Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə20/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   16   17   18   19   20   21   22   23   ...   175

68

la imzaladı, hətta Sezena Mikele də təslim olmuşdu. Yeri gəlmişkən, o, nə zaman gəlir?”

“İki gündən sonra burada olacaq”.

“Mikele... Uzun müddətdir ki, onu görmürəm. O indi başqa cür düşünür. Bizim nə istədiyimizi

anlamışdır. Peruca Məclisi bizim haqlı olduğumuza qərar verdi. Amma bunu indi etdi. O zaman isə, 1318-

ci ildə papaya boyun əydi və ona qarşı dirənən beş Provanslı spiritualı onun əlinə təslim etdi. Onları

tonqalda yandırdılar, Vilhelm... bu, çox dəhşətli idi...” - Qoca əlləri ilə üzünü örtdü.

“Bəs, Talloninin müraciətindən sonra nə oldu?” - Vilhelm soruşdu.

“İohann işi yenidən müzakirəyə qoymağa vadar oldu, anlayırsan? Buna məcbur idi. Çünki kuriyanın

içində də tərəddüd edənlər vardı. Hətta Ruhanilər Məclisindəki ikiüzlü, riyakar, prebendaya

66

 görə özlərini



satan xain fransiskanlar da tərəddüd içində idilər. Bu zaman İohann mənə yoxsulluq haqqında bir yazı

yazdırdı. Gözəl bir yazı alınmışdı, Vilhelm, qürrələndiyimə görə Tanrı məni bağışlasın...”

“Oxudum, Mikele mənə göstərmişdi”.

“Tərəddüd edənlər çox idi. Həmçinin öz aramızda da. Akvitaniya əyalətinin keşişi, San Vitalc

kardinalı, Kaffa yepiskopu...”

“Axmağın biri”, - Vilhelm dedi.

“Ruhu şad olsun, iki il öncə vəfat etdi”.

“Tanrı heç zaman belə mərhəmətli olmamışdır. Bu, Konstantinopoldan gələn yalan şayiədir. Axmaq

Kaffa ölməmişdir, hələ aramızdadır və yəqin ki, heyətin üzvüdür. Allah hifz etsin bizi”.

“Amma o, Peruca Ruhani Məclisinin tərəfdarıdır”, - Ubertino dedi.

“Doğrudur. O, düşmən üçün ən yaxşı tapıntı olan insanlar cinsinə aiddir”.

66

Prebenda - ruhanilərin kilsədən qazandığı gəlir, torpaq sahəsi və ev şəklində əldə edilən maddi vəsait




69

“Düzünü söyləsəm, - Ubcrtino dedi, - o, bizim işimizə o zamanlar da çox kömək göstərməmişdi.

Ümumiyyətlə, hər şey nəticəsiz bitdi. Amma heç olmasa, ideyanı küfr kimi tanımadılar. Bunun əhəmiyyəti

az deyildi. Bax bunu, onlar mənə bağışlaya bilmirdilər. Hər yolla mənə zərər yetirməyə çalışırdılar. Üç il

öncə Lüdoviq İohannı bidətçi elan edən zaman mənim Saksenhauzendə olduğumu söyləyirdilər. Amma

mənim iyul ayında Avinyonda, Orsininin yanında olduğumu hamı bilirdi... Deyirdilər ki, imperatorun

deklarasiyasında mənim mülahizələrimdən istifadə edilib. Ağılsız fikirlərdir...”

“Heç də ağılsız deyil, - Vilhelm dedi. - Bu ideyaların müəyyən hissəsini sənin Avinyon

deklarasiyandan, bəzi hissəsini də Olividən götürüb, imperatora mən çatdırmışdım”.

“Sənmi? - Ubertino inamsızlıq və sevincqarışıq ifadə ilə səsləndi. - Deməli, sən haqlı olduğumu hesab

edirsən?”

Vilhelm, deyəsən, karıxmışdı. “O dövrdə imperator üçün bu fikirlər çox uyğun idi”, - o, qeyri-müəyyən

cavab verdi.

Ubertino ona şübhə ilə baxdı: “Hə-ə, deməli, əslində bu fikirlərə inanmırsan?”

“Sonrasını danış, - Vilhelm dedi. - Bu qancıqlardan necə xilas olduğunu danış”.

“Ah, bəli, əsl qancıqlardır, Vilhelm, quduz köpəklərdir! Bonaqrasionun özü ilə savaşmağa məcbur

oldum, anlayırsan?”

“Amma Berqamalı Bonaqrasio bizim tərəfimizdədir!”

“İndi! Onunla uzun-uzadı danışdıqdan sonra! Yalnız bundan sonra o inandı və Ad conditorem

canonunm qarşı çıxdı. Papa isə onu bir il həbsə məhkum etdi”.

“Eşitmişəm ki, o indi kuriya üzvü olan bir dostumla, Okkamlı Vilhelmlə yaxındır”.

“Onu tanıyıram. Xoşuma gəlmir. Soyuq adamdır, təkcə başı var, qəlbi yoxdur”.

“Amma gözəl başı var”.

“Ola bilər. Amma bu baş onu cəhənnəmə aparacaq”.

“Onda biz onunla cəhənnəmdə görüşüb, məntiqi müzakirələr apararıq”.




70

“Sus, Vilhelm, - dərin mehribanlıqla gülümsəyən Ubertino onun sözünü kəsdi. - Sən o filosoflardan

daha yaxşısan. Əgər istəsəydin...”

“Nəyi?”


“Xatırlayırsan, biz sonuncu dəfə Umbriyada görüşmüşdük. Yadındadırmı? Mən o qeyri-adi qadının

yardımı sayəsində xəstəlikdən sağalmışdım... Montefalkolu Klaranın... - Onun adını çəkdikdə qocanın üzü

işıqlandı. - Klara... təbiətən şər və murdar olan qadın varlığı kamilləşincə ən ali şəfqətin mücəssəməsinə

çevrilir. Sən ki bilirsən, Vilhelm, mənim bütün ömrüm pak əxlaqla nurlanıb, sən ki, bilirsən, - deyə o,

titrək əlləri ilə Vilhelmin qolundan yapışdı, - mən necə vəhşi (bəli, vəhşi!) bir coşqunluqla cismani

istəklərimi boğaraq, yalnız yeganə duyğumun, Çarmıxa Çəkilmiş Məsihə olan sevgimin bələdçisinə

çevrilmişəm... Amma üç qadın səmavi qüvvələrin elçisi kimi həyatıma girmişdir. Folinyolu Angela,

Kastellolu Marqarita (hələ üçdə birini yazmadığım kitabın sonunu deməklə, məni heyrətə salmışdı) və

nəhayət, Montefalkolu Klara. Onun yaratdığı möcüzələri araşdırmaq Allahın lütfü ilə mənə nəsib oldu.

Hələ Müqəddəs Ana Kilsəmiz işə qarışana qədər onun möcüzələrinin müqəddəsliyini xalqa əyan edə

bildim. Sən də oradaydın, Vilhelm, bu müqəddəs hünərdə mənə yardım göstərə bilərdin, amma

istəmədin...”

“Amma məni çağırdığın, bu müqəddəs hünər - Bentivenqanı, Cakomonu və Covannuççyonu tonqalda

yandırmağa göndərməkdi”, - Vilhelm sakitcə dedi.

“Onun xatirəsini alçaqcasına ləkələyirdilər. Sənsə inkvizitor idin”.

“Məhz o zaman vəzifədən azad edilməyimi istədim. Bu əhvalat xoşuma gəlmirdi. Düzünü desəm,

Bentivenqaya yanıldığım etiraf etdirmək üçün sənin baş vurduğun üsullar da xoşuma gəlmirdi. Özünü elə

apardın ki, guya onun fırqəsinə daxil olmaq istəyirsən - hələ məlum deyildi ki, belə bir fırqə var, ya yox,

- bütün sirlərinə bələd oldun və sonra da onu həbs etdirdin”.



71

“Amma kilsənin düşmənlərinə bu cür qalib gəlirlər! Onlar bidətçilərdir, kafirlərdir, saxta həvarilərdir,

onlar Dolçino dərəsinin kəsif kükürd qoxusunu yayırlar!”

“Onlar Klaranın dostlarıydılar”.

“Yox, Vilhelm, Klaranın xatirəsini sakit burax!”

“Axı onlar Klaranın dəstəsindən idilər...”

“Onlar özlərini “ruh ərləri” adlandıran minoritlər idilər. Ancaq əksinə, onları fahişəxana rahibləri

adlandırmaq lazım idi! Bilirsənmi istintaqda nələr üzə çıxdı? Hubbiolu Bcntivenqa özünü həvari elan

edərək, Bevanyili Covannuççyo ilə birlikdə rahibələri cəhənnəmin var olmadığına, insanın Tanrını qəzəb-

ləndirmədən cismani ehtiraslarını təmin edə biləcəyinə, bir rahibəylə yatağa girərək (Tanrı mənə rəhm

etsin!) İsanın Cisminə qovuşmağın mümkünlüyünə, Məsih üçün Məcdəlli Məryəmin bakirə Aqnessadan

daha məqbul olduğuna, xalqın Şeytan adlandırdığı  şeyin Tanrının özü olduğuna (çünki Şeytan bilikli,

Tanrı isə müdrikdir!) inandıraraq, onları yoldan çıxarırdılar. Müqəddəs Klara bunları eşidincə, o adamların

şər niyyətlə Azad Ruh tərəfdarları olduğunu xəbər verən xülya gördü və Xilaskarın özü onu agah etdi!”

“Onlar minoritlər idi və beyinləri Klaranın gördüyü eyni xülyalarla alışıb-yanırdı. Vəcdə gəlməklə

günah işlətmək arasında bircə addım var”, - Vilhelm dedi.

Ubertino əllərini ovuşdurdu, gözləri yaşardı: “Belə danışma, Vilhelm. İnsanın içini xoş ətirlə dolduran

vəcdi eşq anları ilə kükürd qoxuyan hisslər azğınlığını necə qarışdırmaq olar! Bentivenqa rahiblərə çılpaq

bədənə toxunmağı aşılayırdı, guya, hisslərin hakimiyyətindən yalnız bu yolla qurtulmaq olar: çılpaq kişi

çılpaq qadınla yatdı...”

“Amma bir-biri ilə birləşmədilər...”

“Yalandır! Onlar şəhvət axtarırdılar! Cismani istəkləri üstün gəlincə, onu sakitləşdirmək üçün kişi ilə

qadının birlikdə yatmasını, bir-birinə toxunmasını, bir-birinin çılpaq yerlərini öpməsini və kişinin çılpaq

qamı ilə qadının çılpaq qarnının birləşməsini günah saymırdılar!”




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə