Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə25/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   21   22   23   24   25   26   27   28   ...   175

Severin, görünür, qətiyyən təəccüblənmədi. “Deməli, baş rahib səninlə söhbət edib, - dedi. - Yox.

Onunla tez-tez rastlaşmazdım. O, miniatürlərlə məşğul idi. Lakin başqa rahiblərlə, Salvemekli Venansio

və Burqoslu Xorxe ilə iş haqqında necə söhbət etdiyini eşitmişəm. Həm də mən günlərlə yazı zalında

deyil, laboratoriyamda oluram”, - başı ilə xəstəxana binasını göstərdi.

“Belə, - Vilhelm dedi. - Deməli, Adelmonun qarabasma görüb-görmədiyini də bilmirsən”.

“Qarabasma?”

“Məsələn, sənin otlarının yaratdığı xülyalar kimi”.

Severin sərt səslə dilləndi: “Dedim ki, təhlükəli otlan çox diqqətlə mühafizə edirəm”.

“Söhbət bundan getmir, - Vilhelm davam etdi. - Mən qarabasmalar haqqında soruşuram”.

“Sualı anlamadım”, - Severin inadkarlıqla dedi.

“Düşündüm ki, gecə Binada gəzən bir rahib...abbatın fikrincə... qadağan olunmuş saatlarda oraya

girənlərin başına qorxunc şeylər gələ bilərdi... yəni demək istəyirəm ki, onu uçuruma tələyən şeytani

qarabasmalar görüb-görməməsini düşünürəm”.

“Hansı kitaba isə ehtiyac duyduğum zamanlardan başqa, >azı zalına getmədiyimi söylədim. Amma

herbarilərin' əksəriyyətini xəstəxanada saxlayıram. Sizə dedim ki, Adelmo, Xorxe və Venansio ilə... və

təbii olaraq... Berenqarla çox yaxın idi...”

Severinin səsindəki həyəcanı hətta mən belə sezdim. Şübhəsiz ki, bu, ustadımın da nəzərindən

qaçmamışdı: “Berenqarla? Bəs, nə üçün təbii olaraq?”

“Arundelli Berenqar - kitabxana köməkçisidir. Onlar həm yaşıddırlar, rahibliyə birlikdə

hazırlaşmışdılar... və zənnimcə, söhbət üçün ortaq mövzularının olması təbiidir. Bunu nəzərdə

tutmuşdum”.

“Demək, bunu nəzərdə tutmuşdun”, - Vilhelm dedi. Bu məsələ üstündə dayanmaması məni çox

təəccübləndirdi. Üstəlik,

herbari - qurudulmuş bitkilər kolleksiyası

8 5



86

söhbətin mövzusunu da dəyişdi. - “Binanı gəzmək lazımdır. Bizə yol göstərə bilərsənmi?”

“Həvəslə”, - Sevcrin çiyinlərindən ağır bir yükü atırmış kimi, yüngülləşərək dedi. Bizi ləklərin

yanından aparıb, Binanın qərb tərəfmə gətirdi.

“Bağçadan mətbəxə birbaşa giriş var, - o izah etdi. - Amma mətbəx birinci mərtəbənin yalnız qərb

tərəfdəki yarısında yerləşir, digər yarısını isə yeməkxana tutur. Kilsə xorunun yanma aparan cığıra açılan

cənub tərəfdəki qapılardan isə həm mətbəxə, həm də yeməkxanaya girmək olar. Amma biz buradan ke-

çəcəyik: mətbəxdən yeməkxanaya açılan daxili qapı da var”.

Geniş mətbəxə girincə Binanın tam ortasında, birinci mərtəbədən axırıncı mərtəbəyə qədər uzanan,

səkkizguşəli bir quyu gördüm. Sonralar anladım ki, bu, lap aşağıda, heç bir girişi olmayan səkkizguşəli

həyət yaradır. Hər mərtəbədə Binanın xarici tərəfində olduğu kimi bu quyuya baxan geniş və hündür

pəncərələr vardı. Nəhəng giriş zalına oxşayan mətbəx tüstü içindəydi; onlarla xidmətçi axşam yeməyini

indidən hazırlayırdı. İki nəfər böyük bir masanın üstündə, arpa, yulaf və çovdar unundan hazırlanmış

sıyığa qatmaq üçün göyərti təmizləyir, turp, çuğundur, kahı və yerkökü doğrayırdı. Onun yanında

aşpazlardan biri şərabda bişirilmiş balıqlarla məşğul idi; o, adaçaymdan, cəfəri və kəklikotundan,

sarımsaqdan, bibər və duzdan düzəldilmiş qatışığı balıqların üstünə tökürdü.

Qərb qülləsinin uzaq divarının yanındakı böyük bir təndirdən qıpqırmızı alovlar yüksəlirdi. Cənub

tərəfdəki qüllədə də üstündə böyük qazanların qaynadığı və  şişlərin qoyulduğu nəhəng bir soba

yandırılmışdı. Bu zaman kilsənin arxasındakı xırmana baxan qapılar açıldı və donuzotaranlar təzəcə

kəsilmiş donuz ətini içəri daşıdılar. Biz bu qapılardan keçib, divarların arxasında zəncir kimi uzanan bir

neçə tikilinin şərq tərəfindəki xırmana çıxdıq. Severin bizə bu tikililərdən birincisinin peyin anbarı

olduğunu dedi, ondan sonra at və öküz tövlələrini, qoyunlar üçün üstü örtülmüş ağılları və quş damlarını

göstərdi. Donuzotaranlar çirkab qanovunun yanında qoyulmuş böyük bir



87

çəlləkdə kəsilmiş donuzların qanını qarışdırırdılar. Bizə izah etdilər ki, əgər qan dərhal və yaxşıca

qarışdırılarsa, soyuq hava sayəsində bir neçə gün xarab olmadan qalar və sonra isə ondan qan küküləri

hazırlamaq olar.

Yenidən Binaya qayıtdıq və əks tərəfə doğru getdik; içindən keçdiyimiz yeməkxanaya göz atıb, şərq

qülləsindəki pilləkənə burulduq. Monastır yeməkxanasına birləşən iki qüllənin içərisi belə idi: şimaldakı

qüllədə nəhəng buxarı yerləşirdi, şərq qülləsində isə yazı zalına, yəni ikinci mərtəbəyə aparan dolama

pilləkən vardı. Hər gün rahiblər buradan işə çıxırdılar. Sonradan mə-lum oldu ki, ikinci mərtəbəyə ən isti

yerlərin yanında - buxarının və mətbəx sobasının arxasında - qurulmuş, şərqdəki pilləkən kimi geniş

olmayan, iki kiçik pilləkənlə də qalxmaq olar.

Vilhelm, bazar günü olmasına baxmayaraq, yuxarıda, yazı zalında birini tapacaqmıyıq

- deyə soruşdu. Severin gülümsəyə-gülümsəyə cavab verdi ki, benediktinli rahib üçün iş - ibadət kimidir.

Bazar günləri ayinlər uzun sürür, lakin özlərini kitaba həsr etmiş rahiblər yazı zalında bir neçə saat da

qalıb, həmişəki kimi Müqəddəs Yazılar üstündə düşüncələrini, elmi müşahidələrini və görüşlərini

qəlbəyatımlı şəkildə bir-biri ilə bölüşürlər.



BİRİNCİ GÜN

İ K İ N D İ D Ə N   S O N R A ,



Vilhelm və Adso yazı zalını ziyarət edir,

bir çox araşdırmaçı,

nüsxəçi və başlıq yazıçısı ilə, həmçinin

Dəccalın gəlişini gözləyən qoca bir korla tanış olurlar

Yuxarı çıxarkən ustadımın pilləkən pəncərələrinə baxdığını gördüm. Bəlkə mən də onun qədər diqqətli

olmuşdum, çünki bu pəncərələrin əlçatmaz olduğunu dərhal müəyyən etdim. Digər tərəfdən,

yeməkxananın pəncərələrinə də (birinci mərtəbədə uçuruma açılan tək pəncərələr), altlarında hündür

mebel əşyasının olmadığını nəzərə alsaq, asanlıqla çıxmaq mümkün deyildi.

Pilləkən qurtardıqdan sonra yenidən burulub, şimal qülləsindən yazı zalına girdik və mən heyranlıqdan

çığırdım. İkinci mərtəbə birinci mərtəbə kimi arakəsmələrlə bölünməmişdi və bütün genişliyi ilə

gözlərimin qarşısında uzanırdı. Möhkəm pilyastrlarla' bərkidilmiş, çox da böyük olmayan əyri tirlər

(kilsədəkindən kiçik, amma hər hansı kapitulyar zalında gördüyümdən daha hündür) gözəl bir işığın

yayıldığı boşluğu qapayırdı; çünki zalın böyük divarlarının hər birində üç böyük pəncərə və hər qüllənin

beş tərəfində birər kiçik pəncərə vardı. Nəhayət, səkkiz hündür, amma ensiz pəncərə işığın ortadakı

səkkizguşəli quyudan içəri girməsinə imkan verirdi.

Pəncərələrin bolluğu sayəsində nəhəng zal çox işıqlı görünürdü. Tutqun bir qış günəşinin qüruba

yaxınlaşmasına baxmayaraq, işıq hər yerdən düşürdü, nə kölgə, nə də yarıqaranlıq vardı. Pəncərə şüşələri

kilsələrdəki kimi rəngli deyildi; qurğuşun çərçivələrlə bərkidilmiş dördkünc və şəffaf şüşələr işığın insan

70

70



pilyastr - bir tərəfi divara bitişmiş dördkənarlı sütun

88



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə