Azerbaijan republic


Kompensasiya və Uyğunluq Prinsipləri



Yüklə 339,27 Kb.
səhifə5/10
tarix15.03.2018
ölçüsü339,27 Kb.
#32288
1   2   3   4   5   6   7   8   9   10

3.1 Kompensasiya və Uyğunluq Prinsipləri

Bu layihədə torpaqalma və köçürülmə məsələləri Azərbaycan qanunları və Dünya Bankının 4.12 Siyasətinə uyğun olaraq tərtib edilmiş kompensasiya müvafiqliyi və əldə etmə hüququ qaydalarına uyğun şəkildə həyata keçiriləcəkdir.



3.1.1 Müvafiqlik:


Bu layihə çərçivəsində aşağıda təsvir edilən şəxslər kompensasiya və bərpa yardımını almağa müvafiq sayılıllar:

  • Hüquqi adı \ torpaq üzrə ənənəvi hüquqları olan torpaq və digər mülkiyyətini itirən şəxslər,

  • Qüvvədə olan hüquq əsasında və hüququ statusu olan torpaq sahəsini itirən şəxslər; və ya

  • Torpağa dair hüququ status olmayan, torpaq istisna olmaqla tikili, çoxillik əkmələr və s. itkilərə məruz qalan şəxslər


Kompensasiya almaq hüququ və Son tarix

Kompensasiya əldə etmək hüququ layihənin hər bir hissəsi üçün təyin edilmiş son tarixlə məhdutlaşacaq. Bütün Layihə üzrə siyahıyaalma, təsirə məruz qalan əmlakın inventarizasiyası və sosial-iqtisadi araşdırmaların başlandığı tarix layihə üçün son tarix hesab olunur. Bu tarixdən sonra təsirə məruz qalmış ərazilərdə tikililərdə aparılan hər hansı abadlıq işləri üçün və həmin ərazilərdə məskunlaşmış şəxslərin kompensasiya almaq hüququ olmayacaqdır.


Potensial təsirə məruz qalan şəxslər kompensasiyanın son tarix və nəticələri barədə aydın şəkildə məlumatlandırılacaqlar. Məlumatlandırma təsirə məruz qalan şəxslərə fərdi olaraq məktublar və daha geniş miqyasda ictimai bildirişlər vasitəsiylə, hər hansı əlçatmaz TMQŞ isə şəxsi çatdırmaqla həyata keçiriləcəkdir.

3.1.2 Kompensasiya hüquqları


Daimi və müvəqqəti torpaq itkisi üçün təminatlar, ev və tikili itkisi, bitki və ağac itkisi, köçürülmə xərcləri və vergi deklarasiyaları əsasında və ya birdəfəlik məbləğlə ödənilən biznes itkisi kimi müavinatlar kompensasiya məbləğinə daxil olacaq. Bu hüquqların təfərrüatı aşağıda verilir:

  • Şəxsi və kənd təsərrüfatı təyinatlı torpaqlar: hüquqi adı / torpaq üzrə ənənəvi hüququ olan təsirə məruz qalan şəxslər bərpa dəyəriylə (Hissə 3.0 tərif verilib) nəğd şəkildə müvafiq kompensasiya alacaqlar, və ya alınan torpaq əvəzinə eyn2i dəyəri/ məhsuldarlığı olan torpaq sahəsiylə təmin ediləcəklər (oxşar xüsusiyyətli torpaq sahəsi yoxdursa digər torpaq sahəsini oxşar vəziyyətə çatdırmaq üçün edilən xərclər daxil olmaqla). Bərpa dəyəri ilə bərabər ola biləcək alqı-satqı xərcləri/ rüsumlar LTMQŞ tərəfindən deyil, Alan Orqan və ya yerli hökümət orqanları tərəfindən ödəniləcək. Əlavə xərcləri ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin Qərarına əsasən (26 dekabr 2007-ci il tarixli) hesablanmış kompensasiya məbləğinin 20% dəyəri əlavə olaraq ödəniləcəkdir3.

Həyətyanı torpaq sahələrinə gəldikdə (şəhərlər, şəhərkənarı və kənd ərazilər) kompensasiya bərpa dəyəri prinsipiylə ödəniləcəkdir (Hissə 3-də tərif verilib). Eyni ölçülü və təyinatlı torpağın bərpa qiymətinə əlavə olaraq torpaq sahəsinin şəraiti ətrafda olan sahələrlə müqayisədə eyni vəziyyətdə və ya daha yaxşı olmalıdır.

Kənd təsərrüfatı təyinatlı torpaqlar – bərpa qiymətinə əlavə olaraq torpağın ətrafdakı torpaq sahələrinin şəraitinə uyğunlaşdırmaq üçün sərf edilən vəsait və torpaq hüququnu əldə etmək üçün çəkilən xərclər TMQŞ tərəfindən ödənilməyəcəkdir.



  • Alqı-satqı nəticəsində qaliq torpaq sahələri: təhkim zolağı xaricində səhəsi az qalmış və ya giriş-çıxışı, suvarılması və ya istifadə imkanları dəyişilməsi nəticəsində yararsız qalmış torpaq sahələri təsirə məruz qalan torpaqlara əlavə edilərək yuxarıda qeyd edildiyi qaydada kompensasiya ediləcək.

  • Əkindən gəlirin itirilməsi: Təsirə məruz qalmış şəxsin (mülkiyətçi, icarədar, müştərək istifadəçilər, və qeyri-qanuni istifadəçi) torpaqdan (təsirə məruz qalarsa) əldə edilən gəlirin itkisi itirilən bir illik məhsulun təmiz dəyərinin bazar qiymətinə bərabər hesablanaraq kompensasiya ediləcəkdir.

  • Həyətyanı / kommersiya məqsədiylə istifadə edilən torpaqlar: Qanuni sakinlər və hüquqi adı olanlar alınan torpaq əvəzinə onu tam bərpa dəyərində ( Hissə 3-də tərif verilib) olan torpaq sahəsi ilə, və ya əməliyyat və amartizasiya xərcləri xaricində mövcud bazar qiyməti dəyərində kompensasiya ilə təmin ediləcəklər. Əlavə xərclər Azərbaycan Respublikası Prezidentinin Qərarına əsasən (26 dekabr 2007-ci il tarixli) hesablanmış kompensasiya məbləğinin 20% dəyəri əlavə ödənilərək qarşılanacqdır.

  • Evlər, binalar və tikililər: təsirə məruz qalmış obyektin qeydiyyat statusundan asılı olmayaraq amartizasiya xərcləri, materialların daşınması və əməliyyat xərcləri nəzərə alınmadan tam bərpa dəyəriylə kompensasiya ediləcək. Itirilmiş su və elektrik xətlərinin dəyəri kompensasiya məbləğinə daxildir. 26 Dekabr 2007-ci il tarixli Azərbaycan Respublikasi Prezidentinin Fərmanına əsasən əlavə xərclərin ödənilməsi üçün kompensasiya məbləğinin 20% əlavə olaraq ödəniləcək.

  • Bitkilərin itkisi: Mövsümi məhsulun yığılması mümkün olmadıqda itirilən bir illik məhsulun təmiz dəyəri mövcud bazar qiymətiylə kompensasiya edilir. Bitkilərin kompensasiyası torpaq sahibi və icarədarın hər birinə onların xüsusi müştərək icarə sazişinə əsasən ödəniləcək. Əlavə xərcləri ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin Qərarına əsasən (26 dekabr 2007-ci il tarixli) hesablanmış kompensasiya məbləğinin 20% dəyəri əlavə olaraq ödəniləcək.

  • Ağaclar və biçilməmiş məhsullar: Tikinti işləri qrafiki fermerlərə bir illik bitkilərin məhsulunu yığmaq imkanı yaratmaq üçün planlaşdırılacaqdır. İş qrafiki uyğunlaşmadığı təqdirdə məhsulun müəyyən hissəsinə təsir qaçılmaz olarsa bərpa dəyəri prinsipinə əsaslanaraq məhsul kompensasiya ediləcək. İllik bitkilər tam bazar qiymətləriylə dəyərləndirilərək nəğd şəkildə kompensasiya ediləcəkdir. Təsirə məruz qalan ağaclar üçün kompensasiya mövcud bazar qiymətiylə4, layihə təsirinə məruz qalan ağacın növü, yaşı və məhsuldarlıq göstəricisinə istinadən hesablanacaqdır. İri, məhsul gətirən ağacın illik məhsuldarlığı məhsulun kilo dəyərinə (kg/AZN) və ağacın eyni məhsuldar yaşına çatdırana gədər illərin sayına vurmaqla hesablanacaqdır. Odunluq ağaclar TMQŞ-in yeni yaşayış ərazisinə Tikinti şirkəti tərəfindən pulsuz çatdırılacaq, beləki TMQŞ-nin kəsilmiş ağacları aparması hüququ var. Əlavə xərcləri ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin Qərarına əsasən (26 dekabr 2007-ci il tarixli) hesablanmış kompensasiya məbləğinin 20% dəyəri əlavə olaraq ödəniləcəkdir.

  • Biznes: Biznes fəaliyyəti daimi təsirə məruz qalarsa mövcud vergi deklarasiyalarına əsasən (olmazsa rəsmi minimum məvacibə əsasən) bir illik gəlirə bərabər kompensasiya ödənilməlidir. Biznes fəaliyyəti müvəqqəti təsirə məruz qalarsa mövcud vergilər deklarasiyasına əsasən (olmazsa rəsmi minimum məvacibə əsasən) təsir müddətinə düşən gəlir hesablanıb ödəliləcək.

  • İş adamları və əməkdaşlar: Biznes fəaliyyətinin müvəqqəti dayandırılması nəticəsində dayandırılan müddət üçün itirilən məvaciblər ödəniləcəkdir. Biznes fəaliyyətinin daimi dayandırılması nəticəsində üç aylıq təzminat ödəniləcəkdir5.

  • Torpaq İcarədarları, müştərək icarədarlar və işçilər: Təsirə məruz qalmış icarədarların istifadə olunmayan icarə müddətinin ödənişi geri qaytarılacaq və yeni icarə müqaviləsi üçün digər torpaq səhəsi təklif olunacaqdır.

  • Kirayəçilər: Yaşamaq məqsədiylə evi kirayə götürən şəxslərə ərazidə mövcud kirə qiymətlərinə uyğun olaraq 3 aylıq kirə məbləği ödəniləcək və müvəqqəti yaşamaq üçün başqa bir evin tapılmasında yardım ediləcək.

  • İcazəsiz istifadəçilər: yaşayış şəraiti təsirə məruz qalan icazəsiz istifadəçilərə itirdikləri yaşayış vasitələrinin bərpası üçün KTP-nin fəaliyyəti çərçivəsində aparılan sosial-iqtisadi araşdırmalara əsasən və KTP-də müəyyən edildiyi kimi müvafiq dəstək, köçürülmə yardımı alacaq, o cümlədən tikili və yuxarıda qeyd edilən digər əmlakın6 itkisinə görə kompensasiya alacaqdır.

  • İctimai binalar və kommunal təsərrüfatı tikililəri: Layihədən öncəki funksiya və şəraitini təmin etmək məqsədiylə bu mülkiyyət növləri ehtiyac olduğu halda bütövlüklə köçürüləcək və ya bərpa olunacaq.

  • Tikinti zamanı müvəqqəti təsir: Tikinti işləri üzrə Podrat müqaviləsinə əsasən Podratçı tikinti düşərgəsi, ofislər, karxanalar, material ambarları və emalı, karxanalardan materialların daşınması məqsədiylə istifadə olunacaq torpaq sahələrinin müvəqqəti alinması, istifadəsi və işlərin sonunda bərpası öhtəliyini üzərinə götürür. Podratçı ona münasib torpaq sahələrini seçir və müvəqqəti istifadə üçün torpaq sahibləriylə danışıqlar aparır. Əyər Podratçı torpaq sahibiylə razılıq əıdə edə bilməzsə o zaman başqa torpaq sahələrini seçib yeni danışıqlara başlamalıdır. Tikinti işlərindən sonra təsirə məruz qalan şəxsə qaytarılmaqdan əvvəl torpaq, podratçı tərəfindən əvvəlki vəziyyətinə müvafiq bərpa olunmalıdır. Tikinti məqsədiylə müvəqqəti istifadə üçün heç bir könülsüz torpaqalma halları baş verməməlidir. Tikinti işləri üzrə Podrat müqaviləsi xüsusi şərtlərlə təmin ediləcək ki, onlara əsasən yol/ körpü bərpası/ tikintisi işləri zamanı Podratçı mövcud nəqliyyatı idarə etmək üçün müvafiq tədbirlər görsün. Podratçı tikinti işləri zamanı nəqliyyatın idarə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi məqsədiylə aidiyyəti olan təşkilatlardan lazımi icazələri almalı və tikinti işləri səbəbindən əsas yoldan yayınaraq nəqliyyatın istifadə etdiyi bütün alternativ yolları təmir edərək təhvil verməlidir.

  • Ciddi təsirə məruz qalanlar və həssas qruplar: 20% gəlir gətirən torpaq sahəsini, ya əmlakını, ya ümumi olaraq yaşayış vasitəsini itirən TMQŞ-nin layihə ilə əlaqədar işlərə cəlb olunmasına üstünlük veriləcəkdir. Ciddi təsirə məruz qalan bu şəxslərin siyahısı Layihəçi Mühəndis tərəfindən KTP çərçivəsində Sifarişçiyə təqdim olunacaq və Podrat şirkətin nəzərinə çatdırılacaqdır. TMQŞ onlara verilən bu imkan haqqında ictimai məşvərətlərdə məlumatlandırılacaqlar.

  • Həssas təbəqə: Ciddi TMQŞ-nin işləmək qabiliyyəti olan ailə üzvlərinə layihəylə əlaqədar işlərə cəlb edilməkdə üstünlük verilərək onların yaşayış vasitələrinin bərpasına köməklik göstəriləcəkdir. Layihənin həssas təbəqəsinin digər ehtiyacları KTP çəərçivəsində aparılacaq sosial-iqtisadi araşdırmalar/ siyahıya alma zamanı müəyyən ediləcəkdir. Tədbirlərin təfərruatı KTP-də təqdim olunacaqdır.



  • Deposit/ tranzit hesablar: siyahıyaalma, işarələnmə və müfəssəl ölçülər götürülən zaman hər hansı axtarışda və ya ölkədən kənar olan TMQŞ7 müəyyən edilərsə onun üçün xüsusi deposit/ tranzit hesabları açılacaq, tikili və torpaq üçün hesablanan kompensasiya həmin hesaba köçürüləcəkdir. . Lakin bu hesablara digər birdəfəlik ödənişlər edilməyəcəkdir. Deposit/ tranzit hesabın açılması prosedurları, kompensasiya məbləğinin hesabdan çıxarılması üçün təqdim olunacaq sənədlər toplusu KTP-də açıqlanacaqdır.




  • Vergiqoyma: DETAHQ8nun 81-ci maddəsinə əsasən TMQŞ heç bir halda hər hansı vergilərin və əməliyat xarclərinin ödənilməsinə cəlb edilməyəcəklər. AR Höküməti ləğv edənə qədər (əgər belə olarsa) bu ödənişlər İcraçı Təşkilat tərəfindən aparılacaqdır.

Bank xidmət haqqı Əlavə olaraq, bank xərcləri AO tərəfindən ödəniləcəkdir.




Yüklə 339,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə