Ayətullah Seyid Əli Xamenei


Əsirlik zamanı İmam Səccadın (ə) rolu



Yüklə 1,05 Mb.
səhifə16/34
tarix02.06.2018
ölçüsü1,05 Mb.
#46968
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

Əsirlik zamanı İmam Səccadın (ə) rolu


Şiələrə və imamət xəttinə bağlı olanlara görə, Aşuradan sonrakı vəziyyət qəribə idi. Əməvi muzdurlarının vəhşiliyi, onların istər Kərbəlada, istər Kufədə, istərsə də Şamda Peyğəmbər (s) ailəsi ilə rəftarı imamət xəttinin bütün tərəfdarlarını qorxutdu. Əlbəttə, bilirsiniz ki, İmam Hüseynin (ə) seçilmiş səhabələri Aşura hadisəsində, ya da Təvvabin qiyamında şəhadətə qovuşdular. Qalanlarda da zalım Yezid və sonra Mərvan hakimiyyəti qarşısında öz haqq sözlərini demək cəsarəti yox idi. Dağınıq, təşkilatsız, qorxmuş və əslində əməldə imamət yolundan dönmüş mömin bir qrup - Şiə cinahından İmam Səccada (ə) çatan irs bundan ibarət idi. Güclü repressiya vardı, imamın yardımçı qüvvələri də olduqca zəif idi. İmam Səccad (ə) ideoloji, həqiqi və ortodoks İslamı qorumaq üçün bir mübarizəyə başlamalı, bu dağınıqları toplamalı, onları əsl İslam hakimiyyət modeli olan Əli (ə) hakimiyyətinə yaxınlaşdırmalı idi. İmam Səccad (ə) 34 il bu şəraitdə çalışdı. Mən burada sizin üçün İmam Səccadın (ə) həyatının yalnız mühüm hissələrini söyləyəcəyəm. Dördüncü imamın həyatının ilk uğurlu hissəsi onun əsirlik çağıdır. Dördüncü imam iki dəfə əsir alınmış və zəncirlənərək Şama aparılmışdır. Birinci dəfə Kərbəladan aparıldı, ikinci dəfə isə Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövründə Mədinədən. Kərbəladan əsir karvanında Şama aparılanda İmam Səccad (ə) Quran və İslam təcəssümü idi. Şəhidlərin qətlə yetirildiyi andan Əli ibn Hüseynin (ə) qəhrəmanlığı başlandı. Azyaşlı qızlar, kiçik uşaqlar və kimsəsiz qadınlar İmam Səccadın (ə) ətrafını sardılar. O karvanda heç bir kişi yox idi. İmam Səccad (ə) onların hamısına rəhbərlik etdi, onları topladı və Şama çatana qədər yol boyu iman bağı ilə bir-birinə bağlanmış bu qrupun zəiflik göstərməsinə qoymadı. Kufəyə daxil oldular. Übeydullah ibn Ziyad əmr etmişdi ki, bu ailənin bütün kişilərini qətlə yetirsinlər. Gördü ki, əsir karvanında bir kişi var. Soruşdu ki, kimsən? Dedi ki, mən Əli ibn Hüseynəm (ə). Onu ölümlə hədələdi. Burada imamət, mənəviyyat və rəhbərliyin ilk işığı göründü: "Məni öldürməkləmi hədələyirsən?!"1 Halbuki şəhadət bizim üçün şərəfdir; biz Allah yolunda öldürülməklə fəxr edir, ölümdən qorxmuruq. Übeydullah ibn Ziyad rejimi bu müqavimət qarşısında geri çəkildi.

İmam Səccad (ə) bütün əsirlərlə birgə Şamda günlərlə ağır vəziyyətdə saxlandı. Sonra fikirləşdilər ki, onu məscidə aparıb insanların qarşısında psixoloji baxımdan zəiflətsinlər. İmam Səccad (ə) həmin məclisdə üzünü Yezidə tutub dedi ki, icazə versən, mən də bu taxtaların üstünə çıxıb danışmaq istəyirəm. Yezid düşünmürdü ki, prinsipcə bu müddətdə kifayət qədər psixoloji sarsıntılar keçirmiş xəstə və əsir bir gənc onun üçün təhlükəli ola bilər. Buna görə də icazə verdi. İmam Səccad (ə) minbərə çıxıb Əməvi dövlətinin paytaxtında imamətin fəlsəfəsini, şəhadət məsələsini və bu hakimiyyətin tağut xislətini izah etdi, Şam əhalisini ayağa qaldıracaq bir çıxış etdi. İmam Səccad (ə) elə böyük şəxsiyyətdir ki, Übeydullah ibn Ziyaddan, aldanmış izdihamlı Şam əhalisindən, Əməvi rejimindən və Yezid məmurlarından qorxmur, haqqı deyir, maarifləndirmə aparır və həyat onun üçün əhəmiyyət kəsb etmir.

İmam Səccad (ə) əsir və xəstə halda böyük bir qəhrəman kimi sözü və əməli ilə tarix yazır. Bu dövrdə imamın vəziyyəti onun həyatının əsas hissəsi ilə tam fərqlənir. Əsas hissədə imam mülayim, düşünülmüş, sakit və fundamental işlər görür. Bəzən hətta Əbdülməlik ibn Mərvanla bir məclisdə oturur, onunla adi və yumşaq rəftar edir. Bu dövrdə isə imamı ən kiçik sözə dözməyən, güclü düşmənlərinə hamının gözü önündə sərt cavablar verən fəal bir inqilabçı kimi görürsünüz.

Kufədə xəncərindən qan daman, Peyğəmbər (s) övladını öldürdüyünə görə məst olmuş qaniçən bir vəhşi - Übeydullah ibn Ziyadın qarşısında elə danışdı ki, Übeydullah onun qətlinə fərman verdi. Həzrət Zeynəb özünü irəliyə atıb dedi ki, onu öldürmənizə imkan vermərəm. Gördülər ki, bundan ötrü bir qadını da öldürməlidirlər və digər tərəfdən, bunları əsir kimi Şama aparmaq lazımdır. Buna görə əl çəkdilər. Əgər belə olmasaydı, böyük ehtimalla İmam Səccadı (ə) da öldürərdilər.

Kufə bazarında bibisi Zeynəb və bacısı Səkinə ilə birgə söhbət edir, xalqı oyadır və həqiqətləri bəyan edir.

Şamda istər Yezidin qurduğu məclisdə, istərsə də məsciddə xalq qarşısında ən aydın sözlərlə həqiqətləri söyləyir. Bu söhbət və çıxışlar Əhli-beytin xilafətə haqlı olduğuna, hakim rejimin cinayətlərinin ifşasına, həmin avam və qafil xalqa acı və təsirli xəbərdarlıqlara dair fikirləri ehtiva edir.

Burada o xütbəni söyləməyə və onun dərin məzmununu açıqlamağa lüzum yoxdur. Bu xüsusi bir mövzudur. Onu şərh etmək istəyən şəxs hər bir sözünü araşdırmalı və bu əsaslara diqqət yetirməlidir. Qəhrəmanlıq göstərdiyi əsirlik çağında İmam Səccadın (ə) vəziyyəti belə idi.

Belə bir sual var ki, İmam Səccad (ə) əsirlikdə sərt və açıq işlər gördüyü halda əsirlikdən sonra nə üçün mülayim üsullardan və təqiyyədən istifadə etdi, inqilabi və radikal hərəkətləri dua ilə və mülayim işlərlə əvəzlədi? Cavab budur ki, bu dövr müstəsna dövr idi. Burada İmam Səccad (ə) imam olmasından, gələcəkdə İslam hakimiyyətinə zəmin yaratmalı olmasından əlavə, həm də Aşurada tökülən qanların sözçüsüdür. İmam Səccad (ə) burada əslində özü deyil, İmam Hüseynin (ə) Şamda və Kufədə danışan dilidir. İmam Səccad (ə) orada məsələləri belə sərt, kəsərli və açıq-aşkar bəyan etməsəydi, onun gələcək fəaliyyətinə şərait də yaranmazdı. Onun gələcək fəaliyyətinə zəmin yaradan amil Hüseyn ibn Əlinin (ə) qanı idi. Necə ki, tarix boyu bütün Şiə qiyamlarına zəmin yaradan amil Hüseyn ibn Əlinin (ə) qanı oldu. Əvvəlcə xalqa xəbərdarlıq etməli və bu xəbərdarlığın fonunda özünün prinsipial, dərin, güclü və uzunmüddətli müxalifətinə başlamalıdır. Bu xəbərdarlıq da belə sərt və kəsərli sözlərdən başqa yolla mümkün deyil.

Bu səfərdə İmam Səccadın (ə) rolu həzrət Zeynəb rolu idi, Hüseyn (ə) inqilabının mesajını çatdırırdı. İnsanlar Hüseynin (ə) nə üçün və necə öldürüldüyünü bildikdə İslamın və Əhli-beyt dəvətinin gələcəyi bir cür olardı, bilmədikdə isə başqa cür. Buna əsasən, xalqın məlumatlanması və bu məlumatın cəmiyyət səviyyəsində genişlənməsi üçün hər şeydən istifadə etmək və mümkün olan həddə bu işi görmək lazım idi. Bu baxımdan, İmam Səccad (ə) Səkinə, Fatimeyi-Suğra, Zeynəbin özü və əsirlərin hər biri kimi bir təbliğatçıdır. Bütün bu qüvvələr toplanmalıdır ki, İmam Hüseynin (ə) qürbətdə tökülmüş qanını böyük İslam dünyasının bütün bölgələrinə aparsınlar, Kərbəladan Mədinəyədək hər yerə çatdırsınlar, Mədinəyə daxil olanda xalqın önündə həqiqətləri bəyan etsinlər. Bu birinci addımdır. Odur ki, İmam Səccadın (ə) həyatının bu qısa dönəmi müstəsna dönəmdir. Sonrakı dönəm isə onun Mədinədə möhtərəm bir vətəndaş kimi yaşadığı, Peyğəmbərin (s) evində və ailəsi arasında fəaliyyət göstərdiyi zaman başlayır. Dördüncü imamın proqramlarını aydınlaşdırmaq üçün onun yaşadığı dövrün vəziyyət və şəraitini araşdırmağa ehtiyac var. (İslamın keşikçisi, say 6)


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə