Атяшэащ Сыьорта Ширкяти



Yüklə 208,3 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix21.10.2017
ölçüsü208,3 Kb.
#6236
növüQaydalar
1   2   3   4   5   6   7   8

_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

6

5.3. Sığorta məbləği



sığorta obyektinin sığorta müqaviləsi bağlanan andakı pul formasında

qiymətləndirilməsindən irəli gələn həqiqi dəyərindən - sığorta dəyərindən çox olduğu halda (ikili və ya çox qat

sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır. Bu

halda sığorta haqqının artıq ödənilmiş hissəsi geri qaytarılmır, Sığorta müqaviləsində sığorta məbləğinin çox

göstərilməsi Sığortalının yalan məlumat verməsi nəticəsində yaranarsa, Sığortaçı müqavilənin etibarsız hesab

edilməsini və ona dəyən zərərin ödənilməsini tələb edə bilər.

5.4.Sığorta müqaviləsində göstərilən sığorta obyekti Sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək

məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta

etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır.

5.5.Sığortalının Sığorta müqaviləsində əhatə olunan risklərlə bağlı zərərlər ücün digər sığortaçı(lar)dan

ödəniş almaq hüququ varsa, Sığortaçı zərərə görə Sığortalı qarşısında digər sığortaçı(lar) ilə birgə, hər birinin

məsuliyyət həddinə mütənasib olaraq məsuliyyət daşıyır.



Maddə 6. Ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyan

6.1. Sığortaçı sığortalanmış Avtonəqliyyat vasitəsinin ön, arxa şüşələrə və yan pəncərələrinə vurulmuş

ziyanin əvəzini Sığortalıya aşağıda göstərilən qaydada ödəyir:

6.1.1.Ön, arxa şüşələrin və (və ya) yan pəncərələrin sınması və sığortalanmış Avtonəqliyyat vasitəsinin

gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön, arxa şüşələrin və (və ya) yan pəncərənin

dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq.

6.1.2.Bu maddə əsasında hər bir sığorta olunmuş Avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi

500 manat həddində olacaqdır; bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir.

6.2.Bu maddə yalnız eyni hadisənin nəticəsində Avtonəqliyyat vasitəsinə hər hansı başqa ziyan

dəymədikdə və ya o zədələnmədikdə tətbiq edilə bilər. Əks halda ziyanın ödənilməsi 4-cü maddədə müəyyən

edilmiş ziyanın ödənilməsinin ümumi qaydası əsasında həyata keçirilməlidir.

Maddə 7.Qismən sığorta

Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən

sığorta halında) Sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.

Maddə 8.Qalıqlara olan hüququn keçməsi

8.1.Avtonəqliyyat vasitəsinin tam məhv olması halında Avtonəqliyyat vasitəsinin qalıqlarına olan

hüquqlardan istifadə etmək seçimi Sığortaçıya məxsusdur. Sığortalı Sığortaçının razılığı olmadan əmlaka olan

hüquqlarından ikincinin xeyrinə imtina etmək hüququna malik deyil.

8.2.Avtonəqliyyat vasitəsinin tam məhv olması və ya onun oğurlanması nəticəsində Sığortalıya dəymiş

zərərin əvəzini ödəmiş və yaxud onun ayrı-ayrı hissələrini dəyişdirmiş Sığortaçı qalıqlara olan hüquqlarından

istifadə etmək qərarına gələrsə, Sığortalının Avtonəqliyyat vasitəsinə və ya onun dəyişdirilmiş hissəsinə olan

hüquqları Sığortaçıya keçir. Bu halda Sığortalı həmin hüquqların Sığortaçıya kecməsi ücün bütün zəruri

tədbirləri, o cümlədən müvafiq orqanlarda Avtonəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması və Sığortaçının

adına qeydiyyata salınması ilə bağlı olan işləri öz hesabına görməlidir.

8.3.Oğurlanmış Avtonəqliyyat vasitəsi sığorta ödənişinin verilməsindən əvvəl və ya sonra aşkar edilərsə,

Sığortaçının öz mülahizəsi əsasında Avtonəqliyyat vasitəsini özündə saxlamaq və yaxud onu Sığortalıya

qaytarmaq hüququ vardır. Sonuncu halda Avtonəqliyyat vasitəsinə görə alınmış sığorta ödənişi Sığortaçıya geri

qaytarılmalıdır. Bu halda Sığortaçı Avtonəqliyyat vasitəsinə yalnız oğrunun və ya oğruların vurduğu zərərə görə

bu Qaydaların müddəalarına və istisnalarına müvafiq olaraq məsuliyyət daşıyacaq.



_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

7

II Fəsil

Mülki məsuliyyətin sığortası

Maddə 9. Sığorta predmeti və sığorta riski

9.1. Bu Fəsil üzrə sığorta predmeti Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətidir.

9.2. Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit

edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində

Avtonəqliyyat vasitəsi bütün Fəsillərə aid olan Ümumi istisnalar və II Fəslə aid olan Xüsusi istisnalarda

göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən ücüncü şəxsə bədən xəsarəti yetirilməsi, onun ölümü və ya

onun əmlakına ziyanın dəyməsi ilə nəticələnən və Sığortalının hüquqi məsuliyyətinin yaranmasına səbəb olan

qəza törədərsə, Sığortaçı Sığorta müqaviləsində təsbit edilmiş məsuliyyət həddi cərcivəsində Sığortalıya, onun

ödəməyə hüquqi məsuliyyət daşıdığı və bütün Fəsillərə aid olan Ümumi istisnalar və II Fəslə aid olan Xüsusi

istisnaların qüvvəsi altına düşməyən zərərlərin əvəzini aşağıda göstərilən qaydada ödəyəcəkdir:

Sığortaçı hətta Sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddiaların əsassız, saxta və ya yalan olması

halında belə ölüm, bədən xəsarəti və ya əmlaka ziyan vurulması ilə əlaqədar olaraq Sığortalıya qarşı irəli

sürülmüş tələb və ya iddialarla bağlı Sığortalını müdafiə etmək hüququna və belə tələb və iddiaların

araşdırılması və həllində tam sərbəstliyə malikdir. Lakin Sığortaçı həyata kecirilmiş sığorta ödənişlərinin

nəticəsində Sığorta müqaviləsində təsbit olunmuş və onun məsuliyyət həddini ifadə edən məbləğin bitməsi

halında, hər hansı tələb və ya məhkəmə qərarları ilə bağlı məbləği, yaxud iddianın müdafiəsi ilə əlaqədar

məhkəmə xərclərini və digər xərcləri ödəməyəcək.

9.3. Bu Qaydalara əsasən bağlanmış Sığorta müqavilələri üzrə mülki məsuliyyətin sığortası Avtonəqliyyat

vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Azərbaycan Respublikasının müvafiq

qanunvericiliyi ilə tələb olunan məsuliyyət hədlərindən artıq olan məsuliyyətə qarşı sığorta təminatı verir.

9.4. Avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının ərazisindən kənarda, lakin Sığorta müqaviləsində

göstərilmiş ərazi hüdudları çərçivəsində yerləşdikdə, sığorta təminatı hər hadisə ücün 500 manat məbləğində

azadolma məbləğinin tətbiq edilməsi şərtilə verilir.

9.5.Məsuliyyəti sığortalanan şəxsin hüquqi şəxs olması halında, həmin hüquqi şəxslə yanaşı Sığorta

müqaviləsində Səlahiyyətləndirilmiş sürücü kimi göstərilən onun işcilərinin məsuliyyəti də sığortalanmış hesab

edilir.


9.6.Bu Fəsil üzrə sığorta riskinə Sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış

Avtonəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə

əlaqədar onun əmlak mənafelərinə zərər dəyməsi daxildir.

Maddə 10.

II Fəslə aid xüsusi istisnalar

10.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat

verilmir:

10.1.1.Sığortalının işcisinin Avtonəqliyyat vasitəsinin sərnişini olarkən Sığortalı ilə əmək

münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı və bununla bağlı ölməsi və ya bədən xəsarəti

alması nəticəsində yaranan məsuliyyət;

10.1.2.Avtonəqliyyat vasitəsinin sərnişini kimi hərəkət edən Sığortalının hər hansı ailə üzvünə

münasibətdə yaranan məsuliyyət;

10.1.3.Sığortalının hər hansı müqavilə ilə öz üzərinə götürdüyü və belə müqavilənin mövcud olmaması

halında yarana bilməyən hər hansı məsuliyyət;

10.1.4.Avtonəqliyyat vasitəsinin altında olan hər hansı körpüyə, viaduka, nəqliyyat magistralına və ya

bunlara bənzər başqa tikiliyə Avtonəqliyyat vasitəsinin titrəməsi və ya onun daşıdığı yükün çəkisinin ağırlığı

nəticəsində dəyən ziyan.

10.1.5.Əldən cıxmış fayda və ya digər dolayı zərərlər üçün məsuliyyət;




Yüklə 208,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə