, qarayaxa; 



2.

 

 Bir sadə və bir düzəltmə sözün birləşməsi ilə: enlikürək, məqsədyönlü; 



3.

 

İki düzəltmə sifətin birləşməsi ilə: soyuqqanlı, açıqürəkli; 



4.

 

Mənsubiyyət şokilçili sözün iştirakı ilə: ürəyiaçıq, sözübütöv; 



5.

 

Sadə və ya düzəltmə sözlərin təkrarı ilə: qırıq-qırıq, qara-qara; 



6.

 

"ba" və "a" bitişdiricilərinin köməyi ilə: cürbəcür, növbənöv, rəngarəng



7.

 

Biri  və  ya  heç  biri  ayrılıqda  işlənə  bilməyən  sifətlərin  birləşməsi  ilə:  əzik-üzük, 



dəlmə-deşik; 

8.

 



Yaxın  və  ya  əks  mənalı  düzəltmə  sifətlərin  birləşməsi  ilə:  güllü-çiçəkli,  qoca-

cavan; 


9.

 

"Qeyri" sözü və sifətin birləşməsi ilə: qeyri-müəyyən, qeyri-insani. 



 

Sifətin  özünəməxsus  xüsusiyyətlərindən  biri  də  onun  dərəcə  bildirməsidir. 

Əşyalar  əlamət  və  keyfiyyət  azlığı  və  çoxluğu  ilə  bir-birindən  fərqlənir.  Buna  görə  də 

əşyaların əlamət və keyfiyyəti nisbi olaraq üç dərəcə üzrə müəyyənləşdirilir: 

Azaltma dərəcəsi     Adi dərəcə       Çoxaltma dərəcəsi 

    göytəhər   

     göy 

 

gömgöy 



1.

 

Sifətin adi dərəcəsi 

Sifətin  adi  dərəcəsi  əşyanın  keyfiyyət  və  ya  əlamətinin  normada  olduğunu  bildirir. 

Azaltma və çoxaltma dərəcələri adi dərəcə əsasında formalaşır: sarı, yaşıl, qırmızı, kiçik. 

Adi dərəcənini xüsusi şəkilçisi yoxdur. 

Heç  də  bütün  sifətlər  dərəcənin  morfoloji  əlamətini  qəbul  edə  bilmir,  həmişə  adi 

dərəcədə olurlar: 

 

Düzətmə və mürəkkəb sifətlərin əksəriyyəti: duzlu, sınıq, süzgün, daxili, güləyən, 



qaraqaş, qaragöz, qaraqabaq və s. 

 



Bəzi sadə sifətlər: kal, qalın, mehriban, kar, ağır, kobud 

 



Alınma sifətlərin bir çoxu: etnik, fizioloji, tibbi. 

2.

 

Sifətin azaltma dərəcəsi 


21 

 

Sifətin  azaltma  dərəcəsi  əlamət  və  keyfiyyətin  adi  dərəcədən,  yəni  normadan  az 



olduğunu  bildirir.  Bu  üsulla  yaranan  sifətlər  formaca  dəyişir,  yəni  adi  dərəcədə  olan 

sifətlərə şəkilçilər artırılır: qaraşın, sarışın, uzunsov, dəlisov, sarımtıl, ağımtıl 



3.

 

Sifətin çoxaltma dərəcəsi 

Əlamətin adi dərəcədən çox olduğunu bildirən dərəcəyə sifətin çoxaltma dərəcəsi deyilir: 

Çoxaltma dərəcəsi də iki üsulla yaranır: 

l.Morfoloji üsulla: 

a)Adi dərəcədə olan sifətin sonuna -ca

2

 şəkilçisi artırmaqla: zorbaca, yaxşıca. İstisna: 



balaca adi dərəcədədir. 

b)Adi dərəcədə olan sifətin əvvəlinə onun ilk hecası artırılır, lakin bu zaman hecanın son 

samiti m, p, r, s samitlərindən biri ilə əvəz olunur: Əgər həmin heca saitlə bitirsə, bu 

samitlərdən biri sadəcə olaraq hecaya qoşulur: gö-m-göy, do-s-doğma, qı-p-qırmızı, tə-r- 

təmiz. Ağappağ sözü bu üsulla yaransa da, göründüyü kimi, bir az fərqlidir. 

2. Sintaktik üsulla 

Adi  dərəcədə  olan  sifətlərin  əvvəlinə  lap,  daha,  ən,  olduqca  ədatları,  tünd  sözü  və  ya 



düm  hissəciyi artırılır: ən gözəl, lap qırmızı, tünd-göy, dümağ. 

Sual 23- cavab  

Sifətin cümlədə rolu nədən ibarətdir? 

Sifətin  cümlədəki  birinci  sintaktik  vəzifəsi  izah  etdiyi  sözdən  əvvəl  gəlməsi-təyin 

olmasıdır, lakin bəzən elə olur ki, sifət isimləşərək həm ismin, həm də sifətin vəzifələrini 

daşıyır: 

Sifət təyin kimi:  Bayağı (necə?) mahnı 

Sifət xəbər kimi:  Mənim dostum üzgündür. (necədir?) 

Sifət 

mübtəda 


kimi: 

Qoca 

(kim?) 


birdən 

dilləndi. 

Sifət  tamamlıq  kimi:      Arxadakını  (hansını?,  nəyi?)mən  aparacağam. 

Sifət zərf kimi: 



Sənsiz (necə) yaşaya bilmirəm. 

Bəzən  sifətlər  cümlədə  ismin  rolunda  çıxış  edə  bilir.  Bu  zaman  sifət  sifətə  məxsus 

xüsusiyyətlərini  itirərək  isimləşir,  amma  morfoloji  baxımdan  sifət  olaraq  qalır:  Gözəl 

qızlar, gözəllər. Sifət isimləşərkən aşağıdakı xüsusiyyətlərini itirir:  

1.

 

Əlamət və ya keyfiyyət bildirməsini; 



2

 

. Sifətin suallarına cavab verməsini; 



3

 

. Təyin olma xüsusiyyətini; 



4

 

. İsimdən əvvəl gəlmə xüsusiyyətini. 



Sifət isimləşərkən aşağıdakı xüsusiyyətləri qazanır:  

l. Ad bildirmək: İgid gəldi 




22 

 

2



 

. Cümlənin mübtəda və tamamlığı olmaq: Dahilər yanılmırlar. Dəlidən ağıllı söz. 

3

 

. Hallanır: şirin, şirinin, şirinə, şirinin, şirində, şirindən  



4

 

. Cəmlənir: cavanlar, yaxşılar 



Mənsubiyyətə  görə  dəyişmək:  qaragözüm,  qaragözün.  İsimsiz  işlənmə  xüsusiyyətini: 

oğrular, dəlilər. 

QEYD:  Ümumiyyətlə,  sifət  aid  olduğu  isimsiz  işlənərsə,  isimləşmiş  hesab  edilir. 

İstisna  olaraq,  birbaşa  xəbərlik  şəkilçisi  qəbul  edərək  cümlənin  xəbəri  olduqda 

isimləşməyə də bilər: Bizi xilas edən bu igiddir (kimdir?)-İsimləşmişdir. Mənim dostum 

igiddir  (necədir)-cümləsində  isə  dostun  keyfıyyəti  vurğulandığı  üçün  isimləşmiş  hesab 

edilmir. Lakin sifət ismə aid şəkilçidən sonra xəbər vəzifəsində çıxış edərsə, isimləşmiş 

sifət  hesab  olunur.  Məs.:  Bunlar  bizim  qəhrəmanlardır.Sifət  isimləşsə  belə,  morfoloji 

təhlil  zamanı  sifət  kimi  götürülür.  Azaltma  və  çoxaltma  dərəcəsinin  şəkilçilərini  qəbul 

etmiş sifətlər sadə   sifətlərdir. 

Sual 24- cavab  

Say haqqında ümumi məlumat yazın. 

İsim  əşyanın  adını,  sifət  isə  onun  əlamətini  bildirir.  Əşyanın  miqdarını  və  ya 

sırasını da əsas nitq hissəsi olan say bildirir. Say neçə?, nə qədər? neçənci? suallarına 

cavab verir. 



Sayla  sifət  arasındakı  oxşar  cəhətlər:  Hər  ikisi  isimlə 

bağlı olur: igid oğul, beş uşaq. 

Hər ikisi isimdən əvvəl gəlir: igid oğul, beş uşaq. 

 



Hər ikisi isimləşə bilir: igidlər, beşincilər. 

 



Hər ikisi ədatla işlənə bilir: lap gözəl, lap çox. 

 



Hər ikisi, əsasən, cümlədə təyin vəzifəsində çıxış edir: yaxşı adam, üç rəng 

 



Hər ikisi quruluşca sadə, düzəltmə, mürəkkəb olur. 

 



Hər  ikisi "hansı?" sualına cavab  verə  bilir:  Birinci (hansı?), bugünkü (hansı?) hadisə 

Qeyd: Əgər isim eyni zamanda həm say, həm də sifətlə işlənərsə, o zaman say sifətdən 

əvvəl işlənir: üç böyük bina. 



Sayla sifətin fərqli cəhətləri: 

 



Say əşyanm miqdarını, sifət əşyanın əlamətini bildirir. 

 



Düzəltmə say əsasən saylardan, düzəltmə sifət isə müxtəlif nitq hissələrindən yaranır. 

• Saylardan  sonra  gələn  isimlər,  adətən,  cəmlənə  bilmir  (10  adamlar),  sifətdən  sonra 

gələn isimlər isə cəmlənə bilir (özəl insanlar). 

 



23 

 

Sual 25- cavab  



Sayın quruluşca və mənaca növləri barədə məlumat verin . 

Saylar quruluşca üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb. 

Sadə saylar yalnız  bir kökdən ibarət olur: beş, az, xeyli, çox, üç. 

Düzəltmə saylar isə -ıncı

4

, -lu, -acıq, -larca



2

, -larla


2

 şəkilçiləri vasitəsi ilə düzəlirlər: 

Məsələn: birinci, yüzlərlə, minlərcə, çoxlu, azacıq. 

Mürəkkəb saylar yazılışına görə iki cür olur: 

 1. defislə yazılanlar: üç-dörd, əlli-altmış 



 2. ayrı yazılanlar: ikidə bir, on beş, bir qədər 

Sayların mənaca aşağıdakı növləri var: 



I Miqdar sayları 

Miqdar  sayları  mənaca  üç  yerə  bölünür:  müəyyən  miqdar  sayları,  qeyri-müəyyən 



miqdar sayları, kəsr sayları.  

1.

 

Müəyyən miqdar sayları: 

 



Əşyanın konkret saynı bildirir. Beş bina. 

 



Müəyyən miqdar sayı, adətən, neçə? nə qədər? sualma cavab verir. 

 



Quruluşca sadə və mürəkkəb (tərkibi) olur: beş, üç, on beş, əlli iki. 

 



Dilmizdə quruluşca sadə olan 23 miqdar sayı var. 

• Müəyyən  miqdar  sayından  sonra  gələn  isim  həmişə  təkdə  olur:  iki 

kompyuter, bir vərəq. 

 



Müəyyən  miqdar  sayı  yazıda  həm  rəqəmlə  (5),  həm  də  hərflə  (beş) 

yazıla bilir. 

 

Müəyyən miqdar sayı ilə isim arasında çox vaxt numerativ sözlər işlənir: beş nəfər kişi



üç baş qoyun, iki dənə kitab, üç sap mirvari. Bu nümunələrdə nəfər, baş, dənə, sap sözləri 

numerativ  sözlərdir.  Aşağıdakı  sözlər  də  numerativ  söz  kimi  işlənə  bilir:  tikə,  ədəd, 



çimdik, stəkan, otaq, cüt, dəst, qab vedrə, kilo, qram,  metr, litr, top, vaqon, gbz, kasa, 

sap və s. 

2.

 

Qeyri-müəyyən miqdar sayları 

•  Qeyri-müəyyən miqdar sayları əşyanın təxmini miqdarını bildirir və yalnız nə qədər? 

sualına  cavab  verir.  Məs:  az,  çox,  bir  az,  bir  qədər,  bir  sıra,  az-çox,  çoxlu,  azacıq, 

minlərlə, yüzlərcə, xeyli, beş-altı, bir çox və s. 



24 

 



 

Qeyri-müəyyən miqdar sayları quruluşca sadə, düzəltmə və mürəkkəb olur: az, 



azacıq, üç-dörd. 

 



Az, çox sayları ədatla işlənə bilir: ən az maşın, lap çox insan. 

Bir sıra, bir çox saylarından sonra gələn isimlər cəmdə olur: bir çox məktəblər. 

•  Çox,  onlarla,  yüzlərcə  saylarından  sonra  gələn  isimlər  həm  təkdə,  həm 

də cəmdə işlənə bilər: onlarla müəllim, onlarla müəllimlər. 

Yerdə qalan qeyri-müəyyən miqdar saylardan sonra gələn isim həmişə təkdə olur. 

3.

 

Kəsr sayları 

Kəsr sayları tamın hissəsini və ya tam və hissəni bildirir: üçdə bir, üç tam onda dörd. 

 

Kəsr sayları nə qədər?, neçə hissə? sualna cavab verir. 



 

Müəyyən miqdar sayları və -da



2

 hal şəkilçisinin köməyi ilə yaranır. 

 

Kəsr sayları, adətən, mənsubiyyət şəkilçisi ilə birlikdə işlənir.  



 

Qeyd: Kəsr saylan rəqəmlərlə yazılanda vergüldən də istifadə olunur: 3,5 



II Sıra sayları 

Sıra sayları əşyanın sırasını bildirir: birinci sinif, axırıncı mərtəbə. 

 

Sıra sayları, əsasən, neçənci?, mətndə isə bəzən də hansı? sualına cavab verir. 



 

Sıra saylarından sonra gələn isim cəmdə də ola bilər, təkdə də: 10-cu sinif, 10-



cu siniflər. 

 



Sıra sayları, əsasən, müəyyən miqdar saylarına və əvvəl, axır, son zərflərinə və filan 

əvəzliyinə -mcı

4

 şəkilçisi artırmaqla  yaranır: ikinci, axırınci, sonuncu.  Sonu saitlə bitən  



sözlərdə -ncı

4

 kimi yazılır:  yeddinci, altıncı.  Sıra saylarının müxtəlif yazı formaları var: 



birinci;  1-ci;    I;       1.;     1) 

 

Yüklə 220,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə