Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə168/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   164   165   166   167   168   169   170   171   ...   175

583

arzulamağa ixtiyarı vardır. Amma biz belə bir şeyə sahib olmamalıyıq, ola bilmərik. “Kipriani ziyafəti”nə

utanmadan gülən rahibciklərə bax! Gör İlahi kəlam necə ibliscə təhrif edilmişdir! Lakin onlar pis iş

tutduqlarını dərk edirlər. Amma Filosofun nüfuzu ilə pozğun təxəyyülün ucqar oyunları qanunilik qaza-

nacağı gün, ah!.. Həmin gün doğrudan da, kənar və qeyri-qanuni olanlar mərkəzə sıçrayacaq və beləcə,

mərkəzin bütün izləri silinəcək. Allah bəndələri terra incognita-nm, yəni naməlun dünyanın

uçurumlarından yuxarı atılmış vəhşi heyvanlar məclisinə çevriləcək və həmin gün bəlli dünyanın ucqarları

xristian imperiyasının ürəyi olacaqdır; arimasplar' Peterin taxtına çıxacaq, blemmilər

218 219

 monastıra



girəcək, şişqarın, yekəbaş eybəcərlər kitabxananı qoruyacaqdır! Qullar qanun verəcək, biz (amma nəzərə

al ki, sən də bizimlə olacaqsan) hər cür qanunsuzluğa boyun əyəcəyik. Pis nüfuz sahibi olan bir yunan

filosofu (sənin Aristotelin də onunla müttəfiq olub, burada onun sözlərindən iqtibaslar gətirir) demişdir

ki, düşmənlərimizin ciddiliyinə qarşı gülüşlə, gülüşünə qarşı isə ciddiliklə çıxmalıyıq. Atalarımızın böyük

ehtiyatkarlığı sayəsində seçim çoxdan edilmişdir: əgər gülmək - rəiyyətin əyləncəsidirsə, rəiyyətin hər cür

azadlıq istəyi zəiflədilib alçaldılmalı, sərtliklə qorxudulmalıdır. Rəiyyətin öz gülüşünü itiləyərək, onu

əbədi həyata aparmaq və bədənin, cinsiyyətin istəklərindən, yeyib-içmək arzularından və bütün çirkin

ehtiraslardan xilas etmək istəyən çobanların ciddiliyinə qarşı bir silaha çevirmək imkanları yoxdur. Amma

bir gün kimsə çıxıb Filosofun sözlərini yayaraq və beləcə, Filosofun adından danışaraq gülüş sənətini

kəskin bir silaha çevirərsə, əgər inandırma sənəti gülüş sənəti tərəfindən sıxışdırılarsa, əgər dirilişin səbirlə

təsəlliverici təsvirlərinin yaradılmasını ən müqəddəs və ən möhtərəm təsvirlərin səbirsizcə təhrif edilərək

dağıdılması əvəzləyərsə - ah, o gün sən və sənin bütün elmin alt-üst olacaq, Vilhelm!”

218

Skit tayfalarından biri



219

Qədim Misir tayfası




584

“No üçün? Mon savaşardım. Öz ağlımı başqasının ağlına qarşı qoyaraq. Məncə, hər halda, belə bir

dünya  Bernardo  Guinin  alovu  və  qızdırılmış  dəmirinin  Dolçinonun  alovu  və  qızdırılmış  dəmiri  ilə

döyüşdüyü dünyadan qat-qat yaxşıdır”.

“Sən do şeytanın tələsindən qaça bilməzdin. Armageddon vaxtı ölüm-qalım savaşında qarşı tərəfdə

döyüşərdin. Lakin o günə qədər kilsə döyüşə öz qaydalarını qoymağı bacarmalıdır. Xalqın lənəti bizi

qorxutmaz, çünki hətta küfrdə belə, üsyankar mələkləri lənətləyən Yehovanın qəzəbinin dolayı yolla əks-

sədasını eşitməyi bacarırıq. Yenilik xəyalları naminə çobanları öldürənlərin kini bizi qorxutmaz, çünki

hökmdarlar İsrail xalqını bu kinlə məhv etməyə can atırdılar. Donatistin qəddarlığı, sünnətlinin dəlicəsinə

fədailiyi, boqomilin şəhvəti, albigensin təkəbbürlü yoxsulluğu, flagellantın qaniçənliyi, Azad Ruh ra-

hiblərinin başgicəlləndirici yamanlığı bizi qorxutmaz. Biz onların hamısını tanıyırıq və bizim

müqəddəsliyimizlə onların günahlarının eyni kökdən olduğunu bilirik. Bu insanlar bizim üçün təhlükəli

deyil. Onları necə məhv edəcəyimizi, daha doğrusu, alçaqlıqlarının nadirində

220


 doğulan ölüm yanğısını

inadkarcasına zenit nöqtəsinə yüksəldərək öz-özlərini məhv etmələrinə necə izin verəcəyimizi yaxşı

bilirik. Üstəlik, mən tam əminəm ki, onların mövcudluğu zəruridir, dəyərlidir, çünki biz məhz onlara qarşı

durmaqla ilahi yaradılışı tarazlaşdırırıq. Onların günahkarlığı bizim fəzilətimizi rəğbətləndirir, onların

küfrləri bizim mədhiyyolərimizi ürəkləndirir, onların azğın tövbəsi bizi qənaətcil edər, nəzirlərimizin

səxavətini artırar, onların dinsizliyi bizim dindarlığımızın parlamasına səbəb olar, eynən hər şeyin

başlanğıcı və sonu olan Tanrı ucalığının daha parlaq işıq saçması üçün qaranlıqlar şahının ümidsizliyi və

etirazları ilə birlikdə gərəkli olması kimi. Amma əgər bir gün lağlağı sənəti, icazə verilmiş xalq

coşqunluğu kimi deyil, müdriklərin müqəddəs kitablarla möhkəmlənmiş ayrılmaz hüququ kimi, hətta

alicənab və azad insanlara da xas olan bir sənətə çevrilərsə, əgər günlərin birində, heç olmasa, bircə nəfər

“Tanrının insan kimi zühur etməsinə gülürəm!” deməyə cəsarət edərsə, o zaman bu küfrü susdurmaq üçün

heç bir silahımız olmayacaq. O zaman cismani maddənin yel buraxmada və gəyirmədə üzə çıxan qara

qüvvələri hücuma keçəcək; o zaman yalnız ruhun tabeçiliyində olan yel buraxma və gəyirmə istədiyi yerdə

əsmək haqqına yiyələnəcək!”

“Likurq gülüşə heykəl qoymuşdu”.

“Bunu məsxərəyə bəraət qazandırmaq istəyən Klorisionun kitabından oxumusan. O yazır ki, bir xəstə

ona gülməyi əmr etmiş bir həkim tərəfindən sağaldılır. Əgər Tanrı onun yer üzündəki günlərinin sona

çatmasını istəmişsə, onu sağaltmağa nə gərək vardı?”

“Xəstəliyini sağaltdığını düşünmürəm. Yəqin ki, xəstəyə xəstəliyinə gülməyi öyrətmişdir”.

“Xəstəliyi qovmazlar. Yox edərlər”.

“Xəstə ilə birlikdə”.

“Əgər lazım gələrsə”.

“Sən şeytansan”, - bu zaman Vilhelm dedi.

Xorxe, guya, anlamadı. Gözləri görsəydi, həmsöhbətinə çaşqın-çaşqın baxdığını deyərdim. “Mən?” -

deyə soruşdu.

220


 Nadir (ərəbcə) - zenitə əks olan nöqtə. Şaquli xətlə göy sferasının ən aşağı kəsişmə nöqtəsi


585

“Sən. Sənə yalan deyiblər. Şeytan - cismin qələbəsi deyil. Şeytan - ruhun lovğalığıdır, təbəssümsüz

dindarlıqdır, heç zaman şübhə edilməyən həqiqətdir. Şeytan qaraqabaqdır, çünki həmişə hara getdiyini

bilir və həmişə çıxdığı yerə geri dönür. Sən şeytansan və şeytan kimi qaranlıqda yaşayırsan. Əgər məni

inandırmağa çalışırdınsa - bunu bacarmadın. Mən sənə nifrət edirəm, Xorxe, əlimdən gəlsəydi, səni

lümlüt, dalına quş lələkləri soxulmuş halda, üzün bir hoqqabazın, ya da təlxəyin üzü kimi boyanmış

vəziyyətdə aşağıya, həyətə aparardım; bütün monastır sənə baxıb gülsün və səndən daha qorxmasınlar

deyə. Sənə məmnuniyyətlə bal yaxıb, tüklərin içinə yıxardım, sonra da boynuna xalta keçirib, yarmarkada

gəzdirərdim və hamıya göstərib deyərdim: sizə həqiqəti söyləyən və həqiqətin ölüm dadında olduğunu

deyən budur. Amma siz onun sözlərinə deyil, təşəxxüslü görkəminə inanmışınız. İndi mən sizə deyirəm,

ehtimalların sonsuz dövretməsində Tanrı sizə belə bir dünya da təsəvvür etməyinizə izin verir ki, keçmişdə

həqiqət carçısı olan biri - yüz il öncə öyrəndiyi bir neçə sözü təkrarlayan rəzil bir uyuq olsun”.

“Sən şeytandan da pissən, minorit, - o zaman Xorxe dedi. - Sən təlxəksən. Hamınızı yetişdirən o övliya

kimi. Sən eynən Fransisk kimisən. O Fransisk ki, de toto corpore fecerat linguam



221

, hoqqabazlar kimi

tamaşa göstərərək moizələr oxuyur, xəsislərin ovcuna qızıl pullar qoyaraq karıxdırır, rahibələrin

dindarlığını, onlara moizə yerinə Miserere oxuyaraq ələ salır, fransızca dilənir, viola ifaçısının

hərəkətlərini taxta çubuqla təqlid edir, dəbdəbə içində yaşayan acgöz rahibləri utandırmaq üçün sərsərilər

kimi cındır geyinir, çılpaq halda qara atılır, heyvanlar və otlarla söhbət edir, hətta Məsihin mövludunun

sirri mövzusunda kənd tamaşaları düzəldir, qoyunların mələməsini yamsılayaraq Beyt-Ləhm quzusunu

çağırırdı... Yaxşı örnək olub. Məgər, bu Florensiyalı rahib Diotisalvi minorit deyildimi?”

“Minorit idi, - deyə Vilhelm gülümsədi. - Vaizlər monastırına gedib, ona əvvəlcə müqəddəs təbərrük

kimi saxlamaq üçün İohann qardaşın cübbəsindən bir parça verilməsə, yeməyə  əl uzatmayacağını

söyləyən adam. Bu qumaş parçasını alınca, onunla dalını silmiş və nəcisliyə atmışdı. Sonra da dəyənəyin

ucuyla nəcisi qarışdıraraq bağırmışdı: “Ah, əfsuslar olsun, yardım edin, qardaşlar, müqəddəs təbərrükü

ayaqyolunda itirdim!”

“Görürəm, bu əhvalat xoşuna gəlib. Bəlkə o biri minoritin, Millemosklu rahib Paolonun hekayəsini də

danışmaq istəyirsən; bir gün buzun üstündə sürüşüb yıxılır və yerliləri onu ələ salır; bir nəfər: Üstünə

uzanmaq üçün daha yumşaq bir şey istəmirsən ki”, - deyə soruşur. O da: “Hə, arvadını” - deyə, cavab

verir... Siz həqiqəti belə axtarırsınız...”

221


 Bütün bədəni dil idi (lat.)


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə