Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar”



Yüklə 259,73 Kb.
səhifə4/5
tarix21.06.2018
ölçüsü259,73 Kb.
#50720
1   2   3   4   5

Qədirov Azər Adil oglu. 9 iyun 1983- cü ildə anadan olub. Ali təhsillidir 2013- cü ildə keçmiş MTN tərəfindən həbs olunub, ağır işgəncələrə məruz qaldığını və bu gün də həmin işgəncələrdən əziyyət çəkdiyini bildirir. Təzyiqlər ucbatından 2015- ci ildə ölkəni tərk edib; “Mən xeyli vaxtdır ki, Azərbaycanda mövcud olan diktator rejimi ilə mübarizə aparıram. Buna görə atam Adil Qədirovu dəfələrlə Sabirabad rayon polis şöbəsinə aparıblar. Səbəb mənim sosial şəbəkələrdəki yazılarım və gündəlik apardığım mübarizə olub. Berlində 11 apreldə keçirdiyimiz aksiyadan sonra onu həbs ediblər. Bakıda atam- anam, həyat yoldaşım, iki övladım və bir bacım yaşayır. Həyat yoldaşımı polisə aparıb ona qarşı əxlaqsız hərəkətlər edəcəyi ilə ilə hədələyirlər. Mənə görə üzləşdikləri təzyiq ucbatından atam və anam ərizə yazıb məndən imtina ediblər.

13 mart 2018 - ci il və 11 Aprel 2018 -ci il tarixlərində Almaniyanın Berlin şəhərindəki mitinqlərdə iştirak etdiyimə və mənim dəfələrlə keçirdiyim "Diktatoru tanıdaq" aksiyalarından sonra təzyiqlər həddindən çox artdı (https://m.facebook.com/story.php?story_fbid=158138874864205&id=146551906022902). Bacım və həyat yoldaşım Qədirova Könülü polisə aparacaqları ilə hədələyərək məcburən məndən Prezidentə imtina ərizələri yazdırıblar. Dövlət orqanlarında işləyən qohumlarımı çağıraraq onları işdən azad edərək cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədəliyirlər. Həyat yoldaşımın cib telefonuna zəng edərək mən hökümət əleyhinə danışmağa davam edəcəyim təqdirdə övladlarımdan birini oğurlayacaqları ilə hədələyiblər. Bu səbəbdən yoldaşım boşanma ərizəsi verib. 04.02.2018- ci il tarixində gecə saatlarında Bakı şəhəri Binəqədi rayonu, Ceyhun Hacibəyli küçəsində avtodayanacaqda naməlum şəxslər tərəfindən bacım Qədirova Pərvanəyə məxsus maşının şüşələri sındırılmış və avtomabilin üzərini çızaraq "XƏBƏRDARLIQ" sözü yazmışlar. 5-ci polis bölməsinə şikayət olsa da bunu edənlər tapılmayıb. Qohumlarıma təzyiqlər bu gün də davam edir”.



Rafael Piriyev. 12 aprel 1986- cı ildə anadan olub. 2015- ci ilin avqust ayında Almanyaya mühacirət edib. Almanya hökümətindən sığınacaq alıb. Azərbaycan hakimiyyətinə qarşı tənqidi fikirlərinə və fəaliyyətinə görə özünün və qohumlarının təzyiqlərə məruz qaldığını bildirir; “2018- ci ilin fevral ayından etibarən Azərbaycanda hökm sürən haqsızlığa, qanunsuzluğa susa bilmədim və başladım Azərbaycan hökümətinə qarsı siyasi fikirlərimi sosial şəbəkələr vasitəsi ilə dediyimə görə mənə Azərbaycan höküməti tərəfindən təhqir mesajları gəldi. Hətta mənə ölüm təhdidləri də gəldi. Martın 9-u saat 16:30 radələrində evimin yaxınlığında mənə 5 nəfər yaxınlaşdı. Məni avtomobilə basaraq yaxınlıqdakı meşəyə apardılar. Orada yerdə sürüdülər, qarın nahiyəmə yumruqlar vurdular, təhqir etdilər. Dedilər video çəkib, deməlisən ki, “Azərbaycan xalqından, İlham Əliyevdən üzr istəyirəm”. Mən bunun mümkün olmayacağını söylədim. Bu zaman məni avtomobilə qoyub gətirdilər evimin yaxınlığına. Düşəndən sonra gördüm ki, evimin yanında artıq polis avtomobilləri var. Və onlara alman qonşularım xəbər veriblər. Mən polislərə hadisəni danışdım, izahat yazdım. Hal-hazırda axtarış aparırlar (http://bastainfo.com/az/2018/03/23/hakimiyy%C9%99t-bir-nec%C9%99-muhacirin-q%C9%99tlini-planlayir/).

Bu hadisədən öncə isə mənim iki dayim- Malik Süleymanov və Sadiq Süleymanovun hərəsinə 30 sutka inzibati həbs cəzası verdilər. Mənim doğma əmim Piriyev Tahir və başqa bir yaxınım Qafarov Ələkbər, hər iki şəxs Bərdə şəhər polis tərəfindən həbs olundu və 4 gun sonra həmən şəxslərdən mənə qarşı ağır söyüşlər, təhqirlər video yolu ilə youtube.com-a yerləşdirildi. Onlar vasitəsi ilə məni təhqir elədilər (https://www.youtube.com/watch?v=ptvFOsJurlI). Təbii ki bunu edənlər Azərbaycan hökümətidir. Və hal- hazırda təzyiqlər və təhqirlər davam etməkdədir. Bütün bunları isə Azərbaycan höküməti təşkil edir. Başıma nəsə gəlsə, bu, birbaşa İlham Əliyevin boynundadır.”



Qeyd: 28 aprel 2018-ci il tarixində Hesabatın Almaniyada təqdimatından sonra yerli mühacirlərin təklifi ilə sənədə aşağıdakı əlavələr edilib 


Elnur Aydın oğlu Mirzəyev- 2012- cı ilin may ayından ökəni tərk edib. 4 il Belçikada yaşayıb və hazırda Almaniyada yaşayır, fəaliyyətini orda davam etdirir. E.Mirzəyevin son zamanlar Almaniyada mühacirlərin keçirdiyi aksiyalarda aktiv iştirak edib. Eləcə də üzərində dikatator yazılan və İlham Əliyevin şəkili olan maykaları istehsal edib paylayıb və aksiya iştirakçılarına paylayaraq özü də geynib mitinqdə iştirak edib. Onun bu addımı hakimiyyət nümayəndələrini narahat edib və onun fəaliyyətindən çəkindirmək üçün qohumlarına təzyiq ediblər. Yaxın qohumları, qardaşları ölkəni tərk edib. Bundan başqa qaynı (həyat yoldaşının qardaşı) Ruslan Əliyevə nəməlum şəxslər tərəfindən ikinci dəfə zorakılığla məruz qalıb (birinci dəfə 14 fevral 2018- ci ildə olub- red.) və ağır bədən xəsarətləri almışdır. Bildirdiyinə görə, polis onun qardaşlarını təqib edib, tapa bilmədiyi üçün qaynı Ruslan Əliyevin yaşadığı ünvana gedib: “Qardaşlarım mənim fəaliyyətimə görə ölkəni tərk etmək məcburiyyətində qalıb. Qardaşlarım ölkədə olmadığı üçün qayınma qarşı təhdidlər var. 14 fevral 2018-ci il tarixində bir neçə mülki geyimli şəxs qaynım Ruslan Əliyevin yaşadığı Qobu qəsəbəsindəki evinə gedib, özlərini hüquq mühafizə orqanlarının əməkdaşları kimi təqdim ediblər və Ruslanı öz evində döyüblər, ona ağır bədən xəsarəti yetiriblər. Ruslana deyiblər ki, bacısının yoldaşı (Elnur Mirzəyev) Almaniyada fəaliyyətini dayandırmasa sənə qarşı daha ağır tədbirlər həyata keçirəcəyik. Sonda Təcili Tibbi Yardım gəlib və Ruslan ağır vəziyyətdə olduğu üçün onun xəstəxanaya yerləşdiriblər. Ruslanın döyülməsi və xəsarət almasını təsdiq edən rəsmi sənədlər də mövcudur. Baş verən hadisəyə hüquqi qiymət verilməsi üçün aidiyyatı dövlət qurumlarına müracitət olunsa da hər hansı nəticə olmamışdır.

Hüquq mühafizə orqanlarına müraciətdən sonra 14 aprel 2018-ci il tarixdə qaynım Ruslan Əliyev yenidən döyülüb, sağ tərəfdən omba sümüyü qırılıb. Hazırda sınığın birləşməsi üçün mil keçirdiblər və müalicə olunur. Bu dəfə də mənim siyasi fəaliyyətim əsas gətirilib”.

Elnur Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 302.2-ci (Əməliyyataxtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə axtarışa verilib

Bu barədə hökumətə yaxın Apa.az saytı məlumat verib;  http://m.apa.az/en/azerbaijani-news/social-news/investigation-into-criminal-cases-against-ex-azerbaijani-diplomat-and-person-who-emigrated-illegally-suspended.html

Eyni zamanda Almaniyada keçirilən etiraz aksiyalarında yaxından iştirak etdiyinə görə 2017- ci ilin mart ayında Bakı Şəhər Baş Polis İdarəsinin saytında axtarışa verilib:  http://www.bakupolice.gov.az/?preview/az/menu/41/ 

Mübariz Dadaşov: 2014- cü ilin may ayında Almaniyaya mühacirət edib. 2017 ci ildə Azərbaycan səfirliyi önündə Berlində keçirilən mitinqin fəal iştirakcısı olduğunu və buna görə ailəsinə qarşı təzyiqlər olduğunu bildirir; “Bu mitinqdə Heydər Əliyevin büstünün əks olunduğu böyük rəsmi aşırdığımız üçün (https://www.youtube.com/watch?v=KZ0V6WeYYAg) mühacirlərin ailələrinə qarşı təzyiqlər olmuş, dostlarımızın qohumları həbs olunmuş, hətta təzyiqlərdən stress keçirən İntiqam Xudiyevin atası rəhmətə getmişdi. Bizim rayonda (Salyanda- red.) isə polis işçiləri əllərində siyahıyla mənim ailəm, qohumlarım haqqında təvəllüdləri daxil olmaqla işlədikləri müəssisələrdən tutmuş, hal-hazırda harada yaşamaları, harada oxuduqları daxil olmaqla geniş məlumat toplayıblar. Belə bir məlumatın tanışlar vasitəsi ilə ailəmə çatdırılması elə də çətin deyildi. Çünki atam keşmiş polis işçisi olub, anam 35 il Torpaq reysteri şöbəsində mühəndis işləyib. Ailəmə qarşı olan hədələr getdikcə daha çox vüsət almağa başladı və intensivləşdi. Tez-tez ailəmdən məni soruşmağa, nə vaxt dönəcəyim, harada yaşadığım, nə işlə məşğul olduğum barədə məlumat almağa cəhd göstərsələr də, təbii ki, ailəm onlara heç bir məlumat verməmişdir. Bu məlumat almaq istəyən şəxslər polis işçisi olan tanışlar və ya onlarla iş birliyində olan siravi şəxslər olmuşdur. Keçən zaman ərzində Almanyada keçirilən əksər aksiyalarda, tədbirlərdə iştirak etmişəm. 2018 ci il mart ayının 13-də Almanya Berlində yerləşən Azərbaycan səfirliyi önündə keçirilən mitinq zamanı dostların mənə yazması nəticəsində öyrəndim ki, ailəmə məndən imtina ərizəsi yazdırıblar (http://xalqxeber.az/cemiyyet/22127-prezdente-muracet-daha-bir-aile-muhacir-olan-oglundan-imtina-etdi-muracet.html). Hadisbelə olub;:

Atam Dadasov Mahur Salyan Su Melorasiya idarəsində komendant olaraq işləyirdi. 11 apreldə keçirilmiş saxta seçkilər öncəsində (2018- ci ilin mart ayının sonlarında- red.) Salyan rayon YAP sədri Cəbrayılov seçki təşviqat kampaniyası zamanı atama müdirü vasitəsi ilə xəbər göndərmişdir ki, Mahurun oğlu Almanyada prezidenti alçatmaqla məşğuldur, Mahura deyin oğluna ağıl versin, yoxsa onu yəni atamı işdən çıxaracaqlar. Bu dərs olmazsa daha ağır cəzalar veriləcək. Valideynlərim mənimlə əlaqə saxlayıb bunu bildirmişdilər, amma mən geri adım atmamışdım. Mart ayının 13 də səfirlik önündə baş tutan aksiyamıza gedərkən “Yola çıxırıq” deyə paylaşdığım fotodan sonra polislə birlikdə qəzetlərin birində işləyən yazarlardan biri atam və anamın yaşadığı mənzilə getmiş onlardan məndən imtina ərizəsi yazmalarını tələb etmiş və rəsimlərini çəkərək bu barədə yazı tirajlamışlar. Daha sonra atamın könüllü şəkildə işdən ərizə yazaraq çıxmasını tələb etmişlər. Mənim yolumdan dönmədiyimi görüb ailəmi, qohumlarımı həbs edəcəkləri ilə hədələmişlər. Dövlət dairələrində işləyən uzaq və ya yaxın bütün qohumlarımı işdən çıxaracaqlarını bildirmişər. Hətta valideynlərimə “sizə bir həftəlik istirahət pulunuzu verək, gedin Almanyaya oğlunuzu gətirin bura iş verək işləsin, sakit həyatını yaşasın” deyə təklifdə bulunmuşlar. Bildirmək istəyirəm ki, baş vermiş hadisələr mənim siyası fəaliyyətimlə əlaqəlidir və baş verənlər məni qorxutmur və heç bir maddiyyat və ya təhlükə məni yolumdan geri döndərə bilməz. Mənim ailəmim başına gələcək hər hansı bir hadisədən birbaşa hazırki rejim, Əliyev hakimiyyəti məsuldur”.



Elçin Məmməd oğlu Əskərov: 1988-ci il Sumqayıt şəhərində anadan olub. 2017-ci il aprel ayının 5- dən Almaniyada yaşayır. E.Əskərov Bakıda keçirilən etiraz mitinqlərinə qatıldığı üçün dəfələrlə polis tərəfindən təqib olunub və etiraz etməkdə davam edərsə, həbs olunacağı xəbərdarlığı alıb. 11 sentyabr 2016-ci ildə Milli Şuranın təşkil etdiyi mitinqə qatıldığı üçün işdən qovulub.

Elçin Əskərov Almaniyada Azərbaycanın siyasi hakimiyyətinə qarşı təşkil olunmuş mitinqlərə qatılır və sosial şəbəkələrdə hökumətin siyasətini tənqid edən statuslar paylaşır, şərhlər yazır. Azərbaycan polisi bu fəaliyyətin qarşısını almaq üçün onun Azərbaycanda yaşayan qohumlarına təzyiq göstərmə metodunu seçib. Elçin Əskərov bildirir ki, 14 fevral 2018-ci ildə Almaniyanın Bonn şəhərində BMT-nin binası qarşısında keçirilən mitinqə qatıldığı üçün ailəsinə polis təzyiqi başlayıb: “Qardaşım Həsən Əskərov Sumqayıt şəhərində yerləşən 4-cü polis bölməsinə aparılıb. Həsən Əskərov mənim siyasi mübarizəmə qarışmadığını desə də, bir neçə saat saxlanıldıqdan və izahatı alındıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb (http://www.xeber.info/index.php/tech/item/2439-itanyanlardan-taeklif)”. Elçin Əskərov polis tərəfindən valideynlərinin və qardaşının təhdid edildiyini də bildirib: “Polis sahə müvəkkili atamı və qardaşımı təhdid edir. Tez-tez mənim dövlətə qarşı çıxdığımı və vətən xaini olduğumu ailəmə bildirir və onları həyacan içində saxlayır. Valideynlərimlə əlaqə yaratmaq imkanım az olduğu üçün həqiqəti onlara izah edə bilmirəm. Nəticədə polisin yalan məlumatları ailəmi narahat edir”.



Zaur Məmmədov və Ayaz Məmmədov- Zaur və Ayaz Məmmədovlar qardaşdılar, müxalif fikirdə olublar. Dini baxışlarına görə təqib olunaraq 2014- cü ilin sentyabr ayının 19- da ölkəni tərk etmək məcburiyyətində qalıblar. Hazırda Almaniyada yaşayırlar və bu ölkədən siyasi fəallıqları ilə seçilirlər. Onlar Azərbaycan hakimiyyətinə qarşı mitinq təşkil etdikdən sonra qohumlarına təzyiq olunduğunu bildirirlər: "Biz 2017- ci ilin oktyabrın 14- də Almaniyanın Essen şəhərində mitinq təşkil elədik (http://xebername.info/almaniyanin-essen-s%C9%99h%C9%99rind%C9%99-siyasi-m%C9%99hbuslara-azadliq-mitinqi-kecirilib/), (https://www.youtube.com/watch?v=Bx5-L8kCxJY&feature=youtu.be,). Hələ mitinqin hazırlıq görüntülərini sosial şəbəkələrdə yayanda bizə təzyiqlər başladı. Yaxın qohumumuz- xalamızın həyat yoldaşı Bakı şəhər prokurorlugunda çalışır. Bizə ilk basqını o etdi. Bizi müxtəlif yollarla təhdid etməyə başladı ki, mitinqlərə son qoyaq. Sonra atama qarşı təzyiqlər başladı və bizim siyasi mübarizəmizə görə atam Qaxda çalışdığı parket fabrikindən işdən qovuldu. Rayonda yaşayan qohumlarım polis tərəfindən təqib olunurlar. Polis dəfələrlə gəlib bizi soruşub, atamı və kürəkənimizi həbs edəcəyilə təhdid edir. Onlara xəbərdarlıq ediblər ki, mətbuata bu barədə məlumat versələr həbs olunacaqlar. Biz də ona görə atama və digər qohumlarıma qarşı polis zorakılığı barədə mətbuata məlumat verməmişik".  

Siyasi məhbuslara azadlıq, seçki saxtakarlığı və Azərbaycanda olan haqsızlıqlara qarşı mitinqlərimiz, etiraz aksiyalarımız Almaniyanın müxtəlif şəhərlərində davamlı olub (https://www.youtube.com/watch?v=JYmfpump7GE&feature=youtu.be). Bu istiqamətdə olan digər aksiyalarda da iştirak etmişik. Fəaliyyətimizlə bağlı hakmiyyətə yaxın olan rəsmi qəzetlərdə əleyhimizə yazılar dərc olunub. “Azərbaycanın uğurları kimləri narahat edir”, “Kriminal ailənin demokrat uşaqları” (http://yenitribuna.az/?p=268, http://www.aznews.az/news/siyaset/154720.html, http://kaspi.az/az/kriminal-ailenin-demokrat-usaqlari/) və s. yazılarda bizim əleyhimizə həqiqətə uyğun olmayan şər- böhtanlar yazıblar. Bizi hakimiyyətə düşmən şəxslər, vətən xaini kimi təqdim ediblər. Bildirək ki hal- hazırda bizə görə qohumlarımıza təzyiqlər davam edir”.



Zöhrə Rafiq qızı Həsən- 2016-ci ilin fevral ayında ailəsi ilə birlikdə Azərbaycanı tərk edib. Zöhrənin anası Sevinc İsgəndərova siyasi fəal olduğu üçün təzyiqlərlə üzləşib. Atası Rafiq Həsən AXC-Müsavat hakimiyyəti dövründə (1992-1993) Yevlax rayonu İcra Hakimiyyətinin başçısı olub. Hakimiyyət dəyişdikdən sonar Rafiq Həsən müxalifət düşərgəsinə keçib. Bu ailəyə qarşı hökumətin ciddi basqıları həmişə müşahidə olunub.

Zöhrə Həsən hazırda Almaniyada yaşayır, hakimiyətin yanlış siyasətini əsaslı şəkildə tənqid edir. Buna görə də Azərbaycanda yaşadığı qohumları polis tərəfindən təqib olunurlar. Z.Həsən Almaniyada "Diktatoru tanıdaq” aksiyasına qoşulandan sonra qohumlarına qarşı basqılar daha da artıb. Bu barədə Zöhrə xanım özü məlumat verib: “Mənim siyasi fəallığıma görə hakimiyyət qohumlarıma təzyiq göstərir. Onları polis bölmələrinə aparıb təhdid edirlər ki, mən Avropada diktator İlham Əliyevi və onun korrupsioner komandasını ifşa etməyim. Mən də hökumətin bu tələbinə məhəl qoymayacam. Sizə təqdim etdiyim videogörüntüdən (https://www.facebook.com/Azad.Soz.Az/videos/1710190032337468/) sonra Azərbaycan hakimiyyətinin qohumlarıma qarşı basqıları çoxalıb”.

Zöhrə Həsən Almaniyadakı siyasi fəaliyyətinə görə hakimiyyət tərəfindən təhqirlərə məruz qaldığını və vətən xaini elan edildiyini bildirir: “29 avqust 2017-ci ildə Almaniyanin Bonn şəhərində BMT-nin ofisi qarşısında “siyasi məhbuslara azadlıq” adı atında keçirilən aksiyadan sonra yaxın qohumlarıma təzyiqlər başlayıb və Bakıda yaşayan dayım Müşfiq İsgəndərov ilşədiyi Atıçılıq Mərkəzində mənim və anamın fəaliyyətinə görə 2017- ci ilin sentyabr ayında işdən çıxarılıb. Hökümət qəzetləri mənim əleyhimə kampaniya aparır və mənə qarşı aşagılaycı sözlər yazıblar. 18 yanvar 2017-ci ildə Berlin mitinqdə iştrak etdyimə görə "Səs" və “Kaspi” qəzetlərində “Azərbaycana dönük çıxanlar” adlı yazıda http://kaspi.az/az/azerbaycana-dnuk-cixanlar/ məni vətən xaini adlandırmagdan belə çəkinməyiblər.”

Fuad Əkbərov- SOCAR- da Neft Daşlarında işləyib. Siyasi baxışlarına (bildirdiyinə görə REAL Hərəkatının tərəfdarı olub- red.) və iş yerində mövcud olan korrupsiya hallarına eiraz etdiyinə görə işdən çıxarılıb. İşə bərpa olunmaq üçün göstərdiyi cəhdlərə görə təzyiqlərə məruz qalıb və təzyiqlər ucbatından ölkəni tərk edərək 2015- ci ilin senyabr ayında Almaniyaya mühacirət edib. Almaniyada Azərbaycandakı vəziyyət və siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aksiyalarda iştirak etdiyinə görə ailə üzvləri təzyiqlərə məruz qalıb; “2017- ci ilin yanvarın 18- də Berlində Azərbaycan səfirliyinin önündə keçirdiyimiz etiraz aksiyasından sonra 2017-ci ilin may ayının əvvəli Sumqayıt şəhər 3 saylı polis idarəsinin əməkdaşları adı ilə mülki geyimdə valideyinlərimin yaşadığı ünvana gəliblər (https://eu0.proxysite.com/process.php?d=T39xtQLLBgl9MGOp5Xhxafx5VRcWURW4MyF2i50Zj6rkBmEQOofd%2FYT31uigURCwxkLs5jq6IVgCfiefTzPZOxtReEQp6w3HFfGx3QwVv5PZgpORISH5cm3pNisAhGitlH%2BQWtzPFXzpyhXGwDudIQvHD%2FU1ilLZRfCz3HBSA56Sj71L7NlGeW%2BfZix4X99bd2GYbQXuLy6Go2WBmMFgOpR%2BmG4eQ9zNt1emJpql3Q%2FpqgOT2q2Z9cW2ahfc6Vfh0vsttJmOWOj%2FJ%2BJWLzuVxzoVayUg5XkUXuc%3D&b=1&f=norefer ). Valideyinlərim hər ikisi yataq xəstəsi olduğunu görüblər, elə evdə barəmdə izahat alıblar. Kimlərlə əlaqəm olduğunu öyrənmək istəyiblər. Rövşən adlı müstəntiq özünü təqdim edib. May ayının axırı isə birbaşa Sumqayıt Şəhər Polis İdarəsindən zəng ediblər “bir saat içində idarədə olmasanız sizi məcbur gətirəcəyik” deyilib. Valideyinlərim getməyiblər, iki saatdan sonra qapıya mülkü formada gəlib atamı və qardaşımı Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar, telefonları yoxlanılıb. Ayrı-ayrı otaqlarda barəmdə suallar verilib. Vəkil tutub bu məsələni araşdıranda haqqımda Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə qondarma cinayət işinin açıldığı üzə çıxdı. Ondan sonra yenə eyni ssenari ilə atamı və qardaşımı telefonla Sənan adlı müstəntiq idarəyə çağırıb. Atama Sənan adlı müstəntiq Polis İdarəsində deyib, “oğlun erməni lobbisinə qoşulub dövlətə qarşı təxribat edir”.

Sonra Sənan özü mənə watsapda yazdi və ailəmə olan təzyiqlə məndən sosial şəbəklərdə paylaşımları dayandırmağı tələb etdi. Ailəm mənimlə telefonla qorxa-qorxa danışır. Qardaşımı işdən çıxarmaqla hədələyiblər. Bütün bunlar məhz 18 yanvar 2017- ci il Berlin aksiyasından sonra baş verib. (https://www.youtube.com/watch?v=UqrAA4Fywq0&app=desktopEmil).  


Hətta Xaçmaz Şəhər polis idarəsinin əməkdaşları keçmiş həyat yoldaşımın evinə gedərək ondan, onun qardaşından, anasından barəmdə izahat alıb, kimlərə qoşulduğumu soruşublar. İş o həddə çatıb ki, valideyinlərim “biz Fuaddan imtina ərizəsi yazmağa hazırıq”, deyiblər. Haqqımda ölkə mətbuatında şər- böhtan dolu yazılar dərc olunub (http://olaylar.az/news/siyaset/276710). Ailə üzvlərimə təzyiqlər davam edir”.

Elşən Adil oğlu Abdullayev- 2012-2014-cü illərdə „Unibank”- da işləyib. İşlədiyi bankda baş verən qanunsuzluqlarla bağlı etdiyi şikayətə görə polisə çağrılma, hədə -qorxulara və digər məruz qaldığı təzyiqlərə görə 2015- ci ildə ölkəni tərk edərək Almaniya Fedarativ Respublikasına mühacirət etdiyini bildirir. Dediyinə görə 2016-ci il dekabr ayının 3-də atası Abdullayev Adil Abdul oğlu və əmisi oğlu Abdullayev Şahin Tofiq oğlunu Sumqayıt şəhər Baş Polis idarəsinə çağrıblar, onun haqqında sorğu- sual etdikdən sonra atasını buraxıblar, ancaq əmisi oğlunu saxlayıblar: “Mənim ailəmə qarşı təziqlər mütəmadi olaraq 2017-ci il yanvar ayının 18-də Berlində Azərbaycan səfirliyi önündə “Siyasi məhbuslara azadlıq” akiyasindan sonra baş verib. (https://www.aztoday.az/news/18023.html, https://www.azadliq.info/196249.html, http://sosxeber.info/az%C9%99rbaycan-hokum%C9%99ti-berlin-aksiyasinin-istirakcilarini-arasdirir/)

2017-ci il mart ayının 31- də anam Abdullayeva Gülsənəm Abı qızı və böyük bacım Abdullayeva Təranə Adil qızı qanunsuz olaraq Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə çağrılıblar, hətta gəlmədikləri halda məcbur gətirəcəklərini deyib təhdid ediblər. Onlar 6 saat qanunsuz olaraq Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində saxlanılıblar. Mənim Avropada erməni lobbisinə qoşulduğumu deyib anam və bacıma təzyiq göstəriblər. Bu dindirmələri aparan müstəntiq Fuad Əhlimanov olub. Bundan sonra aprel ayının 3-də digər bacılarım Abdullayeva Rəna Adil qızı və Abdullayeva Sevda Adil qızı Sumqayıt şəhər prokurorluğuna qanunsuz olaraq çağrılıblar və müstəntiq Emin Qəhrəmanov tərəfindən bir neçə saat saxlanılaraq dindiriliblər. Xəstə atam dəfələrlə polisə çağrılıb, ancaq xəstəliyi ilə bağlı gedə bilmədiyi üçün dəfələrlə evə polis gəlib, mənim fəaliyətimə görə atamdan izahat alıb. 06 fevral 2018- ci il tarixində Almaniya Fedarativ Respublikasinin Xarici İşlər Nazirliyi önündə təşkil edilən aksiyada fəallardan olmuşam. Aksiyada çıxış edərək Almaniyanın kansleri Anjela Merkeldən və Avropa Birliyindən Azərbaycanda hazırkı Əliyev rejimi ilə əlaqələrin kəsilməsini və hazırda iqtidarı təmsil edənlərin Avropaya girişinə qadağa qoyulmasını tələb etmişəm (https://www.youtube.com/watch?v=lVV3HluoQa0&feature=youtu.be). Bu hadisədən sonra 15 fevral 2018- ci il tarixdə əmimin evinə basqın olunub, əmim oğlu - Abdullayev Şahin Tofiq oğlunu məcburi aparıb, mən fəaliyyətimi dayandırmasam, həbs olunacağını deyiblər. Mən fəaliyyətimi davam etdirdiyimə, 11 aprel 2018- ci ildə Berlində səfirlik önündə keçirdiyimiz aksiyadan və obyektiv tv- də çıxışımdan sonra (https://www.youtube.com/watch?v=8QKS_aO5E_s&feature=share&app=desktop) əmim oğlu işlədiyi Nəqliyyat nazirliyində işdən çıxarılıb. Bu basqılar nəticəsində bütün qohumlarım məndən üz döndərib və heç kim mənimlə əlaqə saxlamağa cəsarət etmir. 



İsgəndər Səfərli- Azərbaycanda müxalifətin keçirdiyi etiraz aksiyaları və mitinqlərinin çoxunda iştirak etdiyini, hər zaman çəkinmədən tanıdığı, siyasətə qoşulmayan insanları açıq şəkildə mübarizəyə səslədiyini və buna görə də DİN- nin Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən fiziki zorakalığa, maddi və mənəvi ziyana məruz qaldığını bildirir; “2015- ci ildə iş yerimdən (Əhmədli qəsəbəsi, metronun üstü, taksi fəaliyyəti) məni zorla polis idarəsinə apararaq fiziki, mənəvi və psixoloji işgəncələr veriblər, daha sonra atamdan rüşvət alaraq məni yarı sərbəst buraxıblar. O gündən sonra həmin idarədən mənə həftədə ən azı 4- 5 dəfə gizli nömrə ilə zəng edib əməkdaşlığa cəlb etmək istəyirdilər. Həmin dönəm daim təqibdə idim və evdəkilərin razılığı ilə təqiblərdən, təzyiqlərdən və yenidən həbs olunmaq hədə- qorxularından yaxa qurtarmaq üçün 2016- cı il may ayında Almaniyaya məcburi mühacirət etmişəm. Avropada Camal Seyidli ilə birgə təşkilatçısı olduğum "Siyasi məhbusların ailə üzvülərinə təzyiqlərə son" adı altında BMT- nin binası önündə Orduxan Teymurxanın və Tural Sadıqlının dəstəyi ilə keçirdiyimiz uğurlu mitinqdən (https://www.facebook.com/Madeinazn/videos/963534337136456/) dərhal sonra ailə üzvülərimizə repressiya artdı və həmin o mitinqdən sonra mənim yeznəm Əliyev Nizami, Camal Seyidlinin yeznəsi, Orduxanın 3 bacısı, qardaşı oğlu və Tural bəyin qardaşı həbs olundu. Aksiyada İlham Əliyevin böyük şəkilin çıxartdırıb simvolik olaraq aşırmışdıq. Azərbaycanda mühacir ailə üzvlərinə qarşı həyata keçirilən kütləvi həbslərin arxasında məhz bu amil dayanırdı.

Bu aksiyadan sonra yeznələrim Əliyev Nizami və Hüseynov Elməddinə mənim burdakı fəaliyyətimə görə tam saxta ittihamlarla hər birinə 30 sutka həbs cəzasi verilib. Xətai Rayon Məhkəməsnin hakimi İbrahimli İbrahim Adil oğlunun 3(011)-1188/2017 saylı qərarı ilə 18 oktyabr 2017-ci il tarixdə kürəkənim Əliyev Nizami Elman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə (narkotika- red.) həbs edilib.

Mənə edilən təhdidə görə 60 yaşlı atam da həbs olunacaqdı. Əgər mənimlə Bakıdan atamın telefonundan əlaqə saxlayıb təhdidlərlə facebook- dakı statuslarımı Xətai rayonun baş polis idarəsinin əməliyyat üzrə rəis müavini sildirməsəydi. Rəis müavininin təkidi ilə mən səhər saat 10- dan dayanmadan axşamüstü saat 5- ə kimi facebook profilimdə rejimə qarşı paylaşdığım statusları və digər onlar üçün xoşa gəlməz yazıları sildikdən sonra atamı girovluqdan şərti azadlığa buraxdılar”.


Yüklə 259,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə