AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   15   16   17   18   19   20   21   22   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  62 

Sözün  canı  budur  ki,  behişt  həqiqəti,  Darüs-sürur,  bunların  misli 

ruhun  genişlənməsi,  qəlbin  muradına  çatmaqdır.  Qalanları  isə 

artıqdır. 

Hadi bir müddət başını aşağı salıb, sakit dayandı. Sonra soruşdu… 

Burada qalırsan? 

Dedim… Yox! 

Dedi… Bəs hara gedirsən? 

Dedim… Bilmirəm, özümə yer tapa bilmirəm. Onu bilirəm ki, harada 

olsam, əzabdayam. Biyabana gedərəm, səfil olaram. 

 

Eşqinin qəmindən çöllərə düşdüm, 



Qanadsız quş oldum, əllərə düşdüm. 

*** 


Dedin… səbirli ol, səbirlə keçin 

Başıma toz tökdü bu səbir neçin? 

Hadi  bir  çarə  görməyib,  şəhərə  qayıtdı.  Səfiyyəyə  də  dedim  ki, 

meylin  olsa  qayıt  vətəninə,  mənim  sənlik  bir  işim  yoxdur,  Həzrət 

Zəhraya (ə.s) çatanda mənim salamımı yetir və halımı ona bəyan et. 

Səfiyyə  də  xeyməsini,  çadırını  götürüb  getdi.  Bir  sakit  guşə  tapıb, 

zarıyıb ağlamağa, raz-niyaza başladım… 

Axtardım, göz yaşlarında dayandım, 

Düşdüm möhnət qucağına, Xudaya. 

Dilbərin şövqündən, həm fərağından, 

Düşdüm gönül ocağına, Xudaya. 

*** 


Dərd özümdə, dərmanı dost əlində, 

Vəsl özümdə, hicranı dost əlində. 

Qəssab kimi soysa əgər dərimi, 

Ayırmaram bu canı dost əlindən. 

*** 

Özümə yaxınsan könlümdən uzaq, 



Könlümdə sevdadan başqa dağım yox, 

İki aləm gözəlinə and ola, 

Məhəbbətdən savay umacağım yox. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  63 

*** 


Bizi nə sər, nə saman yaratdılar, 

Pərişanam, pərişan yaratdılar. 

Pərişanlar basdırıldı torpağa, 

O torpaqdan bizə can yaratdılar. 

*** 

Keçinərdik dərd bir olsa nə vardı, 



Üzümüzə qəm az gülsə nə vardı! 

Başım üstə həbib gələ, ya təbib, 

İkisindən biri gəlsə nə vardı! 

 

HƏBİB İBNİ MƏZAHİRLƏ SÖHBƏT 

 

Bu halda ikən biri qaçaraq gəldi ki, Həbib ibni Məzahir səni istəyir. 



Soruşdum ki, haradadır? Dedi ki, şəhərdə. 

Düşündüm  ki,  yəqin  mən  şəhərə  gedəndə  Hadi  onunla  əlaqə 

saxlayıb.  Həbib  ibni  Məzahirə  mütəvəssil  oldum  (o  aləmdə  xüsusi 

zehni  əlaqə  ilə).  Salamlaşıb,  hal-əhval  tutandan  sonra  mənim  raz-

niyazımı eşitdiyini bildirdi və buyurdu… 

 

Nədən halın pərişandır, oğulcan, 



Qəmdə vurnuxur xəyalın, oğulcan? 

Sevin, yüz-yüz şükürlər qıl Tanrıya, 

Nəhayət, əldə vüsalın, oğulcan. 

 

Cavabında dedim… 



 

Ata, gülşən zindan olmuş gözümdə, 

Gülüstanlar tufan olmuş gözümdə. 

Hələ kam almamış könül həyatda, 

Hər nə ki var, duman olub gözümdə. 

 

O dedi… 



 


   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  64 

Toplansa qəm əhli, inan, bir yerə 

Danışıb qəmləri faş edək gərək. 

Qəmləri çəkməyə tərəzi gəlsə, 

Qəmimiz hamıdan ağır gələcək. 

 

Cavabında dedim… 



 

Könlümün dərdləri hesaba gəlməz, 

Bişmiş quşun dərdin bir Allah bilib. 

Həbibim, sən fəda olub həmin gün 

Qəmdən qurtulmusan, qəm bizə gəlib. 

 

İlahinin danışan kitabı Həzrət Vəliyyi-əsr (12-ci İmam (ə)) buyurur… 



“İmam  Hüseyn  (ə)  kömək  istəyən  zaman  dünyada  olmadığımdan 

ona kömək edib, aşiqlərin son arzularına uyğun hüzurunda fəda ola 

bilmədiyimdən həmişə yanıb-yaxılıram.” 

Deyirlər, İmam Əsr (ə) ziyarət zamanı cəddi Hüseynə (ə) ərz edir… 

“Gecə-gündüz  sənin  üçün  ağlayıram,  gözlərimdən  yaş  yerinə  qan 

axır.” 


Eşq  məktəbində  sübut  olmuşdur  ki,  məşuqunun  hüzurunda  fəda 

olan aşiq öz arzusunun son dərəcəsinə çatır. Əfsus, həsrət, qəm-qüssə 

istəmirlər. Ey Həbib, sən də onlardansan! 

Başqa  bir  dəstənin  isə  eşqi,  süruru,  sevinci  İmam  Zaman  (ə)-dır. 

Onlar  Həzrətə  yetişə  bilmirlər  ki,  ona  xidmət,  yardım  edələr,  öz 

məşuqlarını  zalımın  çəngindən  alalar,  Həsrət  alovu  qəlblərində 

şölələnir.  Onlar  üçün  nəinki  şərbət  dadsızdır,  üstəlik  onlar  yemək 

yerinə qəzəbdən ciyərlərini yeyirlər. Biz o qəbildənik. 

Ey  Həbib!  Biz  necə  sizinlə  bərabər,  eyni  ola  bilərik?  Haradan  sizin 

sevinc və şadlığınız bizimki ilə bir olar? 

Siz  Kərbəlada  eşqin  şiddətindən  meydana  üryan  girdiniz.  Siz  öz 

ölümünüzə  can  atdınız.  Bu  iş  səbəbindən  eyşiniz  dada  gəldi, 

içdiklərinə  ləzzət  qatıldı.  Biz  isə  bundan  binəsib  olduq,  bu  həsrəti 

özümüzlə gora apardıq. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  65 

Ey Həbib! “Allah yolunda öldürülənləri heç də ölü zənn etmə, onlar 

öz Rəblərinin yanıda diri olub, ruzi yeyirlər” ayəsi sənə aiddir, mənə 

yox! 


Ey  Həbib!  Sən  yeni  həyat  almısan,  mən  isə  ölüyəm.  Sən  xoşbəxt 

olmusan,  biz  isə  bədbəxt  olmuşuq.  Məgər  sən  12-ci  İmamın  dünya 

xarabalıqlarında  qəm-qüssə  içində  nə  çəkdiyindən  xəbərdar 

deyilsən? Əgər sən də bizim kimi arzunu gora aparsaydın, indi qan 

ağlayardın. 

 

Qəlb hakimsə qətlə yetən kəslərə, 



Ağlayar ölü yox, diri səslərə. 

Əlaqəmiz  elə  idi  ki,  bir-birimizin  surətini  görürdük.  Həbibin  halı 

pozuldu,  başını  aşağı  saldı,  gözləri  yaşla  dolmuş  halda  zümzümə 

etdi… 


Alovlanmış quşam öz əhvalımla, 

Aləmi odlaram qanadlarımla. 

Rəssam bir divara çəksə əksimi, 

Dünyalar od tutar bu timsalımla. 

Söhbəti kəsib getdi, mən də qayıtdım. 

 

RƏNGİNİ İTİRMİŞ ÖLÜ AŞİQ 

 

Əvvəllər məni divanə hesab edənlər indi təəccüblə baxırdılar. Mənim 



Həbiblə  söhbətimdən  sonra  ayıldılar,  məni  dövrəyə  alıb  dedilər… 

Deməli, sən divanə deyilsən, bəs niyə beləsən? 

Dedim… Siz, sözsüz ki, Peyğəmbər Əhli-beytini sevənlərsiniz. Yoxsa 

burada  yeriniz  olmazdı.  Əlbəttə  ki,  Peyğəmbərin,  Əhli-beytin, 

möminlərin gözünün nuru olan İmam Əsri (ə) dünyada tanımısınız. 

Dedilər… Biz onun aşiqləri, xidmətçiləriyik. 

Dedim…  Eşitmisinizmi  ki,  o,  biyabanlarda  sübh,  şam  ağlar-sızlar 

dolanır! Nə bir il, nə on il, min ildən çoxdur. 

Dedilər… Bəli, bilirik. Amma əlimizdən bir iş gəlmir. 

Dedim…  Əlinizdən  gəlmir  ki,  bu  eyş-işrəti,  şadlığı  tərk  edəsiniz? 

Ölsün  o  aşiq  ki,  məşuqunun  rəngində  deyil.  O,  intizarın  uzun 



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə