AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   15   16   17   18   19   20   21   22   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  53 

Havanın istiliyi və kükürd tüstüsünün qoxusundan susuzluq mənə 

qalib gəldi. Bu vaxt Hadinin mənə tərəf qaçdığını gördüm. Gəlib çatdı 

və  Əli  (ə)-ın  hədiyyəsi  olan  xurcunu  açdı.  Xurcundan  çıxartdığı 

büllur qrafinin nurundan səhra işıqlandı. Qrafində soyuq və ləzzətli 

su  vardı.  Sudan  mənə  verdi.  İçdim,  susuzluğum  yatdı,  əzalarımın 

ağrısı keçdi. Rəngim açıldı, batinim səfalandı. 

“Şübhəsiz  ki,  yaxşı  əməl  və  itaət  sahibləri  kafur  qatılmış  şərab 

içəcəklər.”

47

 



(“Şərab”  sözü  “içmək”  sözündən  olub  “içki”  mənasındadır.  Bütün 

spirtsiz içkilər “şərab” adlana bilər-müt.

Gəlib  gördük  ki,  at  ölüb.  Torbanı  dalıma  aldım,  xurcunu  Hadi 

götürdü.  Piyada  yola  düşdük.  Bu  səhra  böyük  Afrika  səhrasına 

oxşayırdı.  Maşınların  tüstüsündən  qaranlıq  və  üfunətli  olmuşdu. 

Mən  görürdüm  ki,  maşınların  borularından  alov  adamlar  tökülür. 

Lap siqaret töküldüyü kimi! 

Hadi dedi… Dilləri və əlləri ilə möminlərə həsədlərini izhar edənlər 

bu maşınlarda möhkəm sıxılır. Batinlərinin alovu gözlərinin zahirini 

bürüyür. Həsəd od yerindədir. 

“Alov odunu yandırıb puç etdiyi kimi həsəd də imanı xarab edər.” 

Qaranlıq yola çökdüyündən Hadi qabaqda, mən də onun arxasınca 

gedirdim. 

Dedim… Deyəsən yolu itirmişik. Çünki  bizə olan tapşırıqlara görə 

zərər görməməli idik. 

Dedi… Yolu səhv salmamışıq. Az adam tapılar ki, öz daxili həsədini 

az və ya çox büruzə verməmiş olsun. Əgər ixtiyar sahiblərimizin (12 

İmam (ə)) mərhəməti və Həzrət Zəhranın (ə) razılığı olmasaydı, sizin 

halınız bu bədbəxtlərin halından heç də yaxşı olmazdı. Burada bəlaya 

düşənlərin çoxu gec-tez qurtulub, rəhmət əhli olacaqlar. 

Hava isti və üfunətli, çiyin torbam ağır idi. Sürətlə gedirdik ki, bəla 

dolu bu torpaqdan tez çıxaq. Qaranın həlak olmayıb, tezliklə mənə 

çata biləcəyi fikri məni qorxudurdu. Pis qoxulu tər, paltarın altından 

                                                 

47“İnsan” surəsi, ayə 5. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  54 

üstünə keçirdi. Topuqlarım yorğunluqdan zoqquldayırdı. Nəhayət, 

min bir məşəqqətlə o torpaqdan xilas oldum. 

  

VADİYÜS-SƏLAMIN QƏSƏBƏSİNDƏ 

 

Sərin  meh  əsdi,  hava  lətif  oldu.  Çəmənliklər,  bulaqlar  göründü. 



Dərələrdə dağ ağacları, dağların yaşıl, xürrəm zirvələri göz oxşadı. 

Bir saat bulaq başında oturub, yorğunluğumuzu çıxardıq. 

Hadidən  soruşdum…  Deyəsən,  qara,  maşının  altında  qalıb,  həlak 

oldu? 


Dedi…  O,  məhv  olmaz.  Amma burada  sənə  əli  çatmayacaq.  Çünki 

Bərəhut  ərazisindən  çox  uzaqlaşmışıq.  Təkəbbür  və  xudbinliyin 

olmadığı üçün o səhraları və orada bəlaya düşənləri görməyəcəyik. 

Vadiyüs-səlamın qəsəbəsinə çatmağımıza çox qalmayıb. 

Getdikcə xoşluq, xürrəmlik əsərləri və çəmənliklər, güllər, reyhanlar, 

meyvəli ağaclar artırdı. Yaşıl dağlar, bağ-bağat, saf və lətif bulaqlar 

göründü.  Dağların  ətəyində  və  zirvələrində  ağ  ipəkdən  çoxlu 

xeymələr vardı. 

Hadi  dedi…  Bura  şəhərin  kənarıdır.  Şəhər  əhalisi  bu  xeymələrdə 

sakindir. 

Xeymələrin sütun və mıxları qızıldan, ipləri xam gümüşdən idi. 

Xeymələri bir miqdar ötəndən sonra Hadi dedi ki, bir az gözlə, mən 

gedib sənin xeyməni təyin edim. 

Dedim…  Bu  yerin  adı  nədir?  Nə  xoş  suyu,  ab-havası  var,  ruhlu, 

reyhanlıdır. İstərdim bir-neçə gün burada qalam. 

Dedi… Bura Vadiye-əmin, müqəddəs ərazidir. Bir neçə gün burada 

qalmalısan. 

Hadi Həzrət Zəhranın (ə.s) hədiyyəsi olan gözdən bir zərf çıxardıb, 

zirvədəki  xeyməyə  tərəf  getdi.  Hadi  xeyməyə  çatandan,  məktub 

oxunandan  sonra  xeymədən  oğlanlar,  qızlar  çıxıb,  mənə  tərəf 

qaçmağa  başladılar.  Hadi  onlardan  sonra  gəlib  çatdı.  Xurcundan 

başqa  bir  zərf  çıxardıb  dedi…  Sən  bunlarla  xeyməyə  gedib,  bir  az 

istirahət et. Mən də gedim şəhərə, sənin üçün mənzil hazırlayım. 

Dedim… Hadi, məni qərib, tənha qoyub gedirsən? 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  55 

Dedi… Mən sənin xeyrin üçün gedirəm. Bura sənin vətənindir və o 

xeymədə sənin munisin olacaq. 

“Çadırlara gözlərini dikmiş hurilər vardır. Belə olduqda, Rəbbinizin 

hansı nemətlərini yalan saya bilərsiniz?! Onlara ərlərindən əvvəl heç 

bir ins-cinn toxunmamışdır.”

48

 

Hadi  bunu  deyib, pərvaz  etdi.  Mən  xidmətçilərlə  xeyməyə  gəldim. 



Taxt üstə bir huriyə oturmuşdu. Məni görüb qalxdı, qarşıladı. Günəş 

tək işıqlı bir qulam xam gümüşdən kuzə və ləyənlə içəri daxil oldu. 

Əl-üzümü  yudu.  Sudan  müşk,  gülab  iyi  qalxırdı.  Sonra  güzgüyə 

baxıb,  özümü  cəlallı,  camallı,  mənə  əqd  olmuş  huriyədən  qat-qat 

gözəl gördüm. Bu səbəbdən mənim ondan üstünlüyüm aydınlaşdı. 

“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər.”

49

 

Hər ikimiz taxt üstə əyləşdik. Xeymənin beş sütunu vardı. Orta sütun 



o  birilərdən  böyükdü  və  qızıldan,  cəvahiratdan  hazırlanmışdı. 

Huriyənin biliyini yoxlamaq üçün soruşdum… Bu xeymənin nə üçün 

beş sütunu var? 

Dedi…  Bu  dağlarda  olan  bütün  xeymələrin  beş  sütunu  var.  Çünki 

İslam beş sütun üstündə bərqərardır…  namaz, oruc, həcc, zəkat və 

vilayət.  Vilayət  o  birilərindən  əfzəldir.  Ortadakı  sütun  vilayətdir, 

xeymə onun üstə dayanır. 

Dedim… Mən elə fikirləşirdim ki, bu sütunların hər biri Peyğəmbər 

ailəsindən bir nəfərin adına bağlıdır. 

Dedi… Onlar Əhli-beyt üsuludurlar (kök), burada olanlar isə fürudur 

(budaq),  o  nurun  kölgəsidir.  Vücudun  bütün  aləmləri  və  onlarda 

olanlar hamısı uyğun və bir-birindən surətdirlər. Fərqləri zəiflik və 

şiddətdə, kök və budaqlıqda, nur və ya şüalıqdadır. İnsanın bütün bu 

aləmlərə  yolu  var və  bütün  mərtəbələrə  yetişə  bilər,  bütün  aləmlər 

silsiləsinin  başı,  bütün  bu  şərhlərin  mətni  olar.  İnsan  toplanmış 

vücud,  Allah  adlarının  (ismullah)  zühur  yeri,  Allah  xəlifəsi  olmaq 

imkanı var. 

 

                                                 



48“Ərrəhman” surəsi, ayə 72-74. 

49“Nisa” surəsi, ayə 34. 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə