Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə17/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   13   14   15   16   17   18   19   20   ...   175

59

likdə sevindiyi insanların sözlərindən istifadə etməklə öz sevincini ifadə edə bilir. Onun nitqi başqalarının

üz parçalarından ibarət olan üzü kimi idi; ya da bunu övliyaların ölməz cisimlərinin məclisinə (mərhəmətli

Tanrım, qoy bu mənə magnis componere parva' yaxud, şeytani şeylərdən müqəddəs şeylərin yaranması

kimi görünməsin) yaxud, müxtəlif müqəddəslərin hissələrindən başqa övliyanın yaranmasına bənzətmək

olardı. Onu ilk dəfə gördüyüm anda Salvator istər üzü, istərsə də danışıq tərzi ilə bir az əvvəl qapının

altında gördüyüm tüklü və idbar vəhşidən fərqlənmirdi. Sonralar onun mehriban və zarafatcıl olduğunu

bildim. Daha sonra öyrəndim ki... Amma yox, hər şeyi ardıcıl danışacağam. Həm də o, danışmağa təzəcə

başlamışdı ki, ustadım böyük bir maraqla onu sorğu-suala tutdu.

“Nə üçün “hamınız tövbə edin” deyirsən?” - Vilhelm soruşdu.

“Mərhəmətli atamız və qardaşımız, - Salvator qəribə şəkildə təzim edərək, cavab verdi. - Həzrəti-İsa

gələcəkdir və insanlar tövbəkar olmalıdırlar. Elə deyilmi?”

Vilhelm diqqətlə ona baxdı: “Son minoritlərin

60 61


 monastırından bura gəlmisən?”

“Anlamadım...”

“Soruşuram ki, Müqəddəs Fransiskin rahibləri ilə birlikdə yaşamısanmı, özlərini həvarilər

adlandıranları tanıyırsanmı?”

Salvatorun bənizi ağardı - daha doğrusu, qarayanız, vəhşi üzü bozardı. Vilhelmə dərindən təzim etdi

və fısıldayaraq “geri dön”ə oxşar bir söz dedi. Canfəşanlıqla xaç vurub, tez-tez ardına baxaraq, qaçıb getdi.

“Siz ondan nə soruşdunuz?” - deyə Vilhelmə tərəf çevrildim.

O, fikrə dalmışdı: “Mühüm deyil. Sonra deyərəm. İndi kilsəyə gedək. Ubertinonu görmək istəyirəm”.

60

 Əhəmiyyətsiz şeylərdən ali şeylərin yaranması (latınca)



~Minoritlər (“kiçik qardaşlar”) - fransiskan ordeninin bir qolu, qatı asketizmin tərəfdarları


Günortanı yenicə keçmişdi. Zəif günəş işığı qərb tərəfdəki bir neçə dar pəncərədən kilsənin içinə

sızırdı. Ensiz işıq şüası mehrabın üzərinə düşərək, nazik qızılı örtüyü parıldadırdı. Kilsənin yan tikililəri

qaranlıq içindəydi.

Mehraba ən yaxın olan sovməənin girişinin yanında, sol tərəfdə, alçaq burma sütunun üstündə çağdaş

üslubda daşdan yonulmuş, üzündə anlaşılmaz təbəssüm, qamı irəli çıxmış, incə bədəni zərif bir geyimə

bürünmüş, körpəsi qucağında olan Məryəm Ananın heykəli ucalırdı. Müqəddəs Ananın ayaqları altında,

klyuni fırqəsinin libasında olan bir adam üzü üstə düşərək, Tanrıya yalvarırdı.

Yaxınlaşdıq. Addımlarımızın səsini eşidib üzünü qaldırdı. O, saçsız-saqqalsız, mavi gözlü, ensiz

qırmızı dodaqlı bir qoca idi. Bəyaz və qırışsız bənizi vardı, şumal dərisi kəlləsinə elə sıx yapışmışdı ki,

başı süddə saxlanmış mumiyanın başına oxşayırdı. Əlləri ağ, barmaqları incə və uzundu. Vaxtsız ölümə

tuş gələn bakirə qızcığaza bənzəyirdi. Bizə dalğın baxışlarla baxdı... görünür, vəcddən ayılmaqda çətinlik

çəkirdi və birdən sevincdən üzü nurlandı.

“Vilhelm! - deyə qışqırdı. - Sevimli qardaşım! - Çətinliklə ayağa qalxıb, ustadımın ağuşuna atıldı, onu

bərk-bərk qucaqlayıb, ağzından öpdü. - Vilhelm! - O, ucadan dedi və gözləri yaşardı. - Neçə illər keçdi!

Amma səni ilk baxışdan tanıdım! Neçə illər keçdi, başımıza nələr gəldi! Tanrı bizi nə çox sınağa çəkdi!”

- ağlayaraq dedi. Vilhelm qocanı bərk-bərk qucaqladı. O da açıq-aşkar mütəəssir olmuşdu. Biz məşhur

Kazallı Ubertinonun qarşısında dayanmışdıq.

Bu adam haqqında İtaliyaya gəlməzdən öncə də çox eşitmişdim - imperatorluq sarayında yaşayan

fransiskanları ziyarət edəndə adı tez-tez çəkilmişdi. Hətta bir nəfər demişdi ki, o dövrün dahi şairi,

Florensiyalı Dante Aliqyerinin yazdığı  şerlərin çoxu (kobud xalq dilində yazıldığından, onları oxuya

bilmədim)

Ubertinonun “Arbor vitae crucifıxae”



1

 poemasındakı misraların

 ----------------------------------

1

 «Çarmıxa çəkilmiş ömür ağacı” (latınca)



60


61

təbiridir. Bu məşhur adamı dəyərli edən təkcə bu deyildi. Oxucularımın bu qarşılaşmanın əhəmiyyətini

daha yaxşı anlamaları üçün mərkəzi İtaliyada qaldığım qısa müddət içində Vilhelmin dediyi bir neçə

cümlədən və yolçuluğumuz zamanı onun müxtəlif monastırlarda rahiblərlə etdiyi söhbətlərdən anladığım

şəkildə, o dövrün hadisələrini xatırlamağa çalışmalıyam.

Doğru-dürüst anladacağıma bəzən əmin olmasam da, xatırladığım hər şeyi söyləməyə çalışacağam.

Melkdəki ustadlarım mənə, bir şimallı üçün İtaliyanın dini və siyasi həyatının incəliklərindən baş açmağın

çətin olduğunu çox demişdilər.

Ruhanilərin başqa yerlərə nisbətən daha çox hökmranlıq etdiyi bu yarımadada, dindarların başqa

yerlərə nisbətən daha çox qüdrət və zənginliyə malik olduğu bu torpaqlarda son iki yüz il ərzində pozğun

ruhaniliyin əleyhdarlarından yaranmış, daha yoxsul həyat sürməyə meyilli olan insanların hərəkatı

yayılaraq, inkişaf etmişdi. Hətta Tanrıya ibadəti belə rədd edən bu insanlar birləşərək, feodalların,

imperatorluğun və şəhər magistratlannm eyni dərəcədə nifrət etdiyi müstəqil cəmiyyətlər yaratmışdılar.

Nəhayət, Müqəddəs Fransisk gəldi və kilsənin əsaslarına zidd olmayan bir yoxsulluq sevgisi yaymağa

başladı. Onun səyləri ilə kilsə, köhnə hərəkatlara xas olan ciddi əxlaqa sədaqəti qəbul etdi; lakin əvvəldən

onun içində yuva qurmuş iğtişaş rüşeymlərinin kökü kəsildi. Bunun ardından dinc və firavan günlərin

gələcəyi gözlənilirdi, amma fransiskan ordeni böyüyüb ən yaxşı insanları özünə cəlb etdikcə daha da

güclənir və tez-tez dünyəvi işlərə qarışırdı. Buna görə də fransiskanların çoxu ordeni əvvəlki saflığına

qaytarmağa çalışdılar. Mənim monastırda olduğum dövrdə dünyaya yayılmış otuz min fransiskanın oldu-

ğunu nəzərə alsaq, bu çox çətin məsələ idi. Amma bu məsələ çoxlarını maraqlandırırdı və Müqəddəs

Fransiskin rahibləri kilsə tərəfindən qoyulmuş qaydalara etiraz edir deyirdilər ki, kilsənin qüsurlarını

düzəltmək üçün yaranmış orden əksinə, özü bu qüsurları mənimsəmişdir. Və bunun Fransisk hələ həyatda

olarkən baş verdiyini, onun sözlərinə və məqsədlərinə xəyanət edildiyini deyirdilər. O zaman qəzəblənmiş

rahiblər, peyğəmbərlik




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə