Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə23/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   19   20   21   22   23   24   25   26   ...   175

78

anlaşılmaz şəkildə öldürüldüyünü və qatilin naməlum qaldığını öyrəndikdən sonra yenə dəhşətdən

donuram; çünki o axşam Ubertinonun kahinlik etdiyini görürəm.

“Bilirsən, abbat İoahim həqiqəti söyləmişdi. Biz bəşər tarixinin altıncı dövründəyik və indi iki Dəccal

gələcəkdir, mistik Dəccal və gerçək Dəccal. Bu indi, altıncı dövrdə baş verəcəkdir. Fransisk çarmıxa

çəkilmiş  İsanın yaralarını öz bədənində rəmzləşdirmək üçün bədəninə beş damğa vurduqdan sonra.

Bonifasio mistik Dəccal idi, Selcstinin taxtdan uzaqlaşması keçərli deyil, etibarsızdır; Bonifasio dənizdən

çıxmış yeddibaşlı  əjdahadır; başları - yeddi ölümcül günahı, on buynuzu isə - On Buyruğun

tapdalanmasmı təmsil edir. Ətrafındakı kardinallar onu müşayiət edən çəyirtkələrdir, özü cisimco -

Apollondur! Yunan hərfləri ilə oxunduqda vəhşinin ədədi - Bcnedikt olur! - Anlayıb-anlamadığımı

yoxlamaq üçün diqqətlə mənə baxdı və xəbərdarlıq edərcəsinə, barmağını qaldırdı. - XI Bcnedikt Dəccalın

özüydü, yerdən çıxmış heyvan idi! Bu rəzilin, əxlaqsızlıq və qüsur mücəssəməsinin müqəddəs kilsəni

idarə etməsinə Tanrı rüxsot verdi! Yalnız ona görə ki, ondan sonra seçiləcək xələfinin ləyaqəti dünyaya

işıq saçsın!”

“Amma müqəddəs ata, - cəsarətimi toplayıb, cılız bir səslə dedim, - axı, onun xələfi İohanndır!”

Ubertino, sanki xain yuxunu qovurmuş kimi əlini alnına qoydu. Zorla nəfəs alır və yorğun-yorğun

baxırdı. “Düzdür. Biz təxminlərimizdə yanılmışıq. Mələk papanın gəlişini hələ gözləyirik. Amma Fransisk

və Dominik də gəldi. - O, baxışlarını göy üzünə dikib, dua edərcəsinə dedi (amma mən əmin idim ki, o,

özünün xaç ağacı haqqındakı kitabından hansı səhifənisə oxuyur), - səmavi atəşlə tutuşan, mələklərin elan

etdiyi ilk zahir, hər şeyi yandırıb-yaxırdı... Onun izi ilə gedən, həqiqi müqəddəs kəlamlar söyləyən

dünyanı nura qərq edirdi... Bəli, əlamətlər belə idi və mələk papa mütləq gələcəkdir”.

“Qoy, belə olsun, Ubertino, - Vilhelm cavab verdi. - Mənimsə vəzifəm imperatorun taxtdan

endirilməsinə mane olmaqdır. Mələk papa haqqında rahib Dolçino da danışırdı...”



79

“Bu ilanın adını çəkmə! - Ubertino bağırdı və onun necə dəyişdiyini, mehribanlığının qəzəbə necə

çevrildiyini ilk dəfə gördüm. - O, Kalabriyalı  İoahimin təlimini murdarladı, ölüm və pislik gətirən

kəlmələrə çevirdi! Dəccalın xalis nökəriydi o! Sənsə, Vilhelm, ona görə belə danışırsan ki, Dəccalın

gəlişinə inanmırsan, Oksforddakı ustadların sənin ürəyindəki gələcəyi görmə qabiliyyətini qurudaraq,

idrakı bütləşdirməyi sənə öyrətdilər!”

“Yanılırsan, Ubertino, - Vilhelm ciddi halda cavab verdi. - Sən axı bilirsən, ustadlarımdan ən çox

Rocer Bekona ehtiramım var...”

“Uçan arabalar haqqında boş-boş danışmağı xoşlayan”, - Ubertino istehza ilə dedi.

“Dəccal haqqında aydın və düzgün danışan, onun əlamətlərini elmin tənəzzülündə və mənəviyyatın

korlanmasında görən. Bekon onun gəlişinə özümüzü hazırlamaq üçün yalnız bir yolun olduğunu göstərdi:

təbiətin sirlərini öyrənmək, bəşəriyyəti islah etmək üçün biliklər əldə etmək. Otların müalicəvi

əhəmiyyətini, daşların xassələini öyrənməklə, hətta sənin güldüyün o uçan qurğuları icad etməklə

Dəccalın gəlişinə hazırlaşa bilərsən”.

“Sənin Bekonun üçün Dəccal - idrakın qürurunu bəsləmək üçün bir bəhanədir”.

“Müqəddəs bəhanə”.

“Bəhanəyə ehtiyacı olan heç zaman müqəddəs deyildir. Vilhelm, səni necə sevdiyimi bilirsən. Sənə

güvəndiyimi də bilirsən. İdrakını ram et, Məsihin əzablarına və yaralarına ağlamağı öyrən! Kitabları at!”

“Sənin kitabından başqa hamısını atacağam”, - Vilhelm gülümsəyib dedi. Ubertino da gülümsədi və

barmağını qaldırıb onu təhdid etdi. - “Axmaq ingilis. Məsləkdaşlarına çox gülmə. Sevmədiyin adamlara

da gülmə, əksinə, onlardan qorx. Bu monastırda da tədbirli ol. Bura mənim xoşuma gəlmir”.

“Hə. Mən buranı daha yaxşı tanımaq istəyirəm, - Vilhelm cavab verərək ayrıldı. - Gedək, Adso”.

“Mən deyirəm bura təhlükəlidir, sənsə daha yaxından tanımaq istəyirsən... Eh, Vilhelm!” - Ubertino

narazı-narazı başını yelləyərək ardımızca dedi.




“Yeri  gəlmişkən,  -  nefin’  ortasına  çatmış  Ubertino  dedi,  -  babilcə  danışan,  heyvanaoxşar  rahib

kimdir?”


“Salvatoru deyirsən? - artıq diz çökmüş Ubertino çevrilib soruşdu. - Onu bu monastıra mən hədiyyə

etmişəm. Kelarla birlikdə. Fransiskan cübbəmi çıxardıqdan sonra qısa bir müddət Kazaldakı köhnə

monastırımda qaldım; bu zaman rahiblərin bir neçəsi xoşagəlməz vəziyyətə düşdülər - başqa rahiblər

şübhələnirdilər ki, onlar mənim fırqəmdən olan spirituallardır. Bu rahibləri müdafiə etməyə çalışdım və

onların da mənim kimi hərəkət edə biləcəklərini söylədim. Keçən il bura gələndə, onlardan ikisini:

Salvator və Remigionu burada gördüm. Salvator... O, doğrudan da, heyvana oxşayır. Amma işə

yarayandır”.

Vilhelm tərəddüdlə dedi: “Onun “hamınız tövbə edin” dediyini eşitdim...”

Ubertino susdu. Sonra zəhlətökən bir fikri qovurmuş kimi əlini yellədi: “Yox, düşünmürəm. Sən, bu

dünyəvi rahibləri yaxşı tanıyırsan. Avam kəndlilərdir. Bəlkə də bir gəzərgi vaizə qulaq asıb, onun

dediklərini anlamadan təkrar edirlər. Salvatoru danlamağa səbəb vardır. O,,ehtiras düşkünü olan bir

heyvandır. Amma sədaqətinə şübhə yoxdur. Yox, Vilhelm, bu monastırın bəlası başqa şeydir: onu heç nə

bilməyənlərin içində deyil, çox bilənlərin arasında axtar. Və eşitdiyin bircə sözün üstündə şübhə qalası

qurma”.


“Bunu heç zaman etmərəm, - Vilhelm cavab verdi, - elə buna görə, inkvizitorluqdan əl çəkdim. Amma

sözləri dinləmək və onlar haqqında düşünmək mənim üçün maraqlıdır”.

“Sən  həddən  ziyadə  çox  düşünürsən.  Oğlum,  -  Ubertino  mənə  tərəf  çevrilib  dedi,  -  ustadından  pis

örnəkləri götürmə. Ömrümün sonuna yaxın bildim ki, düşünülməsi lazım olan yeganə  şey - ölümdür.

Ölüm - dinclikdir, hər işin sonudur. İndi qoyun dua edim”.

68

68



nef- (nef-fir., navis-lat.) - gəmi; xristian məbədlərində binanın hər iki tərəfdən sütunlarla əhatə olunmuş uzunsov hissəsi; zal

80



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə