Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə166/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   162   163   164   165   166   167   168   169   ...   175

577

sənin Riminili Paolonun yerinə keçdiyin, ya da keçməyə hazırlaşdığın dövrdə alınmışdı. Həmin siyahıya

bu kitab da daxil idi. Lakin çıxardığım nəticələrin doğruluğuna əmin ola bilməzdim. Mənə son bir dəlil

lazım idi. Və bu zaman öyrəndim ki, oğurlanmış kitab pambıq kağızın üzərində yazılmışdır! Silos - kağız

istehsalının mərkəzidir. Bu, hər şeyi həll etdi. Əlbəttə ki, bu kitab və onun zəhərləyici gücü haqqında

ehtimal möhkəmləndikcə, cinayətlərin İncildəki tərtib üzrə törədildiyi düşüncəsi də tədricən silinirdi.

Amma həm kitabın, həm də  İncildəki yeddi surun səni nə üçün göstərdiyini anlaya bilmirdim. İncilin

göstərdiyi izlərlə hərəkət edib sənin gülüşlə apardığın mübarizəni düşününcə, kitab əhvalatını daha yaxşı

anlamağa başlayırdım. Üstəlik bu gün, İncildəki tərtibə artıq inanmazkən, yenə də at tövlələrinə baş

çəkməyi qərara aldım, çünki altıncı surun səsi buradan eşidilməli idi. Və Adso, məhz at tövləsində,

tamamilə təsadüfən, Afrikanın sərhədinə girməyin sirrini mənə açdı”.

“Səni anlamıram. Məntiq yolu ilə məni necə tapdığını deyib qürrələnirsən. Amma buraya yanlış

məntiq nəticəsində girdiyini də göstərirsən. Nə demək istəyirsən?”

“Sənə heç nə demək istəmirəm. Bir az sıxıldım, vəssalam. Amma boş şeydir. Mən buradayam”.

“Tanrı öz şurlarının gurlamasına izin verdi. Hətta yanlışlıqlar içində olan sən də, o səsin tutqun əks-

sədasını eşidə bildin”.

“Sən bunu dünənki moizəndə do söylədin. Sadəcə, bir qatil olduğunu etiraf etməmək üçün bütün bu

hadisələrin ilahi təqdirə görə baş verdiyinə özünü inandırmağa çalışırsan”.

“Mən heç kimi öldürmədim. Onların hamısı öz günahları və öz müqəddəratları ucbatından öldü. Mən

yalnız vasitəçi idim”.

“Dünən dedin ki, İuda da yalnız vasitəçi olub. Amma bu, onu lənətlənməkdən xilas etmədi”.

“Mən lənətlənmək təhlükəsini qəbul edirəm. Tanrı günahlarımı bağışlayacaqdır, çünki onun şərəfinə

belə hərəkət etdiyimi bilir. Mənim borcum kitabxananı qorumaq idi”.



578

“Amma bir az əvvəl məni də öldürməyə hazır idin, bu uşağı da”.

“Sən daha kəskinsən, amma başqalarından daha yaxşı deyilsən”.

“İndi, səni ifşa etdikdən sonra nə olacaq?”

“Baxarıq, - Xorxe dedi. - Mən sənin ölməyinə təkid etmirəm. Bəlkə də səni yola gətirə bildim. Lakin

əvvəlcə cavab ver. Aristotelin ikinci kitabından söhbət getdiyini necə anladın?” “Əlbəttə, gülüşə qarşı

yağdırdığın lənətlər və başqalarından eşitdiyim, sənin mübahisələr zamanı dediyin sözlər bunun üçün

kifayət etməzdi. Mənə daha çox Venansionun yazıb qoyduğu qeydlər kömək etdi. Əvvəlcə bunların

mənasını, ümumiyyətlə, anlamadım. Amma sonra düzənlikdə fırlanan utanmaz daş, yerdə oxuyan

cırcıramalar, möhtərəm əncirlər haqqındakı sözlər diqqətimi çəkdi. Bunlar mənə tanış gəlirdi. Buna bənzər

bir şey oxumuşdum. Bir neçə gün ərzində nədən söhbət getdiyini anladım. Bu örnəklər Aristotelin

“Poetika”sının birinci kitabında və “Ritorika”sında verilmişdi. Sonra xatırladım ki, Sevilyalı  İsidor

məzhəkəyə bakirəliyin pozulması və rüsvayçı məhəbbət haqqında bəhs edən tamaşa kimi tərif verir...

Beləcə, yavaş-yavaş  şüurumda Aristotelin ikinci kitabı  şəkillənməyə başladı. Daha doğrusu, olması

gərəkən kimi şəkilləndi. Onun zəhərli vərəqlərinə toxunmadan da, onu oxumadan da bütünlüklə sənə

danışa bilərəm. Məzhəkə bir ziyafətin, ya da şənliyin yekunu kimi, məzəli bayram kimi komai-do, yəni

kəndlərdə doğulur. Məşhur və yaxşı insanlar haqqında deyil, pis və alçaq, amma təhlükəsiz insanlardan

bəhs edir və personajların ölümü ilə bitməməlidir. Adi insanları, onların nöqsan və qüsurlarını göstərərək

gülüş doğurur. Aristotel gülüşə olan meyilliliyə yaxşı və saf bir qüvvə kimi baxır. Gülüşün həm də

dərketmə dəyəri vardır. Gülüş insanları öyrədir: bəzən - çətin tapmacalar və gözlənilməz bənzətmələr

vasitəsi ilə, bəzən də - cisimləri olduğu kimi deyil, fərqli göstərməklə və bizi yalana sürükləməklə onlara

daha diqqətlə baxmağa məcbur edərək. Bunlara baxdıqdan sonra biz deyirik: hə, demək belə imiş, mən

bilmirdim! Beləcə,



579

həqiqət insanları və dünyanı olduğundan, ya da düşündüyümüzdən daha pis, hər halda qəhrəmanlıq

dastanlarında, faciələrdə, övliyaların həyatında göstərildiyindən daha pis təsvir etmək yolu ilə əldə

edilir. Elə deyilmi?”

“Az-çox. Başqa kitablan oxuyaraq, bu nəticəyə gəldinmi?”

“Venansionun çalışdığı əsərləri oxuyaraq. Məncə Venansio uzun müddət idi ki, bu kitabı axtarırdı.

Yəqin ki, mənim kimi o da kataloqdakı məlumatları oxumuş və axtardığı kitabın bu olduğunu dərhal

anlamışdı. Lakin Afrikanın sərhədinə necə girildiyini bilmirdi. Berenqarın Adelmoya bundan

danışdığını gizlicə eşitdikdən sonra, dovşanın izi ilə irəli cuman ov iti kimi kitabın dalınca qaçdı”.

“Belə də olub. Mən də dərhal anladım. Kitabxananı dişimlə-dırnağımla qorumaq vaxtının gəlib

çatdığını anladım”.

“Və məlhəmi sürtdün. Yəqin ki, çətinlik çəkmisən... qaranlıqda”.

“Mənim əllərim sənin gözlərindən pis görmür. Severindən xüsusi fırça almışdım. Həm də

əlcəklərlə işləyirdim, sənin kimi... Yaxşı fikir idi, elə deyil? Sən də uzun müddət keçdikdən sonra

anladın...”

“Hə. Mən daha mürəkkəb bir şey düşünürdüm. Zəhərli iynə, ya da buna bənzər bir şey. Sənin

tapıntının dahiyanə olduğunu deməliyəm. Qurban özü özünü zəhərləyir. Həm də kitabla ma-

raqlandığı ölçüdə”.

O anlarda ölümcül mübarizədə üz-üzə gəlmiş bu iki adamın, sanki yalnız bir-birlərinin təqdirini

qazanmaq üçün çalışırlarmış kimi, növbə ilə bir-birlərindən heyranlıq duyduqlarını ürpəşərək

gördüm. Berenqarın Adelmonu yoldan çıxarmaq üçün qurduğu oyunların və o qızın məndə istək və

ehtiras oyandıran təbii və sadə hərəkətlərinin - bir-birini həvəsləndirməyə çalışan bu iki nəfərin

gözlərim önündə sərgilədiyi dəlicəsinə məharətin, qarşısındakını heyrətləndirmək qabiliyyətinin

yanında bir heç olduğunu düşündüm. Onları birləşdirən bağ yeddi günə açılmışdı və bu müddət

ərzində onlardan hər biri digərinə, necə deyərlər, qiyabi görüş təyin etmiş və hər biri digərinin

təqdirini gizlicə




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə