Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


İkinci fəsil Ailə qurmağın hikmətləri



Yüklə 1,6 Mb.
səhifə3/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   2   3   4   5   6   7   8   9   ...   28

İkinci fəsil

Ailə qurmağın hikmətləri


- وَ مِنْ آياتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْواجاً لِتَسْكُنُوا إِلَيْها وَ جَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَ رَحْمَةً إِنَّ في‏ ذلِكَ لَآياتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

- هُوَ الَّذي خَلَقَكُمْ مِنْ نَفْسٍ واحِدَةٍ وَ جَعَلَ مِنْها زَوْجَها لِيَسْكُنَ إِلَيْها فَلَمَّا تَغَشَّاها حَمَلَتْ حَمْلاً خَفيفاً فَمَرَّتْ بِهِ فَلَمَّا أَثْقَلَتْ دَعَوَا اللَّهَ رَبَّهُما لَئِنْ آتَيْتَنا صالِحاً لَنَكُونَنَّ مِنَ الشَّاكِرينَ

Qurani-kərim:

- Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!1

- Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün onun özündən zövcəsini (Həvvanı) yaradan Odur.2
Hədislər:

43. "Təfsiri-Sələbi": Məşixə rəvayət edir: Bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın elçisi! Mən bir işə mat-məəttəl qalmışam. Doğrudan da, təəccüblüdür! Bir kişi bir qadınla evlənib ki, (evlənməmişdən öncə) nə qadın onu görüb, nə də ki, o qadını görüb. Amma evləndikdən və yaxınlıq etdikdən sonra aralarında səmimiyyət yaranır və bir-birilərinə həmdəm olurlar. Onlar üçün ən dəyərli və sevimli şey, yalnız bir-biriləridir.

Peyğəmbər (s) buyurdu: " Aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.3"4



44. "Əl-Kafi": Məhəmməd ibn Yəhya... Müaviyə ibn Vəhəbdən rəvayət edir: İmam Sadiqin (ə) belə söylədiyini eşitdim: Allahın elçisi (s) müsəlmanların bir qisminin şəhid olduğu bir savaşdan qayıtmışdı. Qadınlar onun yanına gəlib, şəhid olmuş şəxslər haqqında soruşdular. Bir qadın irəli gəlib soruşdu: Ey Allahın peyğəmbəri! Filankəsin başına nə gəldi?

Peyğəmbər (s) buyurdu: O, sənin yaxının idi?

Cavab verdi: Atam idi?

Buyurdu: Allaha həmd-səna et və "Hər şey Allahdandır və hamımız Onun hüzuruna dönəcəyik"-söylə. Çünki o, şəhid oldu.

Qadın yenə soruşdu: Bəs filankəsin aqibəti necə oldu?

Buyurdu: O sənin qohumun idi?

Dedi: Qardaşım idi.

Buyurdu: Allaha həmdü-səna et və "Hər şey Allahdandır və hamımız Onun hüzuruna dönəcəyik"-söylə. Çünki o da şəhid oldu.

Qadın Peyğəmbərin (s) buyurduqlarını eşitdikdən sonra soruşdu: Filankəsin aqibəti necə oldu?

Peyğəmbər (s) buyurdu: O, sənin yaxının idi?

Cavab verdi: Həyat yoldaşım idi.

Buyurdu: Allaha həmdü-səna et və "Hər şey Allahdandır və hamımız Onun hüzuruna dönəcəyik"-söylə. Çünki həyat yoldaşın şəhid oldu.

Qadın ağlayaraq, fəryad etməyə başladı.

Peyğəmbər (s) buyurdu: İmanmıram, bu qadın ərini sevdiyi qədər hansısa qadın ərini sevsin.1



45. "Əl-Kafi": Əhməd... Müəmmər ibn Xəlladın vasitəsilə rəvayət edir: İmam Kazimin (ə) belə buyurduğunu eşitdim: "Allahın rəsulu (s) Cəhşin qızına dedi: "Dayın Həmzə qətlə yetirildi." Qadın istirca1 söyləyib, belə cavab verdi: Mən bunu Tanrı dərgahında bir mükafat sayıram.

Sonra Peyğəmbər (s) buyurdu: "Qardaşın da qətlə yetirildi". Qadın yenə istirca söyləyib, belə dedi: Mən bunu da Tanrı dərgahında bir mükafat sayıram.

Peyğəmbər (s) buyurdu: "Həyat yoldaşın da şəhid oldu". Bunu eşidən qadın əlini başına qoyaraq vay-şivən etməyə başladı.

Allahın elçisi(s) bu zaman buyurdu: "Heç bir şey bir qadın üçün onun ərinin yerini verə bilməz".



46. İmam Sadiq (ə): (Adəm və Həvvanın yaranışı haqda söhət açarkən) buyurdu: Allah-təala Adəmi torpaqdan yaratdıqda mələklərinə ona səçdə etməyi əmr etdi. Sonra Adəmin yatmasına əmr etdi. Həvvanı yaratdı... Adəm (ayıldıqdan sonra) özünə bənzəyən gözəl və zərif bir (dişi) məxluq gördü. Onunla söhbət etdi. Həvva onun anlayacağı bir şəkildə danışırdı. Adəm (ə) soruşdu: "Sən kimsən?"

Dedi: "Mən gördüyün kimi, Allahın yaratdığı bir məxluqam".

Elə bu vaxt Adəm (ə) dedi: İlahi! Bu gözəl varlıq kimdir ki, kənarında olmaq və ona baxmaq mənimlə onun arasında ünsiyyət (bağlılıq) yaradır?"

Allah-təala buyurdu: "Ey Adəm! Bu bəndəm Həvvadır. İstəyirsənmi ki, sənin həmdəmin, həmsöhbətin olsun və əmirlərinə itaət etsin?"

Adəm (ə) dedi: "Bəli, ey mənim Tanrım? Mən bütün ömrüm boyu buna görə sənə minnətdar olaram".1

47. Həzrət Əli (ə): Üç şey ünsiyyət yaradar: (Əri ilə) uzlaşan qadın, layiqli övlad və uyğun dost.2

48. İmam Zeynülabidin (ə): Həyat yoldaşının haqqı budur ki; sən onun Allah-təala tərəfindən sənə təskinlik bəxş edən və ünsiyyət, bağlılıq yaratmaq üçün əta olunduğunu biləsən. Bil ki, o, Tanrı tərəfindən sənə bəxş olunmuş bir nemətdir. Deməli, ona hörmət etməli və onunla mehriban olmalısan.3

49. Əl-Xisal: Əbu Xalid Sicistani belə rəvayət edir: İmam Sadiq (ə) buyurdu: Hər kimdə bu beş nemətdən biri olmasa daim həyatı acı, fikri pərişan və qəlbi sıxıntı içərisində olar: Sağlam bədən, əmin-amanlıq, ruzinin çoxluğu, münasib həmdəm.

Mən soruşdum: Münasib həmdəm kimdir?

Buyurdu(ə): Yaxşı həyat yoldaşı, yaxşı övlad və yaxşı həmsöhbət. Sonra buyurdu: Beşincisi isə (bunların hamısını özündə cəmləyən) asayişdir.4

2\1

Mənəvi təskinlik yaradır


50. İmam Hadi (ə): Allah-təala evliliyi qəlblərin bir-biriləri ilə ülfət bağlaması və qohumluq əlaqələrinin yaranması üçün qərar verdi. Onun vasitəsi ilə qohumluq əlaqələrini yaratdı və onu məhəbbət və mehribanlıq mayəsi etdi. Bunda insanlar üçün ilahi nişanələri vardır.1
2\2

Ülfət və mehribanlıq yaradır


51. İmam Rza (ə): Ailə qurmağa hətta (Qurani-kərimdə) aydın şəkildə ayə ilə təkid olunmasaydı və həmçinin (Peyğəmbərimizin) sünnəsində görülməsəydi belə, sösüz ki, qohumlara yaxşılıq etmək, yad insanlarla ünsiyyət qurmaq, qəlblər arasında ülfət yaratmaq, hüquqlara qarşılıqlı riayət etmək, cəmiyyətin artması, həyatın eniş-yoxuşlarına və zəmanənin çətinliklərinə sinə gərməyi öyrətmək məqsədilə övlad tərbiyə etmək kimi (evliliyin sayəsində olan bu xeyirli işlər naminə) hər ağıllı insan evlənməyə həvəs göstərər və hər məntiqli şəxs ailə qurmağa can atardı.2
3\2

Əxlaqı və ictimai azğınlıqların qarşısını alır


هُنَّ لِباسٌ لَكُمْ وَ أَنْتُمْ لِباسٌ لَهُنّ -

ً- وَ لِباسُ التَّقْوى‏ ذلِكَ خَيْرٌ



Qurani-kərim:

- Onlar sizin, siz də onların libasısınız (bir-birinizə həddindən artıq yaxınsınız).3

- Və təqva libası daha yaxşıdır (xeyirlidir).4
Hədislər:

52. Allahın rəsulu (s): Elə bir cavan yoxdur ki, o, ailə qurduğu zaman şeytan fəryad çəkərək belə söyləməsin: "Vay mənim halıma! Vay mənim halıma! Dininin üçdə iki hissəsini artıq mənin fitnə-fəsadımdan qorudu." Deməli bəndə dininin qalan hissəsini ilahi təqva ilə qorumalıdır.2

53. Allahın rəsulu (s): Ey cavanlar! Aranızda hər kimin evlənməyə qüdrəti çatırsa, evlənsin. Çünki evlənmək gözü harama baxmaqdan daha çox saxlayar və insanı abırlı, heysiyyətli edər. Hər kimin evlənməyə qüdrəti çatmırsa, oruc tutsun. Çünki oruc tutmaq şəhvəti azaldar.3

54. "Əl-Kafi": Kəlib ibn Müaviyə Əsədi, İmam Sadiqdən (ə) belə rəvayət edir: Allahın rəsulu (s) buyurdu: "Kim evlənsə, dininin yarısını qoruyub saxlamışdır."4

Başqa bir hədisdə isə artırılır: " Və qalan hissəsini isə ilahi təqva ilə qoruyub saxlamalıdır."5



55. Allahın rəsulu (s): Hər kim ailə qursa, dininin yarısını qazanar, qalan yarısını isə ilahi təqva ilə əldə edə bilər.6

56. Allahın rəsulu (s): Allah-təala hər kimə ləyaqətli qadın qismət etsə, ona dininin yarısını qorumaqda kömək etmişdir. Bununla belə qalan yarısını ilahi təqva ilə irəliləməlidir.1

57. Allahın rəsulu (s): İnsan bu üç məqsədlə borc alsa və onu ödəyə bilmədən ölsə, Allah-təala (sanki) onun borcunu ödəməyi öz öhdəsinə alar... (Onlardan biri də,) günah işlətməkdən qorxduğu üçün borc alaraq ailə quran, özünü günahdan qoruyan, amma dünyasını dəyişdiyi üçün onu ödəyə bilməyən şəxsdir.2

58. İmam Sadiq (ə): Allah-təala öz Peyğəmbərinə (s) lazım olan hər bir şeyi öyrətmişdir. Onlardan da biri budur ki; Peyğəmbərimiz günlərin bir günü minbərə qalxaraq ilahi həmd-sənadan sonra xalqa belə buyurdu: "Ey insanlar! Mərhəmətli və elm sahibi olan Tanrı tərəfindən gələn Cəbrayıl mənim yanıma gəlib, belə söylədi: Yeniyetmə (həddi-büluğa çatmış) qızlar ağacların meyvələrinə bənzəyirlər, yetişdikləri zaman dərilməzlərsə, günəşin şüaları onları xarab edəcək və küləklər onları pərən-pərən salacaq. Yeniyetmə (həədi-büluğa çatmış) qızlar da belədirlər. Onlar həddi-büluğa çatdıqları zaman evlənməkdən başqa dərmanları yoxdur. Yoxsa fitnə-fəsaddan amanda qalmayacaqlar. Çünki onlar da bəşər övladlarıdır.3
4\2

Tövhid ənənələrinin yayılması

إِنَّ اللَّهَ اصْطَفى‏ آدَمَ وَ نُوحاً وَ آلَ إِبْراهِيمَ وَ آلَ عِمْرانَ عَلَى الْعالَمِينَ (*) ذُرِّيَّةً بَعْضُها مِنْ بَعْضٍ وَ اللَّهُ سَمِيعٌ عَلِيمٌ (*)إِذْ قالَتِ امْرَأَتُ عِمْرانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ ما فِي بَطْنِي مُحَرَّراً فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ (*) فَلَمَّا وَضَعَتْها قالَتْ رَبِّ إِنِّي وَضَعْتُها أُنْثى‏ وَ اللَّهُ أَعْلَمُ بِما وَضَعَتْ وَ لَيْسَ الذَّكَرُ كَالْأُنْثى‏ وَ إِنِّي سَمَّيْتُها مَرْيَمَ وَ إِنِّي أُعِيذُها بِكَ وَ ذُرِّيَّتَها مِنَ الشَّيْطانِ الرَّجِيمِ (*)فَتَقَبَّلَها رَبُّها بِقَبُولٍ حَسَنٍ وَ أَنْبَتَها نَباتاً حَسَناً وَ كَفَّلَها زَكَرِيَّا كُلَّما دَخَلَ عَلَيْها زَكَرِيَّا الْمِحْرابَ وَجَدَ عِنْدَها رِزْقاً قالَ يا مَرْيَمُ أَنَّى لَكِ هذا قالَتْ هُوَ مِنْ عِنْدِ اللَّهِ إِنَّ اللَّهَ يَرْزُقُ مَنْ يَشاءُ بِغَيْرِ حِسابٍ (*) هُنالِكَ دَعا زَكَرِيَّا رَبَّهُ قالَ رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعاءِ


Qurani-kərim:

Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir! (Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!”- dediyini xatırla! Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”- söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi). Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?”- dedikdə, o: “Allah tərəfindəndir!”- deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər! (O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”1
Hədislər:

59. Allahın rəsulu (s): Mönin şəxsin evlənməsinə nə mane olur? Bəlkə Allah ona elə övladlar qismət edəcək ki, yer üzünü "La ilahə illəl-lah" (şüarı) ilə dolduracaqlar.2

60. Allahın rəsulu (s): Yaqubun oğlu Yusif qardaşını gördükdə ondan soruşdu: Ay mənim qardaşım! Məndən sonra axı necə evlənə bildin?

Dedi: Atam mənə evlənməyi əmr etdi və buyurdu: "Əgər yer üzünü Tanrıya həmd-səna oxuyacaq övladlarla doldura bilərsənsə, belə də et."3



61. İmam Sadiq (ə): (Yusifin (ə) onu tanımayan qardaşı Benyaminlə söhbəti haqqında söylədiyi zaman) : Yusif (ə) soruşdu: Onun (Yusif) üçün nə qədər kədərləndin?

Dedi: Elə kədərləndim ki, on bir övladımın hamısının adını onun adından aldım.



  • "Amma ondan sonra (çoxlu) qadınlarla evlənmiş və (çoxlu) övlad sahibi olmusan!"

  • Mənə dəyərli atam belə əmr etdi: Ailə qur! Bəlkə Allah sənə elə övladlar qismət edəcək ki, yer üzünü Allaha həmd-səna oxumaqla dolduracaqlar.1


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə