Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   2   3   4   5   6   7   8   9   ...   20

Ədalət Nəsibov
 
 
10 
Aşıq Ədalətə və başqa cəhətlərə nisbətən saz çalmaq qabilyyəti 
daha qüvvətlidir. 
Xalqımızın  bütün  arzu  istəkləri,  təbiətin  gözəllikləri 
Ədalətin  qəlbinə  yazılmışdır.  Onun  çevik  barmaqları  öz 
ürəyinin  tapşırıqlarını  yerinə  yetirir.  Aşığın  “Dubeyti”, 
“Gəraylı”, “Divani”, “Qaraçı”, “Misri”, “Ovşarı” və.s havaları 
dıiilər əzbəri olmuşdur. 
 
 
 
 
Axtarar dünyada taylı tayını, 
Əyri qərar tutmaz düz aləmində. 
Yaltaqlar təpəyə dağ desələrdə 
Hər varlıq özüdür göz aləmində 
 
Nədəndir yazığı gəlməz canına? 
Hər yetən at sürər ər meydanına, 
Turş deyən tapılmaz heç ayranına, 
Tülküdə aslandır öz aləmındə. 
 
Rasim, Nizamimiz sənət mahıdır, 
Nəsimi, Fizuli şahənşahıdır, 
Ədalət dünyanın saz allahıdır, 
Vurğun tək yaranıb söz aləmində. 
 
  
 
Rasim KƏRĠMLĠ 
 
 
 
 
 
TELLĠ SAZIN MƏġHUR USTADI 
 
Ədalət  öz  sənətində  yenidir,  navatordur.  Bəziləri  onu 
klassik  aşıq  havalarının  mahir  ifaısı  kimi  qiymətləndirir.  Bu 
fikir  doğrudur.  Lakin  təkcə  belə  olsaydı  o  da  bir  cox  aşıqlar 
kimi  təqlidci  olaraq  qalardı.  Saz  havalarina  gətirdiyi  yenilik, 
əlavə  şirin  və  nadir  xallar  müasirlərin  əhval  ruhiyəsini  əks 
etdirən vurğular onun sənət kəşvidir. 


Günümüzün ustad aĢıqları 
 
11 
Sənatkar  harada  olursa  olsun,  sənətkardır.  Bu  keyfiyəti 
Ədalətdə  bütun  varlıqları  ılə  görmüş,  duymuşuq.  Çalğısında 
hec bir təhrifə yol vermir: nə havanı yersiz uzadır, nə də sözü. 
 
 
 
 
 
 
Firudun RƏHĠM 
 
 
 
 
O  axşamı  Ədalət  heç  vaxt  unutmayacaq;  niyə  elə 
tutulmuşdu  ağlamaq  istəyitdi.  Baxçada  sərçələr  çığrışırdı.  Ala 
qaranlıqda kimsə hardasa yanıqlı səslə şikəstə oxuyurdu. Atası 
içəridə həzin-həzin saz çalırdı. Elə də qərib axşam idi ki... 
Bu dəli-dolu uşaq heç nədən ağlamaq istəyirdi. Birdən o, 
içəri qaçıb atasının boynunu qucaqladı: 
-Mən də çalmaq istəyirəm ata 
Məhəmmədəli kişi qəhərləndi. Oğlunun başını sığalladı: 
Darıxma quzu bala çalarsan hələ tezdir 
On, on beş yaşı ancaq olardı Ədalətin; dözə bilmirdi darı-
xırdı.  Elə  birinci  sinifdən  barmaqları  saza  öyrəndi.  Səhnədən 
təzə ad eşidildi: 
-Sazda çalır Ədalət Nəsibov. 
Onu hər  yerdə alğışladılar. Yaşlı aşıqların dediyinə görə, 
məlahətli  səsi  də  vardı.  Sonralar  səsini  qurban  verdi  sazın 
söylədiyinə, harayına... 
Yenə də onunla bir  yerdəyik. Söhbətləşirik özünü, sazını 
dinləyirəm...Hərəkətlərində,  söhbətində,  ərkyanalıq  var.  Bir  az 
laqeydliyə  oxşayır,  bir  az  da...  Çoxu  da  onun  bu  xasiyyətini 
özündən razılığa  yozur.  Amma belə  deyil. Qətiyən belə  deyil. 
Başqalarını  ilk  baxışda  aldadan  onun  sənətkar  təhnəlığıdır, 
sənət  ərköyünlüyüdür.  Danışır  fikri  dağınıqdır,  saz  çalır, 
unudur hər şeyi. 
-Günah  sazdadır,-deyir.  Dostlarım  bəzən  məndən  inciyir 
ki,  niyə  onlara  baş  çəkmirəm.  Neyləyim  Flarimoniyada  iki-üç 
gün  çıxışımız  olur,  onda  da  fikrim  qalır  sazın  yanında.-  Saz 
onun dostudur, sirdaşıdır,  yol yoldaşı, qulaq hayanıdır. 


Ədalət Nəsibov
 
 
12 
-Düzü  getdiyim  yerlərin  hamısını  yaxşı  xatırlayıram.  O 
qədər  yerə  çağırıblar  ki.  Moldaviya,  Moskva,  Tatarıstan 
ongünlükləri,  Üzeyir  bəyin,  Çəfər  Çabbarlının,  Səməd 
Vurğunun, Mehdi Hüseynin yubleyləri... 
-Bütün bu yerlərdə səni bəyənirlərmi? 
-Hər yerdə Azərbaycanda olduğu kimi. 
-Məsələn,  Moskvada  çalanda  nə  barədə  düşünürdün, 
Ədalət? 
-Hər  dəfə  səhnəyə  çıxanda  arzu  edirdim  ki,  birçə  sazım 
kökdən  düşməsin.  Əsas  sazdır.  O  namərdlik  eləsə,  biabır 
olaram.  Elə  ki  ürəyimin  səsinə  səs  verir,  gözüm  önünə 
Azərbaycan gəlir, Qazax gəlir, uşaqlıq dostlarım gəlir... 
Fransaya,  Bolqarıstana,  Türkiyəyə  onun  lent  yazıları 
göndərilib.  Bu  yerlərdə  bir  parça  Azərbaycan  torpağı  oxuyur. 
Qocaman  el  sənətkarı  Aşıq  Şəmşir  onu  dinləyərkən  niyə 
gözləri  dolmuşdu?  Görkəmli  incəsənət  xadimlərindən  kimi 
dindirsən niyə onun haqqında urək dolusu fəxrlə danışır? 
Yəqin  ona  görə  ki,  Ədalət  ötüb  keçən,  unudulmağa 
qovuşan illərin əlindən bir saz alıb, bizə bir kükrəyən, cağlayan 
dünya  qaytarıb.  Ədalət  bizim  ömrümüzə,  günümüzə  Abbas 
Tufarqanlının, Ələsgərin səsini harayını gətirib... 
 
 
 
 
 
 
SəyavuĢ SƏRXANLI 
 
 
 
 
 
QIZIL BARMAQLAR 
 
Aşıqların  ifaçılıq  sənətkarlığında  üç  cəhət  əsas  sayılır: 
gözəl  çalmaq,  sözü  öz  havasında  oxuya  bilmək,  dastan  və 
nağılları şirin və məntiqi danışmaq. 
Oxuyarkən  hər  sözün  öz  uyar  havasını  düzgün  seçsə  də, 
havacatı  gözəl  bilsə  də,  Aşıq  Ədalətdə  saz  çalma  və  nağıl 
dastan danışma üstünlük təşkil edir. 


Günümüzün ustad aĢıqları 
 
13 
Aşıq  Ədalət  saz  çalmağı,  bildiyi  nağıl  və  dastanların 
çoxunu atası Məhəmmədəli kişidən öyrəndiyini deyir.O, atasını 
özünün ilk ustadı sayır. 
Ədalətə  yazdığım  bu  şeir  parçası  isə  ürəyimin  ədalət 
səsidir! 
 
 
 
 
 
      SAZIM 
 
Kərəm naləsidir, Qərib səsidir
 
Zərif duyğularin zərif səsidir. 
Yaralı durnanın qərıb səsidir, 
Vidadi qəmiylə qəmgindi sazim, 
Vaqif həsrəriylə zəngindir sazım. 
 
İlk ustadı Dədə Qorqud adlanır, 
Sədasıyla qoç Koroğlu adlanır. 
Duymayanı vərəmlədir, çatladır, 
Kərəm yanğısıyla o gileylənir, 
Məcnunun gözündə Leylidir sazim! 
 
Hələ neçə sirri bizə gizlədir
Ələsgər şeirnin səs əkizidir, 
Oduyla soyumuş qəlbi isidir
Dilqəmin bir ocaq közüdür sazım, 
Habilin Ədalət köksüdür sazım! 
 
Ġlyas TAPDIQ 
 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə