402
Zənəb (kos.) – Ərəb sözüdür və quyruq, yəni Quyruqlu ul-
duz (kometa) deməkdir. Ġndiyə qədər GünəĢin ətrafında dövr
edən iyirmi beĢ min belə ulduz müĢahidə edilmiĢdir. Onlar Gü-
nəĢə yaxın olduqları zaman “quyruqları” daha uzun olur. 1943-
cü ildə müĢahidə edilmiĢ ən böyük kometanın “quyruğu”nun
uzunluğu 198 milyon km.-dir.
SalmıĢdı Mərrixi Zənəb kəməndə,
Zühəlin gözüylə Rəs düĢmüĢ bəndə (Xġ-150).
Astrologiyaya görə, Ay Zənəb üqdəsində uğursuzluğa dü-
çardır. Buna görə üqdəsi Ayın boğazında zəhərdir.
Zənəbin ağzından alaraq zəhər
Ayın boğazına onu tökdülər (Ġ-593).
Beytin mənası: Ay Zənəb nöqtəsinə çatanda artıq gözə gö-
rünmür, batır.
Zəng (top.) – Zəngibar (bax) toponiminin qısaldılmıĢ for-
ması.
“Qifli-Rumu” əgər oxusa bollu,
Rum, Zəng xəznəsinə açardı yolu (Xġ-168).
Zəngan (top.) – Mənbələrdə Zəncan kimi də göstərilən bu
yaĢayıĢ məntəqəsi o dövrdə Ġraqla Azərbaycan (Naxçıvan) ara-
sındakı ərazidə yerləĢirdi.
Pələngə Ģir dedi: - Məsəldir, biĢəkk,
Ya Zəngana gedər, ya doğar eĢĢək (Xġ-151).
Zəngə-ġaviran (et.) – Daranın məĢhur sərkərdələrindən biri
olan Fəribərzdin mənsub olduğu nəslin adı.
Məclisdə vardı bir adlı pəhləvan,
Həsəbi, nəsəbi, Zəngə-ġaviran (Ġ-124).
Bu ad iki sözdən ibarətdir: Zəngə, ġaviran. “Zəngə” sözü,
bəlkə də, “qara adam” mənasında olan farsca “zəngi” və ya “qo-
ca, cəng” mənasında olan “jəng” sözü ilə əlaqədardır. ġaviran və
ya ġaburan isə Rzaqulu xan Hidayətə görə, Gəncə ilə Dərbənd
arasında bir Ģəhər imiĢ. Bizə elə gəlir ki, “Zəngə-ġaviran” adı
“ġaviranlı qoca pəhləvan”, “ġaviran Zəngi” və ya “ġaviran pəh-
ləvanı” (Ərəb Zəngi adında olduğu kimi) mənasında iĢlənmiĢdir.
403
Zəngibar (top.) – Afrikanın Ģərq sahilində Hind okeanında
bir adadır. Həmin adanın qərb hissəsində bu adda bir Ģəhər də
vardır. Ekvator xəttinə çox yaxın olduğu üçün havası çox istidir.
Öz mixəyi ilə çox məĢhurdur. Hazırda Tanzaniya respublikasına
daxildir. ġair “Zəngibar” dedikdə ölkəni yox, Zəngibar ölkəsinin
Ģahını nəzərdə tutur.
Orda Xütən Ģahı, burda Zəngibar
Xosrovun adına qədəh tutdular (Xġ-224).
Gecə Zəngibara, səhərin açılması isə Zəngibardan çıxan ka-
fura bənzədilmiĢdir.
Gündüz qarğa rəngli qara gecədən
ÇıxmıĢ Zəngibardan kafur kimi Ģən (Ġ-240).
Burada ağlıq mənasında olan kafur Zəngibarda və HəbəĢis-
tanda istehsal edilir. Yəni səhər açılmıĢdır.
Zəracə (an.) – Zəngibar ordusundan çıxan nəhəng bir pəh-
ləvanın adı.
Zəracə adlı bir qara pəhləvan
Ortaya atıldı, oxudu meydan (Ġ-84).
Zəravənd (an.) – Bəhram Gurun birinci vəziri Nərsinin bö-
yük oğlu. “Zəravənd” adı “zər” (farsca qızıl, qızıl sikkə demək-
dir) və qan damarı, küp, dəlil, sübut və s. mənalar bildirən
“avənd” sözlərindən düzəlmiĢdir.
Böyük oğlu ğözəl bir fərzənd idi,
El bilir adını – Zəravənd idi (YG-114).
ZərdüĢt (məc. ag.) – AtəĢpərəstlərin peyğəmbəri, atəĢpə-
rəstlik dininin banisi sayılır. ZərdüĢt guya Azərbaycanın ən qə-
dim Ģəhərlərindən olan Muğanda doğulmuĢ və əslən azərbay-
canlıdır. Bəzi əfsanələrə görə, Cənubi Azərbaycanın Urmiyə
Ģəhərində zühur etmiĢdir. Bəziləri onu əfsanəvi, bəziləri isə
tarixi Ģəxsiyyət hesab edirlər.
ZərdüĢt (ZərdəĢt, ZartəĢt, ZardəĢt, Zaroastr) peyğəmbərin nə
zaman yaĢadığı dəqiq məlum deyildir. Ehtimala görə, eramızdan 7
əsr əvvəl, yaxud e. ə. YI əsrdə yaĢamıĢ, Ġran Ģahı I Daranın müasiri
olmuĢdur. Rəvayətə görə, 30 il Savalan dağında tərkidünya həyat
keçirmiĢ, “Avesta”(“Əbəs-tağ”) adlı kitab yazmıĢdır.
404
Məlumdur ki, tədqiqatlar ZərdüĢtün e.ə. VI əsrdə yaĢadığını
qeyd edirlər. Zənnimizcə, AtəĢpərəstlik dininin tarixi isə çox
qədimdir. Ən qədim insanlar oda, GünəĢə inanırdılar. Yəqin ki,
onlar oda sitayiĢ zamanı müəyyən dualar da oxuyurdular.
Demək, ZərdüĢtə qədər “Avesta”nın ayrı-ayrı hissələri mövcud
olmuĢdur. ZərdüĢt isə onları ilk dəfə bütövlükdə qələmə almıĢ
və alimlərin ZərdüĢt tərəfindən qələmə alınmasına Ģübhə edil-
məyən 17-ci nəğmələri də oraya əlavə etmiĢdir.
ZərdüĢt dövrünün hökmdarı GəĢtasbın yanına gələrək pey-
ğəmbərlik iddiasında olduğunu bildirmiĢdir. Guya elə bir mad-
də düzəltmiĢ imiĢ ki, insan bədəninə sürtdükdə atəĢ ona təsir et-
mirmiĢ. Odu əlində saxlamaq və zəbanə çəkən atəĢin içində
dayanmaq onun möcüzəsi imiĢ. Onun belə bir möcüzəsini görüb
GəĢtasb və onun oğlu Ġsfəndiyar ZərdüĢtün adı ilə bağlı olan
zərdüĢtiliyi – atəĢpərəstliyi qəbul etmiĢlər.
Yeri gəlmiĢkən qeyd edək ki, odun insanı yandırmaması üçün
hazırlanan maddə indi də mövcuddur. MəĢhur Çili Ģairi Pablo
Neruda bununla əlaqədar Çində gördüyü bir hadisə haqqında yazır:
“1929-cu il. Gecədir. Bir izdiham görünür. Müsəlman bayramıdır.
Küçənin ortasında uzun xəndək qazılıb, içi közlə dolu. Yaxın-
laĢıram. Xəndəkdəki gözün istisi üzümü qarsır. Gözlənilmədən
qəribə bir Ģəxs görünür. Dörd kiĢi çiyinlərində üz-gözü qırmızı və
ağ rənglərlə zolaqlanmıĢ bir məxluqu ortaya gətirdilər. Sonra onu
yerə qoyurlar. Və bu məxluq közün üstü ilə yeriməyə baĢlayır,
ayaqlarını yerə döyə-döyə çağırır: - Allah! Allah! Bu səhnəni görən
adamlar mat-məəttəl yerlərində donub qalırlar. Kahinsə sağ-
salamat çatır xəndəyin axırına. Bu vaxt bir nəfər irəli çıxır,
səndəllərini bir kənara ataraq həmin yolu ayaqyalın keçir. Ondan
sonra könüllülər bir-birinin ardınca meydana çıxırlar. Bəziləri
xəndəyin ortasında dayanıb “Allah! Allah!” – çığıra-çığıra, əl-qol
ata-ata, gözlərini bərəldə-bərəldə dabanlarıyla közü əzir. Heç kəs
yanmır. Bəlkə də, yanırlar, amma yandıqlarını kənardan heç cürə
bilmək olmur” (“Azərbaycan”, № 4. 1987. səh.145).
ZərdüĢt Misirin, ġamın, Rumun və Hindistanın bir çox
alimləri ilə təmasda olmuĢ və onlardan bir sıra “sehrikarlıqlar”
Dostları ilə paylaş: |