Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə15/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   11   12   13   14   15   16   17   18   ...   175

53

ləri ilə, dalğalanmış xirqələri ilə, gərgin və ehtiraslı varlıqları ilə, sonsuz mədhiyyələrin təbəssümü

qonmuş dodaqları ilə yeni bir nəğmə söyləyirdilər. Qocaların ayaqları altında, onların, taxtın və  İncil

dördlüyünün üzərində simmetrik şırnaqlar halında həm səmavi, həm də dünyəvi qanunlara uyğun olan

incə rəsmlər vardı (dünyanın sevgi ilə, xeyirxahlıqla, nizamla, qüdrətlə, hüquq qaydaları ilə, ilkin səbəblə,

həyatla, işıqla, görünüş və görkəmlə birləşməsini əks etdirən); bu əsərləri zorla bir-birindən ayırmaq

olardı; çünki elə incə, elə sənətkarlıqla düzülmüşdülər ki, bir-birinə mütənasib, müxtəlif eynilikdə və eyni

müxtəliflikdə, dəyişkənlikləri içində vahid və vahidlikləri içində dəyişkən olan bütövü yaradan parçalar,

rənglərin yumşaqlığı ilə fövqəladə uyğunluq içindəydilər; bir-birinə bənzəməyən çalarların qeyri-adi və

şirin ahəngi kimi, hər yayından bir səs çıxan sitarın tək avazı kimi, hətta müxtəlifliyin azğın oyununda

vahid mənaya yönəlmiş daxili qüvvə ilə eyni olan həmahəng, həmsərhəd qonşuluq kimi, qarşı-qarşıya

olub birləşməyən, lakin qarşılıqlı məhəbbətdə birləşən varlıqların bəzəyi kimi, eyni dərəcədə həm

dünyəvi, həm də səmavi buyruqla bağlanan eşq ittifaqının bəhrəsi kimi, bərabər ölçüdə yerləşmiş

maddələrin ciddi quruluşundan xəbər verən, onların gözəlliyinə işıq salan çoxtərəfli vahid kimi - bax

beləcə, yer üzünün və cənnətin bağçalarını bəzəyən bütün bitkilərin çiçək və yarpaqları, salxım və zoğları,

bənövşə, nəfəsotu, zanbaq, küskütotu, nərgizgülü, şanagüllə, ayıpəncəsi, ətirli səna, xınaçiçəyi, xətmigülü

bir-birinə hörülərək, iç-içə keçmişdi.

Təbii gözəlliyin və fövqəltəbii əlamətlərin bu ahəngindən coşmuş ruhum xoşbəxtlik nəğməsini

söyləməyə hazırkən, gözlərim qocaların ayaqları altındakı güləbənzər daş xonçalara, sonra isə timpanı

saxlayan sütunla bütünləşən və bir-birinə çarpaz olan varlıqlara sataşdı. Nə idi bunlar: arxa ayaqlarını yerə

möhkəmcə qoyan, ön pəncələri qardaşının kürəyinə dayalı, yalları ilan kimi qıvrım-qıvrım, cəhəngləri

ürküdücü nərilti ilə titrəyən, hər biri qövs şəklində şahə qalxmış, bir-birinə buxovlanmış bu üç cüt aslan

nəyi ifadə edirdi? Sanki təşviş içində olan



54

ruhumu sakitləşdirmək üçün aslanın şeytani ruhunu ram etmək və onu daha ali niyyətlərin rəmzinə

çevirmək məqsədi ilə, sütunun iki tərəfində, qeyri-adi uzunluqdakı meşə qapılarının yan taxtasının olduğu

yerdə, timpanın altındakı nəhəng sütunlara söykənərək, fövqəladə hündürlükdə, üz-üzə baxan, bir-birinin

bənzəri dörd insan heykəli vardı; bunlar dörd yaşlı qoca heykəli idi; üzərindəki əlamətlərindən Pyotru,

Paveli, Yeremiyanı və İsayyanı tanıdım; bədənləri timpanın üstündəki qocalannkı kimi rəqs edirmişcəsinə

əyilmiş, uzun və arıq əlləri qanadlar kimi açılmışdı; küləyin dağıtdığı saçları və saqqalları pərvazlanmış,

uzun geyimlərinin qatlan da açılmışdı; addımlayarkən uzun ayaqları libaslarını, təbiətcə və cisimcə fərqli

olmalarına baxmayaraq, aslan tükü kimi dalğalandınrdı. Məftun olmuş gözlərimi bu mükəmməl cisimlərin

cəhənnəm ifrazatı ilə qəribə  şəkildə bənzəyişinin yaratdığı çoxsəsliliyindən çəkərkən qapının yanında,

dərin tağlann altında, onlara həm dayaq verən, həm də onları bəzəyən kövrək sütunların arasındakı

boşluqda yer alan və bəzən sıx yarpaqlarını hər sütun başının üzərinə sərən, bəzən də saysız-hesabsız

tağlann boyunca qol-budaq atan ağacların içində, yalnız parabolik və alleqorik məzmun daşıdıqlarına

görə, ya da hər hansı əxlaq dərsi verdikləri üçün orada olan eybəcər və dəhşətli varlıqları gördüm. Ayaqları

kərkəsin ayaqları kimi sərt tüklərlə örtülü, şiş qarınlı bir satirlə' cütləşmiş çılpaq, dərisi sallanmış, əti

iyrənc qurbağalar tərəfindən gəmirilən, tükürpərdici bir səslə öz lənətini ulayan, zəhərli ilanların sancdığı

həyasız bir qadın gördüm; yaraşıqlı sütunlarla əhatəli yatağında ölüm soyuğundan keyimiş, cinlər alayının

ürkək ovuna çevrilmiş bir xəsisin, əfsus ki, ölümsüz həyatda yenidən doğulmayacaq körpə görkəmindəki

ruhunun bir şeytan tərəfindən son dəfə xırıldayan boğazından qoparıldığını gördüm; lovğa bir adam

gördüm, çiynində oturmuş şeytan caynaqlarını onun gözünə soxmuşdu; bu vaxt, iki qarınqulu bir-birinin

iyrənc bədənini didib-parçalayırdı; keçi üzlü, aslan dərili, bəbir dişli başqa məxluqlar gördüm,

50

50



satir - əxlaqsız, şəhvətpərəst


55

hamısı da yandırıcı nəfəsi duyula bilən alovlu bir meşənin əsiri; onların ətrafında, içində, başlarının

üstündə, ayaqlarının altında qəribə üzlər və bədənlər vardı; bir-birinin saçlarından yapışmış ər-arvad; bir

günahkarın gözlərini soran iki əfi ilan; qıvrılmış əlləri ilə əjdahanın cəhəngini ayıran bir pəhləvan; İblisin

taxtını qoruyub, çələnglə bəzəmək və öz məğlubiyyətləri ilə onu şərəfləndirmək üçün bütün şeytani

məxluqlar bir yerə toplaşmışdı: satirlər, androginlər

1

, altıbarmaq eybəcərlər, su pəriləri, hippokentavrlar,



qorqonlar, yarasalar, inkublar

51 52


, ilanquyruqlular, minotavrlar, vaşaqlar, bəbirlər, əjdahalar,

burunlarından atəş saçan köpək üzlü siçovullar, timsahlar, skolopendralar, qıllı ilanlar, səməndərlər,

buynuzlu ilanlar, suilanlan, yexidnalar, bellərində dişləri olan ikibaşlı məxluqlar, goreşənlər, susamurları,

qəcələlər, mişarbuynuzlu hidroforlar, qurbağalar, yarıaslan, yarıqartal qrifonlar, itbaşlılar, meymunlar,

mantihorlar

53

, leşyeyən quzğunlar, yırtıcı dələlər, sığmlar, şanapipiklər, bayquşlar, uzunquyruq



kərtənkələlər, dəribaşlar, gürzələr, ayağıziyillilər, əqrəblər, yaşıl kərtənkələlər, balinalar, əsayaoxşar

ilanlar, amfısbenalar

54

, uçan boalar



55

, dipsadlar

56

, milçəkyeyənlər, vəhşi poliplər, muranlar və tısbağalar.



Cəhənnəmin bütün bədheybətləri qaranlıq meşəni, vəhşi və kədərli səhranı təmsil edirmişlər kimi, bir yerə

toplanıb, yuxarıda Oturanın vəd və təhdid edən üzünə qarşı dayanmışdılar. Armageddonda

57

 məğlub


olanlar diriləri və

51

androgin

- yunanca “oğlanqız” - hermafrodit

52

inkub



- yatanları yoldan çıxaran erkək şeytanlar; bax, həmçinin sukkub

53

mantihor



- farscada “adamyeyən”in təhrif olunmuş - Böyük Pliniyə görə hind əfsanələrində aslan bədənli,

insan üzlü, əqrəb quyruqlu vəhşi heyvan

54

amfısbena

(yunanca) - Böyük Pliniyə, Lukana görə: ikibaşlı ilan.

55

boa -

çox uzun zəhərsiz ilan



56

dipsad

(yunanca) - Böyük Pliniyə, Lukana, Siliya İtalikə görə zəhəri ölümcül susuzluq yaradan zəhərli ilan

57

Armageddon

(ivritcə) - Qiyamətin qurulacağı yer (Müqəddəs İohannın bəyanları, 16:16)




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə