Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

ölkədə  atalıq  işləri  ilə  bağlı  bir  il  müddətində  müraciət  etmə
məhdudiyyəti mövcud idi, buna görə də, ərizəçinin müavinət üçün
müraciət  etmək  məqsədi  ilə  yaşayış  icazəsini  yeniləməyə  qədər
gözləməsini ehtimal  etmək ağlabatan deyildi. 
3.5. Konvensiyanın Aİ hüququndan kənar tətbiqi 
AİHK-na uyğun olaraq müdafiənin ayrı-seçkilik əleyhinə olan direktivlərin
müdafiəsi  ilə  üst-üstə  düşdüyü  yuxarıda  müzakirə  edilmiş  işlərə  əlavə
olaraq,  əhəmiyyətli  sayda  sahələr  mövcuddur  ki,  orada  AİHK  əlavə
müdafiəni təmin edir. 
3.5.1. “Şəxsi” Sfera: şəxsi və ailə həyatı, övladlığa 
götürmə, ev və nikah
148
Xüsusilə  əhəmiyyət  kəsb  edən  sahələrdən  biri  də  Üzv  dövlətlərin  Aİ
qanunvericiliyinə geniş səlahiyyət vermədiyi ailə və şəxsi həyat sferasıdır.
AİHM-nə  verilmiş  şikayətlər  əsasən  vərəsəlik,  boşanmış  valideynlərin
uşaqlarla görüşmək imkanı və atalıq məsələləri ilə bağlı işlərdə müxtəlif
münasibətlərin olması ilə əlaqədar olub.
Növbəti  və  4-cü  Fəsildə  müzakirə  edilən    Mazurek    Fransaya  qarşı,
149
Sommerfeld Almaniyaya qarşı
150
və Rasmussen Danimarkaya qarşı
151
işləri
vərəsəlik qaydaları, boşanmış valideynlərin övladlarla görüşməsi və atalıq
məsələləri ilə bağlı işlərdə fərqli rəftar məsələsinə aid olub. 8-ci Maddə
həm də övladlığa götürmə hallarını da əhatə edəcək. Yuxarıda müzakirə
edilmiş  E.B.  Fransaya,  qarşı  işi  də  bir  daha  göstərdi  ki,  hətta AİHK-in
mətnində övladlığa götürmə ilə bağlı birbaşa hüquq nəzərdə tutulmasa da,
bu hal Konvensiyanın əhatə dairəsinə düşə bilər.  Əlavə olaraq, AİHM
əvvəlki presedent hüququna istinad edərək, bu məsələnin 8-ci Maddə ilə
tənzimlənməsi üçün ümumi istiqaməti müəyyən edir: 
91
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
148. AİHK-nın 8-ci Maddəsinin əhatə dairəsinin izahı AŞ-nın Hüquqşünaslar üçün İnsan Hüquqlarının
Təhsili internet səhifəsində verilib: Kilkelly,  Şəxsi və Ailə Həyatına hörmət hüququ İnsan Hüquqları üzrə
stolüstü No. 1, 2001, bax: www.coehelp.org/mod/resource/view. php?inpopup=true&id=1636.
149. AİHM, Mazurek Fransaya qarşı (Mazurek v. France) (No. 34406/97), 1 fevral 2000
150. AİHM, Sommerfeld Almaniyaya qarşı (Sommerfeld v. Germany) [GC] (No. 31871/96), 8 iyul 2003.
151. AİHM, Rasmussen Danimarkaya qarşı (Rasmussen v. Denmark) (No. 8777/79), 28 noyabr 1984.


‘…8-ci Maddə çərçivəsində ”şəxsi həyat” anlayışı digər insan
hüquqları ilə əlaqəli şəkildə daha geniş məzmun alır ki, buraya da,
digər məsələlərlə yanaşı, digər insanlarla əlaqələrin yaradılması və
inkişaf etdirilməsi də daxildir… “şəxsi inkişaf” hüququ......və ya öz
müqəddəratını təyin etmə hüququ. 8-ci Maddə ilə müdafiə edilən şəxsi
sferanın əhatə dairəsinə düşən….  gender baxımından identifikasiya,
cinsi oriyentasiya və cinsi həyat anlayışları .....və uşağın olub
olmaması seçiminə hörmət də bu məzmuna daxildir.
152
Beləliklə, 8-ci Maddənin əhatə dairəsi olduqca genişdir. AİHK xüsusən
12-ci Maddə ilə mühafiə olunan nikah hüququ kimi digər sahələri də
əhatə edir. 
Misal:  Muñoz  Díaz  İspaniyaya  qarşı işdə  ərizəçi  öz  ölkəsinin
qanunvericiliyində tanınmayan Roma adətləri ilə nikaha daxil olmuşdu
və buna görə də onun nikahı rəsmi hesab edilmirdi.
153
Buna baxma-
yaraq, hakimiyyət orqanları ərizəçiyə onlara verilmiş şəxsiyyəti təsdiq
edən sənədlər, güzəştlərin ödənilməsi və onların “nikah kitabında”
qeydiyyat  aparılması  baxımından  evli  münasibəti  göstərmişdilər.
Həyat  yoldaşının  vəfatından  sonra  yaşayış  pensiyasının  alınması
üçün hökumətə müraciət etsə də, onun nikahı yerli qanunverciliklə
etibarsız sayıldığından, müraciəti rədd edilmişdi. AİHM müəyyən etdi
ki,  hökumət  ərizəçiyə  evli  kimi  davrandığına  görə,  o  digər  “təmiz
niyyətl” cütlüklərlə ”(texniki səbəbdən nikahları etibarlı olmasa da, evli
olduqlarına inananlar) eyni vəziyyətdə idi və həmin cütlüklərin yaşayış
pensiyası  almaq  hüququ  var  idi.  AİHM  bu  nikahın  etibarsız
sayılmasında qeyri-qanuni hal olmamasını (12 və 14-cü Maddələrə
əsaslanaraq) müəyyən etsə də, digər xoş niyyətli həyat yoldaşlarına
verilən  yaşayış pensiyasının ərizəçiyə verilməməsini ayrı-seçkilik kimi
(14-cü Maddə ilə birgə Protokol 1-in 1-ci Maddəsinə əsaslanaraq)
dəyərləndirdi. 
Beləliklə, əsas insan ləyaqətinin qorunması sahəsində AİHM olduqca dar
mülahizə sərbəstliyi nəzərdə tutsa da, bu hüquqları pozula bilən və
həssas vəziyyətdə olan digərlərinin müdafiəsi ilə bağlı narahatlıq
doğuran məsələlərlə münasibətdə tarazlaşdırılmalıdır. 
92
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
152. AİHM, E.B. Fransaya qarşı (E.B. v. France) [GC] (No. 43546/02), 22 yanvar 2008, para. 43.
153. AİHM, Munoz Diaz İspaniyaya qarşı (Muñoz Díaz v. Spain) (No. 49151/07), 8 dekabr 2009.


Misal:  Sommerfeld  Almaniyaya  qarşı iş  Alman  qanunvericiliyi
çərçivəsində atanın övladı ilə görüşə bilməsi məsələsi ilə əlaqəli idi.
154
Milli qanunvericiliyə görə uşağın valideynlərinin nikahı olmadığı halda
anaya atanın uşağı görməsinə etiraz etmə hüququ verirdi. Bu halda
ata bu etirazı aradan qaldırmaq üçün məhkəməyə müraciət etməli idi.
Hökumət bu qanunun ayrı-seçkilik yönümlü olmamasını nikahdan
kənar münasibətlərdə ataların uşaqlara qarşı aşağı maraqda olması
ilə  əsaslandırırdı. AİHM  müəyyən  etdi  ki,  valideynlərin  övladlarını
görmək hüququ ilə bağlı işlərdə Dövlətin mülahizə sərbəstliyi xüsusilə
dar olmalıdır. Bundan əlavə o, müəyyən etdi ki, nikahdan kənar və ya
onun çərçivəsində doğulan uşaqlara valideynlik hüququ ilə bağlı fərqli
münasibət bəslənməsini AİHK-a əsasən əsaslandırmaq üçün olduqca
tutarlı  səbəblərin  olması  vacibdir.  Eyni  məsələ  nikahda  doğulmuş
uşağın  atası  ilə  müqayisədə  nikahdan  kənar  doğulmuş  uşaqların
atalarına  münasibətdə  fərqli  münasibət  göstərilməsinə  də  şamil
edilməlidir. Məhkəmə müəyyən etdi ki, Hökumətin izahatı belə fərqli
münasibəti əsaslandırmır.
Yuxarıdakı  işdə  AİHM,  atanın  marağının  uşağın  marağı  ilə  üst-üstə
düşdüyünü nəzərə aldı, belə ki, atası ilə ünsiyyət uşağın da xeyrinə idi.
Bununla  belə,  uşağın  marağının  atanın  marağına  zıdd  olduğu
məqamlarda,  dövlətə  uşağı  müdafiə  etmək  üçün  qaydaları  geniş  təfsir
edərək tətbiq etməyə icazə veriləcək. 
Misal: Rasmussen Danimarkaya qarşı işdə ərizəçi onun valideynlik
hüququ  üzrə  mübarizə  aparmasına  qoyulan  məhdudiyyətlərdən
şikayət edirdi.
155
AİHM burada cinsi mənsubiyyət baxımından fərqli
rəftar olmasına baxmayaraq, bu davranışın əsaslandırılmış olduğunu
müəyyən etdi. Bu uşağın statusunda dəqiqlik və təhlükəsizliyi təmin
etmək  məqsədi  ilə  atanın  daha  sonra  atalıq  hüququndan  istifadə
etməsi ilə bağlı iddia qaldırmasının məhdudlaşdırılmasına yönəlmiş
qanuni  bir  addım  idi.    Bu  məsəıəyə AİHK  üzv  dövlətləri  arasında
yeknəsək  münasibətin  olmaması  səbəbilə  AİHM  Dövlətə  geniş
mülahizə sərbəstliyi verərək bu qərarı əsaslandırılmış hesab etdi.
156
93
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
154. AİHM, Sommerfeld Almaniyaya  qarşı  [GC] (No. 31871/96), 8 İyul 2003, paraq. 93. Oxşar faktlarla:
AİHM Sahin Almaniyaya qarşı [GC] (No. 30943/96), 8 İyul2003. Həmçinin bax: AİHM, Mazurek Fransaya
qarşı (No. 34406/97),1 Fevral 2000, 4-cü Fəsildə (Mühafizə əsasları) müzakirə edilən kəbindən kənar
doğulmuş uşaqlara fərqli rəftar.
155. AİHM, Rasmussen Danimarkaya qarşı (Rasmussen v. Denmark) (No. 8777/79), 28 noyabr 1984.
156. 
AİHM, Rasmussen Danimarkaya qarşı (Rasmussen v. Denmark) (No. 8777/79), 28 noyabr 1984, par. 40-42.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə