Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə44/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

84
29. Komitə dövlətə aşağıdakıları tövsiyə edir:
(a) Qızlar arasında məktəbi tərk etmə göstəricisini azaltmaq üçün bütün zəruri tədbirləri görmək, o cümlədən erkən nikahların 
qarşısının almaq;
(b) Məsələn təqaüd təmin etməklə, ali təhsil pilləsində qadınların və qızların iştirakını artırmaq məqsədilə, maddə 4 və müvəqqəti 
xüsusi tədbirlər üzrə Komitənin 25, 2000 saylı Baş Tövsiyəsinə uyğun olaraq, müvəqqəti xüsusi tədbirlər də daxil olmaqla, zəruri 
tədbirlər görmək.
(c) Karyeranın inkişafı ilə əlaqədar müvafiq təlimat vasitələri ilə təhsildə və karyera seçimində qızları və gənc qadınları qeyri-
ənənəvi sahələrə üstünlük verməkdə təşviq etmək;
(d) Prioritet bir məsələ olaraq, dərslikləri və digər tədris materiallarını nəzərdən keçirmək və hər hansı bir gender stereotiplərinə 
əsaslanan ayrı-seçkilik nümunələrini aradan qaldırmaq; 
(e)  Məktəblərin  tədris  proqramına  və  təhsilin  bütün  pillələrində  müəllimlər  üçün  hazırlanan  peşəkar  təlim  kurslarına  qadın 
hüquqları və gender bərabərliyi üzrə məlumatları məcburi mövzu olaraq daxil etmək.
Məşğulluq
30. Komitə qadınlar arasında aşağı işsizlik dərəcələri üzrə rəsmi statistik məlumatları qeyd edir. Bununla belə, qadınların aşağı 
ödənişli  və  qeyri-rəsmi  işlərdə  cəmlənməsilə  nəticələnən  əmək  bazarının  davam  edən  üfüqi  və  şaquli  bölgüsü,  qadınlara 
münasibətdə ciddi maaş fərqi, uşaq müəssisələrinin olmaması və kişilərə nisbətdə qadınlar üçün aşağı pensiya dərəcələrin 
mövcudluğu Komitəni narahat edir.
31. Komitə dövlətə aşağıdakıları tövsiyə edir:
(a) Qadınların formal məşğulluqda iştirakını artırmaq və peşə bölgüsündə qadınlar və kişilər arasında, o cümlədən üfüqi və şaquli 
struktur bərabərsizliyin aradan qaldırmasına yönəlmiş səylərini gücləndirmək üçün tədbirlər görmək;
(b)    Genderdən  asılı  məvacib  fərqini  azaltmaq  və  aradan  qaldırmaq  məqsədilə  eyni  dəyərli  işə  görə  bərabər  əmək  haqqı 
prinsipinin həyata keçirilməsi üçün tədbirlər görmək, bütün sektorlarda kişi və qadınların əmək haqqlarını müntəzəm olaraq 
nəzərdən keçirmək;
(c) Uşaq müəssisələrinin sayını artırmaq ilə bərabər, icbari atalıq məzuniyyətini təqdim etməklə, qadın və kişilər üçün peşəkar və 
şəxsi həyat arasında tarazlığı asanlaşdırmaq;
(d) Kareyrada hamiləlik, yarım-ştat məşğulluq kimi hallar səbəbindən yaranan fasilələrin və məvaciblərdə genderdən asılı olan 
fərqlərin qadın pensiyalarına və digər sosial təminat imtiyazlarına mənfi təsirini aradan qaldırmaq.
Sağlamlıq
32. Komitə bütün vətəndaşlar üçün əlverişli səhiyyə xidmətlərinə çıxışı təmin etmək imkanlarının yaxşılaşdırılması üçün Dövlət tərəfinin 
səylərini  qeyd  edir.  Bununla  belə,  o,  səhiyyə  sahəsində  dövlət  xərclərinin  qeyri-adekvat  həcmdə  olmasından,  özlərinin  sağlamlıq 
vəziyyəti  ilə  bağlı  qərarların  qəbul  edilməsində  qadınların  məhdud  səlahiyyətlərə  malik  olmasından,  ana  ölümü  göstəriciləri  üzrə 
rəsmi mənbələrlə müvafiq beynəlxalq hesablamalar arasındakı fərqdən; uşaq ölümü, əlaxsus 2011-ci ildə dərc olunan Azərbaycanda 
Demoqrafiya və Sağlamlıq Sorğusunda beş yaşa gədər oğlan və qızlar arasında ölüm göstəricilərində aşkarlanan fərqdən; qadınlar 
arasında anemiyanın yüksək səviyyədə yayılmasından; cinsdən asılı və məcburi abortların yüksək sayda olması da daxil olmaqla, 
abortların ailə planlaması prosesində əsas aləti kimi istifadə edilməsindən; müasir kontraseptiv üsullardan çox aşağı səviyyədə istifadə 
olunmasından; xüsusilə də kənd yerlərində zəif səhiyyə infrastrukturu və xidmət təminatçılarının qeyri-qənaətbəxş bacarıqlarından 
narahat olmaqda qalır. Komitə, həmçinin cinsi və reproduktiv sağlamlıq haqqında qanunun olmamasından narahatdır.
33.Komitə, özünün qadınlar və sağlamlıq üzrə 24 (1999) saylı Ümumi Tövsiyəsinə uyğun olaraq, qadınların yüksək keyfiyyətli 
səhiyyəyə çıxışının yaxşılaşdırılmasına, habelə aşağıda göstərilən tədbirləri həyata keçirməyə çağırır:
(a)  Digər  işlərlə  bərabər,  bu  fenomenin  yayılma  dərəcəsi,  onun  tərifi  və  ölçü  parametrləri  barədə  dəqiq  məlumatların  təmin 
edilməsi vasitəsilə, ana ölümü hallarının azaldılmasına yönəlmiş səyləri sürətləndirmək;
(b) Ana və neonatal ölüm hallarının sayını azaltmaq üçün antenatal, doğüş və yeni doğulmuşlara qayğı xidmətlərinin keyfiyyətini 
təmin etmək;
(c) Digər işlərlə bərabər, məktəblərdə yaşa uyğun cinsi təhsil vasitəsilə ailə planlaşdırılması və reproduktiv sağlamlıq üzrə tədrisi 
təşviq etmək;
(d)  Səhiyyə  Nazirliyinin  Əsas  Dərman  Siyahısına  müasir  kontraseptivlərin  daxil  edilməsi  vasitəsilə  əhali  arasında  müasir 
kontraseptivlərdən istifadəni təşviq etmək;
(e) Təxirə salmadan Əhalinin Reproduktiv Sağlamlığı və Ailə Planlaşdırması haqqında qanununu qəbul etmək;
(f) Qadınlar və uşaqlar arasında mikroelement çatışmamazlığını aradan qaldırmaq üçün Yeməklərin (Qida) Vitaminləşdirilməsi 


85
haqqında Qanunu qəbul etmək;
(g)  Xüsusilə  kənd  yerlərində  olmaqla,  AUÖP  (anadan  uşağa  ötürülmənin  qarşısının  alınması)  proqram  və  xidmətlərin  geniş 
əhatəsini təmin etmək; 
(h) İİV ilə bağlı ictimai qınağın aradan qaldırılmasını təmin etmək üçün maarifləndirmə kampaniyaları aparılmaq. 
Qadınların iqtisadi imkanlarının genişləndirilməsi
34. Komitə qadınların iqtisadi imkanlarının genişləndirilməsi sahəsində ayrı-seçkiliyə və ənənəvi stereotiplərə əsasən qadınların 
rolunun əlavə gəlir mənbəyi olması, müvafiq bacarıqların çatışmamazlığı və qadınları banklara müraciət etməkdən çəkindirən 
institusional maneələrin mövcudluğu səbəbindən, qadınların kredit almaqda çoxlu sayda çətinliklərlə üzləşməsindən narahatdır. 
35. Komitə kredit, torpaq və digər resurslara, mikro iqtisadi və idarəçilik təlimlərinə çıxışı təmin etməklə, qadınlar, xüsusilə kənd 
qadınları arasında, onların iqtisadi baxımdan səlahiyyətləndirilməsi və sahibkarlıq bacarıqlarının artırılması prosesini təşviq etmək 
və dəstəkləmək üçün səyləri artırmağı, və bu təşəbbüslərin qadınlara göstərdiyi təsiri monitorinq etməyi dövlətə tövsiyə edir. 
Kənd qadınları
36. Komitə kənd qadınlarının icma səviyyəsində qərarların qəbul edilməsi proseslərində, o cümlədən onların torpaq, əlaqədar 
resurslar, eləcə də sosial və səhiyyə xidmətlərə, iqtisadi imkanlara, yeni texnologiyalara, siyasi və ictimai həyatda iştirak üçün 
məhdud  imkanlara  malik  olmasından  narahatdır.  Komitə,  həmçinin  kənd  yerlərində  uşaq  müəssisələrinin,  habelə  məişət 
zorakılığı qurbanları üçün sığınacaq və onlara təmin ediləcək digər xidmətlərin olmamasından da narahatdır.
37. Komitə kənd qadınlarının icma səviyyəsində qərarların qəbul edilməsi proseslərində, o cümlədən torpaq, əlaqədar resurslar, 
eləcə də sosial, səhiyyə və digər əsas xidmətlərə, iqtisadi imkanlara, yeni texnologiyalara adekvat çıxışının olmasını və həmçinin 
onlara siyasi və ictimai həyatda bərabər iştirak imkanını təmin etməyi Dövlətə tövsiyə edir. O, həmçinin kənd yerlərində uşaq 
müəssisələrinin, habelə məişət zorakılığı qurbanları üçün sığınacaqların mövcudluğunu təmin etməyi tövsiyə edir. 
Ailə münasibətləri və erkən nikahlar
38. Komitə qanunla qadın və kişilər üçün minimal nikah yaşının eyni, yəni 18 yaş səviyyəsində müəyyən edilməsini alqışlayır. Lakin, 
Komitə erkən nikahların sayının artmasından, rəsmi statistikada onların əks olunmamasından və belə halların araşdırılıb, cinayət 
təqibi predmetinə çevrilməməsindən narahatdır. Komitə həmçinin qadın və uşaqlara heç bir hüquqi müdafiə təmin etməyən və 
qeydiyyatsız dini nikahların (“Kəbin”) sayının artmasından da narahatdır. O, həmçinin boşanma zamanı bərabər bölünəcək mülkiyyət 
qismində pensiya hüquqlarının qeyri-maddi əmlak kimi nəzərə almayan hazırki ailəyə məxsus əmlak rejimindən də narahatdır. 
39. Komitə Dövlət tərəfini aşağıdakıları həyata keçirməyə çağırır: 
(a)  Qızların  məktəb  təhsilindən  ayrılmalarının  monitorinqi,  eləcə  də  (31  saylı  ÜT-ə  uyğun  olaraq)  hüquq-mühafizə  orqanları 
tərəfindən  sistemli  araşdırma,  təqib  və  cinayət  törətmiş  bütün  şəxslərin  cəzalandırılması  vasitəsilə  erkən  və  yetkinlikyaşına 
çatmamış insanlar arasında nikahların qarşını almaq;
(b) Əvvəlcədən rəsmi qeydiyyat olmadan dini nikahların (“Kəbin”) həyata keçirilməsinə qarşı qadağanı tətbiq, habelə [29 saylı 
ÜT-ə uyğun olaraq] qeydə alınmamış nikahlarda qızların və qadınların, eləcə də onların uşaqlarının hüquqlarını müdafiə etmək 
üçün bütün lazımi tədbirlər görmək.
(c) Pensiya və sığorta kimi qeyri-maddi əmlakın birgə mülkiyyətinin bir hissəsi kimi tanınmasına və boşanma zamanı bərabər 
bölünməsinə imkan yaradan lazımi qanunvericilik tədbirlərini həyata keçirmək.
Pekin Bəyannaməsi və Fəaliyyət Platforması
 
40. Komitə Dövlət tərəfini Konvensiyanın müddəalarının həyata keçirilməsi səyləri çərçivəsində Pekin Bəyannaməsi və Fəaliyyət 
Platformasını istifadə etməyə çağırır.
Minilliyin İnkişaf Məqsədləri və 2015-ci ildən sonra inkişaf çərçivəsi
41. Komitə Konvensiyanın müddəalarına uyğun olaraq, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq və 2015-ci ildən sonra inkişaf 
çərçivəsinə daxil etmək üzrə bütün səylərə gender məsələlərini inteqrasiya etməyə çağırır. 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə