1 3
M ə d h i y y ə l ə r
(qədim adı - Alaqaranlıq) - səhər saat 5-don 6-ya qədər; dan yeri
ağaranda sona çatır.
B i r i n c i s a a t
saat 7.30-a yaxın, sübh şəfəqinə az qalmış (sübh çağı).
Ü ç ü n c ü s a a t
səhər saat 9.00-a yaxın (səhər).
A l t ı n c ı s a a t
günorta (rahiblərin tarlada çalışmadığı monastırlarda qışda bu, həm də
günorta yeməyi vaxtıdır).
D o q q u z u n c u s a a t
gündüz saat 2-dən 3-ə qədər (ikindi vaxtı).
G ü n b a t a n ç a ğ ı
günortadan sonra, saat 4.30-a yaxın, günəş batmamışdan qabaq
(qaydaya görə qaranlıq düşənə qədər şam yeməyini yemək lazımdır).
A x ş a m
saat 6-ya yaxın. Təxminən saat 7-do rahiblər yatırlar.
Saatların hesablanması zamanı, Şimali İtaliyada noyabrın sonlarında günəşin təxminən saat 7.30-da
çıxması və günortadan sonra - 4.40-da batması nəzərə alınmışdır.
1 4
P
R O L O Q
Başlanğıcda Söz vardı və Söz Tanrı dərgahındaydı və Söz Tanrıydı. Başlanğıcda Tanrı dərgahındaydı
Söz və Tanrıya bağlı hər mömin rahibin vəzifəsi nəğmələr oxuya-oxuya heç dəyişməyən həqiqəti
doğrulayacaq bir vaqeoni gecobəgündüz itaətlə vird etməkdir. Amma o özünü, onunla üz-üzə gəlməzdən
öncə, per speculum et in aenigmate', dünyanın azğınlığı içində parça-parça göstərir (əfsus! çox
fərqedilməz parçalarla!); bu səbəblə, bizə qaranlıq və pisliyə can atan bir iradə kimi göründüyü za-
manlarda belə, onun həqiqi əlamətlərini dilə gətirməliyik.
Zavallı bir günahkar kimi ömrümün sonuna az qalmış, saçlarım ağarmış, sanki dünyanın özü kimi
qocalaraq, səssiz və izsiz müqəddəsliyinin dibsiz quyusunda yox olub getməyi gözləyə-gözləyə, mələklərə
yaraşan həmrəyliyin təkrarsız şüalarına qərq olaraq, ağır və xəstə cismimlə sevimli Melk monastırının
hücrəsinə qapanıb, gəncliyimdə gördüyüm fövqəladə və qorxunc vaqeələr barədəki xatirələrimi
perqamentlərə etibar etməyə hazırlaşıram. Yalnız gördüklərimi və eşitdiklərimi, verbatinf nəql edərək,
hadisələrin gizli mənasına nüfuz etmədən, gələcək nəsillərə (Tanrının rəhmi ilə Dəccal onlardan əvvəl
gəlməyəcəkcə) o əlamətləri çatdırmaq istəyirəm ki, bunların sayəsində hadisələri yoza bilsinlər.
Uca Tanrının lütfü sayəsində Məsihin mövludunun 1347-ci ilində, Tanrının bəsirətinə uyğun olaraq
imperator Lüdoviqin,
18 19
18
Güzgüdə və müəmmada; əksolunmada və eyhamda (latınca)
19
Horfbəhərf, sözbosöz (latınca)
1 5
Avinyonda müqəddəs həvarinin adına ləkə yaxan, taxtı zorla ələ keçirən, dini rütbələri alıb-satan bidətçi
bir qəsbkarı (kafirlərin XXII İohann deyə ehtiram göstərdikləri Kahoıiu İakovun günahkar ruhundan söz
edirəm) cəzalandırmaq üçün İtaliyaya gəldiyi zaman faydalı və yerində olacağına görə adını çəkmədiyim
abbadıqda baş berən vaqeələrin aşkar şahidi oldum.
İçində olduğum hadisələri daha yaxşı anlatmaq üçün o illərdə nələr baş verdiyini - onları o dövrdə
yaşayıb necə anladığımı və sonralar eşitdiyim başqa məlumatlarla dərinləşdirərək indi necə gördüyümü -
xatırlamalıyam, əlbəttə ki, yaddaşım qarışıq hadisələrin dolaşıq düşmüş ipuclannı bir-birindən ayırmağı
bacaracaqsa.
O yüz ilin ilk illərində papa V Klement Romanı yerli ağaların qarətinə buraxaraq, papalıq taxtını
Avinyona köçürdü; xristianlığın müqəddəs şəhəri tədricən bir sirkə, ya da lupanariyaya
1
çevrildi; qaliblər
onu bölüb-parçalayırdılar; adına
respublika desələr do, belə deyildi; silahlı quldurların öhdəsinə bura-
xılmışdı, talanıb yağmalanırdı. Din adamları dünyəvi hakimiyyətin mühakiməsindən kənarda
qaldıqlarından quldur dəstələrinin başında durur, əldə qılınc soyğunçuluq edir, günah işlədir, haram və
haqsız qazancla varlanırdılar. Nə etmək olardı? Təbii ki, dünyanın paytaxtı Müqəddəs Roma
İmperatorluğunun tacını geymək və bir zamanlar qeysərlərə aid olan dünyəvi dövlətin nüfuzunu bərpa
etmək istəyənlər üçün arzuolunan bir qənimət idi.
Buna görə də 1314-cü ildə Frankfurtda beş alman şahzadəsi Bavariyalı Lüdoviqi imperatorluğun ali
hökmdarı seçmişdi. Lakin elə həmin gün Mayn çayının əks sahilində hökmdarlıq səlahiyyətlərinə sahib
olan Reyn qrafı və Köln şəhərinin baş yepiskopu Avstriyalı Frederiki eyni yüksək vəzifəyə seçmişdilər.
Bir taxt üçün iki imperator və ikisi üçün do bir papa - budur, böyük qarışıqlıqlara səbəb olacaq bir halət.
İki il sonra Avinyonda yetmiş iki yaşlı Kahorlu İakov XXII İohann adıyla yeni papa seçildi, allah etsin
ki, düz adamların
20
xoşuna gəlməyən bu adı daha heç bir pontifik
21
daşımasın. Fransız olub Fransa kralına
bağlı olan bu adam (bu fəsadlı torpağın insanları həmişə öz mənfəətlərini düşünür və dünyanın ümumi
dini yurd olduğunu anlamaq istəmirlər), bu sərsəri papa kralla əlbir olub Tampl cəngavərlərinin sərvətini
ələ keçirməkdən ötrü onları rüsvayçı günahlarda (hesab edirəm ki, haqsız olaraq) ittiham edən Fransa kralı
Gözəl Filippi dəstəkləmişdi. Bu zaman Neapollu Robert işə qanşaraq, İtaliya yarımadasının hakimliyini
əlində saxlamaq üçün alman impcratorlanndan heç birini tanımamaq məsələsində papanı inandırmış və
beləcə, kilsə dövlətinin hərbi rəisi vəzifəsində qalmışdı.
1322-ci ildə Bavariyalı Lüdoviq öz rəqibi Frederiki məğlubiyyətə uğratdı. İki imperatora nisbətən bir
imperatordan daha çox qorxan İohann qalibi qanundan kənar elan etdi; Lüdoviq isə buna cavab olaraq
papanı kafir və bidətçi adlandırdı. Məhz həmin ildə Perucada fransiskan rahiblərinin kapitulu
22
toplandı
20
Lupanariy;, Lupanar (latınca)
- fahişoxana deməkdir,
“lupa ” (“dişi canavar”) - pozğun, fahişə sözündəndir.
21
Pontifik (latınca) - Qədim Romada kahinlər kollegiyasının üzvü; xristian kilsəsində yepiskop, prelat, sonra isə - papa
(yepiskopun möhtərəm adı); roma papası
22
Kapitul - yepiskopun yanında ruhanilər kollegiyası
1
Sezenalı Mikele (Sezenada doğulub, təx. 1270-1342) - fransiskan ordeninin