Azerbaijan republic



Yüklə 339,27 Kb.
səhifə2/10
tarix15.03.2018
ölçüsü339,27 Kb.
#32288
1   2   3   4   5   6   7   8   9   10

1.1 Ümumi Məlumat:


Azərbaycan Hökuməti (AH) tərəfindən Azərbaycan Magistral Yolları III Layihəsi ilə əlaqədar olaraq Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) kredit əldə etmişdir.Layihə qismən Azərbaycan Hökuməti tərəfindən maliyyələşdiriləcəkdir.
Bakı-Şamaxı avtomobil yolu Bakı şəhərini Azərbaycanın mərkəzində yerləşən Yevlax şəhəri ilə birləşdirirən M4 avtomobil yolunun bir hissəsi olmaqla Bakı ilə Yevlax şəhərləri arasında yüngül çəkili nəqliyyat vasitələri üçün olan M2 avtomobil yoluna səmərəli alternativ marşrutu özündə birləşdirir. Bakı-Şamaxı avtomobil yolu Azərbaycanın qərbinə və Bakıdan Gürcüstana olan ən qısa marşrutun bir hissəsidir. Sözügedən avtomobil yolunun bütün hissələrinin təkmilləşdirilməsi işləri hazırda davam etdirilir.
Hazırda Azərbaycan Hökuməti sözügedən kreditdən Bakı-Şamaxı avtomobil yolunun km 13.5 – km 15 hissəsi üzrə ətraf mühitin qiymətləndirilməsi, Bakı-Şamaxı avtomobil yolu üçün mövcud Köçürülmə üzrə Çərçivə Siyasəti Sənədinin (2009) yenilənməsi (km 13.5-15, km91-116 və km 121.4-121-7), Bakı-Şamaxı avtomobil yolunun km 45 – km 91 hissəsində tikinti işlərinin həcmində edilən dəyişiklik nəticəsində artan ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi, yol oxunda edilən dəyişikliklərə uyğun olaraq Bakı-Şamaxı avtomobil yolunun km 91 – km 107 hissəsi üzrə ƏMTQ hesabatı və ƏMİP-nın (2013) yenilənməsi üçün məsləhət xidmətlərinin maliyyələşdirilməsi istiqamətində istifadə etmək niyyətindədir
Sözügedən avtomobil yolunun km 13.5 – km 15 hissəsi üçün iki hərəkət hissəli dörd zolaqlı yol və hər bir hərəkət hissəsinin hər iki tərəfində yanaşma yolları olan yeni en kəsiyinin tikintisi nəzərdə tutulur. Yol kəsişməsi standart en 27.5 metrdən minimum 20.0 metrə qədər azaldılmışdır. Buna yolun ayırıcı zolağının 5 metrdən 3 metrədək azaldılması və bərk çiyinin 3.75 metrdən 1 metrədək azaldılması ilə nail olunmuşdur. Eni azaldılmış yol kəsişməsi yaxınlıqdakı əmlaklara və kənar yollara çıxış üçün yeni iki hərəkət hissəli yolun hər iki tərəfindən əlavə zolaqların təmin olunmasına imkan yaratmışdır. Genişləndirmə layihəsində əsasən mövcud yol oxundan istifadə edildiyi üçün hərəkət hissəsinin altında olan suötürücü borular yolun genişləndirilməsinə uyğunlaşdırılmaq üçün uzadılacaqdır.
Yolun km 13.5 – km 15 hissəsində avtobus dayanacaqları yerləşən hissələrdə iki hərəkət hissəli yolu keçmək üçün iki yeni piyada keçidi nəzərdə tutulur. Qeyd olunan yol hissəsi üzrə drenaj boruları əsasən yolun səthindəki axıntıların toplanmasını təmin edərək yeni hərəkət zolağının hər iki tərəfində olmaqla yol geyiminin kənar hissələrində yerləşən “qapalı beton kanallar” dan ibarət olacaqdır.
Hal hazırda Məsləhətçi Şirkətlər yolun km 13.5-15, km91-116 və km 121.4-121.7 arasında olan hissələrin dörd zolağa genişləndirilməsi üçün Müfəssəl layihə üzərində işləyir. Hazırki KÇS sənədi bütün bu hissələr üçün hazırlanıbdır. Bu hissələrdə aparılan tikinti işləri torpaqalma və məcburi köçürülmə ilə nəticələnəcəkdir. Layihələndirmə üzrə Məsləhətçi tərəfindən cəlb edilən beynəlxalq və yerli məsləhətçilər hazırki Köçürülmə üzrə Çərçivə Sənədində müəyyən edilən siyasət və qaydalara müvafiq olaraq KTP-ni hazırlamalıdır.
Bu Köçürülmə Tədbirləri üzrə Çərçivə Sənədi (KTÇS) Layihənin icrası müddətində yaranacaq məcburi köçürülmə məsələlərində Layihənin Azərbaycan Qanunvericiliyi və Dünya Bankının 4.2 saylı Əməliyyatlar Qaydalarına müvafiq icrasını təmin etmək məqsədi ilə işlənib hazırlanmışdır. Layihənin icrası müddətində hazırki KTÇS tələblərinə uyğun olaraq sahəyə müvafiq Köçürülmə üzrə Tədbirlər Planları işlənib hazırlanacaqdır. Bu KTÇS və Dünya Bankının Açıqlama Qaydalarının tələblərinə uyğun olaraq ictimayyətin mvafiq iştrakını və məlumatların açıqlanması təmin etmək üçün tədbirlər görüləcəkdir.

1.2 Köçürülmə Çərçivə Sənədinin (KÇS) hazırlanmasının əsaslandırılması:


Dünya Bankı siyasətinin tələblərinə uyğun olaraq maliyyələşdirdiyi bütün layihələrin sosial və ekoloji baxımdan təhlükəsiz və davamlı olduğunu təmin etmək məqsədiylə layihələri əsaslı şəkildə nəzərdən keçirir. Layihə ərazisi və cizgilər araşdırılarkan müəyyən edilmişdir ki, Layihə LTMQŞ-in əsasən iqtisadi köçürülməyə səbəb olacaqdır. Dünya Bankının yardım ilə maliyyələşdirilən Layihə nəticəsində məcburi olaraq torpaq və digər aşağıda qeyd edilən mülkiyyət itkiləri aşağıdakılardır:

  • Yaşayış evinin köçürülməsi və ya itkisi.

  • Əmlakını və ya əmlakına giriş-çixış imkanlarının itkisi.

  • Fiziki köçürülmə zəruriyyətindən asılı olmayaraq gəlirin və ya yaşayış vasitələrinin itkisi.

Bu KSÇ sənədi bu layihənin icrası ilə nəticələnə biləcək təsirlərin həll edilməsi məqsədi ilə hazırlanmışdır; belə ki, Bankın regionda maliyyələşdirdiyi digər layihələrin təsirlərini nəzərə almır.


Tapşırığın məqsədləri aşağıdakılardır:

  • Köçürülmənin ümumi prinsip və məqsədlərinin açıqlanması üçün Köçürülmə Siyasəti Çərçivə (KSÇ) sənədinin hazırlanması;

  • Hüquqların tədbiqi, icra prosesi, şikayətlərə baxılması mexanizmləri və Layihənin nəticəsində baş verə biləcək torpaqalma və köçürülmənin monitorinqi məqsədi ilə razılaşmalar üçün müvafiq siyasəti və qaydaları müəyyən etmək.



1.3 Köçürülmə Siyasəti Çərçivə (KSÇ) Sənədinin Məqsədləri:


Əsas məqsəd LTMQŞ-in yaşayış şəraitini ən azından layihədən əvvəlki vəziyyət qədər bərpa etməkdir. Bu Köçürülmə Siyasətinin Çərçivə sənədinin hazırlanmasında Azərbaycanın müvafiq qanunvericiliyinə əlavə olaraq Dünya Bankının məcburi köçürülməyə dair Əməliyyat Procedurları 4.12 prinsiplərinə də istinad olunacaqdır. Bununla əlaqədar olaraq növbəti əsas prinsip və məqsədlərin yerinə yetirilməsi təmin edilməlidir:


  • Bütün layihə variantlarını araşdırmaqla imkan daxilində Məcburi köçürülməyə yol verilməməli, və ya minimuma endirilməli

  • Torpaqların alınmasının azaldılması: Şəxsi torpaqların alınması yalnız alternativ həllin olmadığı təqdirdə baş verə bilər;

  • Hüquqi prosedurların tətbiqi mütləqdir: Bütün alqı-satqılar Azərbaycan Respublikasının Qanunvericiliyi və Dünya Bankının qayda ve qanunlarına uyğun aparılacaqdır;

  • Kompensasiya və müvafiqlik prinsipləri: Şəxsi torpaqların alınması qaçılmaz olan hər bir hal Azərbaycan Qanunvericiliyi və Dünya Bankı qaydalarına uyğun olaraq idarə ediləcəkdir;

  • Mülkiyyətin qiymətləndirilməsi metod və prosedurları: Planlaşdırılmış şəkildə satınalmaların təfərrüatları Köçürülmə Tədbirlər Planları (KTP) / Sadələşdirilmiş Köçürülmə Tədbirlər Planlarında (sKTP) açıqlanmalıdır. Təsirə məruz qalan şəxslərin sayı 200 nəfərdən az olduğu təqdirdə Layihənin torpaqalma və köçürülmə təsirləri Sadələşdirilmiş Köçürülmə Tədbirlər Planında (sKTP) təqdim olunur. Kompensasiya və qanunvericilik məsələlərinə cavabdeh təşkilat LİQ ilə birgə Köçürülmə Tədbirlər Planlarının (KTP) Azərbaycan qanunları və Dünya Bankı qaydalarına müvafiqliyini təmin edəcəklər;

  • Hüquqlar: Kompensasiya almaq hüquqları torpaq növləri, mülkiyyət və digər vəsaitlər, o cümlədən torpaq istifadəçiləri olan mülkiyyətçilər, icarədar və mülkiyyət hüququ olan və olmayan Layihə təsirinə Məruz Qalan Şəxslər (LMRQŞ), torpaqdan kommersiya məqsədi ilə istifadə edənlər, hər hansı abadlıq işləri görənlər; istifadə illəri və s. asılı olaraq fərqlənəcəkdir;

  • Təşkilati öhdəliklər və institusional çərçivə - Köçürülmə Siyasəti Çərçivəsinin həyata keçirilməsi və təmin edilməsi və KTP-nın planlaşdırılması və icrası üzrə ümumi öhtəlikərin təfərrüatlarını verir. Hər mərhələdə kimlərin cəlb edilməsi daxil olmaqla kompensasiya almaq hüququnun verilməsi prosesi ətraflı şəkildə təsvir ediləcəkdir;

  • Köçürülmə Tədbirlər Planlarının icrasının maliyyələşdirilməsi: KTP-nin maliyyələşdirmə prosesləri və məsuliyyət aydın şəkildə təsvir ediləcəkdir (hesablanan və KTP-də təqdim edilən xərclərin dəyərinə əsasən);

  • İctimaiyyətin iştrakı və məşvərətlər: LTMQŞ (Layihə təsirinə Məruz Qalan Şəxsləri) KTP-nin hazırlanması və icrası müddətinin müxtəlif mərhələlərinə cəlb edilməklə onların layihədə iştrakı təmin edilməlidir. KTP hazırlanaraq, Köçürülmə Siyasətinin Çərçivə sənədinin tələbləri barəsində ictimaiyyətlə aparılan görüşlər zamanı LTMQŞ malumatlandırılacaq və informasiya ictimaiyətə açıqlanacaqdır. Layihə təsirinə məruz qalan hər bir şəxs KSÇ/KTP – də qeyd edildiyi şəkildə hüquqları və bərpa seçimləri barəsində tam məlumatlandırılacaqdır;

  • Şikayət və narazılıqlar: Şikayətlərin ədalətli şəkildə həll edilməsini təmin etmək məqsədiylə Azərbaycan Respublikasının qanunvericiliyinə istinadən şikayətlərin qəbul edilməsi və baxılması mexanizmi tədbiq ediləcəkdir. Xüsusi diqqət qadınlar və həssas qruplara ayrılacaq. Monitorinq zamanı LTMQŞnin bütün şikayətləri və onların həlli üsulları qeydə alınacaq ki, şikayətlərin öz vaxtında həll edilməsi təmin olunsun;

  • Monitorinq və Nəzarət: KTP-nin icrasına nəzarət məqsədiylə monitorinq mexanizmləri təyin ediləcəkdir. Zəruri hesab olunduğu halda xarici monitorinqin aparılması və KTP-nin icrasını qiymətləndirmək məqsədiylə müstəqil mütəxəssis cəlb ediləcəkdir. Bundan başqa, xarici monitorinq layihənin TMQŞ-yə social-iqtisadi təsir barəsində məlumat toplayacaq və lazım olarsa KSÇ-nin istənilən məqsədlərinə nail olmaq üçün KTP-nın icra prosedurlarına dəyişikliklər tövsiyə edəcəkdir;

  • Köçürülmənin planlaşdırılması: KTP-ni əhatə edən LTMQŞ-nin ətraflı sosial-iqtisadi araşdırmaları insanların yaşı, cinsi, etnik mənsubiyyəti, təhsili və məşğulluğu, ev təsərrüfatı xərcləri, yaşayış imkanlarını təhlil edəcək, daşınan və daşınmaz əmlakı qeydə alacaqdır;

Açıqlama: Məşvərətlər prosesinə əlavə və Dünya Bankının İnformasiya təminatı üzrə siyasətinə uyğun olaraq KSÇ və KTP sənədlərinin hər biri dövlət ehtiyacları üçün satınalmalara (torpağın və ya digər mülkiyyətin) başlanmaqdan əvvəl yerlərdə Azərbaycan dilində əldə oluna bilər.
KÇS-nin müddəaları təsirin miqyası və təsirə məruz qalan şəxslərin itirdiyi torpaq və ya digər mülkiyyət üzərində hüquqi sənədin olub olmadığından asılı olmayaraq layihə təsirinə məruz qalmış bütün şəxslərə tədbiq edilir.
Layihə təsirinə məruz qalan ərazi üçün tərtib edilən Köçürülmə Tədbirlər Planı (KTP) Layihəçi Mühəndis tərəfindən cəlb edilən Beynəlxalq və Yerli Məsləhətçilər tərəfindən hazırlanaraq Dünya Bankı tərəfindən təsdiqlənəcək və tikinti işlərinə başlanmaqdan əvvəl həyata keçiriləcəkdir. Bu KSÇ-nə və Dünya Bankının ƏP 4.12 əsasən müəyyən olunan LTMQŞ-yə kompensasiya və bərpa tədbirləri paketi KTP-də əraflı təqdim ediləcəkdir. Müvafiq KTP-da qeyd edilən kompensasiya və bərpa tədbirləri hüquqları çatan bütün TMQŞ-yə təmin edildikdən sonra torpaqalma və digər mülkiyyətin alınması baş tutacaq. LTMQŞ-dən fiziki köçürülmyə məruz qalanlar olarsa onların yeni şəraitinin ən azından layihədən əvvəlki şəkildə bərpasını təmin etmək üçün səy göstəriləcəkdir. Fiziki köçürülməyə məruz qalanlar arasında həssas qruplara, və o cümlədən yoxsulluq həddindən aşağı səviyyədə yaşayanlar , yaşlılar, qadın və uşaqlara xüsusi diqqət yönələcəkdir. KTP-nin əsas müddəaları Əlavə 1-də təqdim edilir.


Yüklə 339,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə