Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə10/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   6   7   8   9   10   11   12   13   ...   175

çox inanıram, - deyə abbat, Şeytanı bizim otağımızda axtarırmış kimi, cəld ətrafına baxdı. - Amma

Şərin vasitəçilərin köməyi ilə fəaliyyət göstərdiyinə də inanıram. Şor öz qurbanını elə bəd əmələ

sürükləyir ki, günah dürüst insanın üzərinə düşsün və sukkubun

46

 yerinə günahsızın yandırıldığını



gördükdə çox sevinir. İnkvizitorlar çox vaxt bacarıqlarını göstərmək üçün nəyin bahasına olursa olsun,

günahlandırılan şəxsdən etiraf qoparırlar; guya ki, qapazaltı tapıb, istintaqı uğurla yekunlaşdıran

təhqiqatçı daha yaxşıdır...”

“Deməli, inkvizitor da şeytanın aləti ola bilər”, - Vilhelm dedi.

“Mümkündür, - abbat qeyri-müəyyən cavab verdi, - zira, Tanrının yolları molum deyildir. Amma

belə dəyərli insanlara şübhə kölgəsi salmaq mənim işim deyil. Onlardan biri kimi, bu gün sizin

köməyinizə ehtiyacım var. Mənim monastırımda elə bir şey oldu ki, sizin kimi müdrik və ciddi bir

adamın işə qarışması tələb olunur. Elə müdrik olsun ki, vaqeəni üzə çıxarsın və o qədər ciddi olsun ki,

zərurət yarandıqda, bunun üstünü örtə bilsin. Pak olmağa borclu olan insanların günahlarına tez-tez

rast gəlirik. Amma günahkan camaatın gözündən salmamaq üçün bunu gizlicə ört-basdır edirik. Bir

çoban yolunu azmışsa, o birilər ondan kənarda durmalıdır. Amma qoyunlar çobanlara olan inamını

itirərsə, vay halımıza”.

“Aydındır”, - Vilhelm dedi. Mən artıq bilirdim ki, o, adətən, qısa və nəzakətli cavabla, eyni fikirdə

olmadığını və təəccübünü gizlətməyə çalışır.

“Buna görə də, - abbat davam etdi, - çobanın günahını ayırd etmək üçün yaxşını pisdən, hər şeydən

əvvəl, zəruri olanı  əhəmiyyətsizdən fərqləndirməyi yalnız sizin kimi adamın bacara biləcəyinə

əminəm. Şadam ki, siz cinayətkarları ancaq...”

“... törətdikləri bəd əməllərdə, adam zəhərləməkdə, yeniyetmələri pis yola sürükləməkdə, ya da

deməyə dilim gəlmədiyi digər iyrəncliklərdə müqəssir olduqları zaman mühakimə edirəm...”

46

 Sukkub - yatanları yoldan çıxaran dişi şeytan



38


3 9

siz cinayətkarları ancaq o hallarda mühakimə edirsiniz ki, - abbat sözünün kəsilməsinə məhəl qoymadan

davam etdi, - müttəhimdə  şər ruhun mövcudluğuna hamı açıq-aşkar əmin olsun və bəraət cinayətin

özündən daha çox etiraz doğursun”.

“Mən cinayətkarları yalnız o hallarda mühakimə edirəm ki, - Vilhelm dedi, - onlar, doğrudan da, elə

ağır cinayətlər işləmiş olsunlar ki, tam bir könül rahatlığı ilə onları dünyəvi hakimiyyətin əlinə verə bilim”.

Baş rahib bir az tərəddüd etdikdən sonra soruşdu: “Siz cinayətlərdən danışanda nə üçün onların şeytani

səbəbləri haqqında susursunuz?”

“Çünki səbəblər və nəticələr haqqında mühakimə yürütmək çox çətindir və düşünürəm ki, bunlar yalnız

Allahın hökmündədir. Biz isə kömür olmuş bir ağac kimi açıq-aşkar nəticə ilə onun yanmasına səbəb olan

ildırım arasında əlaqə qura bilmirik. Buna görə də doğru olmayan səbəb və nəticələr zəncirini uzun-uzadı

hörmək, məncə, göy üzünə qüllə ucaltmaq kimi dəlilikdir...”

“Akvinolu alim, - abbat dedi, - Uca Tanrının varlığını yalnız məntiqin gücüylə, səbəbdən-səbəbə

keçərək, nəhayət, səbəbi olmayan ilk səbəbə çatmaqla göstərməkdən qorxmamışdı...”

“Mən kiməm ki, - Vilhelm fağır-fağır dilləndi, - Akvinolu alimə qarşı çıxım? Tanrının varlığını

isbatlamaq üçün onun göstərdiyi yolun doğru olduğunu təsdiq edən o qədər başqa əlamətlər var ki... Tanrı,

Avqustinin bildiyi kimi, qəlbimizin dərinliyində bizimlə danışır. Və siz, müqəddəs ata, Uca Tanrını mədh

etməli və onun varlığına açıqca şəhadət gətirməlisiniz, Akvinolu Tommaso belə etməsə də... - Vilhelmin

dili topuq vurdu, sonra əlavə etdi, - düşünürəm ki, belədir.”

“Əlbəttə”, - abbat cəld onun sözünü təsdiqlədi və beləcə ustadım xoşlanmadığı bir müzakirəni uğurla

kəsdi.

“Məhkəmə işlərinə qayıdaq, - Vilhelm dedi. - Baxın, bir adam zəhərlənərək öldürülür. Bu, təcrübədə



başa gələndir. Məlum olan dəlillərlə, zəhərləyənin başqa bir adam olduğunu fərz edə bilərəm. Ağlım özünə

güvənməklə belə bəsit səbəb və nəticələr zəncirini çox asanlıqla qura bilər. Amma bu bəd əməli törətmək

üçün başqa bir şeyin, bu dəfə insani deyil, şeytani bir şeyin araya girdiyini deməklə zənciri qarışdırmağa

nə haqqım var? Mən demək istəmirəm ki, bu mümkün deyil. Bəzən şeytan da, sizin Kəhər kimi, getdiyi

yolda açıq işarələr qoyar. Amma nə üçün bu işarələrin dalınca düşməliyəm? Məhz bu adamın günah

işlətdiyini bilmək və onu dünyəvi hakimiyyətin əlinə vermək kifayət deyilmi? Necə olsa, cəzası ölüm

olacaq. Allah bağışlasın”.

“Amma eşitdiyimə görə üç il öncə Kilkennidə müttəhimlərin iyrənc cinayətlər törətməklə

günahlandırıldıqları bir işdə şeytan barmağının olduğunu açıqlayan hökmə qarşı çıxmamışdınız”.

“Onu mən tərtib etməmişdim. Amma qarşı çıxmadığım da doğrudur. Mən kiməm ki şərin getdiyi

yolları mühakimə edəm? Xüsusilə də... - Vilhelm sözünə ara verdi, bunun əsas səbəb olduğunu göstərmək

istəyirdi, - əgər işin gedişində istintaqı başlatmış olanların, yepiskopun, şəhər hakimlərinin, bütün xalqın,

hətta müttəhimlərin də  şeytanı günahlandırmaq istəyi olarsa? Bax şeytanın işinə yeganə sübut məncə

məhkəmədə iştirak edən insanların, şeytanı bəd əməlindən tanıdıqlarını inadkarlıqla söyləmələridir”.




4 0

“Deməli, - abbat narahatlıqla soruşdu, - sizcə, əksər məhkəmə işlərində şeytan yalnız cinayətkarların

deyil, həmçinin və hətta ilk növbədə hakimlərin ruhunu idarə edir?”

“Belə bir şeyi demək olarmı? - sualla cavab verdi Vilhelm. Sual elə qoyulmuşdu ki, abbat bunu

təsdiqləyə bilməzdi. Onun tərəddüd etməsindən istifadə edən Vilhelm mövzunu dəyişdi. - Amma bunlar

keçmişdə qalıbdır. Bu alicənab vəzifəni buraxdım. Hakimlik etdimsə də, Tanrının istəyi ilə etdim...”

“Şübhəsiz...” - deyə, qəbul etdi baş rahib.

“... indi isə, - Vilhelm sözünə davam etdi, - başqa incə işlərlə məşğulam. Nə baş verdiyini söyləsəniz,

sizi narahat edən məsələni də araşdırmağa hazıram”.

Görünür, baş rahib öz məsələsinə dönə bilməkdən sevinirdi; Ehtiyatla, hər bir sözünü ölçüb-biçərək,

uzun cümlələr qurmaqla



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə