Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə9/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

 YANVAR-MART, 2010  
  
29 
ermənistanın  mövqelərinə  və  apardığı  siyasətə  çox  böyük  zərbə 
vurur.
 azərbaycanın dövlət başçısı natO-nun bu qərarını alqışlayaraq 
Brüsseldə alyansın mənzil-qərargahındakı açıqlamasında demişdir: 
“Biz ermənistan-azərbaycan, dağlıq qarabağ münaqişəsi ilə bağlı 
ərazi bütövlüyü prinsipinə əsaslanan qəti mövqeyinə görə natO-
ya  olduqca  minnətdarıq.  Bu,  regiona  çox  yaxşı  mesajdır.  Hesab 
edirəm  ki,  biz  həmin  münaqişənin  həlli  istiqamətində  yalnız  bu 
prinsip əsasında irəliyə doğru gedə bilərik”.
 diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, prezident-
liyinin ilk günlərindən başlayaraq dövlət başçısı İlham əliyev bu 
məsələdə elan etdiyi diplomatik hücum strategiyasını uğurla da-
vam etdirir. Buna daha gözəl bir nümunəni 2009-cu ilin aprel ayı-
nın 28-də Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində av-
ropa siyasi mərkəzinin təşkil etdiyi “azərbaycan: avropa İttifaqı 
üçün əhəmiyyəti artan tərəfdaş” mövzusunda görüşdə azərbaycan 
liderinin  qətiyyətli  mövqeyində  bir  daha  gördük. avropanın  ta-
nınmış siyasətçilərinin, politoloqlarının və bir çox qeyri-hökumət 
təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İlham 
əliyev ermənistanın dünya birliyinin mövqeyini saya salmadığı-
na diqqət çəkərək demişdir: “ərazimizin 20 faizi işğal altındadır. 
Birləşmiş  millətlər təşkilatının təhlükəsizlik  Şurasının  və  Baş 
məclisinin  işğalçı  qüvvələrin  azərbaycan  ərazilərindən  qeyd-
şərtsiz çıxmasını tələb edən qətnamələri, atət-in qərarları, sadəcə 
kağız  üzərində  qalıb.  Budur  böyük  problem.  dünyanın  aparıcı 
beynəlxalq təşkilatları qərarlar qəbul edib, lakin həmin qərarlar 
icra olunmur və həmin qərarları pozan ölkələr cəzalandırılmır. Bu 
nəinki bizim üçün, bütövlükdə  beynəlxalq münasibətlər sistemi 
üçün təhlükədir. Bu, beynəlxalq ictimaiyyət qarşısında böyük ça-
ğırışdır”.
 regionun  bəzi  dövlətləri  azərbaycanın  natO  ilə  bu 
münasibətlərini  və  tərəfdaşlığını  qısqanclıqla  qarşılamış  və  buna 
siyasi rəng verməyə çalışmışlar. lakin bütün dövrlərdə azərbaycan 
Prezidenti  xarici  siyasət  məsələsində  ölkəsinin    prioritetlərini 
dəqiq  və  konkret  göstərərək  demişdir:  “Biz azərbaycan  xalqının 
tələbatlarına  və  maraqlarına  uyğun  siyasət  aparırıq.  siyasətimiz 
müstəqildir,  o  cümlədən  dünya  ictimaiyyəti  ilə  qurduğumuz 
siyasətimiz  müstəqildir...  xarici  siyasətimiz  aydın,  proqnozlaşdı-


30
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Regionun bəzi dövlətləri Azərbaycanın 
NATO  ilə  bu  münasibətlərini  və 
tərəfdaşlığını qısqanclıqla qarşılamış və 
buna siyasi rəng verməyə çalışmışlar. 
rılan  siyasətdir.  azərbaycan 
etibarlı  tərəfdaş  olduğunu 
sübuta  yetirib.  Bütün  dün-
yada,  o  cümlədən  avropada 
biz  müxtəlif  ölkələrlə  çox 
möhkəm  əlaqələr  qurmuşuq. 
Hazırda  avropa  İttifaqının 
üzvü olan ölkələr azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. İxracı-
mızın böyük hissəsi avropa İttifaqı ölkələri ilə bağlıdır”.
 Bu gün natO ilə regional və enerji təhlükəsizliyi, terrorizmlə 
mübarizə,  kütləvi  qırğın  silahlarının  yayılmaması,  narkotiklərin 
qeyri-qanuni  dövriyyəsi  və  insan  alveri,  sərhədlərin  mühafizəsi, 
fövqəladə  halların  fəsadlarının  aradan  qaldırılması,  təhlükəsizlik 
və digər sahələrdə islahatlar istiqamətində əməkdaşlıq uğurla in-
kişaf  edir.  artıq  “Fərdi  tərəfdaşlığın  fəaliyyət  planı”nın  həyata 
keçirilməsinin növbəti fazasını açan və natO ilə siyasi dialoqun 
dərinləşdirilməsini,  müdafiə  və  təhlükəsizlik  sahələrində  islahat-
ların  həyata  keçirilməsini,  elm  və  ictimai  diplomatiya  sahəsində 
əməkdaşlığı nəzərdə tutan Fəaliyyət Planı üzrə ikinci sənəd qəbul 
edilmişdir.
ABŞ – Azərbaycana dost və tərəfdaş ölkə
 aBŞ-la  diplomatik  münasibətlərin  əsası  azərbaycan  1991-
ci  ildə  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  qoyulmuşdur. 
qarşılıqlı münasibətlərdə ciddi siyasi təsir amilinə çevrilmiş mü-
hüm  məqamlardan  biri  də  məhz  aBŞ-ın  azərbaycanın  dövlət 
müstəqilliyini ilk tanıyan ölkələr sırasında olmasıdır. Kifayət qədər 
mürəkkəb və ziddiyyətli mərhələdə –  1991-ci il dekabrın 25-də belə 
bir addım atan rəsmi Vaşinqton azərbaycanla səmimi tərəfdaşlıq və 
dostluq niyyətini ifadə etmiş, respublikamızın Cənubi qafqaz regio-
nundakı yerini və perspektivini düzgün müəyyənləşdirmişdir. 1992-
ci il fevralın 28-də azərbaycan-aBŞ diplomatik münasibətlərinin 
təməli qoyulsa da, həmin dövrdə hakimiyyətdə olan qüvvələr bu 
ölkə  ilə  əlaqələrin  genişləndirilməsi  istiqamətində  heç  bir  real 
addım  atmamışlar.  nəticədə  güclü  erməni  diasporunun  təsiri  ilə 
1992-ci ilin dekabrında aBŞ Konqresi azərbaycana hər cür yar-
dım  göstərilməsini  qadağan  edən  “azadlığı  dəstək  aktına  907-ci 
düzəliş” deyilən ədalətsiz sənəd qəbul etdi. Bu, müstəqil dövlət qu-


 YANVAR-MART, 2010  
  
31 
ruculuğu yolunu tutmuş və zorla müharibəyə cəlb edilmiş dövlət 
üçün ağır bir zərbə idi.
 siyasi və iqtisadi dəstəyə daha çox ehtiyac duyan azərbaycan 
həmin illərdə Birləşmiş Ştatların maraq dairəsinə daxil olan ölkə 
deyildi. lakin azərbaycanın gələcəyinin qeyri-müəyyənliyi, han-
sı inkişaf yolunu seçə biləcəyi ehtimalları aBŞ-ı narahat etməyə 
bilməzdi.  ulu  öndər  Heydər  əliyevin  hakimiyyətə  qayıdışından 
sonra artıq Vaşinqtonla azərbaycan arasında qarşılıqlı surətdə fay-
dalı əməkdaşlıq əlaqələri formalaşmağa başladı.
 Hələ 1994-cü ildə Prezident Bill Klintonun imzaladığı sənəddə 
açıq bəyan olunurdu ki, aBŞ təbii sərvətlərə çıxış əldə etmək üçün 
bütün  imkanlardan  istifadəyə,  hətta  gücün  tətbiqinə  hazırdır.  Bu 
regionun rusiya üçün necə mühüm əhəmiyyət kəsb etdiyini bilən 
rəsmi Vaşinqton bəyan etdi ki, “dünyanın təsir dairələrinə bölünməsi 
konsepsiyasını rədd edir”. 
 aBŞ-ın azərbaycanla  əlaqələrinin  strateji  xarakter  almasında 
“əsrin müqaviləsi”nin çox böyük rolu oldu. məhz bu müqavilədən 
sonra amerika-azərbaycan əməkdaşlığının davamı olaraq yenidən 
xəzər neftinin hasili və dünya bazarlarına nəqli ilə bağlı müxtəlif 
investisiya layihələri işlənib hazırlandı və müqavilələr bağlandı.
 lakin politoloqlar və tarixçilər haqlı olaraq aBŞ-ın azərbaycanı 
prioritet ölkə elan etməsində 1997-ci ili özünəməxsus bir dönüş ili 
adlandırırlar.  Hələ  1997-ci  ilin  ortalarında  politoloq  ariel  Koen 
aBŞ-ın siyasi dairələrinə və diplomatlara müraciət edərək bildir-
mişdir:  “... sovet İttifaqı dağılandan sonra rusiyanın cənuba dörd 
əsrlik  ekspansiyası  bitdi.  Postkommunist  rusiyanın  imperiyanı 
hərbi qüvvə tətbiq etməklə bərpa etməyə qətiyyəti və hərbi resurs-
ları  yoxdur.  Birləşmiş  Ştatların avrasiyada  manevr  etməyə  daha 
böyük imkanları var və tarixdə ilk dəfə aBŞ və onun müttəfiqləri 
avrasiyanın daxili məkanına və burada olan zəngin iqtisadi resurs-
lara çıxış əldə edirlər”.
 amma bu kimi bəyanatlar və çağırışlar hələ lazım olan effekti 
vermirdi. rusiya mətbuatının bu günə qədər yazdığı kimi: “Cid-
di münasibətlər yalnız Heydər əliyevin 1997-ci il iyulun 27-dən 
avqustun  6-na  qədər aBŞ-a  ilk  rəsmi  səfərindən  sonra  yarandı”. 
elə həmin günlərdə dövlət katibinin müavini stroub telbott Con 
Hopkins universitetində “amerika siyasəti qafqazda və mərkəzi 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə