Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Dördüncü fəsil Evlənib ailə qurmağın usulları



Yüklə 1,6 Mb.
səhifə5/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   2   3   4   5   6   7   8   9   ...   28

Dördüncü fəsil

Evlənib ailə qurmağın usulları


4\1

Hər şeydən öncə bunlara diqqət edin

1- Pak niyyət


87. Allahın rəsulu (s): Kim Allahın razılığı xatirinə ailə qursa və ya Allah xatirinə kimisə evləndirsə, Tanrının hamiliyinə layiq görülmüşdür.2

88. "Dəaimül-islam": Allahın elçisindən (s) rəvayət olunur ki, o, Allahın razılığını cəlb etmək və iffətini qorumaqdan qeyri səbəblərlə əncam verilən evliliklərdən çəkindirmişdir. O, insanları özünü göstərmək, lovğalanmaq və şöhrətbazlıq məqsədi ilə baş tutan evliliklərdən uzaq durmağa səsləmişdir.1

89. Allahın rəsulu (s): Allahın rəsulu (s): Allahın bu üç şəxsə yardın etməsi vacibdir: Tanrı yolunda vuruşan şəxsə, ağası ilə azadlığa qovuşmaq üçün müqavilə bağlayan və ona sadiq qalmağı qərara alan qula və abır-həyasını, iffətini qorumaq məqsədi ilə evlənmək istəyən şəxsə.2

90. Allahın rəsulu (s): Qadınlarla onların gözəlliyinə görə evlənməyin. Çünki gözəlliyi onu bədbəxtliyə də düçar edə bilər. Qadınlarla mal-dövlətlərinə xatir də evlənməyin. Çünki sərvətləri onların dikbaşlığına da səbəb ola bilər. Onlarla dindarlıqlarına, imanlarına3 əsasən evlənin.4

91. Allahın rəsulu (s): Kim bir qadınla (tayfasının) gücünə xatir ailə qursa, Allah-təala yalnız onun miskinliyini çoxaldar. Kim bir qadınla zəginliyinə görə evlənsə, Allah-təala onun sərvətini azaldar. Hər kəs qadının tayfasının şöhrətinə görə evlənsə, Allah-təala onu xar edər. Hər kəs gözünü haramdan qorumaq, iffətini təmiz saxlamaq və qohumluq əlaqəsi yaratmaq xatirinə evlənsə, Allah-təala bu ər-arvada öz xeyir-bərəkətini əsirgəməz.1

92. Allahın rəsulu (s): Dörd şeyin xatirinə qadınla evlənmək yanlışdır: Sərvəti, gözəlliyi, qüdrətli tayfası və şəhvəti. Deməli, qadının dini-iymanına görə onunla ailə qur.2

93. Allahın rəsulu (s): Kişi qadınla dininə və (onunla birgə) gözəlliyinə görə evlənərsə; qadın onun günah girdabında məhv olmasına mane olar.3

94. Allahın rəsulu (s): Kim qadınla yalnız onun gözəlliyi xatirinə evlənsə, istədiyini onda tapa bilməyəcək. Kim qadınla yalnız onun mal-dövləti üçün ailə qursa, Allah-təala (ona hamilik etməyib,) onu bu var-dövlətin öhdəsinə buraxar. Din-imanlı qadınlarla evlənin.4

95. Allahın rəsulu (s): Kim Allah-təalaya xatir ailə qursa, Tanrı onun başına padşahlıq tacı qoyar. (Onu ucaldar.)5

96. İmam Sadiq (ə): Kişi qadınla (yalnız) onun gözəlliyi və ya mal-dözləti xatirinə evlənsə, (Allah ona hamilik etməyib,) onu elə bu gözəlliyin və sərvətin öhdəsinə buraxar. Amma dininə, imanına görə onunla ailə həyatı qurarsa, Allah gözəllik və zənginliyi də ona qismət edər.1

2- Dua etmək


97. Allahın rəsulu (s): Əvvəlcə elçilik niyyəti et. Sonra dəstəmaz al və Allahın sənə buyurduğu namazı qıl. Ardınca Tanrıya həmd-səna oxu. Belə söylə: İlahi! Sən bacararsan, mən isə bacarmaram. Sən bilirsən, mən isə bilmirəm. Sən gizlin sirlərdən belə agahsan. İndi isə filankəs (evlənmək istədiyin şəxsin adını söylə) mənim dinim, dünyam və axirətim üçün xeyirlidirsə, yalnız onu mənim dinim, dünyam və axirətim üçün ən yaxşı bilirsənsə, onu mənə qismət et!2

98. İmam Əli (ə): Szilərdən hər kim evlənmək istəsə, iki rükət namaz qılsın və Həmd surəsini, Yasin surəsini oxusun. Namazı qurtardıqdan sonra Allaha həmd-səna oxuyub, belə desin: "İlahi! Mənə xeyirxah, mehriban, övlad dünyaya gətirmək qabiliyyəti olan, təşəkkür etməyi bacaran, gözütox və iffətli qadın qismət elə! Belə ki, ona xeyirxahlıq etsəm, təşəkkür etsin. Pislik etsəm, bağışlasın. Allahı zikr etsəm, yardım etsin. Allahı unutsam, Onu mənim yadıma salsın. Evdən uzaq qaldığım zaman iffətini qorusun. Evə gəldiyim zaman sevinsin. Göstərişlərimi yerinə yetirib, itaət etsin. Ona and verdikdə (ki, bu işi et, ya əncam vermə,) qəbul etsin. Qəzəbləndiyim zaman məni sakitləşdirib, sevindirsin. Ey sonsuz izzət və cəlal sahibi olan Allah! Mənə belə bir həyat yoldaşı qismət et! Sən mənə bu neməti əta etməsən, mən özüm onu ələ gətirə bilməyəcəyəm."

Kim (səmimi qəlbdən) belə bir dua etsə, Allah-təala onu istəyinə çatdırar.1



99. "Əl-Kafi": Əbu Bəsir rəvayət edir: İmam Sadiq (ə) mənə belə buyurdu: "Sizlərdən biri evlənmək istədikdə nə edir?"

Dedim: Bilmirəm.

- "Evlənmək istədikdə iki rükət namaz qıl və Tanrıya həmd-səna oxu. Belə de: İlahi! Mən ailə qurmaq istəyirəm. Mənə elə bir qadın qismət et ki, hər kəsdən daha iffətli olsun, özünə, mənim mal-mülkümə ruzi qatan, bərəkət bağışlayan və qoruyan olsun. Mənə həyatım boyu və mən öldükdən sonra layiqli canişinim olacaq pak övlad qismət et."2

4\2

Həyat yoldaşı seçmək üçün daha uyğun məsləhətlər

1- Həyat yoldaınız ləyaqətli ailədən olsun


100. Allahın rəsulu (s): Yaxşı və ləyaqətli ailələrin qızları ilə evlənin, çünki nəsil və qan1 öz təsirini qoyur.2

101. Allahın rəsulu (s): Öz nütfələriniz3 üçün layiqli qadın seçin. Çünki dayı, sanki sizin ikinizən4 biridir.5

102. Allahın rəsulu (s): Öz nütfələriniz üçün ən yaxşı seçimi edin. Çünki qadınlar, qardaşları və bacılarına oxşar üçaqlar dünyaya gətirirlər.6

2- Gələcək həyat yoldaınızı görə bilərsiniz

103. Allahın rəsulu (s): Hər kim bir qadınla evlənmək istəyirsə, bu qadındakı onu evlənməyə sövq edən bir sıra bədən üzvlərini görə bilər.7


104. Allahın rəsulu (s): Sizlərdən hər kim, evlənmək istədiyi qadına elçi getdikdə, bacarırsa bu qadındakı onu evlənməyə sövq edən bir sıra bədən üzvlərini görsün.1

105. "Sünəni-ibn Macə": Ənəs rəvayət edir: Müğeyrə ibn Şöbə bir qadınla evənmək istəyirdi. Peyğəmbər(s) ona buyurdu: "Get, onu gör! Çünki bu iş, sizin aranızda məhəbbəti çoxaldar."

Müğeyrə belə də etdi. O qadınla evləndi və sonralar birlikdə daha yaxşı yola getdikləri haqda danışırdı2.3



106. Allahın rəsulu (s): Sizlərdən hər kim evlənmək üçün qadın seçmək fikrinə düşsəniz, onun üzünün gözəlliyi haqda soruşduğunuz zaman, saçları haqda da soruşun. Çünki saç, iki gözəllikdən biridir. (Gözəlliyin yarısıdır.)4

Diqqət!

İmam Xomeyni (rh) "Təhrirül-vəsilə" kitabında naməhrəmə baxmağın şəraiti haqda belə yazır:

Evlənmək istədiyi qadına kişi bu şərtlərlə baxa bilər:

1. Baxış, ləzzət almaq niyyəti ilə olmamalıdır, hətta istər-istəməz baxışın ləzzət yaradacağını bilsə belə.

2. Bu baxışla qadın haqqında daha çox məlumat toplayacağını ehtimal versin.

3. Qadınla evlənmək mümkün olsun, ərli və ya "iddə"1 şəraitində olmasın.

4. Öncədən evliliyin baş tutacağı haqda ehtimal vermiş olsun. Qadının hökman onu rədd edəcəyini bildikdə, olmaz.

"Ehtiyat", üzə, əllərə, saça və aşkarda görülən gözəlliklərə baxmaqdır. Hər nə qədər "əqva"2, zahiri gözəlliklərdən başqa; bilənglərə, cinsiyyət orqanı istisna olmaqla bədənin digər üzvlərinə baxmağın "caiz"3 olması olsa da belə. Həmçinin, bədənə nazik paltarın üzərindən baxılması da "ehtiyat" hökmünə malikdir. Necə ki, əgər "əqva" olduğunu söyləməsək, evlənmək niyyətimiz olan, müəyyən edilmiş bir qadına baxmaq da "ehtiyat" hökmünü daşıyır. Bu hökm (baxmağın caiz olması), mütləq şəkildə evlənmək niyyətinə şamil olmur. Hərçənd ki, belə bir baxış (müxtəlif qadınların arasından) birini həyat yoldaşı seçmək niyyəti ilə olsun. Müəyyən bir qadına olan baxış da, birinci növbədə lazım olan məlumatları kişiyə verməsə, təkrar baxmaq caizdir.4



107. "Səhihi-Müslim": Əbu Hüreyrə rəvayət edir: Peyğəmbərin (s) yanında idim. Elə bu zaman bir kişi onun hüzuruna gəlib, dedi ki; ənsardan olan bir qadınla evlənmişəm. Peyğəmbər (s) buyurdu: "Onu görmüsənmi?"

Dedi: Xeyir.

- "Get, onu gör. Çünki ənsarın gözündə (irsi) bir şeylər (kiçik eyiblər) olur."1

3- Özünüzə ləyaqətli ömür-gün yoldaşı seçin

108. Allahın rəsulu (s): Ləyaqətli qadına sahib olmaq, kişinin xoşbəxtliyindən sayılır.2


109. Allahın rəsulu (s): Bir ləyaqətli qadın, min ləyaqətsiz kişidən daha üstündür.3

110. Allahın rəsulu (s): Möminin ilahi təqvadan sonra malik olduğu ən dəyərli şey, ləyaqətli həyat yoldaşıdır.4

111. Allahın rəsulu (s): Dünya mal-mülkdür, ən dəyərli sahib olduğunuz şey isə ləyaqətli həyat yoldaşıdır.5

112. İmam Baqir (ə): Bir kişi Peyğəmbərin (s) yanına gəlib, evlənmək istədiyi haqda məşvərət etdi. Allahın elçisi (s) ona belə buyurdu: "Evlən, dindar, imanlı qadınla evlən! Allah sənə xeyir-bərəkət versin!"6

113. İmam Əli (ə): Allah-təala öz bəndəsinə xeyir vermək istədikdə, onun qəlbinə qənaətcil olmağı nəsib edər və ona ləyaqətli həyat yoldaşı qismət edər.1

114. İmam Əli (ə): Ən xoşbəxt yaşayış budur ki, Allah-təala insana qənaətcillik və ləyaqətli həyat yoldaşı nəsib etsin.2

115. İmam Əli (ə): Ləyaqətli qadın, iki (qiymətli) qazancdan biridir.3

116. İmam Həsən (ə): Bir kişi İmam Həsənin yanına gəlib, qızını kimə ərə verməsi barəsində onunla məşvərət etdiyi zaman buyurdu: "Qızını təqvalı və imanlı şəxsə ərə ver. Çünki o, sənin qızını sevsə onun qayğısına qalacaq və əgər sevməsə ona zülm verməyəcək."4

4- Bakirə qızlarla evlənin


117. Allahın rəsulu (s): Bakirə qızlarla ailə qurun. Çünki onlar daha ətirli (pak) ağıza, daha südlü sinələrə, daha gözəl əxlaqa və (uşaq doğurmaq üçün) daha əlverişli sağlam bətnə sahibdirlər. Bilmirsinizmi ki, mən qiyamət günü ümmətimin çoxluğuna görə başqalarının yanında qürrələnəcəyəm? Hətta siqt olmuş küsgün və narahat körpəniz belə behiştin qapısına dayanacaqdır. Allah-təala ona belə buyurar: "Behiştə daxil ol!" Amma o, "Xeyir."- deyə cavab verər. "Atam-anam məndən öncə behiştə daxil olmayana qədər, mən buraya girməyəcəyəm."-söyləyər. Sonra Allah-təala mələklərindən birinə "Bunun ata-anasını mənim yanıma gətirin!"- deyə əmr edər. Ardınca onların da behiştə daxil edilməsinə göstəriş verər. Sonra buyurar: Bu mənim sənə etdiyim lütf və mərhəmətdir!"1

118. "Sünəni-Darəmi": Cabir ibn Abdullah rəvayət edir: Allahın elçisi (s) ilə birlikdə səfərə çıxmışdıq. Qayıdarkən mən tələsik şəkildə ondan ayrıldım və getdim. Bir miqdar getmişdim ki, arxadan bir süvarinin mənə yaxınlaşdığını gördüm. Qayıtdım, onun Peyğəmbər (s) olduğunu gördüm. Üzünü mənə tutub, buyurdu: "Nə üçün məndən ayrılırkən belə tələsirdin, ey Cabir?"

Dedim: Mən yenicə evlənmişəm.

- "Bakirə qızla evlənmisən, yoxsa dul qadınla?"

- Dul qadınla.

- "Nə üçün bakirə qızla evlənmədin...?"2

119. "Səhihi-Buxari": Cabir rəvayət edir: Bir qadınla evəndim. Peyğəmbər (s) mənə buyurdu: " Ey Cabir, ailə qurmusanmı?"

Dedim: Bəli.

- "Bakirə qızla evlənmisən, yoxsa dul qadınla?"

- Dul qadınla.

- "Nə üçün bakirə qızla evlənmədin...?"

- Atam rəhmətə getdi, evimizdə yeddi (ya doqquz) balaca qız övladı yetim qaldı. Mən istəmədim ki, onlar kimi başqa bir qız da onlara qoşulsun. İstədim ki, elə bir qadınla evlənim ki, onlara başçılıq, hamilik etsin.

- "Afərin sənə!"1

120. "Səhihi-Buxari": Aişə rəvayət edir: Dedim: Ey Allahın elçisi! Bir vadiyə endikdə orada iki ağac görsən, birinin meyvəsi dərilmiş, amma digərinin meyvəsinə toxunulmamış olsa, dəvələrinin hansı ilə yemlənməsini istəyərsən?

Peyğəmbər (s) buyurdu: "Meyvələri dərilməmiş ağacdan."2


5- Gənc qızlarla ailə qurun

121. Allahın rəsulu (s): Gənc qızlarla evlənin, çünki onlar xoşəxlaq olurlar.3

6-Yadlarla evlənin

122. Allahın rəsulu (s): Yad (qohumluq əlaqəniz olmayan) qadınlarla evlənin ki, övladlarınız zəif, cansız dünyaya gəlməsin.4

7-Aşağıdakı zahiri görünüşə malik olan qadınlarla ailə qurun



123. Allahın rəsulu (s): Yaşıl və göy gözlü qadınlarla evlənin, çünki onlar bərəkətli olurlar.1

124. Allahın rəsulu (s): “Öz nütfələriniz üçün (yaxşı bətn) seçin. Evlənəcəyiniz qadınları seçin. İri çanaqlı qadınlarla ailə qurun, çünki onlar daha çox övlad dünyaya gətirmək qabiliyyətinə malikdirlər.2

125. Allahın rəsulu (s): İri çanaqlı qadınlarla ailə qurun, çünki onlar bərəkətli və daha çox övlad dünyaya gətirmək qabiliyyətinə malikdirlər.3

126. Allahın rəsulu (s): Əhməd ibn Əbu Əbdullah Əhli-beytə (ə) nisbət verdiyi bir rəvayətdə deyir: Peyğəmbər (s) hansısa bir qadınla evlənmək istədikdə, Əvvəlcə bir kəsi (qadını) onu görməyə yollayar və ona belə buyurardı: "Boynunu qoxla. Əgər gözəl iyli olsa, deməli bədəni də xoş ətirlidir."4

127. İmam Əli (ə): Kim evlənmək istəsə, orta boylu, enli kürəkli və yaşıl rəngli qadınla evlənməsi məsləhətdir. Ondan həzz ala bilməsə, mehriyyəsini mən ödəyərəm.5

128. İmam Əli (ə): Yaşıl rəngli, böyük gözlərə və iri çanağa sahib, enli kürəkli qadınla evlənin. Ürəyinizcə olmasa, mehriyyəsini mən ödəyərəm.6

129. İmam Kazim (ə): Kişinin xoşbəxtliyindən də biri budur ki, ag (ya sarıyaçalan) qadının (gəlinin) duvağını üzündən qaldıra.1

130. "Əl-Kafi": İbrahim Kərxi rəvayət edir: İmam Sadiqə (ə) dedim: Həyat yoldaşım, könül həmdəmim, həyatımda məni daşa düşən (uygunlaşan) yeganə qadın dünyasını dəyişib. İndi ailə qurmaq istəyirəm. Həzrət (ə) buyurdu: “Çox diqqətli ol. Bax gör, özünü kimə tapşırırsan, kimi öz var-dövlətinə şərik edir, onu dinindən, sirrindən və əmanətindən agah edirsən. Qəti şəkildə evlənməyi qarşına məqsəd qoymusansa, özünə bakirə və əxlaqı, iffətti ilə tanınan həyat yoldaşı tap. Bil ki, qadınlar necə növdür, necəki, şair deyir:

Qadınlar müxtəlif yaranıb,

Bəzisi faydalı, bəzisi ziyankar.

Bəzisi ay kimi parlar öz məhrəminə,

Bəzisi zülmət olar sanki ərinə.

Xoşbəxtdir, kimin yaxşı yoldaşı var,

Bədbəxt olan kimsə, intiqam ala bilməz.

Qadınlar üç növdür: Uşaq doğuran və ərinə dünya və axirət işlərində yardım edən, onun əleyhinə çalışmayan qadın. Uşaq dünyaya gətirməyə qadir olmayan, çirkin, ədəbsiz qadın. O, ərinə xeyir işlərdə yardım etməz. Səs-küylü, daim deyinən və bie yerdə qərar tutmayan qadın. O, ərinin arxasınca danışar və onun çoxlu (yaxşılıqlarını) az sayar, azı da qəbul etməz.1

4\3

Belə qadınlarlı seçmək məsləhət deyil

1- Gözəl, amma ləyaqətsiz qadın


131. Allahın rəsulu (s): Qadının zahiri gözəlliyini, imanının gözəlliyinə tərcih verməyin.2

132. Loğman: (Oğluna nəsihət edərkən: ) Oğlum, əgər qadınları şərab kimi dadmaq mümkün olsaydı, heç vaxt, heç kim pis (bədəxlaq) qadınla evlənməzdi.3

2- Gözəl, amma pis tərbiyəli ailədə böyümüş qadın


133. İmam Sadiq (ə): Allahın eliçi (s) ayağa qalxıb, belə xütbə oxudu: "Ey camaat! Zibillikdə bitən gözəl güllərdən uzaq durun."

Soruşdular: Ey Allahın elçisi, məqsədiniz nədir?

- "Pis ailələrdə tərbiyə almış gözəl qadınlar"4

3- Axmaq qadın


134. Allahın rəsulu (s): Axmaq qadınla evlənməkdən çəkinin, çünki onunla birlikdə yaşamaq əzab-əziyyət və övladları da zay olacaq.1

135. Allahın rəsulu (s): Axmaq kişiyə qız verin, amma axmaq qadınla evlənməyin. Çünki axmaq kişidən ağıllı və şuurlu övlad dünyaya gələr. Amma axmaq qadın ağıllı və dərrakəli ölad dünyaya gətirməz.2

4- Qısır qadın


136. Allahın rəsulu (s): Övlad dünyaya gətirməyə qabiliyyəti olan bakirə qızlarla ailə qurun. Gözəl amma qısır qadınlarla evlənməyin. Çünki qiyamət günü sizinlə (sayınızın çoxluğu ilə) başqa ümmətlərin qarşısında qürrələnəcəyəm.3

137. İmam Sadiq (ə): Bir kişi Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın eliçisi, Mənim bir əmim qızı var (və mən onunla ailə qurmaq istəyirəm). Amma o, gözəl, əxlaqlı və dindar olmasına baxmayaraq, qısırdır.

Peyğəmbər (s) buyurdu: "Onunla evlənmə."4



138. "Sünəni-Əbu Davud": Məqəl ibn Yəsar rəvayət edir: Bir kişi Peyğəmbərin (s) yanına gəlib, dedi: Mən əsil-nəcabətli və gözəl bir qadın tanıyıram, amma o, övlad dünyaya gətirməkdən məhrumdur. Onunla ailə qurummu?

Peyğəmbər (s) buyurdu: "Xeyir."

O üç dəfə Peyğəmbərin yanına gəlib, eyni sualı verdi. Hər dəfə də, Peyğəmbər (s) ona rədd cavabı verdi. Sonra buyurdu: "Mehriban və sənin üçün övlad dünyaya gətirməyi bacaran qadınla evlən. Çünki qiyamət günü sizinlə (sayınızın çoxluğu ilə) başqa ümmətlərin qarşısında qürrələnəcəyəm."1

139."Usdül-ğabə": Əbdül-məlik Misri Muharib qəbiləsindən olan bir kişidən belə rəvayət edir: Bir kişi Peyğəmbərin (s) yanına gəlib, dedi: Mən gözəl bir qadına vuyurmişam, amma o, övlad dünyaya gətirməkdən məhrumdur. Sizin yanınıza gəldim, dua edin ki, Allah (o qadını qısırlıqdan qurtarıb,) mənə bətəkət versin. Mən də onunla evlənim.

Amma Allahın elçisi (s) ona bu qadınla evlənməyə icazə vermədi.

Kişi yenidən Peyğəmbərin (s) yanına gəlib, ya qadına dua etməyi, ya da ki, onunla evənməyə icazə verməyi xahiş etdi. Allahın peyğəmbəri buyurdu: "Qara dərili, amma qısır olmayan bir qadınla evlənməsi, mənim fikrimcə, gözəl amma qısır qadınla evlənməsindən daha yaxşıdır."1

5- Qoca qadın


140. İmam Sadiq (ə): Üç şey insan bədənini zəiflədər və hətta məhv edər: Duzlanmış halda qoxuyan əti yemək, tox halda hamama getmək və qoca qarılarla nikah bağlamaq (cinsi əlaqədə olamq).2

6-
Aşağıdakı xüsusiyyətlərə malik olan qadınlarla ailə qurmayın3

141. "Əl-Xisal": Zeyd ibn Sabit rəvayət edir: Allahın elçisi (s) mənə buyurdu: "Ey Zeyd, evlisənmi?"

Dedim: Xeyir.



  • "Evlən ki, iffət-həyanı qoruyub saxlaya biləsən. Amma bu beş xüsusiyyətə malik olan qadınlarla evlənmə."

  • Onlar hansılardı, ey Allahın peyğəmbəri?

  • "Şəhbərə, ləhbərə, nəhbərə, həydərə və ləfitla evlənmə."

  • Ey Allahın elçisi! Mən sizin kəlamlarınızdan bir şey anlamadım. Çünki qadınlar haqqında heç bir məlumatım yoxdur.

  • "Sən ərəb deyilsənmi? Şəhbərə, acı dilli yaşıl və göy gözlü qadındır. Ləhbərə, uzun boylu həddən artıq arıq qadına deyilir. Nəhbərə, qısa boylu çirkin qadındır. Həydərə, şəhvəti ölmüş qoca qarıya deyilir. Ləfut isə başqasından uşağı olan qadındır."1

142. "Cameül-əxbar": Allahın elçisi (s) səhabələrindən birinə, yəni; Zeyd ibn Sabitə dedi: ... On iki növ qadınla evlənmə."

Soruşdu: El Allahın peyğəmbəri, onlar hansı xüsusiyyətə malikdirlər?

Buyurdu (s): "Hənfəsə, ənfəsə, şəhbərə, sələqləqə, məzbubə, məzmumə, hənnafə, mənnanə, rəfsaə, həydərə və ləfutla evlənmə.1"2

143. "Əl-Məhəccətül-beyza": Rəvayətə görə Əzd qəbiləsindən olan bir abid İlyas (ə) peyğəmbərlə qarşılaşır. İlyas (ə) peyğəmbər ona artıq (zahidliyin daşını atıb,) ailə qurmağı təklif edir. Ardınca buyurur: "Dörd növ qadınla evlənmə: Müxtələə, mübariyə, ahirə və naşizə."

Müxtələə, hər bir bəhanə ilə ərindən "xuli təlaqı"3 boşanmaq istəyən qadındır. Mübariyə, öz var-dövləti, dünya malı ilə başqa qadınlara lovğalanan qadına deyilir. Ahirə, əxlaqsızlıqda ad çıxarmış qadındır. Necə ki, Allah-təala buyurur: "İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin."4 Naşizə, ərinə itaətsizlik edən qadına deyilir.5



144. Allahın rəsulu (s): Qoca qarı ilə və qısır qadınla evlənmə. Çünki mən sizin sayınızın çoxluğu ilə qürrələnəcəyəm.1

4\4

Qızlarını ərə vermək istəyənlərə dəyərli məsləhətlər

1- Qızınızı ərə verərkən onun fikrini soruşun


145. "Əl-Möcəmül-kəbir": Allahın rəsulu (s) ailəsindən bir qızı ərə vermək istədikdə, pərdə arxasında ona belə müraciət edərdi: "Qızım, Filankəs sənə elçi gəlib. Əgər onu sevmirsənsə, "yox" de. Çünki heç kim "yox" deyərək etiraz etməyə utanmamalıdır. Əgər sevirsənsə (ona ərə getmək istəyirsənsə) sənin susmağın razılılıq niçanəsi sayılacaq."2

2- Ləyaqətli kürəkən tapdıqda qızınızı ona ərə verməkdə səhlənkarlıq etməyin


146. Allahın rəsulu (s): Hər vaxt sizin qızınıza münasib elçi gəlsə, qızınızı ona ərə verin. Bu gün-sabah edib, gecikdirməyin.1

147. Allahın rəsulu (s): Hər vaxt qızınıza münasib elçi gəlsə, gecikmədən qızınızı onunla evləndirin.2

148. Allahın rəsulu (s): Ey Əli! Üç işi gecikdirmə: Nmazı (yubatmadan)vaxtı gəlib çatdıqda yerinə yetir. Cənazəni hazır olduqda dəfn et. Ərsiz qadını, ona uuyğun həyat yoldaşı tapıldıqda ərə ver.3

149. "Əl-Kafi": İmam Sadiq (ə) rəvayət edir: Peyğəmbər (s) insanlara nitq söyləyərkən, onlara qızlarını ərə verməkdə gecikməməyə həvəsləndirib və tələsməyə çağırdı... Elə bu zaman bir kişi ayağa qalxıb, soruşdu: Ey Allahın elçisi! Qızlarımızı hansı xüsusiyyətlərə sahib olan insanlara ərə verək?

Həzrət (s) buyurdu: "Münasib və uyğun olan şəsxlərə."



  • Ey Allahın elçisi! Münasib və uyğun olan şəsxlər, kimlərdir?

  • "İmanlı şəxslər bir-birilərinə münasidirlər. İmanlı şəxslər bir-birilərinə uyğundurlar."4


3- Bəd əməlli şəxsə, xüsusilə də əyyaşa qız verməyin


150. Allahın rəsulu (s): Kim qızını bəd əməlli şəxsə ərə versə, hər gün asimandan min lənət qazanar. Onun heç bir əməli səmaya qalxmaz. Duaları qəbul olmaz. Tövbəsi və fidyəsi qəbul edilməz.1

151. Allahın rəsulu (s): Əyyaş xəstələndikdə, onu yoluxmağa getməyin. Dəfnində iştirak etməyin. Şahidliyinə etbar etməyin. Elçi gəldikdə ona qız verməyin. Ona əmanət tapşırmayın.2

152. Allahın rəsulu (s): "Agah olun, mən Allah-Təala tərəfindən şərabın haram olmasını elan etdikdən sonra şərab içən şəxs hər hansısa ailənin qızına elçi getsə, müsbət cavab eşitməyə layiq deyil."3

153. Allahın rəsulu (s): Əyyaş şəxs sizə elçi gəldikdə, ona qız verməyin.4

154. İmam Sadiq (ə): Əyyaşa qız verən şəxs, sanki onu azğınlığa sürükləyib.5

155. İmam Sadiq (ə): Hər kim qızını əyyaşa ərə versə, sanki onunla qohumluq əlaqələrini kəsmişdir.1

4- Ağır mehriyyə təyin etməkdən çəkinin


156. Allahın rəsulu (s): Qadınların mehriyyəsini təyin etdikdə ifrata varmayın, çünki onlar ilahinin (rəhmət) yağışıdır.2

157. Allahın rəsulu (s): "Ey Həvla! Məni haqq olaraq peyğəmbər və elçi göndərənə and olsun ki, ərinə ağır mehriyyələr təyin edən qadına, Allah-təala cəhənnəm atəşindən ağır zəncirlər hazırlayıbdır.3

158. Allahın rəsulu (s): İlahi! Ğəssanın hökmranlığına son ver və "Kinda mehriyyələri4"nin miqdarını azalt!5

159. Müsnədi-ibn Hənbəl: Məhəmməd ibn İbrahim Teymi, Əbu Hədrəd Əsləminin vasitəsilə rəvayət edir: Bir kişi Peyğəmbərin (s) yanına gəlib, bir qadının mehriyyəsi haqda ondan məsləhət (ya da ki, kömək) istədi. Allahın elçisi (s) buyurdu: "Ona nə qədər nmehriyyə təyin etmisən?"

Dedi: İki yüz dirhəm.



  • "Bəthandan1 belə götürsəydiniz, artıq gətirməzdiniz."2

160. İmam Sadiq (ə): Qadının nəhs olması, mehriyyəsinin ağırlığında və qısırlığındadır.3

161. İmam Sadiq (ə): Qadının səadəti az xərcə mail olması və rahat şəkildə övlad dünyaya gətirməsindədir. Qadının uğursuzluğu isə, onun bədxərc və çətinliklə övlad sahibi olmasındadır.4

162. Allahın rəsulu (s): Ən yaxşı mehriyyə, ən yüngülüdür.5

163. Allahın rəsulu (s): Ən bərəkətli qadınlar, mehriyyəsi az olanlardır.6

164. Allahın rəsulu (s): Ən bərəkətli evlilik, xərci ən az olan evlilikdir.7

165. Allahın rəsulu (s): Elçiliyi, mehriyyəsi və doğuşu (övlad dünyaya gətirmək qabiliyyətinə malik olması) asan olması, qadının xeyir-bərəkətindən sayılır.8

166. Allahın rəsulu (s): Ümmətimin ən yaxşı qadınları onların ən gözəlləri və ən az mehriyyə tələb edənləridir.1

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə