Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə163/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   159   160   161   162   163   164   165   166   ...   175

11

5 6 4


narı ilə divarın arasındakı boşluğa soxub, özünə tərəf çəkdi. Qa-

I

pı çırıldayaraq yavaş-yavaş açıldı. Vilhelm ensiz yarıqdan içəri süzüldü; mən də çırağı



başımın üstünə qaldırıb, onun arxasınca girdim.

Altıncı günün sonunda, axşam duasından iki saat sonra, yeddinci günə keçməkdə

olan gecənin ton ortasında Vilhelmlə mən Afrikanın sərhədinə girdik.




YEDDİNCİ GÜN

568


G E C Ə ,

Əgər burada səslənən sarsıdıcı açıqlamaların

hamısı sadalansa, başlıq fəslin özündən uzıın olar,

bu da qaydalara ziddir

Biz qüllələrin ortasındakı yeddiguşəli, pəncərəsiz üç otağa bənzəyən başqa bir otağın astanasında

dayanmışdıq. Nəm və havasızlıqdan kiflənmiş kitabların ağır havası bumumuza vururdu. Əlimdəki çıraq

əvvəlçə tavanın qübbəsini işıqlandırdı, sonra əlimi aşağıya saldım, sağa, sola çevirdim və tutqun şüalar

uzaqdakı divar boyunca düzülmüş kitab rəflərinə düşdü. Nəhayət, otağın ortasında üstü kağızlarla dolu

masa gördük; masanın yanında isə, sanki qaranlıqda tərpənmədən bizi gözləyirmiş kimi, kimsə oturmuşdu.

Əlbəttə ki, əgər sağ idisə. Çırağın şüaları hələ onun üzünü işıqlandırmamışdı. Amma Vilhelm tərəddüd

etmədən dilləndi.

“Gecən xeyirli olsun, möhtərəm Xorxe, - o dedi. - Bizi gözləyirdin?”

Bir neçə addım da irəliyə gəldik və işıq şüaları sanki görürmüş kimi bizə baxmaqda olan qocanın üzünə

düşdü.

“Sənsənmi, Baskervilli Vilhelm?” - o soruşdu. - Bütün axşam boyunca səni gözləmişəm. Günbatan



çağından buradayam. Bilirdim ki, gələcəksən”.

“Bəs Abbat? - deyə Vilhelm soruşdu. - Nərdivanda çırpınan odur?”. Xorxe dərhal cavab vermədi. “O,

hələ sağdır? - deyə soruşdu. - Onun çoxdan gəbərdiyini düşünürdüm”.

“Söhbətə başlamazdan əvvəl, - Vilhelm dedi, - onu oradan çıxarmaq istəyirəm. Bu tərəfdən qapını aça

bilirsən?”

“Yox, - Xorxe yorğun halda cavab verdi. - Artıq aça bilmərəm. Qurğu aşağıdan lövhəyə basmaqla işə

salınır, burada isə linglər hərəkətə gəlir və qapı açılır. Dalda, rəflərin arxasında, -



569

deyə başı ilə çiyninin arxasını işarə etdi, - dolabın yanında ağırlıq asılmış təkər var, lingləri bu hərəkətə

gətirir. Təkərin fırlandığını eşidən kimi Abbonenin aşağıdakı qapıdan içəri girdiyini anladım və ağırlıqlar

asılmış ipi kəsdim. Hər iki qapı həmişəlik bağlandı. İndi keçidin hər iki tərəfi qapalıdır. Qurğunu sən də

bərpa edə bilməzsən. Abbat ölüdür artıq”.

“Nə üçün onu öldürdün?”

“Bu gün məni çağırtdırdı və sənin sayəndə hər şeyi anladığını dedi. Mənim nəyi qoruduğumu, nəyin

uğrunda mübarizə apardığımı bilmirdi, bilmədi də. O, kitabxananın mənasını və dəyərini heç bir zaman

anlamadı. Məndən bilmədiyi şeyi izah etməyimi istədi. Afrikanın sərhədinin hamıya açılmasını istədi.

İtalyanlar abbatdan, onların dediklərinə görə, mənim və sələflərimin yaratdığı “gizliliyə” son qoyulmasını

tələb etdilər. Bu insanlar yenilik istəyi ilə alışıb-yanırlar...”

“Sən də buraya gəlib başqalarının həyatına son verdiyin kimi öz həyatına da son verəcəyini vəd etdin.

Beləcə, monastırın şərəfi qurtulacaq və heç kim heç nə bilməyəcəkdi. Sonra sənin öldüyünə əmin olmaq

üçün bir azdan buraya gəlib, içəri necə girməyi ona izah etdin. Və onu öldürmək üçün burada oturub

gözlədin. Güzgüdən keçib gəlsəydi necə?”

“Yox. Abbonenin boyu qısadır. Yazılara əli çatmazdı. Ona gizli nərdivanı göstərdim. Sağ qalanlar

arasında onun yerini bilən tək mənəm. Uzun illərdir ki, bu keçiddən istifadə edirdim. Qaranlıqda oradan

içəri girmək asandır. Yalnız sovməəyə gedib, sonra ölü sümüklərinin arası ilə yerimək lazımdır. Keçidin

sonuna qədər”.

“Beləcə, onu öldürmək üçün buraya gəlməsini istədin?” “Artıq ona da inana bilməzdim. Qorxmuşdu.

Fossanovada bir cəsədi dolama pilləkənlə aşağı düşürməyi bacardığı üçün şöhrət qazanmışdı. Boş

şöhrətdi. İndi isə belə bir pilləkənlə qalxmağı bacarmadığı üçün öldü”.

“Sən qırx il ondan istifadə etdin. Yavaş-yavaş kor olduğunu və tezliklə kitabxananı idarə edə

bilməyəcəyini görüb, hər şeyi götür-qoy etdin. Güvəndiyin bir adamı abbat seçdirdin. Kitab-




570

xananın əvvəlcə Bobbiolu Robertoya verilməsinə nail oldun, bu adam kitabxananı istədiyin kimi idarə

edəcəkdi, sonra isə sənin köməyinə ehtiyacı olan və səndən xəbərsiz bir addım da atmayan Malaxianı bu

vəzifəyə seçdirdin. Qırx il abbadıqda ixtiyar sahibi oldun. İtalyanlar məhz bunu anlamışdı. Alinardo məhz

bunu dönə-dönə deyirdi, amma heç kim onu dinləmirdi, çünki onu dəli sayırdılar. Elə deyilmi? Amma

burada oturub məni nə üçün gözləyirdin? Düzdür, güzgü qurğusunu divara gömülmüş olduğu üçün sındıra

bilməzdin. Lakin məni gözləməyinin səbəbi nədir? Mənim buraya gələ biləcəyimi haradan bilirdin?” -

deyə Vilhelm soruşdu; amma səsinin ahəngindən cavabın necə olacağını çoxdan təxmin etdiyi və

istedadının mükafatı kimi bu cavabı gözlədiyi açıqca hiss olunurdu.

“Hələ ilk gündən sənin anlayacağını bilirdim. Səsindən, söhbəti mənim istəmədiyim məcraya asanlıqla

yönəltməyindən. Sən hamıdan yaxşı idin. Və bunun hansı nəticələr verəcəyini anlamışdım. Sən bilirsən -

düşünmək və başqasının fikirlərini öz şüurunda yenidən canlandırmaq kifayətdir. Üstəlik, rahiblərə necə

suallar verdiyini də eşitmişdim. Düzgün suallar idi. Amma kitabxana barədə bir sual da soruşmadın. Sanki

kitabxananın sirləri artıq sənə məlum idi. Bir gecə sənin hücrənin qapısını döydüm. Yox idin. Anladım ki,

buradasan. Mətbəxdən iki çıraq yoxa çıxmışdı. Xidmətçilər axtararkən öyrəndim. Və nəhayət, Severin

səninlə iclas zalının dəhlizində söhbət edərkən, izimə düşdüyündən əmin oldum”.

“Amma kitabı məndən qoparmağı bacardın. Heç bir şeydən şübhələnməyən Malaxianın yanına getdin.

O, qısqanclıqdan ağlını itirmişdi. Təzə  ətə həvəs göstərən sevimli Berenqarını Adelmonun tovladığım

düşünüb əzab çəkirdi. Ancaq Venansionun bu işlə nə  əlaqəsi olduğunu anlamırdı. Sən onu daha da

karıxdırmaq istədin. Berenqarın Severinlə də əlaqəsi olduğunu və əvəzində ona Afrikanın sərhədindəki

kitablardan birini verdiyini söylədin. Ona nə dediyini dəqiq bilmirəm. Qısqanclıqdan dəli olmuş Malaxia

gedib Severini öldürdü. Amma ona təsvir




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə